Cümə günü, 19 iyun 2026
     

Das­tan ya­ra­dı­cı­lı­ğı döv­lət­çi­li­yi­mi­zin və mil­li ta­ri­xi­mi­zin tə­rən­nüm­çü­sü ki­mi...

Image


II ya­zı

 

Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı jan­rı­nın ən mü­hüm qol­la­rın­dan bi­ri­nin das­tan ol­du­ğu mə­lum­dur. Qə­dim çağ­lar­da ya­ra­dı­lan, son­ra­kı əsrlə­rə ağız­dan-ağı­za ötü­rü­lən das­tan­la­rı­mız bu gün də ma­raq kəsb edir.

Bi­li­rik ki, das­tan­lar uzun əsrlər bo­yu ozan­la­rın, aşıq­la­rın di­lin­dən xal­qa çat­dı­rı­lıb. Son­ra­kı dö­nəm­lər­də das­tan­lar ya­zı­ya alı­nıb, ki­tab­laş­dı­rı­lıb. Azər­bay­can folklo­ru­nun ağız­dan ya­zı­ya kö­çü­rül­mə­si pro­se­si­ni hə­ya­ta ke­çi­rən gör­kəm­li alim­lə­ri­miz az ol­ma­yıb. On­la­rın sı­ra­sın­da Mə­həm­məd­hü­seyn Təh­ma­si­bin, Hüm­mət Əli­za­də­nin, Və­li Xu­luf­lu­nun, Rüs­təm Rüs­təm­za­də­nin, Əh­li­man Axun­do­vun, Hə­min Aras­lı­nın və di­gər on­lar­la gör­kəm­li ali­min adı­nı qeyd edə bi­lə­rik. Bu alim­lə­rin gör­dü­yü iş­lə­rin miq­ya­sı ol­duq­ca ge­niş, əhə­miy­yə­ti əvəz­siz­dir. Se­vin­di­ri­ci hal­dır ki, bu gün Azər­bay­can folklor kül­liy­ya­tı­nı ağız­dan ya­zı­ya alan, on­la­rı təd­qi­qa­ta cəlb edən alim­lə­rin öz­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı təd­qi­qa­ta cəlb edi­lib.

Azər­bay­can das­tan­la­rı mə­həb­bət və qəh­rə­man­lıq adı ilə iki ye­rə bö­lü­nür. Bu das­tan­lar­da xal­qı­mı­zın döv­lət­çi­lik ənə­nə­si, mə­də­niy­yə­ti, hə­yat tər­zi, söz xə­zi­nə­si, dü­şün­cə­si özü­nü gös­tə­rir.

He­sab edi­rik ki, bu gün qəh­rə­man­lıq das­tan­la­rı­mı­zın təb­li­ği­nə xü­su­si önəm ver­mə­li­yik, ta­ri­xi qəh­rə­man­la­rı­mız, das­tan­lar­dan ta­nı­dı­ğı­mız ba­ha­dır­lar, aqil­lər, nu­ra­ni in­san­lar cə­miy­yə­tə ye­ni­dən təq­dim edil­mə­li­dir. Azər­bay­can cə­miy­yə­ti­ni ayaq­da sax­la­maq gü­cün­də olan bu das­tan­lar gənclər üçün bir tər­bi­yə mən­bə­yi­dir de­sək ya­nıl­ma­rıq. Qəh­rə­man­lıq das­tan­la­rı­mız­da döv­lət qu­ru­lu­şu, döv­lət­çi­lik ənə­nə­si, igid­lə­ri­mi­zin ya­del­li­lər­lə mü­ba­ri­zə­si, tor­pa­ğı qo­ru­maq, sev­mək mək­tə­bi ya­şa­yır, tə­rən­nüm edi­lir. Qəh­rə­man­lıq das­tan­la­rı­mı­zın ek­ran­la­ra gə­ti­ril­mə­si, fil­mə çev­ril­mə­si çox va­cib­dir. O qəh­rə­man­lar gənclə­rə təq­dim edil­mə­li­dir. Giz­lin de­yil ki, ta­ri­xi hə­qi­qət­lə­ri­mi­zin bö­yük bir his­sə­si das­tan­la­rı­mız­da ya­şa­yır. Əc­dad­la­rı­mız əsl hə­qi­qət­lə­ri das­tan­la­rın için­dən ötü­rüb gü­nü­mü­zə. Qəh­rə­man­lıq das­tan­la­rı­mız­da ger­çək bir döv­lət­çi­lik sev­gi­si özü­nü bü­ru­zə ve­rir.

Azər­bay­can folklor kül­liy­ya­tı­nı araş­dı­ran, das­tan­la­rı­mı­zı ye­ni­dən xal­qa qay­ta­ran alim­lər­dən bi­ri aka­de­mik Rüs­təm Rüs­təm­za­də­dir. O, qəh­rə­man­lıq das­tan­la­rı­mı­zın ilk təd­qi­qat­çı­sı ki­mi ta­ri­xə dü­şüb.

Fi­lo­lo­gi­ya üz­rə elmlər dok­to­ru, ədə­biy­yat­şü­nas, şa­i­rə Gül­xa­ni Pə­nah "Rüs­təm Rüs­təm­za­də ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı­nın təd­qi­qat­çı­sı­dır" əsə­rin­də diq­qət­çə­kən faktlar mey­da­na çı­xa­rıb.

G.Pə­nah qeyd edir ki, Azər­bay­can ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı ilk də­fə R.Rüs­təm­za­də tə­rə­fin­dən təd­qiq olu­nub. G.Pə­nah aka­de­mik Hə­mid Aras­lı­nın fi­kir­lə­ri­ni təq­dim edir: "Xalq ədə­biy­ya­tı­na yax­şı bə­ləd ol­ma­sı, top­la­ma və araş­dır­ma ba­ca­rı­ğı, elə­cə də nə­zə­ri ha­zır­lı­ğı, qəh­rə­man­lıq nəğ­mə­lə­ri­nin ilk el­mi təs­ni­fi­ni ver­mə­si, onun in­ki­şaf mər­hə­lə­lə­ri­ni ay­dın­laş­dır­ma­sı, ümu­miy­yət­lə, "Azər­bay­can qəh­rə­man­lıq nəğ­mə­lə­ri" haq­qın­da bit­kin və ay­dın tə­səv­vür ve­rən cid­di məz­mun­lu əsər­lər təq­dim edə bil­mə­si gös­tə­rir ki, R.Rüs­təm­za­də is­te­dad­lı folklor­şü­nas alim­dir. XIX əs­rin ikin­ci ya­rı­sın­da ya­şa­mış kəndli hə­rə­ka­tı qəh­rə­man­la­rın­dan Nə­bi, Kə­rəm, Na­ğı, Də­li Alı haq­qın­da ta­ri­xi sə­nəd­lər əsa­sın­da ət­raf­lı mə­lu­mat ver­miş, elə­cə də aşıq və el şa­ir­lə­ri tə­rə­fin­dən bu qəh­rə­man­lar haq­qın­da qo­şul­muş das­tan­lar, mü­xəm­məs­lər, təc­nis­lər ge­niş təh­lil olun­muş­dur. Əsə­rin Qa­çaq Nə­bi, Qa­çaq Kə­rəm, Qan­dal Na­ğı haq­qın­da olan his­sə­lə­ri xü­su­si­lə diq­qə­ti cəlb edir. Nə­cəf bəy Və­zi­ro­vun "Keç­miş­də qa­çaq­lar" ad­lı məş­hur əsə­ri­nin Qa­çaq Kə­rəm­lə əla­qə­dar ol­ma­sı ilk də­fə Rüs­təm Rüs­təm­za­də tə­rə­fin­dən mü­əy­yən­ləş­di­ril­miş­dir.

Onun "Azər­bay­can ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı" mo­noq­ra­fi­ya­sı ən təq­di­rə­la­yiq mo­noq­ra­fi­ya­lar­dan bi­ri­dir".

Fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru pro­fes­sor Ba­ğır Ba­ğı­rov da R.Rüs­təm­za­də haq­qın­da diq­qət­çə­kən fi­kir­lər söy­lə­yir: "Pro­fes­sor R.Rüs­təm­za­də şi­fa­hi xalq ədə­biy­ya­tı­nı öy­rən­mək, təd­qiq et­mək, bun­la­rı ki­tab şək­lin­də ge­niş oxu­cu küt­lə­si­nin is­ti­fa­də­si­nə ver­mək­lə işi bit­miş he­sab et­mir. O həm də be­lə zən­gin ir­sin xal­qın ma­lı ol­ma­sı, təb­li­ği sa­hə­sin­də də na­ra­hat­lıq ke­çi­rir, ən üm­də­si də bu­dur ki, çox­la­rı­na nə­sib ol­ma­yan bir mis­si­ya­nı ye­ri­nə ye­ti­rir. O da xalq ədə­biy­ya­tı nü­mu­nə­lə­ri­ni ge­niş tə­lə­bə küt­lə­si­nə ne­cə mə­nim­sət­mək mə­sə­lə­si­dir. Hə­lə 70-ci il­lər­də onun "Şi­fa­hi xalq ədə­biy­ya­tı­na da­ir" ad­lı me­to­di­ki və­sa­i­ti ha­zır­la­ma­sı, tə­lə­bə­lə­rin is­ti­fa­də­si­nə ver­mə­si alim­lə­ri­mi­zin diq­qə­tin­dən ya­yın­mır, gös­tə­ri­lir ki, "hə­min me­to­dik və­sa­it­də ali mək­təb proq­ram­la­rı­na uy­ğun ola­raq, xalq ədə­biy­ya­tı­nın möv­zu­lar üz­rə tə­lə­bə­lər tə­rə­fin­dən mə­nim­sə­nil­mə­si yol­la­rı gös­tə­ri­lir. Ali mək­təb­lə­rə ye­ni­cə qə­dəm qoy­muş gənclə­rə bir sı­ra töv­si­yə­lər ve­ri­lir".

G.Pə­nah ya­zır ki, ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı­nın möv­zu-janr xü­su­siy­yət­lə­ri­ni və on­la­rın təs­ni­fi­ni ve­rən təd­qi­qat­çı alim das­tan jan­rı­nın Şərq xalqla­rı ara­sın­da ge­niş ya­yıl­dı­ğı­nı, dün­ya xalqla­rı­nın nə­zər-diq­qə­ti­ni cəlb et­di­yi­ni, bu das­tan­la­rın Al­ma­ni­ya, İn­gil­tə­rə, Fran­sa, İta­li­ya, Ame­ri­ka və di­gər öl­kə­lər­də ta­nın­dı­ğı­nı söy­lə­yir: "Bu cə­hət­dən "Də­də Qor­qud" das­tan­la­rı­nın Drez­den kral ki­tab­xa­na­sın­da hifz olun­du­ğu­nu, 1815-ci il­də al­man şərqşü­na­sı Dits tə­rə­fin­dən əl­də edi­lə­rək nəşr edil­di­yi­ni, ən bö­yük qi­tə­lər­də bu qiy­mət­li abi­də­nin sto­lüs­tü ki­ta­ba çev­ril­di­yi­ni söy­lə­yir. Mə­sə­lən, mət­bu­a­tın ver­di­yi xə­bə­rə gö­rə, Ame­ri­ka­nın Te­xas Uni­ver­si­te­ti nə­fis tər­ti­bat­la "Ki­ta­bi-Də­də Qor­qud"un in­gi­lis di­lin­də çap­dan bu­ra­xıl­dı­ğı­nı bil­di­rir".

G.Pə­nah vur­ğu­la­yır ki, təd­qi­qat­çı ali­min ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı­nın möv­zu-janr xü­su­siy­yət­lə­ri, ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı­nın təs­ni­fi haq­qın­da də­yər­li fi­kir­lə­ri, araş­dır­ma­la­rı folklor­şü­nas­lıq el­mi­nə qiy­mət­li töh­fə­dir. Onun əha­tə­li, ge­niş, mü­qa­yi­sə­li araş­dır­ma­la­rı, təd­qiq və təh­lil prin­sip­lə­ri, təd­qi­qat­çı­nın el­mi-nə­zə­ri mü­la­hi­zə­lə­ri, xal­qı­mı­zın qiy­mət­li abi­də­lə­ri­nə qay­ğı ilə ya­naş­ma­sı, "Ki­ta­bi-Də­də Qor­qud" das­tan­la­rın­dan üzü bə­ri bu gü­nə ki­mi ya­ran­mış epos və das­tan­la­ra, son­ra­kı dövrlər­də ya­ran­mış "Şah İs­ma­yıl və Tac­lı bə­yim", "Qa­çaq Nə­bi", "Sət­tar­xan" das­tan­la­rı­na, mü­a­sir döv­rü­mü­zə ya­xın ta­rix­də ya­ran­mış "Ka­mal", "Pəh­lə­van İs­ra­fil" və di­gər qəh­rə­man­lıq das­tan­la­rı­na diq­qət­lə ya­naş­ma­sı, təd­qi­qat ob­yek­ti ki­mi gö­tü­rü­lə­rək on­la­rın ya­ran­ma­sı ta­ri­xi, in­ki­şa­fı haq­qın­da söy­lə­nən el­mi mü­la­hi­zə­lə­ri, təd­qi­qat­çı fi­kir­lə­ri folklor­şü­nas ali­min gər­gin əmə­yi­nin nə­ti­cə­si ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir, çün­ki bun­lar o sa­hə­nin sir­lə­ri­nə də­rin­dən bə­ləd folklor­şü­na­sın po­ten­si­al im­kan­la­rın­dan xə­bər ve­rir.

Pro­fes­sor Ri­za Mus­ta­fov Mol­lov ya­zır: "Folklor­şü­nas alim R.Rüs­təm­za­də öz də­yər­li fi­kir­lə­ri­lə ya­rat­dı­ğı əsər­lə­rin­də xal­qın mü­ba­ri­zə ta­ri­xi­nə aid özü­nə­məx­sus par­laq sə­hi­fə­lər aç­mış, qa­çaq­çı­lıq hə­rə­ka­tı­nın önün­də ge­dən, ic­ti­mai haq­sız­lı­ğa qar­şı mü­ba­ri­zə apa­ran Mol­la Nur, Qa­çaq Kə­rəm, Qan­dal Na­ğı, Qa­ra Tan­rı­ver­di ki­mi el qəh­rə­man­la­rı­nı oxu­cu­la­ra ta­nıt­dır­mış­dır. Mən bu igid ərən­lə­ri Tür­ki­yə­də Qa­ra Fey­zi, Eye Ça­kı­cı, İn­gil­tə­rə­də Ro­ben Qud, Al­ma­ni­ya­da Hi­zel, İta­li­ya­da Fra Di­ya­vo­la, Serb-Hor­va­rud­da Yu­ra Yo­no­şik və sa­ir baş­qa xalq ara­sın­da nü­fu­za ma­lik olan in­san­lar­la mü­qa­yi­sə edi­rəm. Elin­dən, oba­sın­dan, di­nin­dən, mil­lə­tin­dən ası­lı ol­ma­ya­raq, bu folklor qəh­rə­man­la­rı xe­yir­xah və əda­lət­li­dir. Bu sa­hə­nin ən yax­şı mü­tə­xəs­si­si ki­mi mən R.Rüs­təm­za­də­nin təd­qi­qat xa­rak­ter­li bu əsə­ri­ni yük­sək qiy­mət­lən­di­ri­rəm".

G.Pə­nah vur­ğu­la­yır ki, das­tan da bir­dən-bi­rə ya­ran­ma­yıb, əv­vəl­cə qəh­rə­man­lıq nəğ­mə­lə­rin­dən iba­rət olub, az son­ra isə xalq sə­nət­kar­la­rı tə­rə­fin­dən dö­nə-dö­nə iş­lə­nə­rək das­tan şək­li­nə sa­lı­nıb.

"Re­al ha­di­sə­lə­rin bə­dii təs­vi­rin­dən iba­rət olan das­tan­lar XIX əsrdə və XX əs­rin əv­vəl­lə­rin­də ge­niş vü­sət ta­pır. Bun­lar da­ha çox mə­həb­bə­tə və bir də qəh­rə­man­lı­ğa həsr olu­nur. Bu das­tan­lar əsa­sən ic­ti­mai ha­di­sə­lər­lə bağ­lı­dır. Bu ha­di­sə­lə­rin ən əsa­sı ça­riz­min uc­qar ra­yon­la­rı iki­qat əsa­rət­də sax­la­ma­sın­da, bu xalqla­rın iq­ti­sa­di çə­tin­lik­lər­dən əzab çək­mə­sin­də, yer­li bəy və mül­kə­dar tə­rə­fin­dən cid­di is­tis­mar olun­ma­sın­da idi".

Alim zəh­mət­keş xal­qın zül­mə və is­tis­ma­ra qar­şı müx­tə­lif for­ma­lar­da üs­yan­lar et­dik­lə­ri­ni, qa­çaq­çı­lıq for­ma­sı­nın ge­niş vü­sət al­dı­ğı­nı bil­di­rir və bu hə­rə­ka­tın ye­tiş­dir­di­yi cə­sa­rət­li qəh­rə­man­lar için­də Qa­çaq Nə­bi xü­su­si­lə qeyd edi­lir. Onun fə­a­liy­yə­ti ilə bağ­lı el sə­nət­kar­la­rı­nın ya­rat­dı­ğı nəğ­mə­lə­ri, das­tan­la­rı, rə­va­yət­lə­ri xa­tır­la­dan təd­qi­qat­çı bun­la­rın epos sə­viy­yə­si­nə "yük­sə­lə bil­mə­di­yi­ni", la­kin "das­tan jan­rı­nın bü­tün cə­hət­lə­ri­nə ca­vab ver­di­yi­ni" bil­di­rir. Das­ta­nın ya­ran­ma­sın­dan ar­tıq yüz il vaxt keç­di­yi­ni, bu das­tan üzə­rin­də uzun "ya­ra­dı­cı­lıq" pro­se­si­nin get­di­yi­ni, müx­tə­lif vaxtlar­da top­la­nıb nəşr olun­du­ğu­nu gös­tə­rir. Folklor­şü­nas Əh­li­man Axun­dov tə­rə­fin­dən ən mü­kəm­məl va­ri­an­tı­nın - iyir­mi al­tı qo­lu­nun top­lan­dı­ğı­nı və "Nə­bi­nin qa­çaq düş­mə­sin­dən ta ki, ölü­mü­nə qə­dər olan döv­rü" əha­tə et­di­yi­ni söy­lə­yir­lər.

Ey­ni za­man­da, bu­nun ki­çik bir fərqli va­ri­an­tı­nın Azad Nə­bi­yev tə­rə­fin­dən top­lan­dı­ğı, nəşr edil­di­yi gös­tə­ri­lir.

Mü­əl­lif "Qa­çaq Nə­bi" das­ta­nı­nın ən xa­rak­te­rik cə­hət­lə­rin­dən bi­ri ki­mi onun bey­nəl­mi­ləl ruh­da ol­ma­sı­nı, Nə­bi­nin xalqlar ara­sın­da fərq qoy­ma­dı­ğı­nı, das­tan­da xalqlar dostlu­ğu­nun tə­rən­nü­mü­nün qa­ba­rıq şə­kil­də öz ək­si­ni tap­dı­ğı­nı bil­di­rir.

Alim nə­zə­rə çat­dı­rır ki, das­tan­la­rı­mız­da­kı ta­ri­xi­lik və mü­a­sir­lik mə­sə­lə­lə­ri də R.Rüs­təm­za­də­nin təh­lil ob­yek­ti­nə da­xil­dir. "Bu­ra­da təd­qi­qat­çı, az da ol­sa, "Qa­çaq Kə­rəm" das­ta­nı üzə­rin­də işi­ni apa­rır. Qa­çaq Kə­rəm haq­qın­da ya­zıl­mış oçerk, po­vest, dram, nəğ­mə, el sə­nət­kar­la­rı tə­rə­fin­dən ya­ra­dıl­mış qoş­ma, gə­ray­lı, rə­va­yət və das­tan­lar, azər­bay­can­lı sə­nət­kar­lar­la ya­na­şı, "mü­tə­rəq­qi fi­kir­li gür­cü, rus, Uk­ray­na və di­gər xalqla­rın nü­ma­yən­də­lə­ri-ədib­lə­rin" də  onu igid, bey­nəl­mi­ləl­çi, əda­lət­li bir şəx­siy­yət ki­mi təs­vir və tə­rən­nüm et­mə­si ya­da sa­lı­nır. Təd­qi­qat­çı gür­cü Purtse­lad­ze­nin "Qa­çaq Kə­rəm" ope­ra­sı, Va­no Mçed­liş­vi­li­nin "Qa­çaq Kə­rəm" dra­mı, İl­ya Xo­ne­li­nin "Qa­çaq Kə­rəm" oçer­ki, jur­na­list Su­li­ko­nun Qa­çaq Kə­rə­mə həsr et­di­yi oçerk və he­ka­yə­lər, De­nis Koz­lovski­nin "Qa­çaq Kə­rəm" oçer­ki, pol­kov­nik V.Ka­zaç­kovski­nin "Qaf­qaz qa­çaq­la­rı", Mak­sim Qor­ki­nin "Qaf­qaz­da qa­çaq­lar" oçer­ki, ha­be­lə N.B.Və­zi­ro­vun "Keç­miş­də qa­çaq­lar" pye­si, Mir­zə Ca­ma­lo­vun "Qa­çaq Kə­rəm" əsə­ri, Meh­di Hü­sey­nin "Kə­rəm əf­sa­nə­si" he­ka­yə­si, Fər­man Ey­vaz­lı­nın "Qa­çaq Kə­rəm" ro­ma­nı və s. Qa­çaq Kə­rə­mə həsr olun­du­ğu­nu bil­di­rir.

Təd­qi­qat­çı ya­zı­lan bu əsər­lə­rin, onun mü­əl­lif­lə­ri­nin Qa­çaq Kə­rəm­lə bağ­lı fi­kir­lə­ri­nin tu­tar­lı də­lil­lər­lə təh­lil və təd­qi­qi­ni ve­rir. Ey­ni za­man­da, el sə­nət­kar­la­rın­dan Göy­çə­li Aşıq Mə­həm­mə­din "Kə­rəm­xan Sər­tib", şa­ir Qul Və­li­nin "Qa­çaq Kə­rəm­lə Za­lı xan", Hü­seyn Qəm­li­nin "Qa­çaq Kə­rəm" das­tan­la­rın­da onun fə­a­liy­yə­ti­nin təs­vir və tə­rən­nüm olun­du­ğu­nu, onun haq­qın­da bir çox di­gər öl­kə­lər­də qə­zet və jur­nal­lar­da ya­zı­lar çap edil­di­yi­ni bil­di­rir. Qa­çaq Kə­rə­min ta­ri­xi bir şəx­siy­yət ki­mi hə­ya­tı haq­qın­da mə­lu­mat ve­ri­lir.

Das­tan­lar­da öz ək­si­ni ta­pan ha­di­sə­lə­rin bir çox dra­ma­turqla­rın, ədib­lə­rin əsər­lə­rin­də­ki ha­di­sə­lər­lə səs­lə­şən epi­zod­la­rın mü­qa­yi­sə­li şə­kil­də təh­lil və təd­qi­qi­ni apa­ran təd­qi­qat­çı N.B.Və­zi­ro­vun əsə­ri ilə Qul Və­li­nin das­ta­nın­da ox­şar olan sü­jet­lə­rə diq­qə­ti yö­nəl­dir, ya­zı­çı­nın bir sı­ra in­cə­lik­lə­ri das­tan­da ol­du­ğu ki­mi qo­ru­yub sax­la­ma­sı­nı təq­dir edir" - de­yə G.Pə­nah bil­di­rir.

Alim R.Rüs­təm­za­də­nin "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı­na da mü­na­si­bə­tin­dən ya­zır: "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı ilə bağ­lı re­al, ta­ri­xi mə­qam­la­ra to­xu­nan R.Rüs­təm­za­də Qaf­qaz­da ol­muş alim və səy­yah­la­rın fi­kir­lə­ri­ni də şərh edir."Adam Ole­a­ri 1638-ci il­də Dər­bənddə azər­bay­can­lı­lar­dan Də­də Qor­qud he­ka­yə­lə­ri­ni eşit­di­yi­ni, Qa­zan xa­nın ar­va­dı Bur­la Xa­tu­nun, elə­cə də Də­də Qor­qu­dun özü­nün bu­ra­da qə­bir­lə­ri ol­du­ğu­nu gös­tər­miş­dir. Öv­li­ya Çə­lə­bi isə "Sə­ya­hət­na­mə"sin­də Dər­bənddə us­tad Də­də Qor­qu­dun qəb­ri ol­du­ğu­nu və şir­van­lı­la­rın bu qəb­rə bö­yük eh­ti­ram və eti­qad bəs­lə­dik­lə­ri­ni qeyd et­miş­dir.

"Dər­bəndna­mə"lər­də də Də­də Qor­qu­dun qəb­ri­nin Dər­bənddə ol­du­ğu gös­tə­ri­lir. Bö­yük mü­tə­fək­ki­ri­miz M.F.Axun­dov isə Də­də Qor­qu­dun ad­qoy­ma rə­va­yə­ti­ni ya­zı­ya al­mış­dır.

"Azər­bay­can xalq bə­dii tə­fək­kü­rü­nün abi­də­si olan "Ki­ta­bi-Də­də Qor­qud" das­tan­la­rı­nın po­e­tik di­li, bə­dii təs­vir va­si­tə­lə­ri ilə zən­gin­li­yi, "on­lar­da xalq di­li­nin in­cə­lik­lə­rin­dən, ata­lar sö­zü, zərb-mə­səl­lər və ido­ma­tik ifa­də­lər­dən bol-bol, mə­ha­rət­lə is­ti­fa­də olun­ma­sı" təd­qi­qat­çı­nın diq­qə­tin­dən ya­yın­mır: "Ki­ta­bi-Də­də Qor­qud" Azər­bay­can di­li­nin ta­ri­xi­ni öy­rən­mək ba­xı­mın­dan da zən­gin mən­bə­dir. Bu sa­hə­də bir sı­ra alim­lə­ri­miz, o cüm­lə­dən, Də­mir­çi­za­də­nin təd­qi­qi təq­di­rə­la­yiq­dir. La­kin, bu­nun­la be­lə, "Də­də Qor­qud" boy­la­rı­nın di­li­nin təd­qi­qi­nə ye­nə də bö­yük eh­ti­yac var.

"Ki­ta­bi- Də­də Qor­qud"un mo­tiv­lə­ri əsa­sın­da bir sı­ra ya­zı­çı və şa­ir­lə­rin gö­zəl bə­dii əsər­lər yaz­dı­ğı­nı, Ana­rın sse­na­ri­si əsa­sın­da iki­se­ri­ya­lı bə­dii film çə­kil­di­yi­ni bil­di­rən təd­qi­qat­çı ar­zu edir ki, "Də­də Qor­qud"un qəh­rə­man­lı­ğı, və­tən­pər­vər­li­yi və saf mə­həb­bə­ti­ni tə­rən­nüm edən çox­se­ri­ya­lı ciz­gi filmlə­ri də çə­kil­sin".

Ta­ri­xi qəh­rə­man­lıq das­tan­la­rı­mı­zın təd­qi­qat­çı­la­rı­nın hər bi­ri­nin ru­hu al­qı­şa­la­yiq­dir. Əl­bət­tə, on­la­rın bö­yük zəh­mət he­sa­bı­na hə­ya­ta ke­çir­dik­lə­ri bu xoş­mə­ram­lı iş bu­gün­kü və gə­lə­cək nə­sil­lər üçün bö­yük ör­nək­dir. Das­tan­la­rı­mız bi­zə ta­ri­xi­mi­zi öy­rə­dir.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ