Cümə günü, 09 oktyabr 2026
     

Respublikamızda keçirilən beynəlxalq musiqi festivalları, milli musiqimizin və Azərbaycanın tanıdılması prosesi…

Image


Sərdar Fərəcov: ”Bu festivallardan bizim musiqiçilər də, qonaq musiqiçilər də çox şey qazanır”
Elnarə Dadaşova: ”Biz daha çox öz musiqimizin təbliğinə önəm verməliyik”
Gülüm Qiyasova: ”Bu festivalların əhəmiyyətli tərəflərindən biri odur ki, əcnəbi musiqiçilər bizim bəstəkarların əsərlərini dinləyir, bəstəkarlarımızla tanış olur…”

 

Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq ictimaiyyətdə tanıdılması, digər xalqların musiqisi ilə qardaşlaşması olduqca ciddi və vacib məsələdir. Bildiyimiz kimi, sovet illərində Azərbaycan bəstəkarlarının əsərlərinin xarici ölkələrə çıxışı olduqca məhdud idi. Bu da sözsüz ki, bəstəkarlarımızın əsərlərinin keçmiş ittifaq divarlarını aşa bilməməsi ilə nəticələnirdi. Bunun nəticəsində dahi bəstəkarlarımız xaricdə elə də tanınmırdı.

Azərbaycan musiqisinin xarici ölkələrdə geniş təbliğ olunmaması bizim musiqinin ziyanına işləyirdi. Bəstəkarlarımızın əsərlərinin beynəlxalq aləmdə təbliği sahəsində yaranan ciddi əngəl bu gün artıq sona yetib.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu sahədə olan problemin aradan qaldırılması üçün köklü islahatlar həyata keçirilib. Bu gün Azərbaycan musiqisinin dünyada təbliğ edilməsi ilə bağlı həyata keçirilən işlərdən biri ölkəmizdə müxtəlif adlı və məzmunlu beynəlxalq musiqi festivallarının keçirilməsidir. Azərbaycan dövlətinin ciddi dəstək verdiyi bu festivallar artıq bir sıra nüfuzlu dövlətlərin tanınmış musiqiçilərinin diqqətini cəlb edir və onlar bu festivallarda iştirak edirlər.

Məlumat üçün bildirək ki, respublikamızda ənənəvi olaraq Bakı Caz Festivalı,  Qəbələ Musiqi Festivalı, “Muğam Dünyası” Beynəlxalq Musiqi Festivalı, “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı keçirilir. Bu festivalların hər biri ənənəvi xarakter alıb və davamlı şəkildə keçirilir. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu festivalların hər birini yüksək qiymətləndirən musiqişünasların verdiyi məlumata görə, bu festivallar ölkəmizin musiqi mədəniyyətini dünyada təbliğ edir, tanıdır.

Paytaxtımızda keçirilən festivallardan biri Bakı Caz Festivalıdır. Onu vurğulayaq ki, bu festival musiqinin bu istiqamətini dəyərləndirən və pərəstişkarı olan bütün insanlar üçün böyük bayramdır. Bakı Caz Festivalı ənənəvi olaraq 2005-ci ildən  keçirilir. Bundan əlavə, qeyd etmək lazımdır ki, caz festivalı nəinki . Azərbaycanda, dünyanın bir çox ölkələrində keçirilir. Bakının bu festivala ev sahibliyi etməsi isə Azərbaycanın tanınmasına böyük təsir göstərməkdədir.

“Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı”

Beynəlxalq xarakter daşıyan Qəbələ Musiqi Festivalının da danılmaz əhəmiyyəti var. Bu barədə danışan Bakı Musiqi Akademiyasının məzunu Gülüm Qiyasovanın sözlərinə görə, Azərbaycanda keçirilən difər musiqi bayramları kimi, Qəbələ Musiqi Festivalının da gözəl ənənələri formalaşıb. G.Qiyasovanın dediyinə görə, festivalların yalnız Bakıda deyil, bölgələrdə də keçirilməsi olduqca vacib amildir: ”Respublikamızda keçirilən bütün musiqi festivallarının böyük əhəmiyyəti var. Maraqlı cəhətlərdən biri odur ki, bu festivallar ancaq Bakı ilə məhdudlaşmır, bölgələrdə də keçirilir. Bu, Azərbaycan klassik, xalq musiqisinin beynəlxalq aləmə çıxışını təmin edir. Bu festivallar sanki musiqimiz üçün etibarlı bir nəfəslik rolunu oynayır. Son illər ənənəvi hal alan və hər il yay aylarında Qəbələ şəhərində keçirilən Qəbələ Musiqi Festivalı  Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur. Olduqca dəyərli festivaldır. Bu tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda, keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı, Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. 2009-cu ildə musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilib. Qeyd edim ki, festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər caz və muğam gecələri də təşkil olunub. 2010-cu ildə Qəbələ Festivalı avqust ayında baş tutmuşdu. Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı. UNESCO-nun baş direktoru İrina Bokova da festivalın açılışında iştirak etmişdi. Qeyd edim ki, festival, 2009-cu  ildə olduğu kimi, Üzeyir Hacıbəyovun “Koroğlu”  operasının üvertürasının ifası ilə başlamışdı. Festivalın açılışı Böyük Britaniya Kral Simfonik Orkestrinə həvalə olunmuşdu. Bundan əlavə, festivalda Dmitri Yablonski, Yuri Başmet, Xloe Xanslip, pianoçu Boris Berezovski  kimi musiqiçilərlə digər azərbaycanlı və əcnəbi sənətçilər çıxış etmişlər”.

G.Qiyasovanın sözlərinə görə, bu festivalın ənənələri olduqca maraqlıdır və musiqimizin başqa ölkələrin musiqiçiləri, ifaçıları tərəfindən səslənməsinə şərait yaradır. O qeyd etdi ki, bir çox hallarda xarici musiqiçilərin bizim musiqi haqqında dərin məlumatı olmur, amma onlar gəlib burada bizim musiqini eşidəndə tamam başqa cür düşünürlər: ”Bu festivalların əhəmiyyətli tərəflərindən biri odur ki, əcnəbi musiqiçilər bizim bəstəkarların əsərlərini dinləyir, bəstəkarlarımızla tanış olur, dünyadan köçən dahi musiqi xadimlərimizin yaradıcılıqlarına heyrət edirlər. Onlar gəlib burada bizim bəstəkarların əsərlərini eşidəndə təəccüblənirlər ki, belə qiymətli əsərlərdən nə üçün xəbərsiz olublar. Odur ki, belə festivallar çox əhəmiyyətlidir. Bu həm də gənc peşəkar musiqiçilərimizi uğurla tanıdır. Onlar gəlib görürlər ki, bizim musiqiçilər əcnəbi musiqiçilərin əsərlərini necə məharətlə ifa edirlər.

“Muğam dünyası” Beynəlxalq Musiqi Festivalı da keçirilir. Bu Beynəlxalq Musiqi Festivalı da  ilk dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18–25 mart 2009-cu il tarixlərində Bakıda keçirilib. Deyim ki, həmin ilin mart ayının 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olub. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və çoxsaylı opera tamaşaları, eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsertlə bitib. Muğam Festivalının əsas məqsədi müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutmasıdır. 

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı da olduqca əhəmiyyətlidir. Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Polşa, Hindistan, Ukrayna, Koreya, Norveç, Türkiyə, Gürcüstan, İran və s. dövlətlərdən olan musiqiçilər, milli musiqi, folklor və teatr kollektivləri çıxış edirlər. Ümumiyyətlə, belə festivallar ölkənin musiqi mədəniyyətini təbliğ etməklə yanaşı, həm də turizm potensialımızı təqdim edir. Şəki əfsanəvi şəhərdir. Bura Azərbaycan xalqının folklor mədəniyyəti, qədim tikililəri, dadlı bişmişləri,  gözəl insanları ilə məşhurdur. Qonaqlar gəlib buradakı gözəllikləri gözləri ilə görürlər”.

Üzeyir Hacıbəyov adına Festivalın əhəmiyyəti…

G.Qiyasova uzun illərdir ölkəmizdə keçirilən Üzeyir Hacıbəyov adına Beynəlxalq Musiqi Festivalının da əhəmiyyətinə toxundu. O vurğuladı ki, dahi bəstəkarın xatirəsinə həsr olunan bu festivalın yalnız Azərbaycan musiqisi üçün deyil, küll halında dünya musiqisi üçün əhəmiyyəti var: ”Bilirik ki,  Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabrın 18-də respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyov IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Məlumata görə, festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Münxen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Sergey Doqadin, Boris Andrianov, Filip Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər. Onu da deyim ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Bu festivalın çəkisi çox böyükdür. Hər il olduğu kimi, bu il də paytaxtımız bayram əhvalına bürünəcək. Musiqi festivalları olduqca əhəmiyyətlidir”.

“Hər keçirilən festival bir musiqi bayramıdır”

Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu festivallar olduqca əhəmiyyətlidir: ”Bu festivallar bizim musiqi mədəniyyətimizin təbliğinə xidmət edir. Hər keçirilən festival bir musiqi bayramıdır. Bu festivallardan bizim musiqiçilər də, qonaq musiqiçilər də çox şey qazanır. Onlar Azərbaycana gəlir, bizim musiqimizlə tanış olur, təbiətimizə, gözəl yerlərimizə qonaq olurlar. Bu festivallar artıq beynəlxalq aləmdə də səs-səda yaradıb. Festivalların qədir-qiymətini bilən, onları dəyərləndirən insanlar çox olduğu üçün, onların keçirilməsi ənənə halını alıb. Bəzi festivallar Bakıdan kənarda keçirildiyi üçün, hər kəs gedib tamaşa edə bilmir. Ancaq sağ olsun “Mədəniyyət” kanalını, bütün festivallar kimi, Qəbələ Musiqi Festivalını da tamaşaçılara təqdim edir. Bu festivalları təqdir etmək, alqışlamaq lazımdır. Çünki onlar hamısı musiqimizin inkişaf etməsi üçün əsas amillərdir”.

S.Fərəcovun sözlərinə görə, sovet illərində Azərbaycan bəstəkarlarının əsərlərinin notu geniş şəkildə çap olunmayıb, bu da bəstəkarlarımızın xaricdə o qədər də tanınmamasına gətirib çıxarıb: ”Azərbaycan bəstəkarlarının əsərlərinin notu SSRİ məkanında çox az-az nəşr olunub. Nəşriyyatlar Moskvada, Leninqradda olduğu üçün onlara əlimiz çatmayıb. O biri xalqların nümayəndələri isə bizdən çox çap olunublar. O vaxtdan ögey-doğmalıq məsələsi olub. Bu da onunla nəticələnib ki, bizim çox istedadlı bəstəkarlarımızın gözəl əsərləri çox az yayılıb. Bu da bizim musiqinin təbliğatına müəyyən əngəllər törədib. İndi, şükür Allaha, vəziyyət dəyişib, bəstəkarlarımızın əsərləri təbliğ olunur. Gənc bəstəkarlar özləri də bu işdə fəaldırlar. Onlar öz əsərlərini nəşr edir, notları xaricdən gələn musiqiçilərə təqdim edirlər ki, əsərləri daha geniş coğrafiyada yayılsın. Bilirsiniz, biz öz təcrübəmizlə uğurlarımızı yaradırıq. Gələcəkdə təcrübələr çoxaldıqca, sistemləşdikcə, hər şey daha yaxşı olacaq”.

Bəstəkarın festivala fərqli yanaşması...

Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovanın isə festivalların keçirilməsinə münasibəti fərqlidir. O bizimlə söhbətində qeyd etdi ki, respublikamızda beynəlxalq musiqi festivallarının keçirilməsi müsbət haldır, ancaq bir musiqiçi kimi bu festivallara yanaşma onu qane etmir: ”Mən  bu festivalları necə görmək istərdim? Biz daha çox öz musiqimizin təbliğinə önəm verməliyik. Gəlin etiraf edək, tək-tük adamların adlarını çıxmaq şərti ilə bizim klassik musiqi nə ölkəmizdə, nə də xaricdə ifa olunur. Bu acınacaqlı bir haldır. Efirlərdən elə bir şeylər eşidirsən ki, ona musiqi demək olmaz. Biz başqa cür musiqi tərbiyəsi almışıq. Qara Qarayev kimi sənətkarları görmüşük. Üzeyir bəyin tələbəsi mənə dərs deyib. Festivallara gəlincə, kimin imkanı var o festivallara əsərlərini daxil etsin, edə bilir. Kimin də imkanı yoxdur, ora əsər təqdim edə bilmir. Bu artıq ənənə şəkilini alıb. Festivallara yanaşma düzgün deyil. Bu festivalların keçirilməsi ideyası çox gözəldir. Alqışlayıram, amma düzgün qurulsa. Düzgün qurulmur. Eyni adlar, eyni adamlar iştirak edir. Amma iş düzgün qurulsa, bəstəkarların hər biri bura əsər təqdim edə bilər. Bu məsələdə şəffaflıq olmalıdır. Elə bil bu proqram haradasa hazırlanıb gəlir, biz ancaq afişanı görürük. Əsərlərimiz ifa olunmur, tanınmırıq, Ona görə yox ki, biz pisik, sadəcə təbliğatımız yoxdur. Mən hesab edirəm ki, bu festivallara yanaşmada dəyişikliklər olmalıdır”.

E.Dadaşova qeyd etdi ki, festivalın gedişatı düzgün qurulsa, onun perspektivi yüksək səviyyədə olar: ”Düzgün yanaşma olsa perspektivi əla olar. Nəyi görürüksə, üz qabığı çox gözəldir, amma içi, tutumu fərqlidir”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ