şənbə günü, 30 may 2026
     

"Ki­ta­bi-Də­də Qor­qud" abi­də­si və döv­lət­çi­lik ənə­nə­lə­ri­miz...

Image


Azər­bay­can ta­ri­xi­nin mən­bə və mə­xəz­lə­ri olan ədə­biy­yat nü­mu­nə­lə­ri, əsər­lər, ki­ta­bə­lər xal­qı­mı­zın hə­ya­tın­da, döv­lət­çi­lik ta­ri­xin­də mü­hüm rol oy­na­yır. Biz xal­qı­mı­zın ta­ri­xi­ni, hə­yat tər­zi­ni o ki­ta­bə­lər­dən, əsər­lər­dən öy­rə­ni­rik. Ta­rix­çi­lə­rin yaz­dı­ğı bu əsər­lər, ki­tab­lar giz­lin­lə­ri üzə çı­xa­rır.

"Ki­ta­bi-Də­də Qor­qud" və Ab­bas­qu­lu ağa Ba­kı­xa­no­vun "Gü­lüs­ta­ni-irəm" əsə­ri Azər­bay­ca­nın döv­lət­çi­lik, mə­də­niy­yət ta­ri­xi­nin bir ay­na­sı­dır. 

"Ki­ta­bi-Də­də Qor­qud"un Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xi­nə ver­di­yi töh­fə­lər haq­qın­da ya­zan pro­fes­sor İn­ti­qam Cəb­ra­yı­lo­vun vur­ğu­la­dı­ğı­na gö­rə, bu das­ta­nı, həm­çi­nin, onun təd­qi­qi­nə həsr olun­muş əsər­lə­ri oxu­duq­ca, be­lə nə­ti­cə­yə gəl­mək olar ki, Oğuz elin­də özü­nə möh­kəm yer tut­muş güc­lü ai­lə də­yər­lə­ri var: "Sə­da­qət, fə­da­kar­lıq, ai­lə üzvlə­ri ara­sın­da hör­mət və sev­gi, mərdlik və igid­lik ki­mi mil­li, həm də bə­şə­ri mə­na da­şı­yan də­yər­lə­ri bu­na aid et­mək olar. Das­ta­nın məz­mu­nu­nun əsas cə­hət­lə­rin­dən bi­ri ba­şa düş­mə­yə­ni ba­şa sal­maq, an­la­ma­ya­nı an­lat­maq, so­yu­na, ai­lə və cə­miy­yə­tin qa­nun­la­rı­na qar­şı çı­xan­la­rı ağır sı­naq­lar­dan ke­çir­mək, öz soy­kö­kü­nə sa­diq, lə­ya­qət­li cə­miy­yət üz­vü ki­mi ye­tiş­dir­mək­dir...".

Pro­fes­sor Cəb­ra­yı­lov bil­di­rir ki, "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nın­da yal­nız ai­lə və cə­miy­yə­tin bir­li­yi­nə yar­dım­çı olan key­fiy­yət­lər fə­da­kar­lıq, qəh­rə­man­lıq ki­mi də­yər­lən­di­ri­lir. Qəh­rə­man­lıq və fə­da­kar­lıq Də­də Qor­qud əx­la­qı­nın özə­yi­ni təş­kil edir. Ali­min yaz­dı­ğı­na gö­rə, Dir­sə xa­nın ar­va­dı­nın əri, oğ­lu və el-oba­sı üçün et­di­yi fə­da­kar­lıq həm də qəh­rə­man­lıq ki­mi də­yər­lən­di­ril­mə­li­dir.

Alim ya­zır: "Ki­ta­bi-Də­də Qor­qud" xal­qı­mı­zın bö­yük ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni, mə­nə­viy­ya­tı­nı, psi­xo­lo­ji xü­su­siy­yət­lə­ri­ni ən xır­da ça­lar­la­rı­na qə­dər dol­ğun şə­kil­də əks et­di­rən əbə­di abi­də­dir. Bü­tün bun­la­rı nə­zə­rə alan, uzaq­gö­rən­lik­lə dərk edən ulu ön­dər Hey­dər Əli­yev çı­xış­la­rın­da haq­lı ola­raq de­yir­di: "Biz öz ta­ri­xi­miz­lə, mə­də­niy­yə­ti­miz­lə, ədə­biy­ya­tı­mız­la fəxr edi­rik və fəxr et­mə­yə haq­qı­mız var.

Çün­ki "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı ki­mi bö­yük bir elm, mə­də­niy­yət, ədə­biy­yat abi­də­si olan xalq öz ta­ri­xi ilə fəxr edə bi­lər. Bun­lar da öl­kə­mi­zin müs­tə­qil­li­yi nə­ti­cə­sin­də müm­kün ol­muş­dur. Biz bu müs­tə­qil­lik döv­rün­dən sə­mə­rə­li is­ti­fa­də et­mə­li­yik". Ulu ön­dər bü­tün hə­ya­tı bo­yu Azər­bay­can ta­ri­xi, mə­də­niy­yə­ti, mil­li-mə­nə­vi sər­vət­lə­ri­ni yük­sək də­yər­lən­dir­miş, on­la­rı qo­ru­ma­ğı, gə­lə­cək nəs­lə çat­dır­ma­ğı va­cib və­zi­fə­lə­ri­miz­dən he­sab et­miş­dir. Ta­ri­xin müx­tə­lif mər­hə­lə­lə­rin­də çə­tin sı­naq­la­ra mə­ruz qa­lan və bu gü­nü­mü­zə qə­dər qo­ru­nub sax­la­nan mə­də­ni ir­si­miz­dən, mə­nə­vi sər­vət­lər­dən bəhs edər­kən ulu ön­dər haq­lı ola­raq de­yir­di: "Azər­bay­ca­nın bö­yük ta­ri­xi var. Bu ta­rix çox ağır mər­hə­lə­lər­dən keç­miş­dir. La­kin bun­lar Azər­bay­ca­nın nə mə­də­niy­yə­ti­ni, nə də ənə­nə­lə­ri­ni heç vaxt sar­sı­da bil­mə­miş­dir". 

Ulu ön­də­ri­mi­zin bu fi­kir­lə­ri bu­gün­kü gənclə­ri­mi­zi də­yər­lə­ri­mi­zə hə­mi­şə hör­mət­lə, qay­ğı ilə ya­naş­ma­ğa, on­la­rı qo­ru­ma­ğa səs­lə­yir. Bu da, nə­ti­cə eti­ba­ri­lə, xal­qın, mil­lə­tin var­lı­ğı­nın, döv­lət­çi­lik ənə­nə­lə­ri­nin qo­run­ma­sı de­mək­dir. Ona gö­rə də "Ki­ta­bi-Də­də Qor­qud" hər bi­ri­miz üçün ta­rix, mə­də­niy­yət, tər­bi­yə, əx­laq mək­tə­bi­dir. Bu mək­tə­bi da­im oxu­maq, öy­rən­mək, on­dan bəh­rə­lən­mək və bu kök­lər üz­rə şəx­siy­yət ki­mi ye­tiş­mək gə­rək­dir".

Fəl­sə­fə elmlə­ri dok­to­ru, əmək­dar elm xa­di­mi, AMEA-nın "Fəl­sə­fə və ic­ti­mai fi­kir ta­ri­xi" şö­bə­si­nin baş el­mi iş­çi­si, "Şərq fəl­sə­fə­si prob­lem­lə­ri" jur­na­lı­nın baş re­dak­to­ru Züm­rüd Qu­lu­za­də isə qeyd edir ki, "Ki­ta­bi-Də­də Qo­ruqd" das­ta­nı  Azər­bay­can əra­zi­sin­də döv­lət­çi­lik ta­ri­xi­nin də­qiq­ləş­di­ril­mə­si­nin ta­ri­xi mə­xəz­lə­rin­dən bi­ri­dir.

Z.Qu­lu­za­də­nin yaz­dı­ğı­na gö­rə, mə­lum­dur ki, A.Ba­kı­xa­no­vun qə­dim dövrlər­dən XIX əs­rin əv­və­li­nə qə­dər Qaf­qa­zın şərq his­sə­si­nin ta­ri­xi­nə həsr edil­miş ki­ta­bı Çar Ru­si­ya­sı EA aka­de­mik­lə­ri M.F.Bros­se və B.Dorn tə­rə­fin­dən çox yük­sək qiy­mət­lən­di­ri­lib: "Aka­de­mi­ya­nın Ta­rix-Fi­lo­lo­gi­ya Böl­mə­si­nin 16 may 1845-ci il ta­rix­li ic­la­sı­nın pro­to­ko­lun­da qeyd edil­di­yi ki­mi, "aka­de­mik­lər M.F.Bros­se və V.Dorn ba­kı­lı pol­kov­nik Ab­bas­qu­lu ağa Ba­kı­xa­no­vun yaz­dı­ğı "Qaf­qa­zın Şərq his­sə­si­nin ta­ri­xi" haq­qın­da çox ma­raq­lı mə­lu­mat ver­miş­lər: "Ora­da (A.Ba­kı­xa­no­vun ki­ta­bın­da-Z.Q.) müx­tə­lif coğ­ra­fi yer­lər haq­qın­da çox mü­hüm mə­lu­mat­lar və ən qə­dim dövrlər­dən bi­zim gün­lə­rə qə­dər Şir­va­nın və Da­ğıs­ta­nın ta­ri­xi­nin el­mi ic­ma­lı ve­ri­lir, be­lə­lik­lə, onun ki­ta­bı Qaf­qaz öl­kə­lə­ri­nin ta­ri­xi­nə və coğ­ra­fi­ya­sı­na qiy­mət­li əla­və ola bi­lər, heç şüb­hə­siz, ki­tab diq­qə­tə və bə­yə­nil­mə­yə la­yiq­dir".

Azər­bay­can ta­ri­xi ilə bağ­lı bir sı­ra konkret mə­sə­lə­lə­rin mü­ba­hi­sə­li ol­ma­sı­nı nə­zə­rə ala­raq mə­qa­lə­də is­ti­fa­də et­di­yi­miz "ta­ri­xi mə­xəz" an­la­yı­şı haq­qın­da mə­lu­mat ver­mə­yi məq­sə­də­uy­ğun bi­li­rik. Be­lə ki, "ta­ri­xi mə­xəz" an­la­yı­şı­nın, mə­lum ol­du­ğu ki­mi, müx­tə­lif mə­na pa­ra­metrlə­ri var. Ən ge­niş mə­na­da "ta­ri­xi mə­xəz" keç­miş haq­qın­da mə­lu­mat da­şı­yı­cı­sı olan mad­di və mə­nə­vi abi­də­lə­rin məc­mu­su­nu əha­tə edir. Ar­xe­o­lo­gi­ya­dan mu­si­qi­şü­nas­lı­ğa qə­dər elmlə­rin təd­qi­qat ob­yek­ti olan bu abi­də­lər vəh­dət və bü­töv­lük­də ay­rı-ay­rı xalqla­rın coğ­ra­fi, si­ya­si, et­nik, dil və mə­nə­vi mə­də­niy­yə­ti­nin müx­tə­lif sa­hə­lə­ri­ni eh­ti­va edən mən­zə­rə­ni ya­ra­dır. Ta­ri­xi mə­xəz­lə­rin mü­əy­yən qis­mi ya­zı­lı şə­kil­də möv­cud­dur. Ya­zı­lı irs - xü­su­sən qə­dim dövr və or­ta əsrlə­rin müx­tə­lif for­ma­la­ra ma­lik mə­xəz­lə­ri məz­mun­la­rı­nın özü­nə­məx­sus en­sik­lo­pe­diz­mi, ra­si­o­nal və ir­ra­si­o­na­lın - fan­tas­ti­ka və mi­fin eh­ti­va­sı və də­yər me­yar­la­rı­nın sub­yek­tiv və ob­yek­tiv­li­yi­nin vəh­də­ti ilə sə­ciy­yə­lə­nə­rək cə­miy­yət ta­ri­xi­nin ob­yek­tiv bər­pa­sı üçün əvə­ze­dil­məz­dir.

Ta­ri­xi öy­rə­nər­kən ya­zı­lı mə­xəz­lə­rə, sə­ciy­yə­sin­dən ası­lı ol­ma­ya­raq, is­tər müx­tə­lif rəs­mi sə­nəd, (mü­qa­vi­lə, fər­man, he­sa­bat və s.), di­ni abi­də (əv­vəl­cə şi­fa­hi, son­ra isə ya­zı­lı şə­kil­də təs­bit edil­miş), is­tər­sə də coğ­ra­fi, ədə­bi, ta­ri­xə da­ir və s. əsər­lər ol­sun, is­ti­na­dın el­mi əhə­miy­yə­ti və ak­tu­al­lı­ğı in­ka­re­dil­məz­dir. Ta­ri­xi coğ­ra­fi­ya­nı, si­ya­si, et­nik və mə­də­ni ta­ri­xi, o cüm­lə­dən, Azər­bay­ca­nın qə­dim və or­ta əsrlər ta­ri­xi­ni təs­vir və təf­sir edən Azər­bay­can ta­rix­çi­lə­ri, mə­lum ol­du­ğu ki­mi, "Gil­qa­meş" (Bil­qa­mıs) das­ta­nı­na, Qu­ran, Töv­rat, İn­cil, "Odis­se­ya", Ni­za­mi­nin "Xəm­sə"si, elə­cə də ta­ri­xə da­ir yu­nan və di­gər mü­əl­lif­lə­rin yaz­dıq­la­rı çox­say­lı ta­rix­lə bu və ya di­gər şə­kil­də bağ­lı əsər­lə­rə mü­ra­ci­ət edib­lər.

El­mi ədə­biy­yat­da ta­ri­xi mə­xəz­lər ara­sın­da ta­ri­xi in­for­ma­si­ya da­şı­yı­cı­la­rı ki­mi xa­rak­te­ri­zə olu­nan, mü­hüm mil­li-ta­ri­xi ha­di­sə­lər­dən bəhs edən ge­niş mən­zum və ya mən­sur rə­va­yət­lər, təh­ki­yə­lər və ümum­mil­li ta­ri­xi əhə­miy­yə­tə ma­lik ha­di­sə­lə­ri təs­vir edən das­tan­lar xü­su­si yer tu­tur".

Z.Qu­lu­za­də ya­zır ki, türk xalqla­rı­nın mü­hüm mil­li-ta­ri­xi ha­di­sə­lə­rin­dən bəhs edən, oğuz-türk di­lin­də Azər­bay­can­da ya­ra­dıl­mış "Ki­ta­bi Də­də Qor­qud" (bun­dan son­ra KDQ) das­ta­nı da ar­tıq uzun əsrlər­dən bə­ri ya­zı­lı ir­sə da­xil ol­muş bu das­tan­lar sı­ra­sı­na da­xil­dir.

Ali­min yaz­dı­ğı­na gö­rə, əv­vəl­cə folklor əsə­ri ki­mi mey­da­na çıx­mış KDQ das­ta­nı məz­mun, for­ma və mə­də­niy­yət ta­rix­lə­rin­də­ki əhə­miy­yə­ti­nə gö­rə son­ra­dan qə­lə­mə alı­nan Şərq və Qərb mə­nə­vi mə­də­niy­yət ta­ri­xi­nin ana­lo­ji das­tan­la­rı ki­mi, ya­zı­da tə­ka­mül nə­ti­cə­sin­də mü­əy­yən for­ma və məz­mun sa­bit­li­yi qa­za­na­raq, o da di­gər ya­zı­lı mə­xəz­lər ki­mi, mad­di və mə­nə­vi ta­rix haq­qın­da özü­nə­məx­sus ta­ri­xi in­for­ma­si­ya da­şı­yı­cı­sı­na çevrlib: "La­kin fik­ri­miz­cə, Azər­bay­can ta­rix­şü­nas­lı­ğın­da ta­ri­xi mə­xəz ki­mi KDQ das­ta­nı­nın po­ten­si­al im­kan­la­rın­dan hə­lə də la­zı­mın­ca is­ti­fa­də olun­ma­yıb. Mə­lum­dur ki, KDQ das­ta­nı­nın mü­əy­yən də­rə­cə sal­na­mə üs­lu­bun­da Şi­ma­li Azər­bay­can (Qaf­qaz Al­ba­ni­ya­sı) əra­zi­sin­də ic­ti­mai top­lum şək­lin­də ya­şa­yan oğuz türklə­ri­nin di­li, men­ta­li­tet­lə­ri­ni for­ma­laş­dır­mış din­lə­ri, etik tə­səv­vür­lə­ri, di­gər qon­şu et­nos və din nü­ma­yən­də­lə­ri ilə qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri, si­ya­si struk­tu­ru, so­si­al-iq­ti­sa­di mü­na­si­bət­lə­ri və nə­ha­yət, bu top­lu­mun sər­həd­lə­ri, sər­həd­lə­rin mü­ha­fi­zə­si, vas­sal­la­rı və s. haq­qın­da mə­lu­mat ve­rir.

Qeyd et­mə­li­yik ki, Azər­bay­can əra­zi­sin­də döv­lət­çi­lik ta­ri­xi­nin də­qiq­ləş­di­ril­mə­si­nin ta­ri­xi mə­xəz­lə­rin­dən bi­ri ki­mi KDQ das­ta­nı­nın ye­ri­nin el­mi mü­za­ki­rə­lə­ri za­ma­nı Azər­bay­ca­nın bə­zi pe­şə­kar təd­qi­qat­çı­la­rı, o cüm­lə­dən, ta­rix­çi­lə­ri tə­rə­fin­dən KDQ das­ta­nı ta­ri­xi mə­xəz ki­mi qə­bul edil­mir­di. Ta­ri­xi mə­xəz ki­mi KDQ das­ta­nı­na inam­sız­lı­ğın sə­bə­bi das­ta­nın bə­dii əsər - das­tan sta­tu­su və fan­tas­ti­ka və mis­ti­ka ele­mentlə­ri­ni eh­ti­va et­mə­si gös­tə­ri­lir­di.

... Azər­bay­can­da döv­lət­çi­lik ta­ri­xi­nin təd­qi­qin­də təd­qi­qat­çı­la­rın ta­ri­xi mə­xəz ki­mi KDQ das­ta­nı­na qar­şı id­di­a­la­rı­nın el­mi cə­hət­dən qey­ri-ob­yek­tiv­li­yi­ni sü­but et­mə­yə ça­lı­şa­ca­ğıq.

Mü­a­sir Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­sin­də vax­ti­lə xan­lıq  for­ma­sın­da Oğuz-Türk döv­lət­çi­li­yi ol­du­ğu­nun eti­ra­fı və ya tək­zi­bi­nin Azər­bay­can-Al­ban döv­lət­çi­li­yi ilə ya­na­şı, Oğuz-Türk döv­lət­çi­li­yi­nin ta­nın­ma­sı­nın Azər­bay­can ta­ri­xi və Azər­bay­can mə­də­niy­yət ta­ri­xi­nin təf­si­ri­nə cid­di də­yi­şik­lik­lər edə bi­lə­cə­yi­ni və bu sa­hə­də çox­say­lı sax­ta­laş­dır­ma­la­rın üzə çı­xa­rıl­ma­sın­da əhə­miy­yət­li ola bi­lə­cə­yi­ni nə­zə­rə ala­raq, biz ye­nə də ar­tıq ne­çən­ci də­fə­dir ki, təd­qi­qat­çı­la­rı KDQ das­ta­nı­nın mə­lu­mat­la­rı­nı cid­di el­mi mü­za­ki­rə et­mə­yə ça­ğı­rı­rıq.

Tək­rar edi­rik ki, KDQ das­ta­nın­da Şi­ma­li Azər­bay­can əra­zi­sin­də yığ­cam (kom­pakt) şə­kil­də ya­şa­mış oğuz-türklə­rin et­nik mən­su­biy­yə­ti, so­si­al və si­ya­si ie­rar­xi­ya­sı, men­ta­li­te­ti, di­ni-dün­ya­gö­rü­şü tə­səv­vür­lə­ri ba­rə­də də­qiq mə­lu­mat­lar­la ya­na­şı, oğuz­la­rın döv­lə­ti və bu döv­lə­tin möv­cud­lu­ğu­nun sü­bu­tu olan Oğuz Xan­lı­ğı­nın sər­həd­lə­ri də gös­tə­ri­lib. Sər­həd­lər­dən bi­ri, das­ta­na gö­rə, oğuz­la­ra hər il bac-xə­rac ve­rən Gür­cüs­tan döv­lə­ti ilə olan sər­həd­dir. KDQ das­ta­nı­na gö­rə, bu sər­həd xət­tin­də Gən­cə və Bər­də şə­hər­lə­ri yer­lə­şir­di ki, das­tan­da gös­tə­ril­di­yi ki­mi, bu­ra­da Oğuz Xan­lı­ğı­nın sər­həd­lə­ri­ni qo­ru­maq üçün oğuz ba­ha­dı­rı Bə­kil öz adam­la­rı ilə bir­lik­də qə­rar­laş­dı (Bax: KDQ das­ta­nı­nın İm­ra­nın oğ­lu Bə­kil haq­qın­da fəs­li; "Ki­ta­bi Də­də Qor­qud" En­sik­lo­pe­di­ya­sı, C.1, s.138). İkin­ci sər­həd, ye­nə də epo­sa gö­rə, Də­mir Qa­pı Dər­bənddən ke­çir­di.

Təd­qi­qat­çı­lar qar­şı­sın­da hə­min döv­lə­tin nə za­man möv­cud ol­du­ğu­nu mü­əy­yən­ləş­dir­mək və­zi­fə­si du­rur".

Z.Qu­lu­za­də ya­zır ki, Azər­bay­can ta­ri­xi­nə da­ir əsər­lər­də gös­tə­ril­di­yi­nə gö­rə, VI-VII əsrlər­də Al­ban ka­to­li­ko­su iqa­mət­ga­hı (551-ci il) və Al­ban çar­lı­ğı pay­tax­tı (630-cu il­dən) Bər­də­də yer­lə­şir­di. Təd­qi­qat­çı­nın yaz­dı­ğı­na gö­rə, de­mə­li, be­lə ol­duq­da bu dövrdə Bər­də oğuz­la­ra məx­sus ola bil­məz­di və Bə­kil Bər­də­də Oğuz Xan­lı­ğı­nın sər­hə­di­ni qo­ru­ya bil­məz­di. Alim bil­di­rir ki, mən­ti­qə əsa­sən, Qaf­qaz əra­zi­sin­də Oğuz-Türk Xan­lı­ğı VI-VII əsrlər­dən ya əv­vəl, ya da son­ra möv­cud olub: "Fə­qət, bu xan­lı­ğın hə­min dövrdən son­ra möv­cud­lu­ğu­nu Azər­bay­ca­nın or­ta əsrlər ta­ri­xi haq­qın­da nis­bə­tən ət­raf­lı mə­lu­mat­lar ver­miş is­tər ərəb, is­tər­sə də di­gər ta­rix­çi­lə­rin qeydlə­ri­nin ol­ma­ma­sı is­tis­na edir.

Das­ta­nın is­la­ma­qə­dər­ki dövr ər­zin­də ya­ran­dı­ğı­nı isə on­da oğuz-türklə­rin so­si­o­mə­də­ni hə­ya­tı haq­qın­da ve­ril­miş hər­tə­rəf­li mə­lu­mat­lar sü­but edir. Onun ya­ran­ma döv­rü­nün qə­dim­li­yi­ni das­tan­da təs­vir olun­muş cə­miy­yə­tin sə­ciy­yə­si ilə bə­ra­bər, onun Qər­bin "Ni­be­lunqlar haq­qın­da nəğ­mə", "Ro­land haq­qın­da nəğ­mə" və s. bu ki­mi məş­hur or­ta əsr das­tan­la­rı ilə mü­qa­yi­sə­də di­ni ide­o­lo­gi­ya­nın tə­si­ri­nə da­ha az də­rə­cə­də mə­ruz qal­ma­sı da təs­diq edir. Şər­qi Qaf­qaz əra­zi­sin­də al­ban döv­lət­çi­li­yi­nə qə­dər Oğuz Xan­lı­ğı­nın olub və ya ol­ma­ma­sı və bu xan­lı­ğın za­ma­nı və di­gər pa­ra­metrlə­ri haq­qın­da su­al­la­ra Azər­bay­can ar­xe­o­loq­la­rı və dil ta­rix­çi­lə­ri­nin təd­qi­qat­la­rı­nın nə­ti­cə­lə­ri­nin das­tan­da əks olun­muş mə­də­niy­yət­lə, xü­su­sən onun şa­man­lıq və to­te­mizm ilə bağ­lı lay­la­rı ilə mü­qa­yi­sə­si nis­bə­tən qə­ti ca­vab ve­rə bi­lər. Xa­tır­la­daq ki, das­tan­da oğuz­la­rın cə­miy­yət və döv­lə­ti­nə Qam oğ­lu Qam (Şa­man oğ­lu Şa­man) Ba­yan­dur xan baş­çı­lıq edir­di.

Cə­nu­bi Qaf­qaz ta­ri­xi­nin bir çox prob­lem­lə­ri­nin mü­ba­hi­sə­li ol­du­ğu­na rəğ­mən, tə­əs­süf ki, ta­ri­xi mə­xəz olan KDQ das­ta­nı­nın Şi­ma­li Azər­bay­can əra­zi­sin­də xan­lıq for­ma­sın­da qə­dim Oğuz-Türk döv­lə­ti­nin möv­cud­lu­ğu haq­qın­da ver­di­yi mə­lu­mat­lar böl­gə­nin həm si­ya­si, həm də mə­də­ni ta­ri­xi­nin təf­si­ri­ni mü­əy­yən də­rə­cə­də də­yiş­di­rə bi­lə­cək cid­di el­mi araş­dır­ma­la­rın bu gü­nə­dək ob­yek­ti ol­ma­yıb".

Təd­qi­qat­çı ya­zır ki, bu­nu və KDQ das­ta­nı­nın mö­tə­bər ta­ri­xi mə­xəz ol­ma­sı­na inam­sız­lı­ğı nə­zə­rə ala­raq, zən­ni­miz­cə, Azər­bay­can ta­rix­çi­lə­ri­nin KDQ das­ta­nın­da Oğuz Xan­lı­ğı­nın möv­cud ol­ma­sı ba­rə­də mə­lu­mat­la­rın düz­gün­lü­yü­nə olan şüb­hə­lə­ri­nə bir da­ha qa­yıt­maq məq­sə­də­uy­ğun­dur.

Təd­qi­qat­çı­nın yaz­dı­ğı, irə­li sür­dü­yü fi­kir­lər, or­ta­ya qoy­du­ğu təd­qi­qat ta­ri­xi­mi­zin giz­lin qat­la­rı­na ay­na tu­tur...

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

SON XƏBƏRLƏR

30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək - xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…

30.05.2026 / 17:03
Noyabrda Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər – yekun qərar oktyabrda veriləcək...

30.05.2026 / 16:31
Rusiya Ermənistanın mineral su brendini qadağan etdi - milyonlarla şüşə suyun satışı dayandırıldı...

30.05.2026 / 15:50
Rusiyadan Avropanı qorxudan təhdid - Sakit yuxu dövrü bitdi...

30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir" - Vüqar Rəhimzadə

30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi – bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...

30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi

30.05.2026 / 13:48
Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"

30.05.2026 / 12:43
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlandı

30.05.2026 / 12:30
“Arvad” sözünə etirazlar artır – vəkil Vüsal İbadov qanunları xatırlatdı...

30.05.2026 / 12:09
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

30.05.2026 / 11:51
Azərbaycan neftinin qiyməti 98 dollar olub

30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib

30.05.2026 / 10:45
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlandı

30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi

30.05.2026 / 08:43
Tokayevdən ABŞ və İrana təklif - İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...

30.05.2026 / 07:32
NATO xaricində Rusiya əleyhinə London-Varşava ittifaqı yaradıldı

30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır - CHP-də çöküş son həddə…

30.05.2026 / 06:47
Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…

30.05.2026 / 06:33
Dron qalmaqalı böyüyür - Britaniya Rumıniyaya qırıcılar göndərdi

30.05.2026 / 06:29
İran ABŞ-dan 12 milyard dollar tələb edir-səbəb?

29.05.2026 / 23:27
Ağ Evdə iki saat davam edən görüş nəticəsiz bitdi - Tramp İranla bağlı yekun qərarı ertələdi...

29.05.2026 / 22:50
İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu...

29.05.2026 / 21:26
Beynəlxalq Qalereyada fərdi yaradıcılıq sərgisi keçirildi - “Müstəqilliyimiz Əbədidir!”

29.05.2026 / 20:39
Putin Astanadan Paşinyana xəbərdarlıq mesajı göndərdi - bütün işləri dayandıracağıq...

29.05.2026 / 20:19
Tramp İranın blokadasını dayandırdı...

29.05.2026 / 20:02
Dünyanın diqqəti Ağ Evə yönəldi - Tramp İranla bağlı yekun qərarını bu gün verəcək...

29.05.2026 / 19:50
Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir

29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu - referendum keçirib, Aİ və AİB arasında seçim edin...

29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı - 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...

29.05.2026 / 17:26
Türkiyənin yük gəmisi dron hücumuna məruz qaldı

29.05.2026 / 17:22
ABŞ-İran razılaşması yenidən dəyişiklik mərhələsində…

29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi - "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...

29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi – bu bizim üçün qəbuledilməzdir...

29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı

29.05.2026 / 16:13
“Rusiya bir daha cizgini aşdı” - Fon der Lyayen

29.05.2026 / 16:01
Rumıniya Rusiyanın bu ölkədəki baş konsulunu “persona non qrata” elan etdi - Zaxarova “cavab özünü çox gözlətməyəcək” dedi…

29.05.2026 / 15:07
Pezeşkian Azərbaycanın imkanlarından istifadə etməyi tapşırdı

29.05.2026 / 14:34
Bakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir

29.05.2026 / 14:31
Ermənistan xaricdən aldığı hərbi texnikanı yerli istehsal adı ilə əhalisinə sırımağa çalışır

29.05.2026 / 12:32
Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb

29.05.2026 / 12:27
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

29.05.2026 / 12:15
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

29.05.2026 / 11:58
Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı – yaralılar var...

29.05.2026 / 11:43
DİN velosiped və skuter sürənlərə xəbərdarlıq etdi....

29.05.2026 / 11:30
Rusiyadan Ermənistana Azərbaycan üzərindən buğda və gübrə göndərildi

29.05.2026 / 11:15
İsrail ölkənin "qara siyahı"ya salınmasına görə Quterreşlə bütün əlaqələri kəsdi...

29.05.2026 / 10:48
Azərbaycan neftinin qiyməti 100 dollara düşdü

29.05.2026 / 10:30
Qanunsuz yolla ölkəyə gətirilmiş külli miqdarda dərman ələ keçirildi

29.05.2026 / 09:55
Azərbaycan vasitəsi ilə Ermənistana növbəti tədarük həyata keçiriləcək

29.05.2026 / 09:23
“Temu”ya 200 milyon cərimə kəsildi - təhlükəli oyuncaqlar, zədələnmiş şarj cihazları...

28.05.2026 / 21:32
Dubayın məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə büründü

28.05.2026 / 21:18
Ermənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı...

28.05.2026 / 20:55
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

28.05.2026 / 20:37
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

28.05.2026 / 20:19
Rusiyada Ermənistan məhsullarına qadağa - meyvə-tərəvəz idxalı dayandırıldı...

28.05.2026 / 19:57
Lüksemburqun Moskvadakı səfiri XİN-ə çağırıldı

28.05.2026 / 19:43
Rusiyanın "kölgə donanmasına" məxsus üç tanker Türkiyə sahillərində hücuma məruz qaldı

28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

28.05.2026 / 19:21
Beş il sonra...

28.05.2026 / 17:56
Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlandı, bir nəfər həbs edildi

28.05.2026 / 17:31
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

28.05.2026 / 17:16
Təl-Əviv ŞOKDA – BMT İsraili “qara siyahı”ya saldı...

28.05.2026 / 16:42
İrandan Trampa cavab - geri çəkilməyəcəyik...

28.05.2026 / 16:20
ABŞ İranı, İran Küveyti vurdu - CENTCOM atəşkəsi İranın pozduğunu iddia etdi...

28.05.2026 / 15:36
Putinin illər əvvələ aid görüntüləri ortaya çıxdı - VİDEO

28.05.2026 / 15:10
Prezident: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"

28.05.2026 / 15:06
"Müstəqillik Günü hər birimiz üçün çox əzizdir" - Prezident

28.05.2026 / 15:04
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"

28.05.2026 / 15:01
"Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir" - Prezident

28.05.2026 / 14:32
Rusiya Azərbaycan ərazisindən Ermənistana karbamid və un göndərdi

28.05.2026 / 14:23
Prezident Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO

28.05.2026 / 14:15
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verildi - FOTO

28.05.2026 / 14:05
Salyanda çətənə yetişdirən şəxs həbs edildi

28.05.2026 / 13:40
Prezident Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub - FOTO

28.05.2026 / 13:33
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

28.05.2026 / 13:30
Tramp seçki öncəsi Paşinyanı açıq şəkildə dəstəklədi

28.05.2026 / 13:25
ABŞ Rusiyanı Ermənistanda sürətlə sıxışdırır

28.05.2026 / 13:18
Trampın Sülh Şurası fonduna hələ bircə dollar da yatırılmayıb…

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ