çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Milli-dini tolerantlıq şəraitindən sui-istifadə və dini mərkəzlərin xeyrinə casusluq…

Image


İranın Azərbaycana qarşı qərəzli siyasəti, Tehran rejiminin ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atmaq cəhdi, bu məqsədlə casus şəbəkəsi yaratması heç kimə sirr deyil. Elə vaxtaşırı ifşa edilən İran casus şəbəkəsi də bunun təsdiqidir.

Qeyd edək ki, ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İrana bağlı böyük bir casus şəbəkəsini ifşa etmişdi. İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri öz mühüm nəticəsini vermişdi. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdi ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu  və digərlərindən ibarət böyük bir şəbəkə ifşa olunmuşdu. Araşdırmalar zamanı onların İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərdiyi də üzə çıxmışdı. Amma bu hal da İranın Azərbaycana qarşı məkrli fəaliyyətinin sona çatmasi ilə nəticələnmədi. İrana bağlı yeni casus şəbəkəsinin ifşası da bunun göstəricisidir. Qeyd edək ki, yanvarın son günündə Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Bu dəfə Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnter Az” da olub. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulub. Xatırladaq ki, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.

  • İslam dövləti olmasına baxmayaraq, faşist xislətli erməni terrorçularını dəstəkləməsi…

Azərbaycan qonşulara həmişə mehriban, dost münasibət bəsləyib. Ötən əsrdə ikinci dəfə müstəqilliyimizi bərpa etdikdən sonra İranın qısqanc siyasətinə baxmayaraq, Azərbaycan Arazın o tayındakı hökumətlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurmağa çalışıb. Hətta Birinci Qarabağ müharibəsində destruktiv fəaliyyətinə baxmayaraq, Azərbaycan sonrakı illərdə də İranla qonşuluq münasibətlərinin inkişafına önəm verib, rəsmi Tehranı regional aktor kimi qəbul edib. Lakin İkinci Qarabağ müharibəsində qələbə qazanmağımız İrandakı teokratik rejimin ciddi narahatlığına səbəb olub və bunu artıq açıq şəkildə də nümayiş etdirir. Elə İran casus şəbəkələri də bunun əyani təsdqilərindən biridir. Ümumiyyətlə, İranın anti-Azərbaycan mövqeyi artıq dayanıqlı xarakter almağa başlayıb və bu mövqenin daha da genişləndirilməsi üçün müxtəlif adımlar atılıb. Bu müstəvidə İran Azərbaycana qarşı ermənipərəst siyasətini daha intensiv hala gətirib. Ermənistanın sərhədlərini öz qırmızı xətti elan edən İran bu ölkəni indi də yeni silahlarla təchiz etmək istəyini davam etdirir. İslam dövləti olmasına baxmayaraq, faşist xislətli erməni terrorçularını dəstəkləməsi İranın dini dəyərlərə hörmətsizliyi kimi qiymətləndirilir. Azərbaycana qarşı atılan addımlar artıq İranın özü üçün bumeranq effekti verir. Onun casus şəbəkələrinin ölkəmizdə ifşası isə İranın daha zəif duruma düşməsini şərtləndirir.

  • Şiəlik vitrini altında “xomeynizmi” yaymaq...

İran rejiminin istifadə etdiyi əsas rıçaq şiəlikdir. I Qarabağ müharibəsində “Ermənistana silah, Azərbaycana saqqız” siyasətini həyata keçirən molla rejimi “şiə qardaşlarım” təbliğatı ilə ələ keçirmə planının təməllərini atırdı. İranın Azərbaycana qarşı şiəliyin vitrin təşkil etdiyi siyasəti Yaxın Şərq coğrafiyasında tətbiq etdiyi hibrid metodlarından fərqlənmir:

- Şiəlik vitrini altında “xomeynizmi” yaymaq və Azərbaycanda milli kimliyin dini kimliklə əvəzlənməsinə nail olmaq;

- Dövlət və özəl sektorda casuslar vasitəsilə möhkəmlənmək;

- Livanda yaratıqları “Hizbullah” modeli üzrə silahlı siyasi müxalifət formalaşdırmaq;

- Və yekun hədəf olan “şəriət rejimi”ni qurmaq.

İran rejimi 1990-cı illərdən etibarən bu məqsədlə Azərbaycanda casus şəbəkəsini yaratmağa çalışır. Şəbəkənin formalaşdırılması bir neçə istiqamətdə həyata keçirilib.

- İran kəşfiyyatçıları ilə azərbaycanlı xanımların evləndirilməsi;

- Dini təbliğatla inanclı insanların üzərində “hakim mövqe”yə nail olmaq və təsir agentlərindən ibarət şəbəkə qurmaq;

- İranda (Qum, Məşhəd kimi bölgələrdə) dini təhsil almağı təşviq etmək və tədrisi azərbaycanlıların milli kimliyinin dini kimliyə dəyişdirilməsi yönündə aparmaq;

- Şiələrin müqəddəs hesab etdikləri məkanlara – Məşhəd, Qum, Kərbəla, Nəcəfdəki ziyarətgahlara gedən azərbaycanlıların din, pul, eləcə də şantaj yolu ilə ələ alınması və s.

Molla rejimi hazırda İrana səfər edən bütün azərbaycanlıları potensial casus gözündə görür və bütün vasitələrlə onları ələ almağa çalışır. Son proseslər – İranın diqqəti daxildəki etirazlardan yayındırmaq üçün “xarici düşmən” obrazından yapışması və bu obrazı Azərbaycan üzərində fokuslandırması, “bölgədə sionistlər və terrorçular” var iddiaları və səfirliyimizə qarşı törədilən terror aktından sonra gərginliyin pik həddə çatması fonunda bu ölkəyə gedən azərbaycanlıların iki çətin seçim qarşısında qala biləcəyi riskini də yaradıb: ya İran casusuna çevrilə, ya da “Azərbaycan casusu” olaraq həbs edilə bilərlər. Dindarlarımız Azərbaycanda olan milli-dini tolerantlıq modelindən sui-istifadə edən bu ölkənin məkirli niyyətlərinə uyub, onların casus toruna düşməməlidir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ