Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olur - “Fransakimilərin” yuxusu qaçır...

Image


Azərbaycanın Cənubi Qafqazda getdikcə daha güclü mövqe sahibi olması, regionda yeni reallıqlar yaratması, Fransa başda olmaqla, bir sıra anti-Aərbaycan dairələrinin getdikcə daha çox narahatlığına səbəb olur. Bu fonda ölkəmizə qarşı müxtəlif cəfəng fikirlər səslənir. Bu məsələdə yenə Fransa daha çox fərqlənməkdədir.

Məsələn,  Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin Azərbaycanın Laçın bölgəsi istiqamətində Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb. Qatı irqçi, Azərbaycanofob Ann İdalqo, Fransanın erməni icmasının radikal nümayəndəsi Jan Barseqyan kimi ünsürlərin təşkil etdikləri bu avantüranın, guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” aparmaq məqsədi daşıdığı bildirilir.

Amma o da faktdır ki, bu təxribatın əsl təşkilatçısı olan Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır. Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir. Bunlara paralel olaraq, Paris BMT Təhlükəsizlik Şurasına “Laçın yolu” ilə bağlı növbəti qətnamə layihəsi təqdim etmək niyyətindədir. Fransa prezidenti Emmanuel Makron Azərbaycana münasibətdə yenə qərəz nümayiş etdirir. Məsələn, o, “Laçın humanitar dəhlizi” kimi cəfəng  ifadələr səsləndirir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə qeyd edir ki, Fransa prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir: “Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir”. Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı ekspert Qriqori Trofimçuk bunlar fonunda bildirir ki, bütün Avrasiya məkanı fonunda Azərbaycanın parlaq müstəqilliyi Qərbi qane etmir. Bununla belə görünür ki, aparıcı Qərb ölkələri Bakı ilə münasibətlərə xələl gətirməməyə çalışır. O, AzərTAc-a Fransa və bir sıra Qərb ölkələri xarici işlər nazirliklərinin səsləndirdiyi anti-Azərbaycan bəyanatlar dalğasını şərh edərkən deyib: “Bu gözlənilən idi. Çünki bu, Bakıya təsir etmək üçün yeganə praktiki vasitədir. Şübhəsiz ki, Qərb Bakının daha “üzüyola” olmasını istəyərdi. Bütün Avrasiya məkanı fonunda Azərbaycanın parlaq müstəqilliyi Qərbi tam qane etmir. Bununla belə, görünür ki, aparıcı Qərb ölkələri qeyd olunan kampaniyaya daha kiçik ifaçıları daxil edərək, Bakı ilə münasibətlərə xələl gətirməməyə çalışırlar. Bütövlükdə bunlar Bakının möhkəmliyini yoxlamaq üçün sınaqdır”. Onun sözlərinə görə, Qərbdə başa düşürlər ki, Ukrayna hadisələrinin aydınlaşması Cənubi Qafqazda da çox şeyi dəyişəcəkdir: “Buna görə də Bakının yeni startını təxmin etməyə, qabaqcadan öyrənməyə çalışırlar. Hələ ki, onlar Türkiyə-Azərbaycan tandeminə qarşı heç nə edə bilmirlər: bu müasir zamanın ən güclü hərbi-siyasi ittifaqlarından biridir. Bu müttəfiqlərin opponentlərində heç nə alınmır. Misal üçün, İran-Ermənistan, Hindistan-Ermənistan və hətta Fransa-Ermənistan kimi xaotik əməkdaşlıqlar Ankara-Bakı vəhdətinə yaxın da dura bilmirlər”.

Qərbin yeni anti-Azərbaycan isteriyasının məqsədlərinə gəldikdə, Qriqori Trofimçuk onların arasında Bakının aktivliyinin azalması və Qarabağ ətrafındakı vəziyyəti növbəti ləng hərəkət edən zolağa salmaqla onun müəyyən proqnozlaşdırıla bilən çərçivələrə daxil edilməsini göstərib: “Laçın yolu ətrafındakı hadisələr də daxil olmaqla, Bakının artıq çoxdan Qarabağda şərtlərini diqtə etməsi Qərbin xoşuna gəlmir. Vəziyyətin bu nöqtəyə gəlib çatması gözlənilməz idi. Bakının Moskva ilə ehtiyatlı davranması da onların xoşuna gəlmir. Nəticədə Qərbin istəyi ilə bütün Cənubi Qafqazın yenidən formatlaşdırılmasına çıxış irəli sürülür. Hiss olunur ki, azərbaycanlı ekspertlərin əhəmiyyətli hissəsi 2025-ci il ərəfəsində Rusiya Federasiyasına da çəp baxır (məhz həmin ildə, üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı kontingentinin regionda beşillik dislokasiya müddəti bitir. Lakin Rusiya 2020-ci ilin payızında olduğu kimi deyil, Qarabağ istiqamətində onu hansısa dəhşətli planlarda ittiham etmək çətindir. Qərb üçün ideal variant Rusiya yaxınlığında yeni bir müharibədir”. Rusiyalı ekspertin fikrincə, görünür ki, Bakı siyasi təbiətin yazılmayan qanunlarının olduqca inadcıl və dəyişkən olduğunu başa düşür və vəziyyəti öz nöqteyi-nəzərindən peşəkarcasına götür-qoy edir: “Lakin o, Moskvaya münasibətdə öz mövqeyinin və addımlarının dəyişməzliyini nümayiş etdirməsi də daxil olmaqla, planın qeyri-hərbi realizə üsullarında praktik həddə çatıb. Rusiyanın bütün qonşuları, düzünü desək – burada heç bir sirr yoxdur, – Ukrayna proseslərinin inkişafını gözləyərək, artıq heç nə etməyə bilərlər. Artıq onların nəticəsindən asılı olaraq özlərinin əsas qərarlarını qəbul edə bilərlər. “SSRİ-nin ikinci süqutu” nəzəriyyəm çərçivəsində mən artıq demişəm ki, postsovet məkanında ilk zərbədən, 1991-ci ildə “böyük partlayış”dan sonra yaranan bütün ölkələrin heç də hamısı qalmayacaq. Hesab edirəm ki, Azərbaycan bu dar çevrəyə daxildir. O, varlığına davam edəcək”. Bu vəziyyətdə erməni maraqlarının qızğın müdafiəçisi, onun əsas hərəkətverici qüvvəsinə çevrilən Parisin və digər müəyyən qüvvələrin ölkəmizə qarşı bütün təxribatçı planı da uğursuzluğa düçar olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ