ABŞ Demokrat senatorları Elizabet Uorren və Kristofer Kuns Donald Tramp administrasiyasından Rusiyaya qarşı sanksiyaları uzun müddətdir genişləndirməməsinin səbəbi ilə bağlı izahat tələb ediblər.
“Reuters” agentliyinin məlumatına görə, iki senator Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentə göndərdikləri məktubda bildiriblər ki, Bayden administrasiyası 2022-ci ilin fevralından 2025-ci ilin yanvarına qədər Rusiyaya qarşı 111 sanksiya paketi tətbiq edib, Tramp administrasiyası isə 2025-ci ilin oktyabrında yalnız Lukoil və Rosneft şirkətlərini hədəf alan bir sanksiya qərarı tətbiq edib.
Uorren və Kuns administrasiyadan Rusiyaya qarşı "müntəzəm və tez-tez tətbiq edilən" sanksiyaların nə vaxt bərpa ediləcəyini 28 avqusta qədər aydınlaşdırmasını xahiş ediblər, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti isə hələlik məktubla bağlı şərh verməyib.
Tahir TAĞIYEV