Cümə günü, 09 oktyabr 2026
     

Müa­sir Azər­bay­can ca­zın­da keç­miş­dən nə qa­lıb?

Image


Ca­van Zey­nal­lı: "Ke­çən əs­rin 60-cı il­lə­ri­nin or­ta­la­rın­da bu­ra­da Ame­ri­ka ca­zı­nı ifa et­mə­yə elə də im­kan ver­mir­di­lər"

 

Azər­bay­can və caz. Son il­lər caz sə­nə­ti öl­kə­miz­də bö­yük əks-sə­da ya­ra­dıb. Bu əks-sə­da dün­ya­nın bir sı­ra öl­kə­lə­ri­nə, hət­ta ca­zın və­tə­ni olan Ame­ri­ka­ya da ya­yı­lıb. Bu gün dün­ya­nın ən bö­yük kon­sert sa­lon­la­rın­dan caz­men­lə­ri­mi­zin sə­si gə­lir, on­lar müx­tə­lif mü­ka­fat­lar­la öl­kə­mi­zə qa­yı­dır­lar.

Res­pub­li­ka­mız­da döv­lət sə­viy­yə­sin­də ca­zın in­ki­şa­fı­na dəs­tək ve­ri­lir. Elə bu­nun nə­ti­cə­si­dir ki, ar­tıq 2005-ci il­dən baş­la­ya­raq pay­tax­tı­mız­da caz fes­ti­va­lı ke­çi­ri­lir.

Ba­kı Caz Fe­ti­va­lı­nın caz mu­si­qi­si...

Ənə­nə­vi xa­rak­ter alan Ba­kı Bey­nəl­xalq Caz Fes­ti­va­lı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Mə­də­niy­yət Fon­du və "Caz Dün­ya­sı" jur­na­lı tə­rə­fin­dən təş­kil edi­lən bir la­yi­hə­dir. Onu da vur­ğu­la­yaq ki, fes­ti­val­da həm xa­ri­ci, həm də yer­li caz ul­duz­la­rı iş­ti­rak edir­lər. Qeyd edək ki, Ba­kı Bey­nəl­xalq Caz Fes­ti­va­lı - təh­sil (se­mi­nar­lar və mas­ter-klass­lar), "Uşaq­lar caz gü­nü", mü­sa­bi­qə ("Ən yax­şı caz ifa­çı­sı"), in­cə­sə­nət və fo­to­sər­gi­lər, dün­ya caz ifa­çı­la­rı­nın caz kon­sert­lə­ri və baş­qa təd­bir­lər­dən iba­rət olan fo­rum və mu­si­qi fes­ti­va­lı­dır.

Qeyd edi­lə­nə gö­rə, Ba­kı Caz Fes­ti­va­lı öl­kə­lər ara­sın­da mə­də­ni töh­fə­ni güc­lən­dir­mək və ge­niş­lən­dir­mək, elə­cə də dün­ya öl­kə­lə­ri­nin mə­də­ni ir­si­ni təd­qiq et­mək üçün bö­yük im­kan­dır. Bun­dan baş­qa, Ba­kı Caz Fes­ti­va­lı XX əs­rin gör­kəm­li xa­dim­lə­ri tə­rə­fin­dən tə­sis olu­nan Azər­bay­can ca­zı­nın ta­ri­xi­nin qo­run­ma­sı və da­vam et­di­ril­mə­si üçün ça­lı­şır.

Onu da vur­ğu­la­yaq ki, təd­bir çər­çi­və­sin­də mu­si­qi­çi­lər Bey­nəl­xalq Mu­ğam Mər­kə­zin­də, Ba­kı Fi­lar­mo­ni­ya­sın­da, Hey­dər Əli­yev Sa­ra­yın­da, elə­cə də Caz Mər­kə­zin­də kon­sert proq­ram­la­rı ilə çı­xış edir­lər.

Bil­di­rək ki, 2016-cı il­də Ba­kı Caz Fes­ti­va­lı Av­ro­pa Caz Bir­li­yi­nə (Eu­ro­pe­an Jazz Net­work EJN) da­xil edi­lib.

2000-ci il­lər­də Ba­kı Bey­nəl­xalq Caz Fes­ti­va­lı və Qə­bə­lə Mu­si­qi Fes­ti­va­lı ki­mi caz fes­ti­val­la­rı Azər­bay­can­da ca­zın in­ki­şa­fın­da müs­bət dö­nüş ya­ra­dıb de­sək ya­nıl­ma­rıq.

Azər­bay­can ca­zı­nı ya­ra­dan­lar...

Azər­bay­can ca­zı­nın in­ki­şa­fı­nı 1930-cu, 1940-cı, 1950-ci,        1960-cı, 1970-ci, 1980-ci, 1990-cı, 2000-ci, 2010-cu il­dən bu gü­nə qə­dər yoz­saq, xey­li uğur­lu nə­ti­cə­lə­rə şa­hid­lik et­miş ola­rıq.

Ca­zın in­ki­şa­fın­dan da­nı­şar­kən xey­li say­da gör­kəm­li şəx­siy­yə­ti müt­ləq şə­kil­də xa­tır­la­ma­lı­yıq. Bö­yük bəs­tə­ka­rı­mız To­fiq Qu­li­ye­vin, caz-mu­ğam jan­rı­nın ba­ni­si Va­qif Mus­ta­fa­za­də­nin, To­fiq Əh­mə­do­vun, Pər­viz Rüs­təm­bə­yo­vun, Ra­uf Ha­cı­ye­vin, Tey­mur Əh­mə­do­vun, Tey­mur Mir­zə­ye­vin ad­la­rı caz­la çox doğ­ma­dır. Bu gün isə Fa­iq Sü­cəd­di­nov, Sal­man Qəm­bə­rov, İs­far Sa­rabs­ki, Ca­van Zey­nal­lı, Cə­mil Əmi­rov, Emil Əf­ra­si­yab, Ra­in Sul­ta­nov, Rə­şad Ha­şı­mov, Şa­hin Növ­rəs­li və di­gər­lə­ri bu sə­nə­tin da­şı­yı­cı­la­rı­dır.

Qeyd edək ki, möv­zu haq­qın­da da­nı­şar­kən Azər­bay­can ca­zı­nın keç­di­yi ta­ri­xi yo­la da nə­zər sal­ma­lı­yıq.

Mə­lu­mat­la­ra gö­rə, caz mu­si­qi­si XX əs­rin 30-cu il­lə­rin­də Azər­bay­ca­na Ame­ri­ka­dan gə­ti­ri­lib. Ba­kı­da To­fiq Qu­li­yev və Ni­ya­zi tə­rə­fin­dən zən­ci və caz mu­si­qi­si ilə Av­ro­pa üs­lub­lu for­ma­la­rın sin­te­zi nə­ti­cə­sin­də ilk caz or­kes­tri ya­ra­dı­lıb. Mə­lu­mat­lar­da bil­di­ri­lir ki, bu or­kestr 1920-30-cu il­lər­də bö­yük po­pul­yar­lıq qa­za­nıb. Ra­uf Ha­cı­yev və To­fiq Əh­mə­do­vun rəh­bər­li­yi ilə ya­ra­dıl­mış or­kest­rlər Azər­bay­ca­nın ən iri biq-bend­lə­ri olub. Vur­ğu­la­yaq ki, XX əs­rin 40-60-cı il­lə­rin­də Ba­kı­da caz mu­si­qi­si öz yo­lu­nu da­vam et­di­rir. Caz iş­lən­mə­lə­rin­də ar­tıq Azər­bay­can bəs­tə­kar­la­rı­nın əsər­lə­ri və xalq me­lo­di­ya­la­rı səs­lən­mə­yə baş­la­yır. Ra­uf Ha­cı­yev və To­fiq Əh­mə­do­vun or­kest­rlə­ri, "Qa­ya" vo­kal kvar­te­ti­nin ifa­sın­da mil­li Azər­bay­can me­lo­di­ya­la­rı ilə qo­vu­şan ye­ni, tək­ra­ro­lun­maz Azər­bay­can ca­zı­nın tə­mə­li qo­yu­lur. Ba­kı­da ar­tıq mu­ğam lad­la­rı ilə caz im­pro­vi­za­si­ya­la­rı­nı bir­ləş­di­rən ye­ni cə­rə­yan ya­ran­mış­dı. Mu­ğam da caz ki­mi çox­şa­xə­li­dir, tü­kən­məz­dir, im­pro­vi­za­si­ya əsa­sın­da qu­ru­lur və müx­tə­lif for­ma­la­ra ma­lik­dir. Caz-mu­ğam üs­lu­bu­nun ya­ran­ma­sı­na, tək­mil­ləş­mə­si­nə və caz dün­ya­sın­da təs­diq­lən­mə­si­nə fit­ri is­te­da­da ma­lik caz pia­no­çu­su Va­qif Mus­ta­fa­za­də­nin ya­ra­dı­cı­lı­ğı sə­bəb ol­du. Ey­ni za­man­da caz-mu­ğam uni­kal mu­si­qi­çi, pia­no­çu və bəs­tə­kar, 1994-cü il­də er­mə­ni ter­ror ak­tı­nın qur­ba­nı ol­muş Ra­fiq Ba­ba­ye­vin də üzə­rin­də iş­lə­di­yi baş­qa for­ma­lar­da tək­mil­lə­şir­di.

Ye­ni caz or­kest­rlə­ri və caz ifa­çı­la­rı...

Ötən əs­rin so­nun­da Azər­bay­can­da "Ba­kus­tik-caz" və "Sin­di­kat" caz an­samb­lla­rı, ha­be­lə 2000-ci il­də Ba­kı Döv­lət Sir­ki­nin nəz­din­də "Are­na" caz or­kes­tri ya­ra­dı­lıb. Bu kol­lek­tiv­lər caz fes­ti­val­la­rın­da fə­al iş­ti­rak et­miş­lər. 2004-cü il­dən Ba­kı­da "Caz Dün­ya­sı" jur­na­lı çap olu­nur. Jur­nal­da Azər­bay­can caz mək­tə­bi­nin təb­li­ği, müa­sir Azər­bay­can ca­zı­nın in­ki­şaf di­na­mi­ka­sı haq­qın­da mə­qa­lə­lər dərc edi­lir. 2005-ci il­dən baş­la­ya­raq ye­ni ad­la­rın aş­kar edil­mə­si və ta­nı­dıl­ma­sı məq­sə­di­lə gənc caz ifa­çı­la­rı­nın mü­sa­bi­qə­si ke­çi­ri­lir. Ba­kı­da ilk caz fes­ti­va­lı 1963-cü ilə tə­sa­düf edir. Son­ra­dan 1967, 1968, 1969, uzun fa­si­lə­dən son­ra 1983, 1985, 1987-ci il­lər­də caz fes­ti­val­la­rı, ha­be­lə 2002, 2003 və 2004-cü il­lər­də ABŞ-ın Azər­bay­can­da­kı Sə­fir­li­yi­nin dəs­tə­yi ilə üç il ər­zin­də "Cas­pi­an Jazz & Blu­es Fes­ti­val"ı, 2005-ci il­də bey­nəl­xalq "Ba­ku Jazz Fes­ti­val"ı ke­çi­ri­lib. 2007-ci il­dən eti­ba­rən Ba­kı Bey­nəl­xalq Caz Fes­ti­va­lı döv­lət dəs­tə­yi qa­za­na­raq, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən ke­çi­ril­mə­yə baş­lan­dı. Bu il­lər ər­zin­də fes­ti­val­da dün­ya şöh­rət­li mu­si­qi­çi­lər - Al Cer­ro, Her­bie Han­cock, Billy Cob­ham, Joe Za­wi­nul, Bran­ford Mar­sa­lis, Ric­hard Bo­na, Bo­bo Sten­son, Ra­şel Far­rell, Avi­şai Ko­hen, Co­şua Red­man, Çik Ko­rea, Con Makk­laf­lin, Ken­ni Qar­ret, Bob Ceyms, Da­ya­na Rivz, De­vid Sen­born, Mi­ke Man­ye­ri və baş­qa­la­rı iş­ti­rak et­miş­lər. Azər­bay­ca­nın müa­sir caz ifa­çı­lı­ğı sə­nə­ti­ni mə­ha­rət­lə xa­ri­ci öl­kə­lər­də təm­sil edən ifa­çı­lar ara­sın­da Cə­mil Əmi­rov, Sal­man Qəm­bə­rov, Emil Əf­ra­si­yab, Əf­qan Rə­sul, El­çin Şi­ri­nov, İs­far Sa­rabs­ki­nin ad­la­rı qeyd olu­na bi­lər. Va­qif Mus­ta­fa­za­də və Ra­fiq Ba­ba­ye­vin mu­ğam­la uğur­lu təc­rü­bə­lə­rin­dən son­ra sin­tez yer­li caz mu­si­qi­çi­lə­ri­nin ən çox mü­ra­ci­ət et­di­yi is­ti­qa­mə­tə çev­ril­miş­di.

Ye­ni nəs­lin uğur­la­rı...

Mə­lu­mat­la­ra gö­rə, ye­ni nə­sil və ye­ni mu­si­qi­çi­lər həm Şərq, həm də müa­sir Qərb mə­də­niy­yə­ti­nə xas for­ma­lar ax­ta­rır. İlk də­fə 2007-ci il­də "Mon­tre­ux Jazz Fes­ti­val" çər­çi­və­sin­də ke­çi­ri­lən pia­no­çu­lar mü­sa­bi­qə­sin­də Şa­hin Növ­rəs­li Azər­bay­ca­nı təm­sil et­di və ikin­ci ye­rə la­yiq gö­rül­dü. 2009- cu il­də İs­far Sa­rabs­ki Mön­trö­də caz pia­no­çu­la­rı mü­sa­bi­qə­sin­də bi­rin­ci yer qa­za­na­raq, Azər­bay­can ca­zı və möh­tə­şəm "Mon­tre­ux Jazz Fes­ti­val" - İs­veç­rə Fes­ti­va­lı ta­ri­xi­nə öz adı­nı yaz­dı. "Mon­tre­ux Jazz Fes­ti­val" hər il Azər­bay­ca­nın bir çox caz kol­lek­tiv­lə­ri üçün öz qa­pı­la­rı­nı açıq elan edir. Azər­bay­can caz ifa­çı­la­rı bir çox baş­qa dün­ya fes­ti­val­la­rı və sər­gi­lə­ri­nin səh­nə­lə­ri­ni də fəth edib­lər. 2013-cü il­də İn­gil­tə­rə­nin nü­fuz­lu stu­di­ya­la­rın­dan bi­rin­də Şa­hin Növ­rəs­li­nin "Ba­ya­tı" kom­pakt dis­ki ya­zıl­dı və bu, Azər­bay­can­da məş­hur fran­sız "Bee­jazz" leyb­li ilə bu­ra­xı­lan 2 ilk disk ol­du. 2014-cü il­də pia­no­çu Emil Əf­ra­si­yab nü­fuz­lu Berk­lee Ame­ri­ka Uni­ver­si­te­ti­nin caz pia­no­çu­lu­ğu sin­fi­ni uğur­la bi­tir­di. Ba­kı­da caz hə­ya­tı­nın uğur­lu ha­di­sə­lər ar­dı­cıl­lı­ğı bu gün də da­vam edir. Azər­bay­can­da caz tə­rəq­qi edir və döv­lət struk­tur­la­rı tə­rə­fin­dən möh­kəm dəs­tək­lə­nir. Hey­dər Əli­yev Fon­du, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və elə­cə də ay­rı-ay­rı şəxs­lər mu­si­qi­çi­lə­rə kö­mək edir. Caz ifa­çı­la­rı­nın ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti döv­lət sə­viy­yə­sin­də yük­sək qiy­mət­lən­di­ri­lib. Bir çox caz mu­si­qi­çi­lə­ri fəx­ri ad­la­ra la­yiq gö­rü­lüb­lər. Ba­kı­da ke­çi­ri­lən müx­tə­lif caz fes­ti­val­la­rı və kon­sert­lə­ri, ey­ni za­man­da re­gi­on­lar­da təş­kil edi­lən caz təd­bir­lə­ri bö­yük ma­raq­la qar­şı­la­nır.

Ta­nın­mış caz­men, mü­ğən­ni, pia­no­çu, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin fər­di tə­qa­üd­çü­sü Ca­van Zey­nal­lı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da Azər­bay­ca­nın caz ta­ri­xi və müa­sir Azər­bay­can ca­zın­dan da­nış­dı. O he­sab edir ki, bu gün Azər­bay­can­da is­te­dad­lı in­san­lar var, am­ma on­lar hə­lə ya­ra­dı­cı­lıq ax­ta­rı­şın­da­dır­lar.

C.Zey­nal­lı­nın söz­lə­ri­nə gö­rə, caz elə bir mu­si­qi jan­rı­dır ki, gə­rək ona ca­nın­la, qa­nın­la bağ­lı ol­san: "Bi­lir­si­niz ki, caz Ame­ri­ka­da ya­ra­nıb. Bu, 1915-ci ilə tə­sa­düf edir. Hər öl­kə­nin caz ifa­çı­lı­ğın­da öz ye­ri, öz ko­lo­ri­ti var. Caz­dan da­nı­şı­rıq­sa, mən əsl Ame­ri­ka ca­zı­nı qə­bul edi­rəm. Çün­ki uşaq­lıq­dan bu ca­za qu­laq as­mı­şam. Al­lah Va­qif Mus­ta­fa­za­də­yə rəh­mət elə­sin, o ya­xın dos­tum idi və mə­nim də xət­ri­mi çox is­tə­yir­di. Hə­mi­şə onun ifa­sı­na çox diq­qət­lə qu­laq asır­dım və gö­rür­düm ki, o, Ame­ri­ka ca­zı ifa edir. Am­ma bi­lir­si­niz ki, ke­çən əs­rin 60-cı il­lə­ri­nin or­ta­la­rın­da bu­ra­da Ame­ri­ka ca­zı­nı ifa et­mə­yə elə də im­kan ver­mir­di­lər. Bu za­man Va­qif mu­ğam və caz sti­lin­də ifa et­mə­yə baş­la­dı. Bu cür çal­ma­ğa onu şə­ra­it məc­bur edir­di. Onu te­le­vi­zi­ya­ya də­vət edib de­yir­di­lər ki, Va­qif, sən caz-mu­ğam ifa et. Əsl ca­zı ifa et­mə­yə qoy­mur­du­lar de­yə o da bu mu­si­qi­ni ifa edir­di. Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra və­ziy­yət də­yiş­di. İn­di kim nə is­tə­yir ça­lır, oxu­yur. O vaxt qa­da­ğan ol­du­ğu üçün, bi­zim­ki­lər Ame­ri­ka ca­zı­nı az ça­lır­dı­lar. An­caq mən hə­mi­şə is­tə­yir­dim ki, an­caq Ame­ri­ka bəs­tə­kar­la­rı­nın əsər­lə­ri­ni ça­lım. Çün­ki o mə­nim xo­şu­ma gə­lir­di. Os­kar Pitr­son o vax­tın dün­ya­da bir nöm­rə­li pia­no­çu­su idi. Bir ne­çə dün­ya şöh­rət­li caz ifa­çı­la­rı var idi ki, on­lar əvəz­siz idi­lər. Bi­zim gənc mu­si­qi­çi­lər ki, var, on­lar caz yox, caz-mu­ğam ça­lır­lar. Bu yan­lış­dır. Bu gün Azər­bay­can­da caz mu­si­qi­si sa­hə­sin­də çox is­te­dad­lı gənc­lər var, am­ma on­lar bu jan­rın yo­lu­nu tap­mır­lar, hə­lə ax­ta­rış­da­dır­lar. Elə­lə­ri var ki, 45-50 ya­şın­da­dır, am­ma hə­lə də ax­ta­rış­da­dır­lar. Be­lə ol­maz, mu­siq­çi­lər yo­lu tap­ma­lı­dır. Caz ne­cə­dir­sə, onu elə də çal­maq la­zım­dır. Mən caz an­samb­lla­rı ilə kon­sert ver­mi­şəm. Hey­dər Əli­yev adı­na Sa­ray­da da caz an­samb­lı ilə kon­sert ver­dim. Mə­nim­lə kon­sert­də Akif Sü­ley­man­bəy­li də iş­ti­rak edir­di, mən üç mah­nı oxu­dum, hət­ta çal­dım da. Mən həm oxu­yu­ram, həm ça­lı­ram. Mən həm oxu­ma­ğı, həm də çal­ma­ğı yük­sək sə­viy­yə­də ba­ca­rı­ram. Bu da mə­nim bö­yük mək­təb keç­mə­yim­lə bağ­lı­dır. Sö­zün hə­qi­qi mə­na­sın­da, mək­təb­lə­rim güc­lü olub. "Qa­ya" an­samb­lın­da 20 il da­vam­lı ola­raq ça­lış­mı­şam. Mən caz fes­ti­val­la­rın­da da iş­ti­rak et­mi­şəm. Bir söz­lə, ca­zı həm bi­lir, həm də hiss edi­rəm. "Qa­ya" an­samb­lı ilə təx­mi­nən 10-12 caz fes­ti­va­lın­da iş­ti­rak et­mi­şəm. Dörd nə­fər çı­xıb caz oxu­yur­duq, hət­ta Al Cer­ro­nun da re­per­tua­rın­dan oxu­mu­şuq. O, bir ne­çə ay­dır ki, rəh­mə­tə ge­dib, çox bö­yük caz­men idi".

Gənc­lə­rin ca­za mü­na­si­bə­ti­nə gə­lin­cə, C.Zey­nal­lı bil­dir­di ki, on­lar ax­ta­rış­da­dır­lar: "Mə­nim ki­mi mu­si­qi­çi­lər var ki, on­lar bu sa­hə­yə öz mö­hü­rü­nü vu­rub və ca­zın nə ol­du­ğu­nu bi­lir və təb­liğ edir. Ona gö­rə də mə­ni ta­ma­şa­çı­lar se­vir. Bö­yük sə­nət yo­lu keç­mi­şəm. Ca­van­la­ra gə­lin­cə, on­lar nə bi­lir­lər, ki­min­lə ça­lır­lar, ümu­miy­yət­lə, ha­ra­da məşq edir­lər? Ba­şa düş­mü­rəm. Hər­dən çı­xıb te­le­vi­zor­da ça­lır­lar. On­lar ax­ta­rış­da­dır­lar. İs­te­dad­lı gənc­lər var, on­la­rın gö­zəl gə­lə­cək­lə­ri də var".

Bu gün bəs­tə­kar­la­rın caz jan­rın­da mu­si­qi bəs­lə­mə­di­yi­ni de­yən C.Zey­nal­lı­nın söz­lə­ri­nə gö­rə, in­di To­fiq Qu­li­yev, Ra­uf Ha­cı­yev ki­mi bəs­tə­kar­la­rın əsər­lə­ri ki­mi əsər­lər ya­ran­mır: "Bi­zim bö­yük bəs­tə­kar­la­rı­mı­zın ha­mı­sı ca­zı çox se­vir­di­lər. Bu gü­nə gə­lin­cə, in­di caz jan­rın­da əsər­lər ya­zıl­mır. Bə­zən rast gə­li­rik, am­ma o da o sə­viy­yə­də alın­mır. Açı­ğı caz jan­rın­da oxu­yan­lar da yox­dur. İn­di­ki ca­van­lar o vax­tın mah­nı­la­rı­nı oren­je­man edib oxu­yur­lar. Bu mah­nı­la­rı bir az rit­mə sa­lıb ifa edir­lər, an­caq o caz de­yil. Əsl caz im­pro­vi­zə edi­lən­dir. Yə­ni ifa edir­sən, son­ra im­pro­vi­zə edir­sən. To­fiq Qu­li­ye­vin "Sə­nə də qal­maz" mah­nı­sı­nı gu­ya caz üs­tə oxu­yur­lar. O mah­nı­nı oxu­yan­da o qə­dər "çak-çuk" səs­lə­ri çı­xa­rır­lar ki, adam mə­ət­təl qa­lır. Bu bia­bır­çı­lıq­dır, bu­nu et­mək ol­maz. Bəs­tə­kar bu mah­nı­nı be­lə yaz­ma­yıb axı. Yax­şı caz­men ol­maq üçün il­lər və öz üzə­rin­də çox­lu gər­gin iş­lə­mək tə­ləb olu­nur. Mən o qə­dər iş­lə­yir­dim ki... İn­di də iş­lə­yi­rəm".

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ