şənbə günü, 10 oktyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Çol­pan

Image


Ço­ban ul­du­zu iz­siz səh­ra­lar­da yo­lu­nu ta­pa bil­mə­yən­lər üçün bir bə­ləd­çi­dir. O, par­laq işı­ğıy­la is­ti­qa­mə­ti tə­yin edər, yol gös­tə­rər. Ço­ban ul­du­zu­na bə­zən "Çol­pan" da de­yər­lər. Bax, adı ki­mi, Əb­dül­hə­mid Sü­ley­man oğ­lu Çol­pan da yol gös­tər­di bü­tün türklə­rə.

Əb­dül­hə­mid Çol­pan 1897-ci il­də Öz­bək eli­nin Fər­qa­nə vi­la­yə­tin­də yer alan Ən­di­can şə­hə­rin­də şa­ir Sü­ley­ma­nın ai­lə­sin­də dün­ya­ya göz açıb. O, do­ğul­du­ğu şə­hər­də əv­vəl­cə mil­li mək­təb­də, son­ra isə məd­rə­sə­də təh­sil alıb. Onun dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sı­na, ədə­biy­ya­ta ma­ra­ğı­nın güc­lən­mə­si­nə ata­sı Sü­ley­ma­nın bö­yük tə­si­ri olub. O, sər­bəst şə­kil­də ərəb, fars, türk, rus dil­lə­ri­ni öy­rə­nib və bu­nun mü­qa­bi­lin­də ori­ji­nal­dan zən­gin mü­ta­liə im­kan­la­rı əl­də edib. Şe­i­ri çox se­vən Əb­dül­hə­mid Sü­ley­man oğ­lu Çol­pan Mir Əli­şir Nə­vai və Ba­bu­run əsər­lə­ri­lə bəs­lə­nib, qi­da­la­nıb və gənc yaş­la­rın­dan baş­la­ya­raq mil­li də­yər­lər­lə bə­zən­miş dü­şün­cə­lə­ri­ni şe­ir dəz­ga­hın­da us­ta­lıq­la to­xu­ma­ğa baş­la­yıb. Onun 14 ya­şın­dan yaz­dı­ğı şe­ir və mə­qa­lə­lə­ri "Fər­qa­nə­nin sə­si," "Tür­küs­ta­nın sə­si," "Ay­na," "Şu­ra" ki­mi yer­li qə­zet və jur­nal­lar­da çap olu­nub.

Əb­dül­hə­mid Çol­pan bü­tün ya­ra­dı­cı­lı­ğı bo­yu öz­bək ədə­biy­ya­tı xə­zi­nə­si­nə gö­zəl şe­ir­lər, nəsr, ədə­bi-tən­qi­di, pub­li­sis­tik mə­qa­lə­lər bəxş edib. Am­ma hər şey­dən əv­vəl o, bö­yük və­tən­daş olub. Bu duy­ğu, amal onun ya­ra­dı­cı­lı­ğın­dan qır­mı­zı xət­lə ke­çir və özü­nü­təs­diq me­ya­rı­dır.

Əb­dül­hə­mid Çol­pan 1917-1918-ci il­lər­də Oren­burqda "Za­man" qə­ze­tin­də iş­lə­yər­kən Baş­qır­dıs­tan Mil­li Hö­ku­mə­tin­də ka­tib­lik və­zi­fə­si­ni də ic­ra edib. Bu il­lər­də o da­ha da tək­mil­lə­şib. So­vet İt­ti­fa­qı­nın vəd et­di­yi hür­riy­yə­tin heç bir za­man ger­çək­ləş­mə­yə­cə­yi­ni ilk se­zən­lər­dən olub, ya­xın­laş­maq­da olan fə­la­kə­ti an­la­yıb, Oren­burqda qa­la bil­mə­yə­rək öz öl­kə­si­nə dö­nüb. Onun gö­rə­cə­yi çox iş­lər var­dı. Adı Çol­pan­dı! Çol­pan yol gös­tə­rən an­la­mı­na gəl­mir­di­mi? O hal­da o, mil­lə­tin içə­ri­si­nə gir­mə­li və xal­qı­na yol gös­tər­mə­li idi. Elə də et­di! Xal­qa vu­ru­lan po­lad zən­ci­ri şe­i­rin il­dı­rım­la­rıy­la par­ça­la­maq üçün yaz­dı... yaz­dı... yaz­dı...

O, xal­qı ki­mi dü­şü­nür, şe­ir­lə­ri­ni xal­qın se­və­cə­yi tərzdə ya­zır­dı. Şe­ir­lə ya­na­şı he­ka­yə­lər də ya­zır­dı. Xal­qı­nı mə­lu­mat­lan­dır­maq üçün hindli şa­ir Ra­bindra­nath Ta­qo­run, Puş­ki­nin şe­ir­lə­ri­ni, Qor­ki­nin "Ana"sı­nı, Şekspi­rin "Ham­let"ini öz­bək türkcə­si­nə tər­cü­mə et­di. Bir söz­lə, yo­rul­ma­dan, usan­ma­dan hey ça­lış­dı...

Çol­pa­nın is­ti­fa­də et­di­yi dil sa­də, şe­ir tex­ni­ka­sı ori­ji­nal idi. Onu hər kəs bö­yük zövqlə oxu­yur­du. To­ta­li­tar re­ji­min təm­sil­çi­lə­ri Çol­pa­nın sə­nət gü­cü­nə hey­ran qa­lır­dı­lar. Hal­bu­ki, Çol­pan bir re­jim şa­i­ri de­yil­di! Ək­si­nə, o, xal­qı­nı şe­i­rin güc­lü qa­nad­la­rı­na min­di­rər, azad sə­ma­lar­da do­laş­dı­rar­dı. So­vet re­ji­mi­nin "mə­səl­lə­ri" qar­şı­sın­da qa­tı, saf ger­çək­lə­rə işa­rət­lər edər­di.

Çol­pan re­jim üçün təh­lü­kə­li ola bi­lər­di! Bu­na gö­rə də ida­rə­çi­lər xal­qın se­vim­li­si olan Çol­pa­nı sus­dur­ma­nın yol­la­rı­nı ax­tar­ma­ğa baş­la­dı­lar. Əv­vəl onu "Re­ji­min ide­o­lo­qu olan şa­ir" et­mək üçün bir tək­lif irə­li sür­dü­lər. Ve­ri­lən bu tək­li­fi Öz­bək eli­nin qəh­rə­man oğ­lu əli­nin tər­si ilə ge­ri çe­vir­di. O qorxmur­du. Ata­la­rı Mə­tə xan, Öz­bək xan da qorxma­mış­dı. O da qorxmur­du! İnad­la yaz­ma­ğa da­vam edir­di.

Çol­pan ba­rə­sin­də zi­ya­lı­lar iki­yə bö­lün­müş­dü­lər. Re­ji­mə sa­diq zi­ya­lı­lar: "Çol­pan sus­du­rul­ma­lı­dır!" - de­yir­di. Re­ji­mə sa­diq ki­mi gö­rü­nən­lər isə: "Xeyr, Çol­pan xal­qı­nı se­vən bir şa­ir­dir. Biz­lə­ri onun si­ya­si dü­şün­cə­lə­ri de­yil, sə­nə­ti ma­raq­lan­dı­rır", - de­yir­di. 1926-27-ci il­lər be­lə mü­ba­hi­sə­lər­lə keç­di...

Çol­pa­nın sə­nə­ti­nə hey­ran olan şa­ir­lər­dən Ay­bək 1927-ci il­də be­lə de­yir­di: "Biz ədə­biy­yat da­hi­si Çol­pa­nı se­vi­rik. Mə­gər biz onun bu­gün­kü ədəb atı­nın tə­ləb­lə­ri­nə xid­mət et­mə­di­yi­nə gö­rə on­dan vaz ke­çə bi­lə­rik­mi? Qə­na­ə­tim­lə, biz bu­na müq­tə­dir de­yi­lik. Biz rus yol­daş­la­rı­mı­za ba­xar­saq, on­la­rın Puş­ki­ni çox sev­dik­lə­ri­ni gö­rə­rik. Puş­ki­nin əsər­lə­ri­ni hər bir rus kom­mu­nis­ti, kom­so­mol­çu­su və zi­ya­lı­sı oxu­yur. Onun rus ədə­biy­ya­tın­da şə­rəf­li bir ye­ri var­dır. Puş­kin bir pro­le­tar şa­i­ri de­yil, ək­si­nə, o, fe­o­dal və aris­tok­rat bir şa­ir idi. Onun da qa­yə­lə­ri za­ma­nı­mı­zın is­tək­lə­ri­nə uy­mur. Be­lə ol­ma­sı­na bax­ma­ya­raq, hər kəs onu çox se­vir. Doğ­ru­dur, Puş­kin çox gö­zəl əsər­lər ya­ra­dıb. Biz də Çol­pan­dan vaz keç­mə­yə­cə­yik. Çün­ki Çol­pan bi­zim ədə­biy­ya­tı­mı­za ye­ni bir şə­kil gə­ti­rib. Gənc nə­sil onun şe­ir sə­nə­ti­ni, açıq di­li­ni, çə­ki­ci üs­lu­bu­nu se­vir. Biz Çol­pa­nın ide­o­lo­gi­ya­sı­nı de­yil, onun ifa­də­lə­ri­ni se­vi­rik. Bu­na gö­rə on­dan heç kəs vaz ke­çə bil­məz".

Çol­pa­nı se­vən­lə­rin bu dü­şün­cə­lə­ri so­vet re­ji­mi­nin Çol­pa­na düş­mən kə­sil­mə­si­nə sə­bəb ol­du. O, sək­kiz də­fə həbs edil­di. Onun ye­ga­nə gü­na­hı açıq fi­kir­li ol­ma­sı idi. Boş dur­ma­dı, həbsxa­na­da da yaz­dı. Həbsxa­na­dan hər çıx­dı­ğın­da sev­di­yi ide­a­lı­na qal­dı­ğı yer­dən da­vam et­di.

Qə­rar qə­ti və açıq idi: Çol­pan re­jim üçün bir təh­lü­kə­dir! O öl­dü­rül­mə­li­dir! Be­lə­lik­lə, 1938-ci il­də türk mil­lə­ti­nin Çol­pa­nı gül­lə­lən­di. Çol­pan qət­lə ye­ti­ri­lən­də bü­tün Tür­küs­tan səs­siz və xəl­vət ağ­la­yır­dı.

Şə­hid ol­duq­dan 19 il son­ra, 1957-ci il­də Çol­pa­nın mə­də­ni hü­quq ba­xı­mın­dan gü­nah­sız ol­du­ğu qə­bul edil­di. An­caq onun əsər­lə­ri­nin çap olun­ma­sı­na ye­nə də izn ve­ril­mə­di.

Və­tən­pər­vər ədib Çol­pan 1991-ci ilə qə­dər "mil­lət­çi" dam­ğa­sı ilə bə­ra­ət qa­za­na bil­mə­yib. Fə­qət 1991-ci il 31 av­qust ta­ri­xin­də döv­lət müs­tə­qil­li­yi və 1 sentyabr ta­ri­xi Öz­bə­kis­tan Res­pub­li­ka­sı­nın müs­tə­qil­lik gü­nü elan edil­dik­dən son­ra Çol­pan da gör­kəm­li öz­bək şa­ir və ya­zı­çı­la­rı­nın, ədə­biy­yat­şü­nas­la­rın döv­lət qar­şı­sın­da qal­dır­dıq­la­rı mə­sə­lə ilə, nə­ha­yət, 54 il­dən son­ra bə­ra­ət al­dı. Elə hə­min il öz xal­qı­nın və döv­lə­ti­nin mil­li müs­tə­qil­li­yi və azad­lı­ğı uğ­run­da ca­nı­nı qur­ban ve­rən Çol­pan Nə­vai adı­na Öz­bə­kis­tan döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­dü və bun­dan son­ra onun əsər­lə­ri bir ne­çə də­fə nəşr olun­du. Onun üç­cildlik "Əsər­lə­ri" və "Ədə­biy­yat nə­dir?" mə­qa­lə­lər ki­tab­la­rı, bir də onun haq­qın­da "Çol­pan dün­ya­sı" ad­lı təd­qi­qat ki­ta­bı nəşr olun­du.

Hər bir in­san do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı, ata-ba­ba­nın ömür-gün sü­rüb baş qoy­du­ğu doğ­ma məs­kə­ni­ni se­vir, bu tor­pa­ğa bağ­lı olur. Am­ma bu ana­dan­gəl­mə mə­həb­bət­lə ya­na­şı, hər bir nə­sil za­ma­nın irə­li sür­dü­yü su­al­la­ra konkret ca­vab ver­mə­li olur. Mil­lət mə­nə­viy­ya­tın­da yer tut­ma­ğa qa­bil olan, bə­dii tə­fək­kür tə­rəq­qi­si­nə töh­fə ver­mə­yi ba­ca­ran ədə­bi nə­sil­lə­rin ya­ra­dı­cı­lıq tər­cü­me­yi-ha­lı da bu ca­vab­dan qay­naq­la­nır. Və­tə­nə mü­na­si­bət və sev­gi­nin ori­ji­nal­lı­ğı tək­rar­sız bə­dii sis­te­mi­ni for­ma­laş­dı­rır.

Çol­pan yaz­dı­ğı şe­ir­lər­də Və­tə­nə vur­ğun­luq, fə­da­i­lik və fə­da­kar­lıq ki­mi yük­sək key­fiy­yət­lə­ri­ni, hət­ta öl­mə­yə be­lə hər an ha­zır ol­du­ğu­nu gös­tə­rir. Onun bə­zi şe­ir­lə­ri­nin əv­və­li də, axı­rı da Və­tə­nə bağ­lı­dır. Və­tə­ni­nin ta­le­yi və gə­lə­cə­yi üçün cid­di ad­dım­lar atan Çol­pan ye­nil­məz bir igid və mü­ca­hid olub. O öz qə­lə­mi­nin gü­cü ilə Və­tə­ni­nə kö­mək et­mək is­tə­yib, ana Və­tə­ni mü­da­fiə edib. So­vet­lər sis­te­min­də və­tə­nə bu qə­dər bağ­lı ol­maq çox dü­şün­dü­rü­cü­dür.

Çol­pan türk an­la­mın­da "dan ul­du­zu" de­mək­dir. "Tür­küs­ta­nın dan ul­du­zu" ina­nır­dı ki, mil­lə­ti­nin bü­tün öv­lad­la­rı əl-ələ ver­sə, bü­tün im­pe­ri­a­list qüv­və­lə­ri məhv edə­rək azad­lıq və is­tiq­la­la qo­vu­şar. 1921-ci il­də yaz­dı­ğı "Xalq" şe­i­rin­də gü­vən­di­yi, inan­dı­ğı xal­qın gü­cü­nü o be­lə təs­vir edir:

Xalq də­niz­dir, xalq dal­ğa­dır, xalq güc­dür,

Xalq üs­yan­dır, xalq alov­dur, xalq öc­dür.

Xalq ayaq­la­nır­sa, güc yox ki, onu sax­la­sın,

Qüv­vət yox ki, xal­qın is­tə­di­yi­ni yox et­sin.

Xalq üs­ya­nı səl­tə­nə­ti yox et­di,

Xalq is­tə­di, tac və taxtlar yı­xıl­dı.

Xalq is­tə­sə hürr ol­sun bu öl­kə,

Get­sin onun ba­şın­da­kı köl­gə.

Bir ayaq­la­nır, bir kö­pü­rür, bir qay­nar,

Bir ar­zu­lar, bir hə­ya­can­la­nar, bir qı­mıl­dar.

Yox­lu­ğu da, ac­lı­ğı da yox edər,

Öz yur­du­nu hər şey­lə tox edər.

Bü­tün gü­cü xalq için­dən ala­lım,

Qu­caq aça­raq xalq içi­nə ge­də­lim.

Çol­pa­nın bu şe­i­rin­də­ki coş­qu­su və xal­qı­na olan ina­mı bö­yük və­tən­pər­vər­lik eş­qin­dən do­ğan müd­rik dü­şün­cə­lər­dir.

Sağ­lı­ğın­da onun dörd şe­ir ki­ta­bı nəşr olu­nub: "Oya­nış," "Çeş­mə­lər," "Dan sir­lə­ri" və "Tür­kü­lə­rim."

El­bək, Ba­tu və Ay­bək ki­mi is­te­dad­lı şa­ir­lər onun­la bir sı­ra­da ya­zıb-ya­ra­dır­dı. On­lar öz­bək ədə­biy­ya­tı­nın 1925-1938-ci il­lər ara­sın­da­kı fır­tı­na­lı döv­rün­də Çol­pan ya­ra­dı­cı­lı­ğı­nı dəs­tək­lə­yən şa­ir­lər idi. Bir çox öz­bək şa­ir­lə­ri ilə bə­ra­bər, Çol­pan, Ba­tu, El­bək və baş­qa­la­rı 1937-1938-ci il­lər ara­sın­da həbs olu­na­raq ya sür­gü­nə gön­də­ril­di, ya da re­ji­min is­tə­di­yi şə­kil­də so­vet təb­li­ğa­tı­na uy­ğun əsər­lər yaz­dı­lar. Çol­pan 5 oktyabr 1938-ci il ta­rix­li qə­rar­la gül­lə­lən­mə hök­mü al­dı və çox tez­lik­lə bu qə­rar ye­ri­nə ye­ti­ril­di. Bu, bi­zim müş­fiq­lə­rin, ca­vid­lə­rin, ca­vad­la­rın rep­res­si­ya ta­le­lə­ri­nin da­va­mı idi...

Çol­pan, po­e­tik ya­ra­dı­cı­lı­ğı ilə ya­na­şı, həm də ədə­bi-tən­qi­di mə­qa­lə­lər mü­əl­li­fi idi. 1924-cü il­də yaz­dı­ğı "500 il" ad­lı mə­qa­lə­sin­də öz­bək ədə­biy­yat­çı­la­rı için­də ilk də­fə ola­raq o, Əli­şir Nə­va­i­nin 500 il­lik yu­bi­le­yi­nin qeyd olun­ma­sı mə­sə­lə­si­ni qal­dır­dı. Da­hi şa­ir haq­qın­da ilk gö­zəl mə­qa­lə­ni də o yaz­dı.

Çol­pan bü­tün türk dün­ya­sı­nın işıq­lı bir ul­du­zu­dur. Ölü­mün­dən son­ra şe­ir­lə­ri dil­dən-di­lə, kö­nül­dən-kö­nü­lə gəz­di. O bö­yük şa­ir re­ji­min söz­də hür­riy­yə­tin­dən türk xalqla­rı­nın heç bir za­man fay­da­lan­ma­dı­ğı­nı bir şe­i­rin­də be­lə an­la­dır­dı:

"Kül­gen baş­qa­la­rı­dır, yığ­la­yan men, men,

Oy­na­ğan baş­qa­la­rı­dır, in­le­ğen men, men,

Erk er­kek­le­ri­ni eşit­gen baş­ka,

Kul­luk ko­şu­ğu­nu tin­le­ğen men, men".

Çol­pan türk kön­lün­də o qa­ran­lıq re­jim za­ma­nı par­laq bir ul­duz ki­mi do­ğul­du. O, türklü­yün par­la­yan və son­suz­lu­ğa qə­dər par­la­ya­caq sön­məz bir ul­du­zu­dur!

Ru­hu şad ol­sun!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ