Ukrayna Avropa Birliyinin İrana qarşı sanksiyalar tətbiq etmək qərarına qoşulub. Bu qərara əsas kimi, İran Rusiyanın Ukraynaya qarşı təcavüzünə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qruplara hərbi dəstəyini göstərib.
Müvafiq bəyanat Aİ adından Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas tərəfindən verilib. Ukrayna ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya və Norveç də sanksiya qərarına qoşulub. Bu ölkələr öz milli siyasətlərini Aİ Şurasının qərarı ilə uyğunlaşdırmaq öhdəliyini götürüblər.
Bundan əvvəl, Kallas İranın xarici işlər naziri Abbas Əraqçini "Rusiyaya hərbi dəstəyi dayandırmağa" çağırmışdı. Telefon danışığı zamanı o, "Tehranın Moskvaya təchizatlarının Rusiya ordusuna hücumlarını davam etdirməyə kömək etdiyini və Ukrayna mülki əhalisinin ölümünə səbəb olduğunu" vurğulamışdı.
Tahir TAĞIYEV