Beyləqanda su kanalında bədbəxt hadisə baş verib. Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Görüş adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, kanala düşən şəxsin qadın olduğu bildirilir. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Hazırda FHN-in dalğıc-axtarış qrupu Rəvanə Hüseynlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum olub. O, 2007-ci il təvəllüdlü Hüseynli Rəvanə Rəşad qızıdır.