şənbə günü, 10 oktyabr 2026
     

Ötən gün Ta­leh Hə­mid "Ba­kı-Xə­bər"ə gəl­miş­di... - MÜSAHİBƏ / FOTO

Image


Cə­lal Hə­mid: "Mə­nim üçün Ta­leh Hə­mid adı bir açar­dır, han­sı qa­pı­ya ge­di­rəm­sə, o qa­pı üzü­mə açıq­dır"

"Xoş­bəxt idi ona gö­rə ki, onun anam ki­mi hə­yat yol­da­şı var­dı"

 

Elə ar­zu­la ki, ar­zu­la­rı­nın
Yü­zün­dən bi­ri­nə ça­ta bi­lə­sən.
Tor­pa­ğı sev­gi­nən öz anan ki­mi,
Sa­bah qu­ca­ğın­da ya­ta bi­lə­sən.

Bə­li, bu gün Ta­leh Hə­mid ana tor­pa­ğın­da - Şəm­kir­də­ki ki­çik mə­zar evin­də uyu­yur. Və­tən şai­ri­ni unut­mur, elə oxu­cu­la­rı da hər za­man onu ya­da sa­lır. Bax, əsl şa­ir bu­dur.

Şa­ir ana­dan elə tən­ha do­ğu­lur, hə­mi­şə ru­hu üşü­yür. Hət­ta gü­nəş də, atəş də onun ru­hu­nu isi­də bil­mir. Sı­zıl­da­yan ru­hun ka­man­ça di­lin­dən isə ru­hun cöv­hə­ri olan şe­ir sü­zü­lür.

Sən­siz il bi­li­rəm hər də­qi­qə­ni,
Gö­züm­dən ya­şı da si­lə bil­mi­rəm.
Da­ha həs­rə­ti­nə yan­dır­ma mə­ni,
Gəl­mir­sən, sa­kit­cə ölə bil­mi­rəm.

Şa­ir ki­mi göz­lə­yə bi­lər­di be­lə in­ti­zar­la? İçim­dən qo­pan ni­da de­yir ki, an­caq və an­caq ölü­mü. İl­ham pə­ri­si on­suz da il­lər bo­yu idi ki, ürə­yi­nin mər­həm nöq­tə­si­nə çök­müş­dü. Ölüm onu qo­va-qo­va öm­rün 65-ci pil­lə­si­nin iki ad­dım­lı­ğın­da ya­xa­la­ya bil­di. 65-in ətə­yin­dən ye­ni­cə ya­pış­mış­dı ki, irə­li­yə ad­dım­la­sın, am­ma Əz­ra­yıl im­kan ver­mə­di. Şe­ir­lə­rin­dən bi­rin­də də be­lə de­yir­di:

Gənc­lik dur­na­lar tək uçub ge­dən­dən
Ağ­rı­lar-acı­lar ba­şa keç­di­lər.
Bil­mi­rəm nə gör­dü naz­lı gö­zəl­lər,
Adı­mı sor­ma­mış ya­şa keç­di­lər.

İyu­nun 19-u ta­nın­mış şa­ir-pub­li­sist, jur­na­list, bir sı­ra mü­ka­fat­lar lau­rea­tı, 11 ki­tab mü­əl­li­fi mər­hum şai­ri­miz Ta­leh Hə­mi­din 65 ya­şı ta­mam olur. Bir ne­çə ay­dır ara­mız­da ol­ma­yan T.Hə­mid hər gün xa­tır­la­nır de­sək, yan­lış­lı­ğa yol ver­mə­rik. Öm­rü­nü sö­zə fə­da edən han­sı in­san unu­du­lub ki, o da unu­dul­sun. Heç vaxt unut­ma­dı­ğı­mız Ta­leh Hə­mi­din 65 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə şai­ri xa­tır­la­maq üçün oğ­lu Cə­lal Hə­mi­di və nə­və­si Ta­leh Hə­mi­di re­dak­si­ya­mı­za də­vət et­dim.

- Cə­lal bəy, xoş gəl­mi­si­niz. Ta­leh Hə­mi­di özü­nüz­lə gə­tir­mə­yi­niz lap ürə­yim­dən ol­du.

- Çox sağ olun. Hə, atam de­miş­kən, bu əsl Ta­leh Hə­mid­dir. Ba­ba­sı­nın adı­nı adın­da, tə­xəl­lü­sü­nü isə rəs­mi ola­raq so­ya­dın­da ya­şa­dır.

- Ta­leh Hə­mid bir ata ki­mi si­zə nə mi­ras qo­yub get­di?

- Ata­mın ən bö­yük mi­ra­sı onun tə­miz, şə­rəf­li adı­dır. Bir ne­çə həf­tə əv­vəl Bi­nə­qə­di Ra­yon İc­ra Ha­ki­miy­yə­tin­də təd­bir ke­çi­ri­lir­di. O təd­bir­də uşaq­lar da iş­ti­rak edir­di, rəsm çə­kir­di­lər. Ba­la­ca Ta­leh Hə­mid hə­min təd­bir­də çək­di­yi rəs­mə gö­rə bi­rin­ci ye­rə la­yiq gö­rül­dü. Onu təq­dim edən­də bir nə­fər xa­nım mə­nə ya­xın­la­şıb de­di ki, üzr is­tə­yi­rəm, bu uşaq bi­zim ta­nı­dı­ğı­mız şa­ir Ta­leh Hə­mi­din nə­yi­dir? De­dim ki, nə­və­si. Mə­nim üçün Ta­leh Hə­mid adı bir açar­dır, han­sı qa­pı­ya ge­di­rəm­sə, o qa­pı­lar üzü­mə açıq­dır. Ata­mın adı ey­ni za­man­da da bir to­xu­nul­maz­lıq və­si­qə­si­dir. Hə­lə ki, biz ata­mın adı­nın işı­ğın­da ya­şa­yı­rıq.

- Onun bir məş­hur sö­zü var­dı: "Ta­leh Hə­mi­din adı­na ve­ri­lən xoş­bəxt­lik və­si­qə­si it­di­yi üçün eti­bar­sız sa­yı­lır". O, ümu­miy­yət­lə, ai­lə­də xoş­bəxt idi­mi?

- Gə­lin mə­sə­lə­yə əv­vəl­cə yax­şı tə­rəf­dən ya­na­şaq. Atam xoş­bəxt idi, ona gö­rə ki, onun anam ki­mi hə­yat yol­da­şı var­dı. Bi­lir­si­niz ki, onun ağır gün­lə­ri çox olub, 2000-ci il­dən 2004-cü ilə qə­dər bir xəs­tə­lik­lə mü­ba­ri­zə apar­dı, hət­ta çə­ki­si 41 ki­loq­ram qal­mış­dı.

- Bə­li, ya­dım­da­dır.

- 2014-cü il­də də ürə­yin­dən əmə­liy­yat olun­du. De­mək olar ki, ya­rım­can idi. Göy­də Al­lah, yer­də anam və ata­mın bir ne­çə yax­şı dost­la­rı ol­ma­say­dı, atam elə 2000-ci il­də dün­ya­sı­nı də­yi­şər­di. Ata­mın bir dos­tu var­dı, hə­mi­şə ana­ma de­yir­di ki, İra­də, Ta­leh xoş­bəxt­dir, sə­nin ki­mi ömür yol­da­şı var. Anam  ona tək­cə hə­yat yol­da­şı de­yil­di, həm də sə­da­qət­li dost idi. Öz adı­nı və tə­xəl­lü­sü­nü da­şı­yan nə­və­si­nin dün­ya­ya gə­li­şi də onu həd­siz xoş­bəxt et­miş­di. Atam bir tə­rəf­dən də xoş­bəxt de­yil­di, ona gö­rə ki, ba­cı­mı itir­di. Se­vin­cin və­fat et­mə­si ata­ma ağır tə­sir et­di. Ba­cım­dan son­ra özün­dən ki­çik qar­da­şı Ma­lik əmi dün­ya­sı­nı də­yiş­di, özü­nə çox ya­xın bil­di­yi Sa­hi­bi itir­di, son­ra dal­ba­dal üç ba­cı­sı dün­ya­dan köç­dü. Ana­sı və­fat et­di. Bun­lar ha­mı­sı ata­mın səh­hə­tin­də də­rin iz­lər bu­rax­dı. Atam özü öl­mə­miş­dən əziz­lə­ri­ni dəfn et­miş bir adam olub. Bu ba­xım­dan xoş­bəxt ol­ma­ya bi­lər­di.

- Ta­leh mü­əl­li­min uşaq­lı­ğı çox çə­tin keç­miş­di. Özü mə­nə bu ba­rə­də da­nış­mış­dı. Çə­tin­lik­lə bö­yü­dü­yü­nə bax­ma­ya­raq, hə­yat­se­vər, yu­mor­lu, in­san­pər­vər bir şəxs idi. Adam onu gö­rən­də elə bi­lir­di ki, ya­xın qo­hu­mu­nu gö­rür...

- 12 ya­şı olan­da ata­sı­nı itir­miş­di. Ba­ba­mın əs­li Gən­cə­dən, Ba­la Bağ­man­dan olub. O, Dəl­lək Hə­mid tə­xəl­lü­sü ilə şe­ir­lər ya­zır­dı, onun şe­ir­lə­ri in­di də qa­lır, özü pa­paq­çı olub. O vaxt İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də əsir düş­dü­yü üçün, ba­bam evə 1948-ci il­də gə­lib. Ona de­yib­lər ki, sən Gən­cə­də ya­şa­ya bil­məz­sən, bu­ra­dan 20 ki­lo­metr uzaq­da ya­şa­ma­lı­san. Bö­yük bi­bim Şəm­kir­də ya­şa­dı­ğı üçün, ba­bam­gil Şəm­ki­rə kö­çüb. Atam­gil üç ba­cı, dörd qar­daş olub­lar. Atam ai­lə­nin dör­dün­cü uşa­ğı olub.

- De­yir­di ki, çox ka­sıb ya­şa­yır­dıq...

- Bə­li, ka­sıb­çı­lıq çox çə­kib­lər. Bə­zən mən is­raf­çı­lıq edən­də, pu­lu çox xərc­lə­yən­də de­yir­di ki, sən sə­hər sa­at 4-də gö­yər­ti­ni şeh­li-şeh­li yı­ğıb ba­za­ra apar­ma­ğı gör­mə­mi­sən, ona gö­rə be­lə edir­sən. Əziy­yət­lə bö­yü­yüb­lər, nə­nəm on­la­ra tək ba­xıb. Atam da­nı­şır­dı ki, on­lar üçün ən dəh­şət­li ay mart-ap­rel ay­la­rı olub, köh­nə qur­ta­rır­dı, tə­zə bit­mə­miş­di. On­lar mart ayı gə­lən­də dü­şü­nür­müş­lər ki, gö­rə­sən, bu ayı ne­cə ke­çi­rək ki, öl­mə­yib sağ qa­laq.

Ata­ma bö­yük qar­da­şı Əş­rəf əmi ata­lıq edib. Hə­mi­şə de­yir­di ki, mən Əş­rə­fi qar­daş yox, ata gö­zün­də gö­rü­rəm. Çə­tin ya­şa­maq­la­rı­na bax­ma­ya­raq, atam heç vaxt oxu­ma­ğın­dan, ali təh­sil al­maq ar­zu­sun­dan ge­ri çə­kil­mə­yib. Atam jur­na­lis­ti­ka fa­kül­tə­si­ni bi­tir­miş­di. 

- Şa­ir Zey­nal Xə­lil Ta­leh mü­əl­li­min ya­xın qo­hu­mu idi de­yə­sən... On­lar ne­cə qo­hum idi?

- Zey­nal Xə­lil ba­ba­mın bi­bi­si oğ­lu idi. Atam ona Zey­nal əmi de­yir­di. On­lar o qə­dər doğ­ma, ya­xın idi­lər ki, mən ya­xın­lar­da onun ata­mın əmi­si ol­ma­dı­ğı­nı bil­mi­şəm. Ola bil­sin bə­zi ai­lə­lər­də ata­nın bi­bi­si oğ­lu bir köy­nək uzaq sa­yıl­sın, am­ma biz­də be­lə de­yil­di. Atam hə­mi­şə Zey­nal Xə­lil və onun uzun müd­dət kənd tə­sər­rü­fa­tı na­zi­ri iş­lə­miş qar­da­şı Məm­məd Xə­li­lo­va doğ­ma əmi ki­mi ya­na­şır­dı. Bun­lar çox meh­ri­ban idi­lər, ara­la­rın­da sıx bağ­lı­lıq, get-gəl var­dı. Ta­leh Hə­mid Ba­kı­da oxu­yan­da Məm­məd əmi­si­gil­də ya­şa­yıb. Bu gün də on­lar­la mü­na­si­bət­lə­ri­miz çox yax­şı şə­kil­də var. Şa­ir­lik atam­gi­lin qa­nın­da olub.

- Şa­ir­lik mü­əy­yən qə­dər ge­ne­tik ol­sa da, Ta­leh mü­əl­lim ədə­biy­yat­da heç kə­si tək­rar­la­ma­dı, onun öz nə­fə­si var­dı, öz poe­zi­ya­sı ya­ran­mış­dı...

- Bə­li, ata­mın özü­nə­məx­sus qə­lə­mi var­dı. Bu gün için­də ata­mın bir şei­ri ol­maq şər­ti ilə mə­nə yüz şe­ir ve­rin, ora­da ata­mın şei­ri­ni ta­nı­ya­ca­ğam. Bax­ma­ya­raq ki, onun in­di­yə qə­dər 11 ki­ta­bı çap olu­nub və o çox na­dir hal­lar­da şe­ir­lə­rin­də "Ta­leh" adı­nı çə­kib. Bu­na bax­ma­ya­raq, üs­lu­bun­dan şei­rin ata­ma aid ol­du­ğu­nu bi­lə­rəm.

- Ta­leh mü­əl­lim həm də jur­na­list olub, hə­ya­tı­nı bu pe­şə­yə həsr edib...

- Onun ya­zı­la­rı hə­lə or­ta mək­təb­də oxu­du­ğu il­lər­dən dərc edil­mə­yə baş­la­yıb. Uzun müd­dət "Ul­duz" jur­na­lın­da iş­lə­yib. So­vet hö­ku­mə­ti­nin da­ğıl­maq ərə­fə­sin­də ol­du­ğu dövr­də o, "Ye­ni fi­kir" qə­ze­ti­nin baş re­dak­to­ru olub. Son­ra "Müs­tə­qil" ad­lı qə­zet bu­ra­xıb, bu qə­ze­tin həm tə­sis­çi­si, həm də baş re­dak­to­ru olub. Bu qə­zet 2001-ci ilə qə­dər da­vam­lı ola­raq çıx­dı. Ata­mın xəs­tə­li­yi ilə əla­qə­dar qə­ze­tin bir müd­dət fəa­liy­yə­ti da­yan­dı. Qə­zet 2005-ci il­də ye­ni­dən bər­pa olun­du və 2006-cı ilə qə­dər ça­pı da­vam et­di. "Po­lio­lit" jur­na­lı­nı çap et­mə­yə baş­la­dı, el­mi-pub­li­sis­tik jur­nal idi. Bu jur­nal­dan son­ra atam rəs­mi ola­raq jur­na­list­lik fəa­liy­yə­ti­ni da­yan­dır­dı. Re­gi­on­la­rın İn­ki­şa­fı İc­ti­mai Bir­li­yin­də fəa­liy­yət gös­tər­di. Son za­man­lar "Ver­gi­lər" qə­ze­tin­də ça­lı­şır­dı.

- Cə­lal bəy, bu qə­dər həs­sas və şei­rə ya­xın­sı­nız. Am­ma ya­ra­dı­cı­lıq­la məş­ğul ol­mur­su­nuz, ədə­biy­ya­tı seç­mə­di­niz. Ola bil­məz ki, nə vaxt­sa yaz­ma­mı­sı­nız. Olub­mu şe­ir­lə­ri­niz?

- Uşaq vax­tı 20-yə ya­xın şe­ir yaz­mış­dım. Mən də şe­ir yaz­dı­ğı­mı si­nif­də uşaq­la­ra de­dim, on­lar da bu­nu za­ra­fa­ta sal­dı­lar. Bu­nun­la da mən­də yaz­ma­ğa komp­leks ya­rat­dı­lar, da­ha yaz­ma­dım, şa­ir­li­yi­min "öm­rü" bit­di.

- Ne­çə öv­la­dı­nız var?

- Bir oğ­lum var, Ta­leh Hə­mid. O da si­zin qar­şı­nız­da­dır. Bir də­fə atam mü­sa­hi­bə­sin­də de­miş­di ki, əsl Ta­leh Hə­mid bu­dur, mən "ki­tays­ki" Ta­leh Hə­mi­dəm.

- Ni­yə be­lə de­miş­di ki?

- Ata­mın so­ya­dı rəs­mən Ba­ba­yev ge­dir­di, Hə­mid tə­xəl­lü­sü­nü rəs­mi so­yad ki­mi gö­tü­rə bil­mə­miş­di. Oğ­lum­da isə Hə­mid so­ya­dı rəs­mi ol­du.

- Ata­nız ev­də sərt idi­mi? Si­zə qar­şı hər han­sı bir "cə­za" təd­bi­ri olur­du­mu?

- Atam əsə­bi idi, xır­da bir şe­yə gö­rə bə­zən özün­dən tez çı­xır­dı. Am­ma kin nə­dir bil­məz­di. Çox tə­miz ürə­yi var­dı. O çox na­dir hal­lar­da mən­dən in­ci­yər­di, ya­xud mə­ni tən­beh edər­di. Bir mə­sə­lə də var ki, o qəl­bi­nə to­xun­du­ğu ada­mın kön­lü­nü yüz qat ar­tıq alır­dı.

- Bil­di­yim qə­dər, ara­nız­da ata-ba­la mü­na­si­bə­tin­dən əla­və bir dost­lu­ğu­nuz da var­dı. Ümu­miy­yət­lə, ata və oğu­lun dost­lu­ğu müm­kün­dür­mü?

- Tə­bii, müm­kün­dür, ni­yə də ol­ma­sın ki... Atam­la aram­da çox sə­mi­mi mü­na­si­bət var­dı. De­yim ki, ara­mız­da sər­həd yox idi. Hət­ta tay-tuş ki­mi za­ra­fat­lar edər­dik. Bə­zən dost­la­rım de­yir­di ki, sən atan­la nə çox za­ra­fat edir­sən? Mən sü­ni­lik­dən və qey­ri-sə­mi­mi­lik­dən uza­ğam. Adam­lar var­dı ki, ata­sı içə­ri gi­rən­də aya­ğa du­rur­du, am­ma elə yer­də ata­sı­na hör­mət­siz­lik edir­di ki... Am­ma mə­nim­sə ürə­yim­də hə­mi­şə atam var­dı, ona sev­gi var­dı. 

- Onun dün­ya­dan köç­mə­yi­nə bə­zən ina­na bil­mi­rəm. Siz ne­cə, ina­nır­sı­nız?

- Mən də si­zin ki­mi, inan­mı­ram. O gün ata­mın vi­deo­lent­lər­də­ki çı­xış­la­rı­na ba­xı­ram, sə­si qu­la­ğı­ma gə­lir, si­ma­sı gö­züm önün­də can­la­nır. Bu ya­xın­lar­da bağ­da gül­lə­rin di­bin­də ki­çik bir de­kor dü­zəlt­mi­şəm, qey­ri-ix­ti­ya­ri ola­raq ana­ma de­dim ki, ana, atam gə­lən­də bu­nu ona gös­tə­rə­rik. Bu on­dan irə­li gə­lir ki, hə­lə də ata­mı "yox" ki­mi qə­bul edə bil­mi­rəm. Göz­lə­yi­rəm, elə bi­li­rəm ki, ha­ra­sa ge­dib, gə­lə­cək. Atam heç mən­dən uza­ğa get­mir, hə­mi­şə yu­xu­la­rım­da olur, heç yu­xu­la­rı­mı tərk et­mir. Əsas tə­səl­li­miz­dən bi­ri odur ki, ata­mın çox­lu vi­deo və səs ya­zı­la­rı qa­lıb. O gün Azər­bay­can Ra­dio­su öz sə­sin­də şe­ir­lə­ri­ni ver­di. Sə­si­ni hə­mi­şə eşit­di­yim üçün elə bi­li­rəm ki, ət­ra­fım­da­dır.

- Ta­leh mü­əl­li­min 65 il­lik yu­bi­le­yi ha­ra­da qeyd edi­lə­cək? Bu­nun­la bağ­lı təd­bir­lər gö­rü­lür­mü?

- Rəs­mi şə­kil­də iyu­nun 19-da Şəm­kir Ra­yon İc­ra Ha­ki­miy­yə­ti qeyd edə­cək. Ar­tıq bu ba­rə­də ra­yo­nun ic­ra baş­çı­sı Alim­pa­şa mü­əl­lim gös­tə­riş ve­rib. İyu­nun 20-dən son­ra isə Ni­za­mi Ki­no Mər­kə­zin­də ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur. Bu təd­bi­ri Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi və Ni­za­mi Ki­no Mər­kə­zi bir­gə təş­kil edir. Ata­mı yad­da sax­la­yır­lar, unut­mur­lar, də­yər ve­rir­lər, bu bi­zə çox xoş­dur. Atam ki­min­lə dost­luq edib­sə, onun dost­lu­ğu tə­mən­na­sız dost­luq olub. Onu in­san­lar hər yer­də xa­tır­la­yır. Nə yax­şı ki, atam özün­dən son­ra unu­dul­maz bir iz qo­yub get­di.

- Fəx­ri adı yox idi de­yə­sən...

- Xeyr. Gənc­li­yin­də "Le­nin mü­ka­fa­tı" lau­rea­tı idi, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin "Qı­zıl kəl­mə" mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dü. Mən­dən çox adam so­ru­şur ki, Ta­leh mü­əl­lim xalq şai­ri idi elə­mi? De­yi­rəm ki, yox. Qə­ri­bə­dir ki, ha­mı onun xalq şai­ri ol­du­ğu­nu bi­lir­miş. Se­vi­ni­rəm ki, atam xal­qın ürə­yin­də özü­nə be­lə bir hey­kəl ucal­dıb...

İra­də SA­RI­YE­VA
P.S Ad gü­nü­nüz mü­ba­rək, Ta­leh mü­əl­lim, axi­rət evi­niz çı­raq­ban ol­sun!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ