Bazar günü günü, 16 avqust 2026
     

DİM öz tarixçilərimizi qoyub “Kembric Ensiklopediyasının” yalan məlumatına əsaslanıb...

Image


Kamran Əsədov: “DİM-in milli tarix elminin tanınmış araşdırmalarını və AMEA tərəfindən nəşr olunan fundamental mənbələri nəzərə almadan, ölkə daxilində nə tədris olunan, nə də rəsmi şəkildə tanınan xarici istinadlarla sual hazırlaması…”

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarından sonra sosial şəbəkələrdə bir sıra ilginc məlumatlar yayılmağa başladı. Xüsusən də “Azərbaycan Tarixi” fənninə aid sualların çətinliyi, eləcə də “göydəndüşmə” olması, sualların qarışıq mənbələr əsasında hazırlanması haqda çox yazıldı, çox deyildi.

Çox təəssüf ki, hələ deyilənlər barədə DİM hər hansı ber açıqlama verməyib, yalnız ekspertlər və imtahan suallarını hazırlayan müəllimlər danışıblar.

Tanınmış jurnalist və ictimai fəal Taleh Şahsuvarlı özünün Facebook hesabında olduqca diqqət çəkən bir paylaşım edib: “Kamran Əsədovun paylaşımından bu məlumatı oxuyanda əvvəlcə gözlərimə inanmadım. Dedim, yəqin Kamran müəllim zarafat edir. Amma sən demə, vəziyyət gerçəkdən acınacaqlı imiş. Dünən İTV-nin "Sabaha saxlamayaq" verilişində Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ilə bağlı sualları müzakirə edilib. (Linkini paylaşıram). Müzakirələrdə DİM-in department müdiri Natiq Əliyev, tarix müəllimi Sərvər Rüstəmov, 102 saylı məktəbin tarix müəllimi Ruslan Rzayev, Atatürk Liseyinin tarix müəllimi Tural Əhmədov iştirak edib. Ruslan Rzayev, məndə olan məlumata görə, "bunker müəllimi"dir və son qəbul imtahanlarında tarix fənninin suallarının hazırlanmasında iştirak edib. Paylaşılan linkin 23-cü dəqiqələrinə baxın. Məleykə Abbaszadənin testoloqu Məhəmməd Tahir Vəhid Qəzvininin II Şah Abbasın vəziri olması barədə ölkə dərsliklərində, birbaşa Qəzvinini araşdırmış tarixçi alimlərin (Zabil Bayramlının, Solmaz Əzimovanın) əsərində heç bir fakt tapa bilməyib Kembric ensiklopediyalarinda "əsas" axtarır. Məlum olur ki, Kembricdə də elə fakt yoxdur. Amma fərz edək ki, var. Əsas sual budur ki, DİM nə zamandan orta məktəb dərsliklərinə yox, Kembric bilgilərinə istinad edir? Deyəndə ki, DİM rəhbərliyini hüquq-mühafizə orqanları sorğulamalıdır, bəziləri sözümüzü qəribçiliyə salır”.

"Bunker müəllimləri" tarix fənnindən sual salarkən Azərbaycan müəlliflərinə, tədqiqatçılarına yox, xarici müəlliflərə "istinad" edirlər. Məhəmməd Tahir Vəhid Qəzvini barədə sual salarkən məlumatı "Kembric ensiklopediyasından” götürüblər. Bizim alimləri görməyib “Kembric ensiklopediyasına” üz tutublar. Sənin tarixini Kembric öyrənir? Lap gedib orda nəsə tapıblar, ölkə alimlərini qoyub ona niyə istinad edirlər? Bizim alimlərin əsərlərini niyə görmürlər? DİM-in öz tarixçilərimizi qoyub "Kembric Ensiklopediyasının" yalan məlumatına əsaslanması nə deməkdi?

“Belə istinad modeli, eyni zamanda, hüquqi baxımdan narahatlıq doğurur…”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tarix fənnindən keçirilən qəbul imtahanlarında sualların məzmunu və istinad metodologiyası ciddi şəkildə elmi, hüquqi və pedaqoji baxımdan təhlil edilməlidir: “Xüsusilə 2025-ci ildə keçirilən qəbul imtahanında Məhəmməd Tahir Vəhid Qəzvini ilə bağlı təqdim olunan test tapşırığı Dövlət İmtahan Mərkəzinin imtahan dizaynı və testologiya mədəniyyətində struktur problemlərinin olduğunu növbəti dəfə sübut etmiş oldu. Sualda istinad edilən “Cambridge History of Iran” ensiklopedik mənbəsinin mövcud sualın cavabını əslində təsdiqləməməsi, əksinə, ziddiyyət təşkil etməsi, testin yalnız məzmun deyil, həm də etibarlılıq (validlik) və təlimə uyğunluq (alignment) meyarlarına uyğun gəlmədiyini göstərir.

Test tapşırığının validliyi onun ölçmək istədiyi bacarığı və ya məlumatı gerçəkdən ölçüb-ölçməməsi ilə müəyyən olunur. Əgər sualın mənbə bazası qeyri-dəqiqdirsə və cavab variantı həm tədris proqramı, həm də milli tarixşünaslıqla uyğunluq təşkil etmirsə, bu zaman test yalnız etibarsız yox, tədris proqramına qarşı yönəlmiş bir instrumentə çevrilir”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 4.1.3-cü maddəsində açıq şəkildə göstərilir ki, təhsil sisteminin əsas prinsiplərindən biri “milli və ümumbəşəri dəyərlərin vəhdəti” əsasında təşkil olunmalıdır. “Lakin bu prinsip ümumbəşəri dəyərlərin milli identikliyi əvəzləməsi anlamına gəlmir. DİM-in milli tarix elminin tanınmış araşdırmalarını və AMEA tərəfindən nəşr olunan fundamental mənbələri nəzərə almadan, ölkə daxilində nə tədris olunan, nə də rəsmi şəkildə tanınan xarici istinadlarla sual hazırlaması istənilən beynəlxalq qiymətləndirmə və testologiya standartlarına görə qəbuledilməzdir. Belə istinad modeli, eyni zamanda, hüquqi baxımdan da narahatlıq doğurur: çünki şagirdin aldığı qiymət Azərbaycan dövlətinin təsdiq etdiyi tədris sənədlərinə əsaslanmırsa, bu, təhsil hüququnun pozulmasıdır”.

K.Əsədovun qeyd etdiyinə görə, Dövlət İmtahan Mərkəzinin sual hazırlama və ekspertiza prosesi sistemli şəkildə qapalı həyata keçirilir. O vurğuladı ki, bu prosesdə istifadə olunan istinadların nə müəllimlərə, nə şagirdlərə, nə də ictimaiyyətə əvvəlcədən təqdim olunmaması şəffaflıq və hesabatlılıq prinsipinin pozulmasına səbəb olur.

Ekspertin bildirdiyinə görə, halbuki beynəlxalq təcrübədə, xüsusilə Estoniya, Finlandiya və Almaniyada, imtahan suallarının hazırlanmasında istifadə olunan mənbələr öncədən təsdiqlənmiş mənbə siyahısına əsaslanır və suallar yalnız bu siyahıya daxil olan materiallardan tərtib olunur. O qeyd etdi ki, Estoniya Təhsil Nazirliyinin 2021-ci il “Qiymətləndirmə və Validlik Standartları” sənədinə əsasən, əgər imtahan sualının cavabı rəsmi dərslikdə əks olunmayıbsa, həmin sual etibarsız sayılır və imtahandan çıxarılır. “Azərbaycanda isə bu tip suallar yalnız imtahandan sonra, ictimai təzyiq fonunda dəyişdirilir - bu isə reaktiv və qeyri-institusional yanaşmanın təzahürüdür.

Müsbət tərəf odur ki, DİM texniki səhvləri müəyyən etdikdə şagirdin xeyrinə qərar verir və bəzi hallarda sualı ümumi düzgün cavab kimi qiymətləndirir. Lakin bu addım problemi kökündən həll etmir; əksinə, problemi post-faktum aradan qaldırmağa yönəldiyindən, sistemin keyfiyyətinə inamı zədələyir. Əgər sual testə daxil olmazdan əvvəl lazımi elmi, metodoloji və normativ yoxlamadan keçsəydi, belə qərarlara ehtiyac qalmazdı.

Müqayisə etdikdə aydın olur ki, inkişaf etmiş ölkələrdə imtahan mərkəzləri yalnız qiymətləndirmə orqanı deyil, eyni zamanda pedaqoji liderlik və metodoloji yenilik mərkəzləri kimi fəaliyyət göstərir. Məsələn, Sinqapurda qiymətləndirmə orqanı sualların tərtibində yalnız kurikulum əsaslarını deyil, eyni zamanda şagirdin sosial-mədəni kontekstini də nəzərə alır. Bizdə isə testlər təkcə kurikulumdan yox, bəzən məntiqdən və reallıqdan da uzaq hazırlanır. Bu ziddiyyətin aradan qaldırılması üçün ilkin mərhələdə ekspert bazası tam şəkildə təmizlənməli, yalnız elmi-pedaqoji fəaliyyəti olan şəxslər sistemə buraxılmalı, onların təlimləndirilməsi və attestasiya prosesi şəffaf şəkildə həyata keçirilməlidir.

Testlərin tərtibində istifadə olunan bütün istinad mənbələri əvvəlcədən ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. Şagird yalnız dərslikdə, müəllim yalnız proqramda gördüyü material əsasında sual görə bilər. Bütün apellyasiya proseslərində DİM-in əməkdaşları ilə yanaşı, universitet müəllimləri, AMEA-nın mütəxəssisləri və müstəqil tarixçilər iştirak etməlidir.

Əgər bu islahatlar həyata keçirilərsə, qiymətləndirmə sistemində etibarlılıq və ədalət prinsipləri bərpa edilə bilər. Əks halda, hər il eyni vəziyyət təkrarlanacaq: ictimaiyyət ayağa qalxacaq, DİM səhvini “etiraf” edəcək, amma bu prosesdən minlərlə şagirdin psixoloji durumu, gələcək planları və təhsilə olan inamı zərər görəcək. Təhsildə ədalət yalnız düzgün nəticə deyil, düzgün yolun özü olmalıdır. Dövlət İmtahan Mərkəzi bu yolu itirməməlidir. Əks halda, testin səhvi yalnız abituriyentin deyil, bütün təhsil sisteminin səhvi kimi tarixə düşəcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ