Qara dənizdə gərginlik artır. Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurduğunu açıqlayıb.
Nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynadakı hərbi hədəflərə hücumlarını davam etdirdiyi bildirilir.
"Gün ərzində Qərb ölkələri tərəfindən təchiz edilmiş hərbi texniki avadanlıq daşıyan yük gəmisi Qara dənizdə pilotsuz uçuş aparatları (PUA) tərəfindən vurulub"- deyə nazirliyin açıqlamasında bildirilir.
Digər tərəfdən, Ukrayna Prezidenti Zelenski son açıqlamasında müharibənin qış aylarında da davam edəcəyini bildirib.
Tahir TAĞIYEV