Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın gələcəkdə baş tuta bilər, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib. Bu barədə RİA Novosti agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Yaxın gələcəkdə. Hələlik dəqiq tarixlər yoxdur", - deyə Peskov bildirib.
Rusiya liderinin mətbuat katibi Ermənistan baş nazirinin səfərinin bu il baş tutacağını deyib.
Tahir TAĞIYEV