Ukrayna Prezidenti Volodimir Zelenski avropalı tərəfdaşlarını Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri verməyə çağırıb.
Zelenskinin bildirib ki, Ukraynada Rusiyanın intensiv raket zərbələri davam etdiyi bir vaxtda Avropanın antibalistik raketləri anbarlarda saxlanılmamalıdır. O, qeyd edib ki, Rusiyanın balistik raketlərdən istifadə etməsi fonunda Ukrayna üçün hava hücumundan müdafiənin gücləndirilməsi xüsusilə vacibdir.
Onun sözlərinə görə, Rusiyanın istifadə etdiyi Şimali Koreya istehsalı olan balistik raketlər Ukraynada infrastrukturu məhv edir və insanların həyatını təhlükəyə atır.
“İnsanların həyatı qorunmalıdır. Rusiya dayandırılmalıdır”, – deyə Ukrayna prezidenti bildirib və tərəfdaşların yeni hərbi yardım paketlərinin insanların həyatının xilas edilməsi və infrastrukturun hər gün qorunması demək olduğunu qeyd edib.
Tahir TAĞIYEV