İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ prezidenti Donald Trampı “Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm” sözlərinə görə hədələyib.
O, sosial media hesabında paylaşdığı mesajda Trampın "İranın sui-qəsd təhdidləri" səbəbindən Ankarada keçirilən NATO Zirvəsindən çıxarkən yemək maşınında təyyarəsini dəyişməsinə və Hörmüz boğazı ilə bağlı açıqlamalarına toxunub.
"ABŞ prezidenti Hörmüz boğazı ilə bağlı sonsuz blöfləri əvəzinə öz təhlükəsizliyi ilə bağlı narahat olmalıdır, əks halda ərzaq maşınında gizlənməli ola bilər" – deyə İran rəsmisi mesajında bildirib.
ABŞ prezidenti Tramp ötən gün verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını tamamilə blokadaya aldığını iddia edərək, "İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm" deyib.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi isə bildirib ki, Hörmüz boğazını tvitlərlə, təyyarədaşıyan gəmilərlə, əmrlərlə və ya seçki çıxışları ilə ələ keçirmək olmaz: “İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur".
Ağ Ev rəsmisi isə Amerika mətbuatına açıqlamasında Trampın "zarafat etdiyini" bildirib.
Tahir TAĞIYEV