İran prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibədən sonra ölkənin iqtisadi problemlərinin keçmişlə müqayisədə daha da pisləşdiyini və yüksək qiymətlərin neft satışının azalması nəticəsində xərclərin artması və dövlət gəlirlərinin azalması ilə əlaqəli olduğunu bildirib.
İran mediasının məlumatına görə, Pezeşkian ABŞ-ın dəniz blokadasından bəhs etmədən bildirib ki, idxal olunan mallar əvvəllər ölkəyə birbaşa yollarla çatırdı, lakin bu gün onlar İrana yalnız müxtəlif yollarla gətirilə bilər ki, bu da məhsulların son qiymətini artırır.
İran prezidenti həmçinin dövlət gəlirlərinin azalmasına diqqət çəkərək bildirib ki , ölkənin gəlirləri də azalıb: “Əvvəllər neft satırdıq, amma indi sata bilmirik".
Pezeşkian ölkədəki sənaye müəssisələrinə dəyən ziyanın iqtisadi vəziyyəti də pisləşdirdiyini bildirib: "Onlar bir çox zavodu vurub dağıdıblar".
O, bu vəziyyətin vergi gəlirlərinə də təsir etdiyini vurğulayıb: "Biz müəssisələrdən vergi toplaya bilmərik və bununla yanaşı, onlara pul verməliyik ki, onlar ayaqda qala bilsinlər".
Pezeşkian iqtisadi çətinliklərin miqyasını belə təsvir edib: "Problemlərimiz eksponensial olaraq artıb və gəlirlərimiz azalıb".
Tahir TAĞIYEV