Cümə günü, 19 iyun 2026
     

Mil­li döv­lət­çi­lik dü­şün­cə­si­nin işı­ğın­da

Image


Müs­tə­qil­lik döv­rü Azər­bay­can ədə­biy­ya­tın­da ta­ri­xi ro­man jan­rı­na ye­ni­dən qa­yı­dış xal­qın mil­li-mə­nə­vi özü­nü­dərk pro­ses­lə­ri­nin də­rin­ləş­di­ril­mə­si­nə, ço­xəsr­lik təc­rü­bə və ənə­nə əsa­sın­da müa­sir mər­hə­lə­də müs­tə­qil döv­lət­çi­li­yin da­ha da möh­kəm­lən­di­ril­mə­si­nə xid­mə­tin ifa­də­si­dir. Müx­tə­lif ədə­bi nə­sil­lər bu ənə­nə­vi janr­da ta­ri­xə müa­sir­lik işı­ğın­da ya­naş­ma­ğın fərq­li ör­nək­lə­ri­ni nü­ma­yiş et­di­rir­lər. Bu ba­xım­dan ta­ri­xi ro­man jan­rı­na ar­dı­cıl ola­raq mü­ra­ci­ət edən Yu­nus Oğu­zun ya­ra­dı­cı­lı­ğı xü­su­si­lə diq­qə­ti cəlb edir.

Əv­və­la, Yu­nus Oğuz müs­tə­qil­lik döv­rün­də Azər­bay­can ədə­biy­ya­tı­nın ümu­mi mən­zə­rə­sin­də ta­ri­xi ro­man jan­rı­nın möv­qe­yi­nin möh­kəm­lən­mə­si sa­hə­sin­də mü­hüm ad­dım­lar atır. İkin­ci­si isə o, Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xi­nin bö­yük ədə­bi sal­na­mə­si­ni ya­ra­dır, ta­ri­xi şəx­siy­yət­lə­rin xid­mət­lə­ri­nin yad­da­qa­lan bə­dii va­si­tə­lər­lə xal­qa çat­dı­rıl­ma­sı­na ge­niş mey­dan açır. Son onil­lik­də bu janr­da yaz­dı­ğı əhə­miy­yət­li bə­dii əsər­lər­lə Yu­nus Oğuz ye­ni döv­rün müa­sir ta­ri­xi ro­man­çı­sı ki­mi bö­yük ad qa­zan­mış­dır. Yu­nus Oğuz "Na­dir şah", "Təh­ma­sib şah", "Əmir Tey­mur - Zir­və­yə doğ­ru", "Əmir Tey­mur - Dün­ya­nın ha­ki­mi", "Şah ar­va­dı və ca­du­gər", "Sul­tan Arp As­lan" və sa­ir ro­man­la­rın­da Azər­bay­ca­nın və türk dün­ya­sı ta­ri­xi­nin müx­tə­lif dövr­lə­ri­ni bü­tün yön­lə­ri ilə əha­tə­li şə­kil­də təs­vir et­mək­lə müa­sir­lə­ri­mi­zin mil­li gen yad­da­şı­nın oya­nı­şı­na və döv­lət­çi­lik tə­fək­kü­rü­nün qüv­vət­lən­mə­si­nə mə­su­liy­yət­lə və şə­rəf­lə xid­mət edir. Ya­zı­çı­nın ro­man­la­rın­da­kı mil­li döv­lət­çi­lik ide­ya­sı və azər­bay­can­çı­lıq ru­hu ta­ri­xi möv­zu­la­rın müa­sir dövr­lə, ye­ni ta­ri­xi epo­xa ilə üz­vi su­rət­də əla­qə­lən­di­ril­mə­si­nə ge­niş im­kan ya­ra­dır. Onun hər ro­ma­nı ümum­türk ta­ri­xi­nin və Azər­bay­can ger­çək­li­yi­nin bö­yük bir epo­xa­sı­nın ma­hiy­yə­ti­nin açıl­ma­sı­na, döv­lət­çi­lik ənə­nə­lə­ri­mi­zin re­al­lıq­la­rı­nın diq­qət mər­kə­zi­nə çə­kil­mə­si­nə işıq sa­lır. Yu­nus Oğuz Azər­bay­can ta­ri­xin­də mü­hüm yer tut­muş gör­kəm­li döv­lət xa­dim­lə­ri­nin ro­ma­nı­nı ya­rat­maq­la ye­ni nə­sil­lər­də kök­lər və bu­daq­lar haq­qın­da ob­yek­tiv və dol­ğun tə­səv­vür­lə­rin for­ma­laş­ma­sı­na bö­yük töh­fə ve­rir. Be­lə­lik­lə, Yu­nus Oğu­zun ta­ri­xi ro­man­la­rı Azər­bay­can döv­lət­çi­lik ta­ri­xi­nin mən­şə­yi, in­ki­şaf mər­hə­lə­lə­ri, bö­yük şəx­siy­yət­lə­ri və ib­rət dərs­lə­ri­nə həsr olun­muş bə­dii əsər­lər sil­si­lə­si ki­mi mü­hüm əhə­miy­yət kəsb edir. Onun ta­ri­xi ro­man­la­rı Azər­bay­can döv­lət­çi­li­yi­nin XX əsr­də mey­da­na çıx­ma­sı haq­qın­da­kı uy­dur­ma­la­ra tu­tar­lı ca­va­bın ifa­də­si ki­mi də cid­di ma­raq do­ğu­rur. Bü­tün bun­lar müs­tə­qil­lik döv­rü­nün oxu­cu­su­nun ta­ri­xi ənə­nə­lər­lə tə­mas­da müa­sir mər­hə­lə­də qar­şı­da du­ran və­zi­fə­lə­rin ma­hiy­yə­ti­ni və mə­su­liy­yə­ti­ni da­ha ay­dın su­rət­də dərk et­mə­si­nə şə­ra­it ya­ra­dır.

Yu­nus Oğu­zun növ­bə­ti "Ata­bəy El­də­niz" ro­ma­nı onun ya­ra­dı­cı­lı­ğın­da ta­ri­xi ro­man jan­rı­nın da­vam­lı in­ki­şaf pro­ses­lə­rin­də ol­du­ğu­nu gös­tə­rir. Əsər­də ta­rix­dən pay­tax­tı Nax­çı­van şə­hə­ri ol­maq­la "Ata­ba­ka­ni-Azər­bay­can" adı ilə ta­nı­nan Azər­bay­can Ata­bəy­lə­ri döv­lə­ti­nin (1136-1225) ya­ran­ma­sı, fəa­liy­yə­ti, bu döv­lə­tin qu­ru­cu­la­rı­nın hü­nər və qəh­rə­man­lı­ğı bü­tün ta­ri­xi miq­ya­sı və ic­ti­mai-si­ya­si qüd­rə­ti ilə ək­si­ni tap­mış­dır. Azər­bay­can an­la­yı­şı­nın yal­nız coğ­ra­fi əra­zi de­yil, mə­nə­vi və­tən və tor­paq, cə­miy­yət və döv­lət ki­mi tə­şək­kü­lü, for­ma­laş­ma­sı, yük­səl­mə­si ro­man bo­yu oxu­cu­nun gö­zü qar­şı­sın­da can­lı löv­hə­lər­də ək­si­ni ta­pır. Mü­əl­lif son­da: "El­də­niz ilk Ata­bəy ol­du ki, Azər­bay­can ata­bəy­li­yi­ni döv­lət sə­viy­yə­si­nə qal­dır­dı və "Azər­bay­can" sö­zü çoğ­ra­fi mə­na ilə ya­na­şı, si­ya­si mə­na­da da iş­lə­dil­mə­yə baş­lan­dı..." vur­ğu­la­yır. Bu­nun­la da oxu­cu­nun diq­qə­ti­ni Azər­bay­can Sə­fə­vi­lər döv­lə­tin­dən da­ha dörd əsr əv­və­lə çə­kir, "Xə­tai­nin qı­lın­cı­nın su­var­dı­ğı" əra­zi­lə­rin hə­lə XII əsr­də Ata­bəy El­də­niz tə­rə­fin­dən Azər­bay­can ata­bəy­li­yin­də əha­tə olun­du­ğu­nu bə­yan edir.

Ro­ma­nın əsas qəh­rə­ma­nı Azər­bay­ca­nın I Bö­yük Ata­bə­yi Şəm­səd­din El­də­niz­dir. Ta­rix­çi­lər adə­tən qey­ri-adi is­te­da­da ma­lik bu ta­ri­xi şəx­siy­yə­tin Səl­cuq sul­ta­nı Mah­mu­dun sa­ra­yı­na bir qul ki­mi sa­tı­lıb, möh­kəm ira­də­si, güc­lü xa­rak­te­ri,  mi­sil­siz ba­ca­rı­ğı sa­yə­sin­də hökm sa­hi­bi­nə - Ata­bə­yə çev­ril­mə­si­ni məx­su­si vur­ğu­la­yır­lar. Ro­man qıp­çaq türk­lə­rin­dən olan Şəm­səd­din El­də­ni­zin hə­yat yo­lu­nu iz­lə­mək­lə, həm də be­lə bir ta­ri­xi ver­si­ya­nı bə­dii şə­kil­də təs­diq­lə­yir ki, El­də­niz əsir düş­müş hökm­dar nəs­lin­dən­dir və qəh­rə­ma­nın ali döv­lət mər­tə­bə­si­nə yük­səl­mə­sin­də qan yad­da­şı­nın şək­siz ro­lu var­dır: "O, Uran tay­fa­sı­nın əsil­za­də­lə­rin­dən idi. Elə uşaq­lıq­dan hər şe­yə diq­qət­lə fi­kir ve­rir, olan­la­rı və söy­lə­nən­lə­ri yad­da­şı­na həkk et­mək­lə o bi­ri ya­şıd­la­rın­dan fərq­lə­nir­di. Am­ma ata­sı­nın uduz­du­ğu dö­yüş­lər­dən bi­rin­də qə­ni­mət ki­mi ba­cı­la­rı­nı, ana­sı­nı və onu əsir gö­tür­dü­lər. Son­ra­dan onu ana­sın­dan, ba­cı­la­rın­dan ayı­rıb qul ki­mi Dər­bən­də apar­dı­lar. Ta­le onun öm­rü­nə nə ya­zıb, o bu­nu bil­mir­di. Bil­di­yi o idi ki, ha­ra get­mə­yin­dən ası­lı ol­ma­ya­raq çox ça­lış­ma­lı, ağ­lı və zi­rək­li­yi sa­yə­sin­də özü­nü gös­tər­mə­li­dir".

Ro­man­da­kı be­lə bir mə­qam da qiy­mət­li­dir ki, mü­əl­lif El­də­ni­zin Dər­bənd qıp­çaq­la­rın­dan ol­du­ğu­nu bə­dii şə­kil­də əsas­lan­dı­rır. Bu­nun­la da gə­lə­cək­də Azər­bay­ca­nın Ata­bə­yi olan qəh­rə­man bu tor­pa­ğa heç də fa­teh ki­mi qə­dəm qoy­mur, doğ­ma Və­tə­nə, yur­du­na dön­müş olur və bur­da Azər­bay­can türk döv­lə­ti­ni tə­sis edir. Ümu­mən ya­zı­çı­nın bə­dii tə­xəy­yü­lü ta­ri­xi hə­qi­qət­lə­ri bə­dii cə­hət­dən da­ha da zən­gin­ləş­dir­mək­lə uğur qa­za­nır. Ro­man Ab­ba­si­lər döv­rün­də Ya­xın Şərq­də ha­kim olan Səl­cuq­lar im­pe­ri­ya­sı­nın re­al­lıq­la­rı­na, bu im­pe­ri­ya­nın əra­zi­lə­rin­də mey­da­na çı­xan məm­lük döv­lət­lə­ri­nin xə­ri­tə­si­nə güz­gü tut­maq­la, Səl­cuq im­pe­ri­ya­sı­nın gü­cü­nü və güc­süz­lü­yü­nü əya­ni ola­raq gös­tə­rir. Ya­zı­çı­nın uğu­ru­dur ki, o, əsə­rin­də Azər­bay­can türk döv­lə­ti­nin mey­da­na çıx­ma­sı­nı da məhz hə­min ta­ri­xi kon­teks­tdə işıq­lan­dı­rır. Ta­rix ki­tab­la­rın­dan alı­na­raq bəl­li hə­qi­qət­lə­rə çev­ril­miş ha­di­sə­lər ro­man bo­yu həm sü­je­tin əsa­sın­da dur­maq­la, həm də xro­no­lo­ji mo­zai­ka şək­lin­də ha­şi­yə­lər­də yer al­maq­la oxu­cu­nun ta­ri­xi yad­da­şı­nı oya­dır, ta­ri­xin xə­ri­tə­si­ni müa­sir­li­yin mən­zə­rə­si­nə çe­vi­rir.

Bu ba­xım­dan ro­ma­nın kom­po­zi­si­ya­sı ma­raq do­ğu­rur. Əsər san­ki xro­no­lo­gi­ya şək­lin­də qu­rul­muş­dur. Bə­dii par­ça­lar­da 1118-ci il­də Şəm­səd­din El­də­ni­zin Dər­bənd­dən ay­rı­la­raq Səl­cuq sa­ra­yı­na da­xil ol­ma­sın­dan 1187-ci il­də oğ­lu Ca­han Pəh­lə­va­nın Azər­bay­can Ata­bəy­lər Döv­lə­ti­ni zir­və­yə çat­dır­dı­ğı mə­qa­ma­dək ta­ri­xin rə­qəm­lə­ri vur­ğu­la­nır. Am­ma heç də ha­di­sə­lə­ri ar­dı­cıl­lıq­la təs­vir et­mək­lə yox, ta­ri­xi­mi­zin bu şə­rəf­li döv­rü­nə müx­tə­lif bu­caq­lar­dan işıq sal­maq­la oxu­cu­nu özü­nə cəlb edir. Ta­ri­xin mən­zə­rə­si gah irə­li­yə qa­çıb, gah da ge­ri­yə dön­mək­lə (1118, 1136, 1133, 1136, 1187, 1136 və s.) ar­tıq bəl­li bir an­la­yı­şın - Azər­bay­can Ata­bə­yi­nin təd­ri­cən for­ma­la­şan ob­ra­zı­nı müx­tə­lif mə­qam­lar­dan gös­tər­mə­yə xid­mət edir. Yu­nus Oğu­zun bu tip mo­za­ik kol­laj üsu­lu­nu son il­lər ro­man­çı­lı­ğı­mız­da iş­lə­nən uğur­lu və ori­ji­nal bə­dii for­ma he­sab et­mək olar.

Bu­nun­la be­lə, ro­man heç də ta­ri­xin köl­gə­sin­də qal­ma­yıb, həm möv­cud ha­di­sə və şəx­siy­yət­lə­rin fəa­liy­yə­ti­nə da­ir mə­lum fakt­la­rın və tə­fər­rü­at­la­rın bə­dii­ləş­di­ril­mə­si, həm də ya­zı­çı fan­ta­zi­ya­sın­dan do­ğan və əsə­ri ta­mam­la­yıb da­ha da zən­gin­ləş­di­rən əla­və­lər­lə in­ki­şaf et­di­ri­lir. Bu ba­xım­dan ro­man­da təq­dim olu­nan əsas sü­jet xət­ti El­də­niz - Mö­mü­nə Xa­tun mü­na­si­bət­lə­ri ai­lə­da­xi­li pro­ses­lə­rin səd­lə­ri­ni aşa­raq ha­ki­miy­yət və şəx­siy­yət prob­lem­lə­ri­nin işıq­lan­dı­rıl­ma­sı­na sə­bəb olur. Ro­ma­nın əsas konf­lik­ti­ni də Sul­tan Toğ­ru­lun ölü­mün­dən son­ra ta­le ul­duz­la­rı qo­vuş­muş bu iki ta­ri­xi şəx­siy­yə­tin qüd­rət­li si­ya­si-mə­nə­vi bir­li­yi ilə on­la­ra qar­şı çev­ril­miş düş­mən qüv­və­lər ara­sın­da­kı mü­na­qi­şə və mü­ba­ri­zə təş­kil edir. Qar­da­şı­nın ölü­mün­dən son­ra tax­ta çıx­mış sul­tan Mə­su­dun El­də­ni­zi II Toğ­ru­lun oğ­lu şah­za­də Ars­lan­şa­ha Ata­bəy tə­yin et­mə­si və Ar­ra­nın pay­tax­tı Bər­də­yə ha­kim gön­dər­mə­si mü­na­qi­şə­nin dü­yü­nü­nü vu­rur. El­də­niz-Mö­mü­nə Xa­tun tan­de­mi­nin məq­səd­lə­ri­nə doğ­ru zə­fər yü­rüş­lə­ri bir yan­dan Bağ­dad xə­li­fə­si­nin ha­ki­miy­yə­tə can atan səl­cuq şah­za­də­lə­ri və on­la­rın ata­bəy­lə­ri­ni da­im qı­zış­dır­ma­sı, bir-bi­ri­nə qar­şı qoy­ma­sı şə­rai­tin­də, di­gər tə­rəf­dən isə da­ha qor­xunc qüv­və - xi­la­fə­ti və Səl­cuq­la­rı giz­li şə­kil­də tə­qib edən, qətl­lər va­si­tə­si­lə va­hi­mə ya­ra­da­raq sa­ray­lar­dan xə­rac top­la­yan, özü­nü "ba­ti­ni­lər" ad­lan­dır­mış, la­kin xalq ara­sın­da da­ha çox "xaş­xa­şi­lər" adı ilə ta­nı­nan di­ni ter­ror təş­ki­la­tı­nın dai­mi hə­də və təz­yiq­lə­ri mü­hi­tin­də da­vam edir.

Şəm­səd­din El­də­ni­zin Mö­mi­nə Xa­tu­na sə­da­qə­ti­nin əsa­sı ilk də­fə hə­lə sul­tan sa­ra­yın­da onu xaş­xa­şi sui-qəs­din­dən qur­tar­ma­sı ilə qo­yu­lur və da­ha son­ra xaş­xa­şi­lər tə­rə­fin­dən hər iki qəh­rə­ma­na qar­şı də­fə­lər­lə ha­zır­lan­mış qətl­lə­rin qar­şı­sı alı­nır. Xaş­xa­şi­lə­rin baş­çı­sı Sa­hi­bi-əzə­mi Nu­rəd­din Mə­həm­məd Sa­ni­nin uzaq­gö­rən­lik­lə Şəm­səd­din El­də­niz və Mö­mü­nə Xa­tu­nu ayır­maq niy­yə­ti ürə­yin­də qa­lır: "Bu o de­mək­dir ki, iki ağıl­lı adam bir­lə­şib, tez­lik­lə nə­in­ki Ar­ran və Azər­bay­ca­na ha­kim ola­caq­lar, həm də o bi­ri Ata­bəy­lə­rə tə­sir gü­cü­nü əl­lə­rin­də sax­la­ya­caq­lar. Bi­zə də xər­rac ver­mə­yə­cək­lər". Be­lə­lik­lə, möh­tə­şəm tür­bə­si bu gün də qə­dim Azər­bay­can tor­pa­ğı Nax­çı­van­da uca­lan Mö­mü­nə Xa­tun­la El­də­ni­zin az qa­la qırx il­lik bir­gə hə­ya­tı və ay­rıl­maz it­ti­fa­qı nə­ti­cə­də Azər­bay­can Ata­bəy­lə­ri döv­lə­ti­nin qu­rul­ma­sı ta­ri­xi sim­vo­la çev­ri­lir.

Şəm­səd­din El­də­niz və Mö­mi­nə Xa­tun ro­man­da xa­rak­ter sə­viy­yə­sin­də təq­dim olu­nan su­rət­lər­dir. Ya­zı­çı Şəm­səd­din El­də­ni­zin sa­də­cə za­hi­ri por­tre­ti­ni cız­maq­la qal­mır, ob­ra­zı bü­tün­lük­lə da­im hə­rə­kət­də, əmə­li fəa­liy­yət­də, ha­di­sə­lə­rin ge­di­şi pro­se­sin­də ye­ni ciz­gi­lər­lə zən­gin­ləş­di­rir və ta­mam­la­nır. "Ata­bəy El­də­niz" ro­ma­nın­da­kı aşa­ğı­da­kı mü­əl­lif təq­di­ma­tı oxu­cu­nu Ata­bəy­lər döv­lə­ti­nin baş­çı­sı­nı ya­xın­dan ta­nı­ma­ğa ha­zır­la­yır: "Sa­ray mü­hi­ti ona çox şey­lə­ri öy­rət­miş, çox mət­ləb­lə­rin sir­ri­ni aç­mış­dı. Bi­rin­ci­si, qa­ra­din­məz ol­maq, heç ki­mə qo­şul­ma­maq və sirr ver­mə­mək. İkin­ci­si isə ağa­na, sa­hi­bi­nə sə­da­qət­lə qul­luq et­mək. "Tül­kü öz yu­va­sı­na hür­sə qo­tur olar". Be­lə­də həm ba­şın sa­la­mat qa­lar, həm də hör­mət­li olar­san. Bü­tün bun­la­rı o, sa­ray­da əxz et­miş­di." Bun­dan baş­qa, Yu­nus Oğuz Şəm­səd­din El­də­ni­zin sa­ray mü­hi­tin­də düz­lü­yü və sə­da­qə­ti hər şey­dən üs­tün tut­ma­sı ilə nü­fuz qa­zan­dı­ğı­nı gös­tə­rir. Onun əv­vəl­cə sul­tan Toğ­ru­lun mət­bəx baş­çı­sı (əl xi­van sa­lar), da­ha son­ra mü­ha­fi­zə xid­mə­ti­nin əmi­ri ol­ma­sı məhz hə­min əx­la­qi-mə­nə­vi key­fiy­yət­lə­rin sa­yə­sin­də müm­kün ol­muş­dur. Sul­tan Mə­sud tə­rə­fin­dən Ata­bəy tə­yin edil­dik­dən son­ra da düz­lü­yü­nü, sə­da­qə­ti­ni qo­ru­yub sax­la­ma­sı Şəm­səd­din El­də­ni­zi ucal­dır. Sa­ray in­tri­qa­la­rın­dan, Ata­bəy­lər ara­sın­da­kı çə­kiş­mə­lər­dən özü­nü kə­nar­da sax­la­ma­ğa ça­lış­ma­sı ta­ri­xi mə­qam ye­tiş­dik­də qı­lın­cı­nı işə sa­lıb qə­lə­bə­lər qa­zan­ma­sı­na şə­ra­it ya­ra­dır. Be­lə­lik­lə, mü­əl­lif döv­lət­çi­lik­də müd­rik­lik, sə­da­qət və mə­su­liy­yə­ti əsas prin­sip­lər ki­mi müa­sir oxu­cu­nun nə­zə­ri­nə çat­dı­rır.

Ro­man­dan gö­rü­nür ki, Şəm­səd­din El­də­ni­zin Mö­mi­nə Xa­tu­na sev­gi­si və sə­da­qə­ti in­tə­ha­sız­dır. Mü­əl­li­fin təq­di­ma­tın­dan ay­dın olur ki, Şəm­səd­din El­də­niz hər za­man xa­tu­nu­nu qo­ru­maq­la, xə­ya­nət­dən tam uzaq ol­maq­la ya­na­şı, bü­tün döv­lət təd­bir­lə­rin­də də onun­la məs­lə­hət­lə­şir, on­suz ad­dım at­mır. Bu sev­gi­nin gü­cü o qə­dər­dir ki, Şəm­səd­din El­də­niz Mö­mi­nə Xa­tu­nun və­fa­tın­dan son­ra al­la­hın­dan on­la­rı ayır­ma­ma­ğı is­tə­yir və dua­sı müs­tə­cəb olur. Şəm­səd­din El­də­niz bir Ata­bəy ki­mi hi­ma­yə­sin­də olan oğul­lu­ğu şah­za­də Ars­lan­şa­ha da sə­da­qət­li­dir. Bu­na gö­rə də o, Ars­lan­şa­hı həm qo­ru­yur, həm də gə­lə­cək taxt-ta­cın sa­hi­bi ki­mi hər­tə­rəf­li ye­tiş­dir­mə­yə ça­lı­şır. Bir ata ki­mi is­tər Ars­lan­şa­ha, is­tər­sə də oğul­la­rı Ca­han Pəh­lə­van və Qı­zıl Ars­la­na mü­na­si­bə­tin­də Ata­bəy El­də­niz əsl türk xa­rak­te­ri nü­ma­yiş et­di­rir: səhv­lə­ri­nə həs­sas­dır, ar­xa­la­rın­da du­rur, on­la­ra dö­yüş tə­lim­lə­ri ve­rir, ova apa­rır, hü­nər­lə­rin­dən bö­yük qü­rur du­yur. Sul­tan tax­tı­na otur­du­ğu za­man Ars­lan­şah bəd­xah­la­rın təh­ri­ki ilə öl­kə­ni ida­rə edən Ata­bə­yin­dən şüb­hə­lən­di­yi za­man Mö­mü­nə Xa­tun onu bu yan­lış­dan da­şın­dı­rır: "Bun­la­rın heç bi­ri­nə fi­kir ver­mə, oğ­lum! Ata­bəy hə­ya­tı­nı ne­çə də­fə təh­lü­kə­yə atıb, ne­çə də­fə sə­nin hə­ya­tın uğ­run­da mü­ba­ri­zə apa­rıb. Sən sul­tan ol­maq üçün o ya­xın ət­ra­fı­nı və qu­lam­la­rı­nı ölü­mə gön­də­rib. Sən­dən yaş­ca bö­yük şah­za­də­lər onun sa­yə­sin­də kə­nar­da qal­dı. Sul­tan tax­tı­na o sə­ni çat­dır­dı. İn­di həm o, həm də oğ­lan­la­rı sə­nin xid­mə­tin­də­dir. O sə­nin düş­mən­lə­rin­lə dö­yü­şür, mü­ba­ri­zə apa­rır, on­la­ra sar­sı­dı­cı zər­bə­lər vu­rur. Sə­nə im­kan ve­rir ki, be­lə şey­lə­rə fi­kir ver­mə­yə­sən. Sə­nin qəl­bin­sə be­lə şey­lər­dən azad­dır. Ata­bəy ki­mə­sə bəx­şiş ve­rir, ya­xud nə­yi­sə ge­ri alır­sa, bu yal­nız sə­nin ha­ki­miy­yə­ti­nin möh­kəm­lən­di­ril­mə­si üçün­dür..."

Ağıl­lı, si­ya­sət­cil və qu­ru­cu bir hökm­dar ki­mi Şəm­səd­din El­də­ni­zin xa­rak­te­ri öl­kə­yə ha­kim ol­du­ğu il­lər­də qa­ba­rıq şə­kil­də üzə çı­xır. Sul­tan­dan əv­vəl­cə­dən dik­baş əmir­lə­ri ye­ri­nə oturt­maq iz­ni­ni al­mış El­də­niz ona bi­ət et­mə­miş Bey­lə­qan əmi­ri­nə di­van tut­maq­la tez­lik­lə öl­kə­də qay­da-qa­nun ya­rat­ma­ğa na­il olur. Ha­ki­miy­yət­də o, əda­lət­li ol­du­ğu qə­dər də qə­tiy­yət­li­dir. Düş­mə­ni du­yuq sal­ma­dan qa­baq­la­yı­cı təd­bir­lər gö­rür. Bö­yük uzaq­gö­rən­lik­lə bü­töv Azər­bay­ca­nın sa­ba­hı­na ba­xa­raq, öl­kə­nin pay­tax­tı­nı Bər­də­dən əv­vəl­cə Gən­cə­yə, da­ha son­ra Nax­çı­va­na kö­çü­rür və bu­nun­la Azər­bay­ca­nı alın­maz qa­la­ya çe­vi­rir. Şəm­səd­din El­də­niz bu ad­dım­la­rı atar­kən baş məs­lə­hət­çi­si Mö­mü­nə Xa­tu­nun fi­kir­lə­ri­nə yük­sək eh­ti­ram­la ya­na­şır: "-Be­lə dü­şü­nü­rəm ki, bir ne­çə il­dən son­ra Gən­cə­ni özü­nə pay­taxt se­çə­cək­sən. Əgər be­lə edə­cək­sən­sə, o za­man Nax­çı­van da pay­taxt ol­sun. ...Ata­bəy tə­əc­cüb­lə so­ruş­du:

- Gən­cə­ni ba­şa düş­düm, am­ma ni­yə məhz Nax­çı­van?

Mö­mi­nə Xa­tun, elə bil on­dan bu sua­lı göz­lə­yir­di.

- Ona gö­rə ki, Nax­çı­van qa­la­sı dörd tə­rəf­dən - Əlin­cə, Sür­mə­ri, Dağ­mar və Fağ­nan ki­mi güc­lü qa­la­lar­la əha­tə olu­nub. Gən­cə qa­la­sı­nı al­maq asan­dır, çün­ki dü­zən­lik­də, yol üs­tün­də­dir. Nax­çı­van qa­la­sı­nı isə al­maq çox çə­tin­dir, ona gö­rə ki, Nax­çı­va­nı al­ma­mış­dan ön­cə gə­rək sıl­dı­rım­lar­da yer­lə­şən bu qa­la­la­rı ke­çə­sən. Bir də gə­lə­cək xə­zi­nə­nə ya­xın ola­san, yə­ni Əlin­cə qa­la­sı­nı de­yi­rəm. Onu heç al­maq müm­kün de­yil. Yu­xa­rı­dan bir daş bu­rax­san, bir qo­şun qı­rı­lar.

El­də­niz ye­nə tə­əc­cüb­lə so­ruş­du:

- Sən bun­la­rı nə za­man öy­rən­din, Xa­tu­num! De­dik­lə­ri­ni heç mən də bil­mir­dim.

- Bəs, mən ki­min Xa­tu­nu­yam... Ata­bə­yin. Bi­zim qəl­bi­miz tək­cə bir yer­də dö­yün­mə­li de­yil, həm də ağıl­la­rı­mız bir yer­də iş­lə­mə­li­dir..."

Ya­zı­çı gös­tə­rir ki, döv­lət xa­di­mi və sər­kər­də ki­mi Şəm­səd­din Ata­bəy El­də­ni­zin hü­nə­ri taxt-ta­cın va­ri­si Ars­lan­şah sul­tan tax­tı­na çı­xan­dan son­ra par­la­yır. İlk Bö­yük Ata­bəy ti­tu­lu­nu alan El­də­niz qa­nu­ni Sul­tan ha­ki­miy­yə­ti­ni ay­rı-ay­rı se­pa­rat­çı sul­tan­lıq­la­ra par­ça­lan­mış da­ğı­nıq­lıq­dan xi­las et­mək üçün ağıl­lı si­ya­sət­lə qı­lın­cı­nın kə­sə­ri­ni bir­ləş­di­rir. Xə­li­fə­nin onun əley­hi­nə olan qüv­və­lə­ri bir­ləş­dir­mə­si­nə im­kan ver­mə­dən əleyh­dar­la­rı­nı bir-bir məğ­lub edir; ki­mi­si ilə qo­hum­luq, ki­mi­si ilə dost­luq mü­na­si­bət­lə­ri qu­rur, xə­ya­nət­kar­la­ra qar­şı isə aman­sız olur: "Be­lə­lik­lə, Bö­yük Ata­bəy çox qı­sa müd­dət­də ge­niş bir əra­zi­ni - Qaf­qaz dağ­la­rın­dan tut­muş, ta Kən­gər (Fars) kör­fə­zi­nə qə­dər yer­lə­ri öz ha­ki­miy­yə­ti al­tın­da bir­ləş­dir­di. O, Azər­bay­ca­nı, Ar­ra­nı, Şir­va­nı, Tif­lis qa­pı­la­rı­na qə­dər əra­zi­lə­ri, Hə­mə­da­nı, Gi­la­nı, Ma­zan­da­ra­nı, İs­fa­ha­nı, Re­yi həm ida­rə edir, həm də o ha­kim­lə­ri, ata­bəy­lə­ri tə­yin edir­di. Xə­zi­nə xərc­lə­ri­nə o nə­za­rət edir, or­du­ya ça­ğı­rış da yal­nız onun ica­zə­si ilə hə­ya­ta ke­çi­ri­lir­di. Sul­tan və xə­li­fə­dən son­ra sul­ta­nat­lıq­da onun adı­na xüt­bə oxu­nur­du. Mo­sul, Ker­man, Xu­zis­tan, Xi­lat, Ar­zan ər-Rum, Ma­ra­ğa ata­bəy­lə­ri və Şir­van ha­ki­mi onun vas­sa­lı sa­yı­lır­dı. Be­lə şə­ra­it­də, yə­ni ha­ki­miy­yə­tin bir əl­dən ida­rə olun­ma­sı çox tez bir za­man­da sul­ta­nat­lıq­da da­xi­li hərc-mərc­li­yi, qar­şı­dur­ma­la­rı, mü­ha­ri­bə­lə­ri ara­dan qal­dır­dı və bu əra­zi­lə­rin iq­ti­sa­di in­ki­şa­fı sü­rət­lə art­ma­ğa baş­la­dı... Ye­rin əsl sa­hi­bi Bö­yük Ata­bəy idi"

Ro­man­çı bu­nun­la, san­ki ta­rix­lə ya­na­şı, müa­sir dün­ya­nın geo­po­li­tik mən­zə­rə­si­nə də nə­zər sa­lır, bö­yük türk bir­li­yi­nə önəm ver­mək­lə, həm də hər cür se­pa­rat­çı­lı­ğa qar­şı döv­lə­tin güc­lü və möh­kəm ol­ma­sı ide­ya­sı­nı tə­cəs­süm et­di­rir.  

"Ata­bəy El­də­niz" ro­ma­nın­da Mö­mi­nə Xa­tun ob­ra­zı möh­tə­şəm Azər­bay­can qa­dın­lı­ğı­nın sim­vo­lu ki­mi ve­ril­miş­dir. O, ağıl və təd­bi­ri ilə Ata­bəy El­də­niz­dən şəx­siy­yə­tin bü­töv­lü­yü­nə və ha­ki­miy­yə­ti­nin qüd­rə­ti­nə bö­yük da­yaq olan  Mö­mi­nə Xa­tu­nu ara­dan gö­tür­mək üçün müx­tə­lif təd­bir­lə­rə əl atı­lır. Əks tə­rə­fin məkr­li si­ya­sə­ti­nin və hiy­lə­gər si­ma­sı­nın fo­nun­da Mö­mi­nə Xa­tun müd­rik­li­yi və ayıq­lı­ğı ilə da­ha əzə­mət­li gö­rü­nür. Yu­nus Oğu­zun təq­di­ma­tın­da Mö­mü­nə Xa­tun ge­niş döv­lət­çi­lik tə­fək­kü­rü­nə ma­lik olan sə­da­qət­li Azər­bay­can qa­dın­la­rı­nın ümu­mi­ləş­miş ob­ra­zı ki­mi can­lan­dı­rıl­mış­dır.

Yu­nus Oğuz Mö­mi­nə Xa­tu­nun mən­şə­yi­nin qə­dim türk qöv­mü ilə bağ­lı ol­du­ğu­nu oxu­cu­ya təq­dim edir. Mü­əl­lif ro­man­da bu­nu Baş Də­də­nin di­liy­lə Oğuz xa­qan haq­qın­da­kı mif­lə bağ­la­yır: "Oğuz Xa­qa­nın kö­kü Nuh əley­his­sə­la­mın oğ­lu Ya­fəs xa­nın oğ­lu Ol­cay xan­dan gə­lir və de­yi­lə­nə gö­rə ta­cik­lə­rin Əf­ra­si­yab, bi­zim də Al­pər Ton­qa ad­lan­dır­dı­ğı­mız xa­qa­nın vax­tın­da olub. De­yi­lə­nə gö­rə, türk­man di­li­nin ən gö­zəl və düz­gün ləh­cə­si Xa­qa­niy­yə ləh­cə­si olub. Xa­qan­dan do­ğu­lan bü­tün qız uşaq­la­rı­na Xa­tun de­yər­di­lər.

Nə­ti­cə dər­hal su­al ver­di:

De­mə­li, ba­ba, Mö­mi­nə Xa­tun Alp Ər Ton­qa nəs­lin­dən­dir?

Baş Də­də gü­lüm­sün­dü:

- Be­lə çı­xır..."  

Mö­mü­nə Xa­tu­nun mən­şə­yi və şə­cə­rə­si haq­qın­da­kı fi­kir­lər nə­ti­cə eti­ba­ri­lə Azər­bay­can döv­lət­çi­li­yi­nin ta­ri­xi kök­lə­ri­nə və mil­li ic­ti­mai-si­ya­si tə­məl­lə­ri­nə aid ümu­mi­ləş­miş qə­na­ət­lər ki­mi mü­hüm əhə­miy­yə­tə ma­lik­dir.

Ümu­mən ro­man­da qə­dim türk əf­sa­nə­lə­ri bə­dii qay­naq­lar­la ta­ri­xi ha­di­sə­lə­rə uğur­la sin­tez olun­muş­dur. Ba­ti­ni və ba­til elm­lər­dən söh­bət ge­dər­kən Xı­zır pey­ğəm­bər və İb­ra­him pey­ğəm­bər haq­qın­da rə­va­yət, Hun hökm­da­rı Mə­tə - Me­te ba­rə­sin­də Də­də­nin söy­lə­dik­lə­ri cə­rə­yan edən ha­di­sə­lə­rin ru­hu­na tam uy­ğun gə­lir. Ey­ni za­man­da, Me­te xa­nın di­lin­dən səs­lə­nən tor­paq hə­qi­qə­ti haq­qın­da­kı qə­na­ət­lər bu gü­nün ak­tu­al idea­lı­nı ifa­də edir, oxu­cu­da də­rin və­tən­pər­vər­lik hiss­lə­ri oya­dır: "Mə­tə xan hay vu­rur, oba­nın, elin igid­lə­ri­nə xə­bər yol­la­yıb on­la­rı top­la­yır. De­yir­lər xe­yir­dir­mi? De­yir bəs, ya­ra­ğa sa­rıl­ma­lı­yıq. Bi­zim el­dən tor­paq is­tə­yir­lər. De­yir­lər Xa­qan, atın get­di din­mə­din, yə­hə­rin get­di din­mə­din, yü­yə­nin get­di din­mə­din, ay sağ ol­muş, in­di de­yir­sən bir qa­rış tor­paq­dan öt­rü da­va ey­lə­yək? Və­zir-və­kil, igid­lər bu­nu de­yən­də, Mə­tə xan qa­yı­dır ki, at da, yə­hər də, yü­yən də özü­mün­küy­dü. Bun­lar yal­nız mə­nə aid­dir. Tor­paq elin-oba­nın­dı. Hü­nə­rim nə­dir on­dan ki­mə­sə bir qa­rış ve­rim? Bu­nun qar­şı­sın­da söz var? Hay­dı at­la­nın, da­va­ya!.."

"Ata­bəy El­də­niz" ta­ri­xi ro­ma­nın­da­kı Baş Də­də ob­ra­zı bə­dii tə­xəy­yü­lün məh­su­lu­dur, san­ki özün­də Də­də Qor­qud ob­ra­zı­nı rəmz­ləş­di­rir. Ta­rix­dən is­mai­li­lər ki­mi mə­lum olan, öz­lə­ri­nə giz­li elm­lə­rin sa­hi­bi - ba­ti­ni­lər de­yən tə­ri­qə­tin üzv­lə­ri ro­man­da şər qüv­və­lə­ri təm­sil et­di­yin­dən, Baş Də­də əsl ba­tin el­mi­nin bi­li­ci­si ki­mi bu­na qar­şı qo­yul­muş­dur. "Biz "ba­tin­lər"de­yi­lik. Biz ba­tin el­mi ilə məş­qul olan in­san­la­rıq. Xaş­xa­şi­lər ona gö­rə öz­lə­ri­ni "ba­tin" ad­lan­dı­rır­lar ki, gu­ya xəl­və­ti iş gö­rür­lər, xəl­və­ti qə­rar ve­rir­lər, xəl­və­ti xə­rac is­tə­yir­lər, alın­ma­yan­da xəl­və­ti qət­lə ye­ti­rir­lər. Bax, o "ba­tin" de­yi­lən xaş­xa­şi­lə­rin fəa­liy­yə­ti­nin məğ­zi, ma­hiy­yə­ti bun­dan iba­rət­dir. Biz isə, yə­ni ba­tin el­mi ilə məş­ğul olan­lar xəl­və­ti qə­rar çı­xar­mır, nə­in­ki xəl­və­ti xə­rac al­mı­rıq, ümu­miy­yət­lə heç kim­dən xə­rac is­tə­mi­rik. Bi­zim el­mi­miz­də qətl de­yi­lən an­la­yış yox­dur, Al­lah-Təa­la­nın ver­di­yi ca­na qətl­lə qıy­maq küfr­dür və bu bi­zə yad­dır". Za­man və müd­rik­lik ki­mi şə­rəf­li bir mis­si­ya­nı uğur­la da­şı­yan Baş Də­də türk­lə­rin, ulu əc­dad­la­rı­mı­zın qə­dim za­man­lar­dan müa­sir döv­rü­mü­zə qə­dər­ki şan­lı ta­ri­xi­ni oxu­cu­ya çat­dı­rır. Səl­cuq­la­rın ic­ti­mai-si­ya­si möv­qe­yi­ni və aqi­bə­ti­ni Baş Də­də ob­yek­tiv şə­kil­də də­yər­lən­di­rir. Gö­rü­şü­nə gəl­miş Mö­mü­nə Xa­tun və Ata­bəy El­də­ni­zin gə­lə­cək ta­le­yi­ni də, Ars­lan­şa­hın 25 il son­ra taxt-ta­ca yi­yə­lə­nə­cə­yi­ni də əv­vəl­cə­dən bil­di­rib on­la­rı uğur­la­yan da Baş Də­də­dir. Əsər­də Baş Də­də­nin gö­rü­şü­nə gəl­miş da­hi Ni­za­mi Gən­cə­vi­nin ob­ra­zı Ata­bəy­lər döv­lə­ti­nin ədə­biy­yat və mə­də­niy­yə­tin in­ki­şa­fın­da­kı bö­yük ro­lu­nu diq­qət mər­kə­zi­nə çə­kir. Ey­ni za­man­da ro­ma­nın fi­na­lın­da Əcə­mi ob­ra­zı­nın mey­da­na çıx­ma­sı Azər­bay­can ta­ri­xi­nin Ata­bəy­lər döv­rü­nün əzə­mə­ti­ni əks et­dir­mə­yə zə­min ya­ra­dır. Mü­əl­li­fin çox yığ­cam şə­kil­də me­mar Əcə­mi haq­qın­da təq­dim et­di­yi bə­dii ma­te­ri­al bu bö­yük dü­ha­nın yük­sək mə­nə­vi də­yər­lə­ri­ni və qey­ri-adi sə­nət qav­ra­yı­şı­nı oxu­cu­la­ra çat­dı­ra bi­lir. Doğ­ru­dur, ro­man­da Ni­za­mi və Əcə­mi ob­raz­la­rı ge­niş yer tut­mur. Bu­nun­la be­lə, gö­rü­nür ki, ya­zı­çı XII əsr Azər­bay­ca­nın­dan söz açar­kən möv­cud re­al­lıq­la­rı əsas gö­tü­rə­rək Ni­za­mi Gən­cə­vi və Əcə­mi Nax­çı­va­ni fak­to­run­dan yan keç­mək is­tə­mə­miş­dir. Bu mə­na­da Ni­za­mi və Əcə­mi ob­raz­la­rı ro­man­da Ata­bəy­lər epo­xa­sı­nın bü­töv mən­zə­rə­si­ni can­lan­dır­ma­ğa xid­mət edən mü­hüm bə­dii va­si­tə­dir.

"Ata­bəy El­də­niz" ta­ri­xi ro­ma­nı­nın "Baş Də­də in­di za­man və mə­kan­dan kə­nar­da­dır, ax­tar­ma­ğa dəy­məz!" söz­lə­ri ilə bit­mə­si Azər­bay­can döv­lət­çi­li­yi­ni əbə­di ola­ca­ğın­dan xə­bər ve­rən ədə­bi bə­ya­nat­dır. Əs­lin­də ro­ma­nın təh­ki­yə­si Baş Də­də­nin əbə­diy­yə­tə qo­vuş­du­ğu nöq­tə­dən - 1187-ci il­dən qu­rul­muş­dur. Keç­miş əh­va­lat­la­rı da, gə­lə­cək ta­ri­xi ha­di­sə­lə­ri də Nə­ti­cə­yə da­nı­şan əf­sa­nə­vi Baş Də­də ob­ra­zı Azər­bay­ca­nın mil­li döv­lət­çi­li­yi­nin rəm­zi­dir. Bu­nun­la ya­zı­çı ro­ma­na sim­vo­lik mə­na ver­miş­dir. Baş Də­də­nin ta­ri­xi hə­qi­qət­lə­ri Nə­ti­cə­yə ötür­mə­si cid­di ic­ti­mai ma­hiy­yət da­şı­yır. Nə­ti­cə - ye­ni nə­sil­lə­rin ümu­mi­ləş­di­ril­miş ob­ra­zı­dır. Fik­ri­miz­cə, Nə­ti­cə adı da tə­sa­dü­fi se­çil­mə­yib, həm kon­kret ola­raq "Ata­bəy El­də­niz" ta­ri­xi ro­ma­nı­nın mən­ti­qi ye­ku­nu­nu, həm də ya­zı­çı­nın Azər­bay­can döv­lət­çi­li­yi­nin nə­sil­lər­dən-nə­sil­lə­rə ke­çə­cək gə­lə­cə­yi ilə bağ­lı idea­lı­nı ifa­də edir.

"Ata­bəy El­də­niz" - Azər­bay­can döv­lət­çi­li­yi­nin qə­dim ta­ri­xə və bö­yük ənə­nə­lə­rə ma­lik ol­du­ğu­nu bə­dii hə­qi­qət­lər va­si­tə­si­lə təs­diq edən ro­man ki­mi mü­hüm əhə­miy­yət da­şı­yır. Mil­li döv­lət­çi­lik dü­şün­cə­si ru­hun­da ya­ran­mış bu əsər müs­tə­qil döv­lə­ti­mi­zin müa­sir in­ki­şaf yo­lu­na da gur işıq sa­lır.

İsa HƏ­BİB­BƏY­Lİ
Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın vit­se-pre­zi­den­ti, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, əmək­dar elm xa­di­mi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ