Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

Image


Məlumdur ki, günümüzdə planetin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı fəsadlardır. Problem getdikcə daha kəskin xarakter almağa başlayıb.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq.2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də isti keçməsi ehtimalı 80 faizdir. Proqnoza əsasən, beş illik orta temperaturun Paris İqlim Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini aşması ehtimalı 70 faizdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabatda 2024–2028-ci illər üçün bu ehtimal 47 faiz olaraq qiymətləndirilmişdi. Temperaturun hər əlavə hissəsi daha güclü istilik dalğalarına, ekstremal yağıntılara, kəskin quraqlıqlara, buzlaqların əriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.Proqnozlara görə, qarşıdakı beş genişlənmiş qış mövsümü ərzində Arktikada istiləşmə qlobal orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək. 2025–2029-cu illərin mart ayları üçün dəniz buzlarının vəziyyəti ilə bağlı proqnozlar Barens, Berinq və Oxot dənizlərində buz konsentrasiyasının daha da azalacağını göstərir. ÜMT-nin hesabatına görə, təəssüf ki, yaxın illərdə hər hansı bir fasilə gözlənilmir. ÜMT-nin Baş katibinin müavini Ko Barret bildirib: “Biz artıq müşahidə tarixində ən isti on ili arxada qoymuşuq. Təəssüf ki, ÜMT-nin hesabatına əsasən, yaxın illərdə bu prosesdə bir yavaşlama olmayacaq və bu da iqtisadiyyatımıza, gündəlik həyatımıza, ekosistemlərə və planetimizə mənfi təsirlərin artacağı anlamına gəlir. İqlimin fasiləsiz monitorinqi və proqnozlaşdırılması qərar qəbul edənlərə uyğunlaşma prosesində yardımçı olacaq elmi əsaslı alətlər və məlumatlar təqdim etmək üçün vacibdir”. Xatırladaq ki, Paris İqlim Sazişində 1,5 dərəcə Selsi istiləşmə həddi qeyd olunub. Bu hədd uzunmüddətli istiləşməyə, yəni adətən 20 il ərzində müşahidə olunan qlobal temperatur göstəricilərinə əsaslanır. Belə səviyyələrin müvəqqəti aşılmasının isə getdikcə daha tez-tez baş verəcəyi gözlənilir.

Son proqnozlara görə, 2015–2034-cü illər arası 20 illik dövr üçün orta istiləşmə 1,44 dərəcə Selsi təşkil edəcək. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP-30 konfransı Braziliyanın Belen şəhərində keçiriləcək və burada ölkələrin “milli səviyyədə müəyyən edilmiş töhfələr” adı ilə tanınan iqlim fəaliyyət planlarının yenilənmiş versiyaları nəzərdən keçiriləcək. Bu planlar Paris Sazişinin məqsədlərinə çatmaq üçün həlledici əhəmiyyət daşıyır. Belə vəziyyətdə o da bəlli olub ki, dünyanın iqlim dəyişikliyinə qarşı mühüm təbii sipər hesab olunan tropik meşələri 2024-cü ildə indiyədək qeydə alınmış ən yüksək sürətlə yoxa çıxıb.Yeni peyk analizlərinə əsasən, ötən il ərzində təxminən 67 min kvadrat kilometr qədim tropik meşə örtüyü məhv edilib. Bu isə dəqiqədə 18 futbol meydançasına bərabər ərazinin itirilməsi deməkdir. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə tropik meşələrin məhvində əsas səbəb kənd təsərrüfatı məqsədilə torpaqların təmizlənməsi deyil, meşə yanğınları olub. Xüsusilə Amazon meşələri quraqlıq səbəbindən ciddi zərər görüb. Cənub-Şərqi Asiyada isə vəziyyət bir qədər müsbətdir. Region ölkələrinin tətbiq etdiyi dövlət siyasətləri meşə itkisinin azalmasına səbəb olub. Tropik yağış meşələri torpaqlarda və ağac gövdələrində yüz milyardlarla ton karbon saxlayır. Lakin bu yeni qlobal rekord planetin isinməsi fonunda meşələrin davamlılığı ilə bağlı narahatlıqları daha da artırır. Alimlər xəbərdarlıq edirlər ki, xüsusilə Amazon kimi meşə sistemləri geri dönməz məhv nöqtəsinə yaxınlaşa bilər.

Hazırda iqlim dəyişmələrindən bütün ölkələr, o cümlədən Azərbaycan da təsirlənir. Məsələn, ölkəmizdə Coğrafiya İnstitutu tərəfindən aparılan araşdırmalar göstərir ki, Kür-Araz ovalığında iqlimin istiləşməsi nəticəsində zonada yay aylarında çox isti günlərin təkrarlanması baza dövrünə nisbətən artıb. Bundan başqa, “Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsirinin tədqiqi və onun səviyyə tərəddüdləri öyrənilən zaman müasir innovativ metodlar və reanaliz məlumatları tətbiq olunaraq təhlillər aparılıb. Nəticə olaraq, 1980-ci ildən 2023-cü ilədək bütün Xəzər dənizi akvatoriyası üzrə küləyin sürətində bu və ya digər dərəcədə artma tendensiyası qeydə alınsa da, daha nəzərəçarpacaq və statistik əhəmiyyətli artım, dənizdə daha böyük su və temperatur ehtiyatına malik olan ərazi cənub hissə olub. Bütün bunlar küləyin istiqamətində də baş verən dəyişikliklər nəzərə alınmaqla Xəzər dənizinin su balansının əsas elementlərindən olan səthdən buxarlanmanın intensivliyinə təsir edib. Son illərdə Xəzər dənizinin səthindən buxarlanmanın artması isə digər amillərlə yanaşı, dənizin səviyyəsində baş verən kəskin azalmanın səbəblərindən biri hesab olunur. Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (“Roshidromet”) rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılır: “İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun modellərinə əsaslanan proqnozlar göstərir ki, qlobal iqlim dəyişikliyi tendensiyaları davam edəcək. Bu, o deməkdir ki, Xəzəryanı regionda növbəti 10-15 ildə ətraf mühitin təbii dəyişiklikləri hava temperaturunun artması, çay axınının azalması və müvafiq olaraq Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi fonunda baş verəcək”. Şumakovun sözlərinə görə, son illərdə tədqiqatçılar Xəzərin su səthində suyun temperaturunun artmasını və buxarlanmanın çoxalmasını qeydə alırlar. O, Xəzər dənizinin səviyyəsinin azalması dövründə uyğunlaşma tədbirləri kompleksinin qəbul edilməsinin zəruriliyini bildirib. umakov Xəzərin qorunması üzrə tədbirlərin həyata keçirilməsində bütün Xəzəryanı dövlətlərin fəal işinin vacibliyini vurğulayıb. Elə bu fonda Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev bildirib ki, ölkəmiz və Qazaxıstan arasında Xəzər dənizinin biomüxtəlifliyinin qorunmasına dair Tehran Konvensiyası çərçivəsində fəal əməkdaşlıq qurulub. Onun sözlərinə görə, bu konvensiya çərçivəsində həm elmi, həm də praktiki aspektlər, o cümlədən suyun səviyyəsinin azalması ilə bağlı risklər müzakirə olunur: “Xarici İşlər Nazirliyində gündəliyi formalaşdıran və tədbirin tarixini müəyyən edən işçi qrupu yaradılıb. Bütün Xəzəryanı dövlətlər məsləhətləşmələrdə iştirak etmək üçün dəvət olunub. İndi bu ciddi prosesin təsirlərinin azaldılması strategiyasının hazırlanması üçün Qazaxıstan və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilir. Xəzər dənizi ilə bağlı vəziyyət İranda Urmiya gölü və Qazaxıstanla Özbəkistan sərhədində yerləşən Aral dənizinin faciələri ilə müqayisə oluna bilər. Proseslər Urmiya və Aral dənizi bölgələrində daxili miqrasiyaya səbəb olur və bölgə üçün ciddi sosial problemlər yaradır”. M.Babayev qeyd edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı sammitin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ