Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl-Cəzirə" yə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampdan Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükü ilə bağlı vəd aldığını deyib.
"Trampdan F-35 ilə bağlı bir vəd aldım və onun yerinə yetirilməsini gözləyirəm" – deyə Ərdoğan bildirib.
Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra F-35 proqramından çıxarılıb. ABŞ Rusiya sistemlərindən istifadənin Amerika qırıcı təyyarələrinin gizli texnologiyasını təhlükə altına ala biləcəyini bildirib.
İyul ayında Ankarada keçirilən NATO sammiti zamanı Tramp administrasiyasının S-400 alışı səbəbindən 2020-ci ildə Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarını ləğv etmək niyyətində olduğunu deyib. Amerika prezidenti həmçinin Ankaranın F-35 proqramına qayıtması ehtimalını da dilə gətirib.
Tahir TAĞIYEV