şənbə günü, 15 avqust 2026
     

50 min şei­ri çap olu­nan şai­rə Şə­ra­fət Da­ğıs­tan­lı "Ba­kı-Xə­bər"ə "sirr"lə­ri­ni aç­dı... - MÜSAHİBƏ

Image


"Bə­zi adam­lar şe­ir­lə­ri­mi öz ad­la­rı­na çı­xır"

 

Şə­ra­fət Da­ğıs­tan­lı - bu im­za Azər­bay­can oxu­cu­su­na çox yax­şı ta­nış­dır. Öm­rü­nün xə­zan ça­ğı­nı ya­şa­yan ta­nın­mış şai­rə, jur­na­list Ş.Da­ğıs­tan­lı öm­rün 80-ni­nə ayaq qoy­maq­da­dır. Bu­na bax­ma­ya­raq, bir gün də ol­sa, qə­lə­mi əlin­dən ye­rə qoy­mur, ya­zır, ya­ra­dır. O həm də say­sız mah­nı mətn­lə­ri­nin, mə­qa­lə­lə­rin mü­əl­li­fi­dir. Bu gün­lər­də ta­nın­mış şai­rə ilə gö­rü­şüb onun ürə­yin­də kök sal­mış xa­ti­rə­lə­ri, ba­şı­na gə­lən ha­di­sə­lə­ri, ya­şa­dı­ğı gün­lə­rin ov­qa­tı­nı oxu­cu­la­rı­mız­la bö­lüş­mək is­tə­dik.

- Əs­lim-kö­küm Os­man­lı türk­lə­ri­nə ge­dib çı­xır. Ulu ba­bam 1905-ci il­də Tür­ki­yə­dən gə­lib. O il­lər­də er­mə­ni­lə­rin Azər­bay­can­da tö­rət­di­yi qır­ğın­lar za­ma­nı ba­ba­mın qar­da­şı­nı öl­dü­rüb­lər. Ba­bam son­ra Da­ğıs­ta­nın Ru­tul ra­yo­nu­nun Gi­li­xor kən­di­nə ge­dib və ora­da ai­lə hə­ya­tı qu­rub. Atam, əmi­lə­rim mü­ha­ri­bə­yə ge­dib qa­yıt­ma­yıb­lar. Beş ya­şım olan­da anam da Sa­mur ça­yın­da ba­ta­raq hə­lak olub.

- Öm­rü­nü­zün ilk sə­hi­fə­lə­ri çox qüs­sə­li­dir, Şə­ra­fət xa­nım...

- Bə­li, qı­zım. O vaxt bi­zim 12 inə­yi­miz var­dı. Bu­gün­kü ki­mi ya­dım­da­dır, mə­nə de­di ki, bu neh­rə­ni çal­xa­la, mən inək­lə­ri na­xı­ra qa­tıb qa­yı­dı­ram. Anam ora ça­tan­da na­xır­çı na­xı­rı Sa­mur ça­yı­nın o tə­rə­fi­nə ad­la­dıb­mış, anam inək­lə­ri na­xı­ra qa­tan­dan son­ra ge­ri qa­yı­dan­da çay­dan ke­çər­kən su­da bo­ğu­lub. Ana­mın me­yi­ti­ni 3 gün­dən son­ra tap­dı­lar. O rəh­mə­tə ge­dən­dən son­ra top­da­ğıt­maz mül­kü­müz da­ğıl­dı, nə­yi­miz var­dı əli­miz­dən çıx­dı.

- Ai­lə­nin tək uşa­ğı idi­niz?

- Xeyr, iki qar­da­şım var­dı. Anam hə­lak olan­dan son­ra bi­zim ba­şı­bə­la­lı gün­lə­ri­miz baş­la­dı. Baş­sız qal­dıq, bi­zə qo­hum-əq­rə­ba ba­xır­dı, nə­yi­miz var ha­mı­sı­nı ta­la­dı­lar. Heç bil­mə­dik inək­lə­ri­miz, evin var-döv­lə­ti ne­cə ol­du? Heç ya­dım­dan çıx­maz, hər il yay­la­ğa ge­dir­dik. Ki­min mal-qa­ra­sı çox idi, o müt­ləq yay­la­ğa ge­dir­di. So­nun­cu də­fə ge­dən­də anam ora­da iki küp qı­zıl bas­dır­dı. O bil­mir­di ki, öm­rü be­lə qı­sa ola­caq. Axı çox ca­van idi anam. Av­qus­tun so­nun­da kən­də gəl­dik, o bi­ri ilin may ayı­nın iki­sin­də ana­mın ba­şı­na o mü­si­bət gəl­di. O qı­zıl­lar yay­laq­da qal­dı, 100 də­nə gə­bə­miz var­dı. İn­di­ki ki­mi ya­dım­da­dır, kən­din qız­la­rı gə­lib bi­zə xal­ça to­xu­yar­dı­lar. Rəh­mət­lik anam çox əlia­çıq idi. Anam ölən­dən son­ra da­yım mü­ha­ri­bə­dən qa­yıt­dı. O mə­ni və qar­daş­la­rı­mı Qa­xa gə­tir­di, biz bu­ra­da da­yı­mın hi­ma­yə­sin­də ya­şa­dıq. Da­yım hərb­çi idi, ra­yon­da hər­bi ko­mis­sar iş­lə­yir­di. Bö­yük qar­da­şım Gür­cüs­ta­na oxu­ma­ğa get­di, ki­çik qar­da­şı­mı da əs­gər apar­dı­lar.

Mə­nim uşaq­lıq­dan şei­rə bö­yük ma­ra­ğım var­dı.

- Bəs yaz­ma­ğa nə vaxt­dan baş­la­dı­nız?

- 11 ya­şım olan­da ar­tıq şe­ir ya­zır­dım. Xa­li­də Ha­si­lo­va haq­qın­da eşit­mi­si­niz?

- Əl­bət­tə. Gör­kəm­li uşaq ya­zı­çı­mız olub.

- Bə­li. 1950-ci il­də Xa­li­də Ha­si­lo­va mə­ni özü ilə Ba­kı­ya gə­tir­di. Təx­mi­nən 12-13 ya­şım var­dı. Onun ya­nın­da iş­lə­yə-iş­lə­yə or­ta mək­tə­bi də bi­tir­dim. Xa­li­də xa­nım mə­ni hi­ma­yə­yə gö­tür­müş­dü. Mə­nə ana­lıq, ba­cı­lıq et­di. Mən Ba­kı­da Xa­li­də xa­nım­gil­də ya­şa­yır­dım. Xa­li­də xa­nı­mın bir qı­zı var­dı, biz üç­lük­də qa­lır­dıq. O dün­ya şöh­rət­li ya­zı­çı idi. Çox qiy­mət­li ya­zı­çı, gö­zəl in­san, sə­riş­tə­li re­dak­tor ki­mi qa­lıb yad­daş­lar­da.

Oxu­ya-oxu­ya Ba­kı Ka­ra­mel Fab­ri­kin­də iş­lə­yir­dim. O vaxt be­lə idi ki, ali mək­tə­bə da­xil ol­maq üçün is­teh­sa­lat­da iş­lə­mə­li idin. Mən son­ra Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin jur­na­lis­ti­ka fa­kül­tə­si­nə da­xil ol­dum, həm oxu­dum, həm iş­lə­dim. Mir Cə­lal Pa­şa­yev, As­lan As­la­nov, Əli Sul­tan­lı, Cə­fər Xən­dan mü­əl­lim­lə­rim olub.

- Bəs ilk ki­ta­bı­nız nə vaxt çap olu­nub?

- 1960-cı il­də "Mə­nim ar­zu­la­rım" ad­lı ilk ki­ta­bım çap­dan çı­xıb. Ki­çik bir ki­tab idi. O ki­tab­dan mən­də qal­ma­yıb, yə­qin ki­tab­xa­na­lar­da var. Mə­nim is­te­da­dım Al­lah ver­gi­si­dir.

- Əs­lin­də, poe­zi­ya­ya, ədə­biy­ya­ta öz dər­di­ni­zi gö­tü­rüb gəl­mi­si­niz...

- Elə­dir, qı­zım. Bu il­lər­də gö­zəl in­san­lar mə­nə da­yaq dur­du, həm jur­na­list, həm də şai­rə ki­mi ta­nın­dım, məş­hur­laş­dım.

- Si­zi Sə­məd Vur­ğu­nun ai­lə­si ilə nə bağ­la­yır?

- Qo­hum­lu­ğu­muz var. Sə­məd Vur­ğu­nun yol­da­şı mə­nim ana­mın da­yı­sı qı­zı olub. Xa­vər xa­nım da Dər­bənd­dən­dir. Ab­dul­la Şai­qin hə­yat yol­da­şı da Xa­vər xa­nı­mın ba­cı­sı­dır. On­lar iki ba­cı idi­lər. Mən Qax­da ya­şa­yan­da Sə­məd Vur­ğun tez-tez ora gə­lər­di. Da­yım­la ya­xın dost idi­lər. Ba­la­ca qız idim, Sə­məd Vur­ğun bir də­fə mə­ni gös­tə­rib da­yı­ma de­di ki, bu qı­zın göz­lə­rin­də atəş ya­nır, onu qo­ru.

O, ra­yo­na gə­lən­də ina­nın ki, bü­tün ra­yon aya­ğa qal­xar­dı. Sə­məd Vur­ğun ba­şı­mı o qə­dər sı­ğal çə­kib ki... İlk çı­xı­şım da 1961-ci il 6 iyul ta­ri­xin­də Sə­məd Vur­ğu­nun hey­kə­li­nin açı­lı­şın­da olub. Bu gö­rüş­dən ma­raq­lı şə­kil­lər var. Bir də­fə vax­tı­nız olan­da gə­lin ba­xın, gö­rün mə­nim nə­lə­rim var?! Elə qiy­mət­li şə­kil­lər, gö­rüş­lər­dən xa­ti­rə­lər var mən­də, adam hey­rət et­mə­yə bil­mir. Düz­dür, ev de­yil, man­sart ki­mi yer­də qa­lı­ram, ora­nı da mu­zey ki­mi et­mi­şəm, evim yox­dur qı­zım. Mə­nim çox­lu dip­lom­la­rım, fəx­ri fər­man­la­rım, qiy­mət­li əş­ya­la­rı­mı, hət­ta şe­ir­lə­ri­mi də oğur­la­yıb öz ad­la­rı­na çı­xır­lar.

- Siz nə üçün on­la­ra ira­dı­nı­zı bil­dir­mir­si­niz?

- Bil­di­ri­rəm, ni­yə bil­dir­mi­rəm, sa­də­cə, əhə­miy­yət ver­mir­lər.  Bə­zi adam­lar mə­nim şe­ir­lə­ri­mi öz ad­la­rı­na çı­xır. Am­ma bu şe­ir­lər ki­tab­la­rım­da çap olu­nub. İn­di­yə qə­dər 50 min şei­rim çap olu­nub. Bir şkaf da çap olun­ma­mış şe­ir­lə­rim var.

- Şə­ra­fət xa­nım, ana­nı­zı itir­dik­dən so­na şei­rə bağ­lan­dı­nız. Şe­ir ana mə­həb­bə­ti­ni, ana is­ti­li­yi­ni əvəz et­di­mi?

- Heç vaxt. Ana mə­həb­bə­ti, ana is­ti­li­yi, ana meh­ri dün­ya­da əvə­zo­lun­maz­dır. Hə­lə­lik son ki­ta­bım olan "Bağ­ban, mə­ni ya­ra­la­ma"da "Ana­mı sel apar­dı" ad­lı poe­mam var.

Ana­mı sel apar­dı,

Ürə­yi­mi qo­par­dı.

Mə­nim "Ana" şei­ri­mə Ül­viy­yə Rə­hi­mo­va mah­nı ya­zıb. Çox gö­zəl mah­nı­dır. 76 mah­nı mət­ni­nin mü­əl­li­fi­yəm. Mah­nı­la­rım­dan bi­ri də "Bağ­ban, mə­ni ya­ra­la­ma" mah­nı­sı­dır. Mah­nı mətn­lə­rim çox­dur, qı­zım, am­ma tə­əs­süf ki, çox za­man bəs­tə­ka­rın adı­nı çə­kir­lər, mə­nim adı­mı isə çək­mir­lər. Bir ne­çə­sin­dən so­ruş­mu­şam ki, oxu­du­ğun mah­nı­nın söz­lə­ri ki­min­dir? De­yir­lər kim­dir söz mü­əl­li­fi­ni so­ru­şan? Bu mə­ni çox cid­di şə­kil­də na­ra­hat edir.

- Si­zin şe­ir­lə­ri­niz rus di­li­nə də çev­ri­lib. Kim­lər tər­cü­mə edib şe­ir­lə­ri­ni­zi?

- Şe­ir­lə­ri­mi mən­dən xə­bər­siz tər­cü­mə edib­lər. Tər­cü­mə­çi­lə­rim ara­sın­da çox məş­hur im­za­lar olub. Vla­di­mir Qa­fa­rov, Var­va­ra Kons­tan­ti­no­va, Vla­di­mir Zay­çev, Alek­sandr Xa­da­yev və baş­qa­la­rı şe­ir­lə­ri­mi rus di­li­nə çe­vi­rib. Xa­da­yev çox gö­zəl tər­cü­mə­çi idi. Ad­la­rı­nı çək­di­yim tər­cü­mə­çi­lər Ba­kı­da ya­şa­yır­dı.

Mən Mosk­va­da Qor­ki adı­na Ədə­biy­yat İns­ti­tu­tun­da oxu­mu­şam. Hət­ta mə­nim Mosk­va­da "Mo­lo­da­ya qvar­di­ya" nəş­riy­ya­tın­da ki­ta­bım da çı­xıb. On­da Rə­sul Həm­zə­tov mə­ni Na­zim Hik­mət­lə ta­nış edib. Son ki­ta­bım­da "Bir şa­ir gör­mü­şəm" şei­ri­ni Na­zim Hik­mə­tə həsr et­mi­şəm. Mən üç də­fə Asi­ya, Af­ri­ka və La­tın Ame­ri­ka­sı kon­qress­lə­ri­nin iş­ti­rak­çı­sı ol­mu­şam. Dün­ya kon­qre­sin­də iş­ti­ra­kım­la bağ­lı bü­tün şə­kil­lə­ri, sə­nəd­lə­ri sax­la­yı­ram. Şo­lo­xov­la də­fə­lər­lə üz­bə­üz otu­rub söh­bət et­mi­şəm. Çin­giz Ayt­ma­tov­la da unu­dul­maz gö­rüş­lə­rim, ya­ra­dı­cı­lıq söh­bət­lə­rim olub.

- Ad­la­rı­nı qeyd et­di­yi­niz və et­mə­di­yi­niz da­hi in­san­lar­la ta­nış­lıq, ün­siy­yət Si­zə nə ver­di?

- Az şey ver­mə­di. Və­tə­nə, el-oba­ya, tor­pa­ğa da­ha da bağ­lan­dım. On­lar mə­nə qol-qa­nad ver­di, da­yaq ol­du­lar. Unu­dul­maz mü­əl­li­mim Mir Cə­lal Pa­şa­yev mə­nə de­yir­di ki, hər şei­rin bir fəl­sə­fə­dir, hər şei­rin də bir ba­lan­dır, sə­ni ədə­biy­ya­ta Al­lah ha­zır gə­ti­rib.

- Ki­ta­bı­nı­zı və­rəq­lə­yi­rəm, nə qə­dər ma­raq­lı, məz­mun­lu şe­ir­lə­ri­niz var. Bu­ra­da diq­qə­ti­mi əsas çə­kən ştrix­lər­dən bi­ri Si­zin tor­paq­la­rı­mı­zın azad­lı­ğı, əra­zi bü­töv­lü­yü­müz uğ­run­da can­la­rı­nı qur­ban ve­rən oğul və qız­la­rı­mız haq­qın­da yaz­dıq­la­rı­nız­dır. Əs­lin­də, bu, bir ana ha­ra­yı­na bən­zə­yir...

- Bə­li. Mən bir ana yan­ğı­sı ilə yaz­mı­şam. Hər mis­ram­da şə­hid­lə­rin qəh­rə­man­lı­ğı, əz­mi, şü­caə­ti, öl­məz­li­yi tə­rən­nüm edi­lir.

- Si­zin öv­la­dı­nız var­mı?

- Al­la­ha qur­ban olum, onu mə­nə ver­di­yi üçün. Çox ağıl­lı, sa­vad­lı bir qı­zım var, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin bey­nəl­xalq hü­quq fa­kül­tə­si­ni bi­ti­rib. Özü də gö­zəl şai­rə­dir.

Ab­dul­la Pa­da­ri haq­qın­da eşit­mi­si­niz?

- Xeyr.

- O da şa­ir olub, qı­zı­mın ulu ba­ba­sı­dır. Ab­dul­la Pa­da­ri haq­qın­da ədə­biy­yat­da mə­lu­mat var. Qı­zım da Gü­nay Pa­da­ri tə­xəl­lü­sü ilə ya­zır.

- Azər­bay­can ədə­biy­ya­tın­da, ic­ti­mai hə­ya­tın­da çox gör­kəm­li qa­dın­lar olub. On­la­rın da bir qis­mi­ni ya­xın­dan ta­nı­mı­sı­nız. O qa­dın­lar haq­qın­da nə de­yər­di­niz?

- Unu­dul­maz Əzi­zə xa­nım Cə­fər­za­də mə­nə de­yir­di ki, ay qız, ya­ra­dı­cı­lıq­dan uzaq­laş­ma, yaz-ya­rat. Əzi­zə xa­nım həm gö­zəl ya­zı­çı, həm də gö­zəl mü­əl­lim idi, pro­fes­sor ki­mi şöh­rət qa­zan­mış­dı, ara­bir şe­ir­lər də ya­zır­dı. "Azər­bay­can aşıq və qa­dın şa­ir­lə­ri" ki­ta­bı­nı tər­tib et­miş­di, ora mə­nim də şe­ir­lə­ri­mi da­xil et­miş­di. Zə­ri­fə xa­nım Əli­ye­va­nı çox se­vir­dim, çox is­ti, qay­ğı­keş, gö­zəl bir xa­nım idi. Mən ona "Xa­nım Zə­ri­fə, Zə­ri­fə" ad­lı mah­nı mət­ni həsr et­mi­şəm. Onun­la çox doğ­ma idik. Bu­nun da sə­bə­bi o idi ki, rəh­mət­lik Xa­li­də xa­nım Ha­si­lo­va "Azər­bay­can qa­dı­nı" jur­na­lı­nın baş re­dak­to­ru idi, mən də onun ya­nın­da iş­lə­yir­dim, o mə­ni tez-tez Zə­ri­fə xa­nı­mın ya­nı­na ya­zı ha­zır­la­maq üçün gön­də­rir­di. Hə­mi­şə ya­zı ha­zır­la­ma­ğa ge­dən­də çox yax­şı qar­şı­la­yar, meh­ri­ban­lıq­la, hə­diy­yə ilə yo­la sa­lar­dı. Gü­la­rə Əli­ye­va ilə isə rə­fi­qə­lik edir­dik. Hə­mi­şə ev­lə­ri­nə ge­dib gə­lir­dim.

Səi­də xa­nım İmam­za­də var­dı, o da yad­dan çıx­maz in­san idi.

- Si­zin 70-dən çox şe­ri­ni­zə ay­rı-ay­rı bəs­tə­kar­lar mah­nı bəs­tə­lə­yib. On­la­rın ara­sın­da bu gün çox məş­hur olan mah­nı­lar da var. "Bağ­ban, mə­ni ya­ra­la­ma" mah­nı­sı çox gö­zəl­dir. Mah­nı mətn­lə­ri ne­cə ya­ran­dı?

- Mah­nı mətn­lə­ri yaz­maq çə­tin­dir, hər şa­ir ya­za bil­mir. Hər mətn ürə­yi­min bir par­ça­sı­dır. Mən o vaxt Mosk­va­da ya­şa­yan­da Ca­han­gir Ca­han­gi­rov "Ol­ma­san ol­mur" şei­ri­mə mah­nı yaz­dı. Qa­ra­ba­ğın gö­zəl­lik­lə­ri­ni təs­vir et­mi­şəm bu mətn­də. Bu qə­dər mah­nı mət­nim var, o mətn­lə­rə gö­zəl mah­nı­lar ya­zı­lıb, am­ma çox yer­də adı­mı çək­mir­lər. Bəs­tə­ka­rı təq­dim edir­lər, mə­ni yox. Bu da ürə­yi­mi in­ci­dir. "Sən­siz" mah­nı­sı da dil­lər əz­bə­ri­dir. Söz­lə­ri­mə bəs­tə­lə­nən bü­tün mah­nı­lar qı­zıl fond­da­dır. 

- Ne­cə do­la­nır­sı­nız?

- Çox ağır şə­ra­it­də ya­şa­yı­ram, do­la­nı­şı­ğım ol­duq­ca çə­tin­dir. 80-nə ya­xın ya­şım var. Evim yox­dur, de­mək olar ki, çar­daq ki­mi bir yer­də ya­şa­yı­ram. İm­ka­nım yox­dur. Mən hə­lə sağ ikən ya­zı­la­rı­mı oğur­la­yır­lar.

Həm ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev haq­qın­da, həm də Pre­zi­den­ti­miz İl­ham Əli­yev haq­qın­da çox­lu şe­ir­lə­rim və poe­ma­la­rım var, hə­lə ço­xu işıq üzü gör­mə­yib.  

- Han­sı mətn­lə­ri­niz baş­qa­sı­nın adı­na çı­xı­lır?

- "Ana kü­rüm" mah­nı­sı­nın mət­ni­ni mən yaz­mı­şam, mə­ni yan­dı­ran odur ki, onu baş­qa­sı­nın adı­na oxu­yur­lar. Mən Neft­ça­la-Sal­yan tə­rəf­də zo­na müx­bi­ri iş­lə­mi­şəm. "Aşıq Pə­ri" məc­li­si­nin ya­ra­dı­cı­sı və ona uzun il­lər rəh­bər­lik edən Na­rınc Xa­tu­nu mən üzə çı­xar­mı­şam. Onu Azaf­lı Mi­ka­yıl­la mən ta­nış et­mi­şəm. O il­lər­də çox ak­tiv şə­kil­də jur­na­lis­ti­ka ilə məş­ğul idim. Çox bö­yük in­san­lar­dan, şəx­siy­yət­lər­dən mü­sa­hi­bə­lər gö­tü­rür­düm, çox bö­yük are­na­la­ra çı­xır­dım. Da­hi Rə­şid Beh­bu­dov­la ey­ni təd­bir­də çı­xış et­mi­şəm.

Aka­de­mik Mi­rə­li Qaş­qa­yın 60 il­li­yin­də mə­ni re­dak­si­ya­dan on­dan mü­sa­hi­bə gö­tür­mə­yə gön­dər­di­lər. Çox yax­şı in­san, gör­kəm­li alim idi. Mə­nə de­di ki, jur­na­list­li­yin öz ye­rin­də, am­ma şa­ir­li­yi at­ma. İn­di elə in­san­lar yox­dur. On­lar san­ki bir na­ğıl idi­lər. Qı­zım, in­di in­san­pər­vər adam­lar çox az­dır. Mi­sir Ərəb Res­pub­li­ka­sın­dan, Vyet­nam­dan və di­gər öl­kə­lər­dən olan po­pul­yar şa­ir­lər­lə gö­rüş­mü­şəm, şə­kil­lə­ri­miz var. Şo­lo­xov da unu­dul­maz iz­lər bu­ra­xıb yad­da­şım­da. Don ka­zak­la­rı­nın keç­mi­şi türk­lər­lə bağ­lı­dır. Bi­lir­si­niz dün­ya­da nə qə­dər türk var?!

- Bə­li...

- Mə­nim ba­bam de­yir­miş ki, mən ölən­də nə­şi­mi Hay­dar Pa­şa­ya apa­rın. De­mə ki, ora­da bi­zim İçə­ri Şə­hər ki­mi bir yer­dir. Bol­qa­rıs­tan­da, Pol­şa­da, Mon­qo­lus­tan­da ol­mu­şam.

- İn­di­yə qə­dər ne­çə ki­ta­bı­nız çı­xıb?

- 9-u nəşr olu­nub. Am­ma de­di­yim ki­mi, çap olun­ma­yan şe­ir­lə­rim həd­siz çox­dur. 50 min şei­rim çap olu­nub. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin, Dün­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin üz­vü­yəm.

- Qa­dın üçün şe­ir yaz­maq nə de­mək­dir siz­cə?

- An­caq şə­rəf­dir, qü­rur­dur. Mən aka­de­mik Bu­daq Bu­da­qov­la dost idim. Ara­da pro­fes­sor­lar­la, alim­lər­lə otu­rub söh­bət edən­də hə­mi­şə de­yir­dim ki, mah­nı­la­rı­mı oxu­yur­lar, am­ma adı­mı çək­mir­lər. On­da Bu­daq Bu­da­qov mə­nə "sən ən xoş­bəxt şa­ir­sən ki, sağ­lı­ğın­da mah­nı­la­rın xalq mah­nı­sı ki­mi təq­dim edi­lir, de­mək, sən xal­qın ürə­yin­də özü­nə yer tut­mu­san" de­di. Bu be­lə ol­sa da, adı­mın çə­kil­mə­mə­yi mə­ni na­ra­hat edir. "Bağ­ban, mə­ni ya­ra­la­ma" mah­nı­sı bü­tün dün­ya­ya ya­yı­lıb, xa­nən­də­lər hər yer­də oxu­yur... Və­fa Xə­li­lo­va mə­nim "Azər­bay­can bay­ra­ğı" şei­ri­mə gö­zəl bir mah­nı ya­zıb.

- Si­zə həm də çox gö­zəl şe­ir­lər it­haf olu­nub. Bu şe­ir­lər ne­cə ya­ra­nıb?

- Bir çox məş­hur aşıq­lar mə­nə şe­ir həsr edib. An­caq aşıq Şa­kir mə­nə de­yir­di ki, şe­ir ya­zan­da müt­ləq mö­hür­bənd bağ­la, adı­nı şei­rə sal. Am­ma heç vaxt et­mə­mi­şəm. Də­də Şəm­şir mə­nə "Qal­xaq dağ­la­ra, dağ­la­ra" və baş­qa şe­ir­lər ya­zıb.

Gö­zə­li­sən sən Dər­bən­din,

Aşıq Şəm­şir sə­nin bən­din.

Gəl ge­dək şə­kə­rim-qən­dim,

Qal­xaq dağ­la­ra, dağ­la­ra.

Mə­nim ai­lə hə­ya­tın­da bəx­tim-ta­le­yim gə­tir­mə­yib, qı­zım dün­ya­ya gə­lən­dən son­ra hə­yat yol­da­şım dün­ya­sı­nı də­yiş­di. Mən ağ gün gör­mə­mi­şəm, qı­zım, hə­mi­şə mə­şəq­qət çək­mi­şəm. Uşaq­lıq­dan ye­tim qal­mı­şam, son­ra da ta­le­yim­dən ya­rı­ma­dım. Yax­şı ki, şe­ir, ədə­biy­yat, jur­na­lis­ti­ka var­dı. Mə­ni on­lar və xal­qın mə­həb­bə­ti, döv­lə­ti­mə, tor­pa­ğı­ma bəs­lə­di­yim son­suz sev­gi, ül­vi duy­ğu­lar ya­şat­dı...

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ