İran Ordusunun Baş Qərargah rəisi general-mayor Həbibullah Hatəmi, İran torpağına hücum edən Amerika əsgərini əsir götürən və ya öldürən vətəndaşlara 30 min dollar mükafat veriləcəyini açıqlayıb.
Hatəmi ictimaiyyətin iştirakı və maliyyələşdirilməsi ilə bir proqram həyata keçirəcəklərini bildirib: "Əgər İran vətəndaşı ərazimizə hücum edən ABŞ əsgərini ələ keçirə və ya öldürə bilsə, İran xalqı adından 30 min dollar mükafat alacaq".
Hatəmi qeyd edib ki, qadınlara veriləcək mükafat yuxarıda qeyd olunan məbləğin ikiqatı olacaq.
Tahir TAĞIYEV