Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan Baş nazirinin “siyasi iradə axtarışları” nə qədər çəkəcək? - Abutalıb Səmədov yazır...

Image


Ötən həftə Vaşinqton yaxınlığında baş tutan Azərbaycan-Ermənistan danışıqlarında “sülh və dövlətlərarası münasibətlərin qurulması” adlanan sənədin müzakirəsi davam etdirildi. Danışıqların bu raundu əvvəlki ilə müqayisədə bir az qısa olsa da, ABŞ-ın dövlət katibi E.Blinken 3 gün davam edən prosesə yekun vurarkən daha nikbin bəyanatla çıxış etdi.

“İrəliləyişlərin olduğunu, bir neçə bəndin razılaşdırılaraq sənədə əlavə olunduğunu” - deyən ABŞ rəsmisi sülh sənədinin yaxın həftələrdə və aylarda imzalanma ehtimalının yüksək olduğunu qeyd etdi. Onu da əlavə etdi ki, tərəflərin razılaşmadığı müddəalar hələ qalmaqdadır və həmişə olduğu kimi, ən çətin məsələlərin razılaşdırılması çox güman ki, danışıqlar prosesinin son hissəsində mümkün olacaq. Bununla belə, həm Azərbaycan və Ermənistan tərəflərinin, həm də vasitəçilik missiyasında təşəbbüsü ələ alan ABŞ Dövlət katibinin bəyanatlarında danışıqların gedişinin ümidləri doğrultmadığını sezməmək mümkün deyildi.

Bəs, hələ ötən ilin sonlarında imzalanmasına böyük ümidlərlə yanaşılan “sülh sazişi”nin müzakirəsinin bu qədər ağır getməsi nə ilə əlaqədardır? Burada bir neçə mühüm amil diqqəti cəlb edir. Birincisi və ən mühümü, Qarabağ ermənilərinin “liderlərinin” tutduğu son dərəcə qeyri-konstruktiv mövqe və onlar tərəfindən mütəmadi olaraq törədilən təxribatlardır. Heç təsadüfi deyil ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında erməni silahlıları tərəfindən törədilən təxribatdan və Azərbaycan Ordusunun keçirdiyi növbəti “Qisas əməliyyatı”ndan sonra Qarabağdakı ermənilərin “parlamenti” Ermənistan Xarici işlər nazirliyinin rəhbərliyinə ABŞ-dakı danışıqları dərhal dayandırmaq tələbi ilə müraciət etdi. Bu tələb Qarabağ ərazisində erməni silahlıları tərəfindən törədilən təxribatların əsas məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Görünür bunu yaxşı anladıqlarından, nə ABŞ hakimiyyətinin nümayəndələri, nə də Ermənistan Xarici işlər naziri bu “tələbi” ciddiyə almadı və ona heç bir əhəmiyyət vermədən danışıqları davam etdirdilər.

Qarabağ ermənilərinin “parlamenti”nin son iclasında Arayik Aratyunyanın verdiyi bəyanat onların sülh danışıqlarını pozmaq niyyətlərini bir daha ortaya qoydu. “Bizim burda olmağımızın əsas səbəbi öz müqəddəratımızı təyin etmə ümidləri ilə bağlıdır” - deyən erməni təmsilçisi həm Vaşinqtonda və Brüsseldə, həm də Moskvada aparılan danışıqlarla qətiyyən səsləşməyən mövqe ortaya qoydu və sülh danışıqlarında onların qətiyyən maraqlı olmadığını bir daha təsdiqlədi. Eyni zamanda, bu bəyanat Qarabağdakı erməni separatçılarının ümidlərini tamamilə itirdiklərini bütün dünyaya nümayiş etdirdi. Ermənistan mətbuatında tez-tez səslənən - “respublikanın rəsmi şəxsləri Qarabağdan gələn zənglərə cavab vermirlər” - iddiası ermənilərin “miatsum” fitnəkarlığının sonunun gəldiyini bir daha təsdiqləmiş oldu.

Sülh danışıqlarının ləngidilməsində maraqlı olan tərəflərdən biri şübhəsiz ki, Ermənistan baş naziri N.Paşinyandır. Onun bu gün sazişi imzalamaq üçün tələb olunan siyasi iradəyə malik olmaması hamıya məlumdur və bəziləri hətta bu məsələyə anlayışla yanaşırlar və erməni liderinə müəyyən vaxt verilməsini zəruri sayırlar. Anlayırlar ki, bu gün Ermənistanın ən ağıllı və nə qədər qəribə olsa da ən qətiyyətli siyasi lideri N.Paşinyandır və onun hakimiyyətinin qorunub saxlanılması bir Rusiyadan başqa danışıqların bütün iştirakçılarının maraqlarına uyğundur. Bu səbəbdən erməni cəmiyyətini qeyri-populyar sülh razılaşmasına hazırlamaq üçün bir neçə aya ehtiyac olduğu iddia olunur. Güman edilir ki, bu bir neçə ay ərzində N.Paşinyan həm xalqı “sülh sazişi”nə hazırlaya bilər, həm də həmin sənədi imzalamaq üçün özündə siyasi iradə tapa bilər. Erməni liderinin “siyasi iradə axtarışları” gözlənilən nəticəni verəcəkmi və ilin son aylarında nəhayət sülh razılaşması imzalanacaqmı? Bunu yaxın aylar göstərəcək. Ancaq ABŞ başda olmaqla qərbdəki vasitəçilər də boş dayanmamalı və N.Paşinyanın özündə “siyasi iradə” tapması üçün zəruri təzyiqləri göstərməlidirlər. Əks halda Ermənistan baş nazirinin “siyasi iradə axtarışları” çox uzana və bu məqamdan prosesi pozmaq istəyən güclər yararlana bilərlər.  

Abutalıb Səmədov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp Nvidia-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ