Britaniya İsrailin Baş naziri Binyamin Netanyahunun müsahibəsində Birləşmiş Krallığı "İslam respublikası" adlandıran açıqlamasını "tamamilə qəbuledilməz" adlandırıb.
"Bu şərhlər tamamilə qəbuledilməzdir və biz mövqeyimizi İsrail hökumətinə aydın şəkildə bildirmişik" – deyə Britaniya hökumətinin sözçüsü bildirib.
Bundan əvvəl İsrail hökumətinin sözçüsü David Menser BBC-yə verdiyi müsahibədə Netanyahunun sözlərini kiçiltməyə çalışmışdı. O, baş nazirin sadəcə başqa bir siyasətçidən sitat gətirdiyini iddia etmişdi.
"O, başqasının dediyi bir şeyi sitat gətirirdi", - deyə Menser bildirib və əlavə edib ki, ABŞ vitse-prezidenti Vens əvvəllər də oxşar açıqlama vermişdi.
İsrail rəsmisinin sözlərinə görə, Netanyahu əslində Vensin sözlərini təkrarlayırdı.
Tahir TAĞIYEV