İsrail polisi erməni ziyarətgahına yönəlmiş müntəzəm tüpürmə və digər təhqirlərin qarşısını almaq üçün ilk dəfə Qüdsdəki Müqəddəs Haqop Erməni Katedralına zabitlər yerləşdirib. Bu barədə The Times of Israel xəbər verir. Lakin bildirilir ki, hətta polisin olması belə bu cür hadisələrin qarşısını ala bilməyib. İsraildə Dini Azadlıq Mərkəzinin nümayəndəsi və ölkədə dini ayrıseçkiliyi sənədləşdirən Yiska Haraninin sözlərinə görə, polis əməkdaşları şənbə günü Köhnə Şəhərdəki erməni kilsəsinə gəliblər. Haraninin sözlərinə görə, əvvəlki axşam o, kilsənin yanından keçərkən ona tüpürən gənc yəhudi qadını lentə alıb. Bundan sonra polis əməkdaşları qadına yaxınlaşıblar, lakin vəziyyətin sonrakı inkişafı videoya çəkilməyib.
SAMİRƏ