şənbə günü, 10 oktyabr 2026
     

Ye­ni ilə gü­lə-gü­lə

Image


Sü­mük mə­sə­lə­si

Ye­ni il qa­ba­ğı ar­vad-uşa­ğı gö­tü­rüb get­dim res­to­ra­na. Ka­bab si­fa­riş ver­dik, baş­la­dıq ye­yib-iç­mə­yə. Gör­düm ba­la­ca qı­zım sü­mük­lə­ri ka­ğız pa­ke­tə yı­ğır. Biz ye­dik­cə qız sü­mük­lə­ri yı­ğır­dı.

Xid­mət­çi gə­lib boş­qab­lar­da sü­mük­lə­ri gör­mə­yən­də tə­əc­cüb et­di, am­ma heç nə so­ruş­ma­dı. Biz ye­nə ye­mək si­fa­riş ver­dik, ye­nə boş­qab­da sü­mük­lə­ri gör­mə­yən xid­mət­çi so­ruş­du:

- Bəs sü­mük­lə­ri ha­ra atır­sı­nız?

Mən də za­ra­fat­la ca­vab ver­dim ki, "ye­yi­rik". Xid­mət­çi su­al do­lu nə­zər­lər­lə mə­nə bax­dı, am­ma din­mə­di. Ye­nə ye­mək gə­tir­di, boş­qab­lar­da sü­mük­lə­ri gör­mə­yən­də so­ruş­du:

- Yə­ni siz o boy­da qa­bır­ğa­la­rı ye­yir­si­niz?

- Ye­yi­rik.

- Ola bil­məz!

- Gö­rür­sən də, olur...

Qı­zım isə gü­lür­dü. Xid­mət­çi­ni sa­kit­ləş­dir­mək  üçün "sir­ri" aç­dım:

- A ki­şi, na­ra­hat ol­ma, sü­mük­lə­ri ev­də­ki it üçün apa­rı­rıq...

 

Ən­cir yar­pa­ğı da ol­ma­ya­caq

O gün te­le­vi­zi­ya­ya ba­xı­ram, gö­rü­rəm bir qa­dın mü­ğən­ni de­mək olar lüm-lüt oxu­yur. Ya­lan ol­ma­sın, gö­rün­mə­yən bir-iki ye­ri qa­lıb. Üzü­nü klo­un­dan be­tər rənglə­yən mü­ğən­ni gah qur­şaq­dan aşa­ğı­sı­nı yel­lə­dir, gah si­nə­si­ni əs­di­rir. And ol­sun o bi­zi Ya­ra­da­na, oxu­ma­ğı-za­dı da yox­dur. Oxu­yan ol­say­dı, mil­yon­lar­la ta­ma­şa­çı­nın qar­şı­sın­da özü­nü o gü­nə sal­maz­dı ki!..

Evi­mi­zə gə­lən qo­naq, de­yə­sən, mü­ğən­ni­ni ilk də­fə gö­rür­dü, odur ki, dil­lən­di:

- Bu­nu kim bo­şa­yıb gö­rə­sən?

So­ruş­dum qar­daş, bu nə su­al­dır ve­rir­sən? De­di ki, bəs bil­mir­sən, kim ərin­dən bo­şa­nır, ge­dib çı­xır ek­ra­na, olur mü­ğən­ni? Əri­nin acı­ğı­na...

- Mü­ğən­ni ol­maq üçün gə­rək sə­sin də ol­sun axı!

Qo­naq baş­la­dı izah et­mə­yə:

- İn­di sə­sə-fi­la­na eh­ti­yac yox­dur. Qa­dın­la­rın bir ba­la­ca gö­zəl­lik­lə­ri ol­du­sa, bəs­di. Ki­şi oxu­yan­lar isə toy­lar­dan qa­zan­dıq­la­rı­nı ona-bu­na xərclə­yir­lər, çı­xır­lar ek­ra­na. Heç bir çə­tin­lik yox­dur.

Mü­səl­ma­nın o gü­nü, ye­nə o gün te­le­vi­zi­ya­ya ba­xır­dım, ya­rı­çıl­paq oxu­yan qa­dın mü­ğən­ni­lər­dən bi­ri de­di ki, "in­di on doq­qu­zun­cu əsr de­yil. Kim ne­cə is­tə­yir ge­yi­nə bi­lər". Onun söz­lə­rin­dən be­lə çıx­dı ki, iyir­mi ikin­ci əsrdə ek­ra­na, səh­nə­yə ta­mam lüt çı­xa­caq­lar. Heç ən­cir yar­pa­ğın­dan da is­ti­fa­də olun­ma­ya­caq.

Bu ope­ra­tor­lar ki, var, Al­la­hın bə­la­sı­dır­lar. Be­lə mü­ğən­ni­lə­ri ar­xa­dan, qa­baq­dan, yan­dan iri plan­da gös­tər­mək­dən son­suz zövq alır­lar. Bil­mir­sən, qa­dın mü­ğən­ni­nin ora­sı­na-bu­ra­sı­na ba­xa­san, yox­sa oxu­ma­ğı­na qu­laq asa­san.

Be­lə yer­də ada­mın ya­dı­na bir iran­lı za­ra­fa­tı dü­şür. Hə, iran­lı gö­zəl qa­dın gö­rür, dö­zə bil­mir, ona sa­ta­şır. Ki­şi­ni tu­tub apa­rır­lar po­li­sə. So­ru­şur­lar qa­dı­na ni­yə sa­taş­dın? Ki­şi qa­dı­nın gö­zəl­li­yi­ni təs­vir et­mə­yə baş­la­yır. Qur­şaq­dan aşa­ğı­sı­nı gös­tər­mək üçün əli ilə bö­yük yum­ru da­i­rə işa­rə­lə­yir. Ki­şi­ni ba­sır­lar içə­ri, düz iki ay­dan son­ra çı­xır. Yed­di il­dən son­ra hə­min ki­şi ye­ni­dən po­li­sə gə­ti­ri­lir. Mö­min po­lis ki­şi­ni gö­rən ki­mi əsə­bi­lə­şib qış­qı­rır:

- Bu ya­ra­ma­zı nə­in­ki tür­mə­yə sal­maq, edam et­mək la­zım­dır!

Ki­şi de­yir ki, val­lah-bil­lah, bu də­fə qa­dı­na-fi­la­na sa­taş­ma­yıb. Ti­ca­rət­də səhv et­di­yin­dən po­li­sə dü­şüb. Mö­min po­lis dil­lə­nir:

- Mə­sə­lə on­da de­yil. Düz yed­di il­dir mən na­maz qı­lar­kən əl­lə­ri­mi gö­yə qal­dı­ran­da, sə­nin o qa­dı­nın qur­şaq­dan aşa­ğı­sı­nı təs­vir et­mə­yin ya­dı­ma dü­şür, na­ma­zım ba­til olur!

Mö­min po­li­sin sö­zü ol­ma­sın, qa­dın­la­rın ek­ra­na, səh­nə­yə ya­rı­çıl­paq çıx­ma­la­rı bə­zi ki­şi­lə­rin ürə­yin­dən­dir. Bəl­kə də qa­dın mü­ğən­ni­lər bu­nu yax­şı bi­lir­lər. Am­ma val­lah, ayıb­dır, abır-hə­ya yax­şı şey­dir!

 

Rek­lam

Ba­şı­nız sağ ol­sun, qa­lan­la­ra Al­lah ömür ver­sin, bir nə­fər ölür, ge­dir o dün­ya­ya. Uzaq­dan mu­si­qi, çal-ça­ğır sə­si eşi­di­lir. Ya­xın­la­şır, gö­rür bu­ra­da kef­dir. Mu­si­qi bir tə­rəf­də, hu­ri-qıl­man­lar bir tə­rəf­də, ye­mək-iç­mək bir tə­rəf­də. Quş­lar cəh-cəh vu­rur. Gül bül­bü­lü ça­ğı­rır, bül­bül də gü­lü. Xü­la­sə, adam ba­xan­da ha­yıl-ma­yıl olur. So­ru­şur ki, bu­ra ha­ra­dır, de­yir­lər cə­hən­nəm­dir. Öm­rü­nü biz­lə­rə ba­ğış­la­yıb ge­dən də fi­kir­lə­şir ki, bu dün­ya­da çox fı­rıl­daq iş­lər gö­rüb, on­suz da cən­nə­tə ge­də bil­mə­yə­cək, elə cə­hən­nəm də pis de­yil. Odur ki, dil­lə­nir:

- Mə­ni gön­də­rin cə­hən­nə­mə.

Ar­xa­sın­dan bir tə­pik vu­rub atır­lar cə­hən­nə­mə. Gö­rür pa­ho, bu­ra­da nə mu­si­qi var, nə hu­ri-qıl­man­lar, nə ye­mək-iç­mək, nə də quş­la­rın cəh-cə­hi. Ba­xır ki, bəd­hey­bət in­kir-min­kir­lər mi­zan-tə­rə­zi qu­rub­lar, öz­lə­ri­nin də əl­lə­rin­də ye­kə-ye­kə top­puz­lar kəs­di­rib­lər bu­nun ba­şı­nın üs­tü­nü, haqq-he­sab so­ru­şur­lar. Ya­lan da­nış­sa, top­puz­lar də­yə­cək ba­şı­na. Qor­xa-qor­xa hey­və­rə bir in­kir-min­kir­dən so­ru­şur:

- Bəs bu­ra cə­hən­nəm de­yil?

İn­kir-min­kir ca­vab ve­rir:

- Özü­dür ki, var!

Rəh­mət­lik so­ru­şur ki, bəs ha­ra­da­dır o gör­dü­yüm kef, hu­ri-qıl­man­lar?..

İn­kir-min­kir da­ha qoy­mur ki­şi sö­zü­nü bi­tir­sin, top­pu­zu tə­pə­si­nə iliş­di­rib, ca­vab ve­rir:

- Ay bəd­bəxt, sə­nin gör­dük­lə­rin rek­lam idi...   

 

Hə­rə­nin öz ye­ri

Uzun­qu­laq­la it tə­zə­cə dostlaş­mış­dı­lar. "Can" de­yib, "can" eşi­dir­di­lər. Ara­la­rın­dan su da keç­mir­di. Bir gün it uzun­qu­la­ğa de­di:

- Gəl, biz də tor­pa­ğı əkib-be­cə­rək, ona-bu­na möh­tac ol­ma­yaq.

Uzun­qu­laq an­qı­rıb ra­zı­lı­ğı­nı bil­dir­di, an­caq hər eh­ti­ma­la qar­şı so­ruş­du:

- Nə əkək, it qar­daş?

- Mə­sə­lən, buğ­da.

Uzun­qu­laq fik­rə get­di:

- On­da məh­su­lun tor­pa­ğın üs­tü­nə çı­xan his­sə­si mə­nim ol­sun, kö­kü sə­nin, ra­zı­san?

İt hü­rə­rək ra­zı­lı­ğı­nı bil­dir­di.

Buğ­da­nı əkib-be­cər­di­lər, sün­bül his­sə­si­ni uzun­qu­laq gö­tür­dü, kö­kü­nü də it. İt ba­şa düş­dü ki, uzun­qu­laq onu al­da­dıb. Öz-özü­nə fi­kir­ləş­di: "Borclu borclu­nun sağ­lı­ğı­nı is­tər".

O bi­ri il uzun­qu­laq gəl­di ki, it qar­daş, gəl kar­tof əkək...

İt dos­tu­nun sö­zü­nü ağ­zın­da qoy­du:

- On­da məh­su­lun tor­pa­ğın üs­tü­nə çı­xan his­sə­si mə­nim ol­sun, al­tın­da qa­lan his­sə­si də sə­nin, ra­zı­san?

- Ra­zı­yam - de­yə uzun­qu­laq qu­laq­la­rı­nı şək­lə­yib bic-bic gü­lüm­sə­di.

Ək­di­lər, be­cər­di­lər. İt ye­nə al­dan­dı­ğı­nı gö­rüb, əl­lə­ri­ni gö­yə qal­dı­ra­raq de­di:

- Ay Al­lah, mə­ni ya­rat­mış­dın, bəs uzun­qu­la­ğı ni­yə ya­ra­dır­dın, hə?! Mə­ni ona möh­tac et­mə­səy­din, ol­maz­dı?

Qeybdən bir səs gəl­di:

- Sən be­lə iş­lə­rə qa­rış­ma, kü­çük! İtin it ye­ri var, uzun­qu­la­ğın da uzun­qu­laq! Bil­din?!

 

Ka­sıb pul tap­dı...

Bir ne­çə il bun­dan əv­və­lin söh­bə­ti­dir. Olan-ol­ma­zı­mı top­la­yıb bir köh­nə ma­şı­nın pu­lu­nu yığ­mış­dım. Özüm də ki­ra­yə­də qa­lır­dım. Pu­lu ev­də qo­yub ge­dən­də ürə­yim dü­şür­dü ki, ya qo­hum-qon­şu gö­tü­rə­cək, ya da oğ­ru-qul­dur gə­lib apa­ra­caq. Pul cə­hən­nə­mə, ar­vad-uşa­ğa zə­rər to­xu­na bi­lər.

Çox fi­kir­ləş­dim, nə edim, nə et­mə­yim, axır­da qə­ra­ra gəl­dim ki, apa­rım ra­yo­na, ve­rim ana­ma, bəl­kə onun bir eti­bar­lı ye­ri ol­sun, qoy­sun ora, sax­la­sın. Elə də et­dim. Anam pu­lu gö­rən ki­mi qış­qır­dı:

- Ə, bu qə­dər pu­lu ha­ra­dan al­mı­san?

De­dim ay ana, qorxma, qə­pik-qə­pik yığ­mı­şam. Və­zi­fəm yox­dur ki, rüş­vət alam!

Han­dan-ha­na ar­va­dın ürə­yi üs­tü­nə gəl­di, pu­lu gö­tü­rüb qoy­du çox­dan iş­lə­dil­mə­yən köh­nə bir sa­mo­va­rın içə­ri­si­nə. Mən də ar­xa­yın qa­yıt­dım şə­hə­rə.

Ara­dan bir-iki ay keç­di, gör­düm te­le­fon aram­sız zəng ça­lır. Dəs­tə­yi gö­tür­düm, anam idi. Ürə­yim düş­dü, de­dim sən öl, pu­la nə­sə olub. Heç de­mə, düz fi­kir­ləş­mi­şəm. Anam hə­yə­can­lı idi:

- Ay ba­la, dur­ma gəl, pu­lun çü­rü­yür!

Ra­yo­na ge­dib nə gör­səm yax­şı­dır? Hə­qi­qə­tən pul şiş­miş­di, am­ma hə­lə çü­rü­mə­miş­di. Gül­mək mə­ni tut­du, bir ata­lar mə­sə­li ya­dı­ma düş­dü: "Ka­sıb pul tap­dı, qoy­ma­ğa yer tap­ma­dı".

Sö­zün qı­sa­sı, get­dim bir köh­nə ma­şın al­dım. Fi­kir­ləş­dim ki, da­ha o boy­da ma­şı­nı oğur­la­ya bil­məz­lər. Ma­şın da nə ma­şın? Gün­də bir his­sə­si xa­rab olur, dü­zəltdi­ri­rəm. İn­di qal­mı­şam bor­cun-xər­cin için­də... Zi­bi­li sa­ta da bil­mi­rəm, ca­nım qur­tar­sın. Am­ma ürə­yim sa­kit­dir ki, da­ha pu­lum yox­dur...

 

Kib­rit Rə­him

Ona "Kib­rit Rə­him" de­yir­lər. Yə­qin fi­kir­lə­şir­si­niz ki, Rə­him bu adı ne­cə qa­zan­mış­dır, elə­mi?

O, baş ida­rə­də çox­dan iş­lə­yir­di. İş­lə­di­yi müd­dət­də ne­çə də­fə ida­rə­nin rə­i­si də­yi­şi­lib. On­la­rın yax­şı­sı­nı da gö­rüb, pi­si­ni də. Hər rə­is gə­lən­də ida­rə­nin ne­çə iş­çi­si iş­dən çı­xa­rı­lıb, ne­çə­si də əri­zə ya­zıb "öz xa­hi­şi ilə" get­miş­di. Am­ma in­di­yə­dək rə­is­lər­dən heç bi­ri Rə­hi­mə gö­zün üs­tə qa­şın var de­mə­miş­di.

Bə­li, Rə­hi­min otur­du­ğu otaq si­qa­ret çək­mək üçün ay­rı­lan ye­rin ya­nın­da ol­du­ğun­dan, rə­is­lər də hər­dən si­qa­ret çək­mək üçün hə­min ye­rə gə­lir­di­lər. Rə­him qa­pı­nı az­ca ara­lı qo­yur­du ki, ora gə­lən­lə­ri gö­zal­tı da ol­sa nə­zər­dən ke­çir­sin. Elə ki, rə­is gə­lib ci­bin­dən bir si­qa­ret çı­xartdı, Rə­him tez kib­ri­ti­ni gö­tü­rüb ona ya­xın­la­şır­dı. Rə­i­sin si­qa­re­ti­ni bir an­da­ca yan­dı­rır­dı. Rə­is də gü­lüm­sə­yib ra­zı­lıq əla­mə­ti ola­raq ba­şı­nı tər­pə­dir­di. Be­lə­lik­lə, Rə­hi­min hör­mət­cil­li­yi rə­is­lə­rə çox xoş gə­lir­di, xət­ri­nə dəy­mir­di­lər.

İda­rə­yə tə­zə rə­is gəl­miş­di. Xey­li müd­dət keç­sə də, tə­zə rə­is si­qa­ret çə­ki­lən yer­də gö­rün­mür­dü. "De­mə­li, tə­zə rə­is si­qa­re­ti ka­bi­ne­tin­də çə­kir" fik­ri Rə­hi­mə ra­hat­lıq ver­mir­di.

Bir də­fə rə­is ona iş tap­şır­maq üçün ya­nı­na ça­ğır­dı. O, Rə­hi­mə otur­maq tək­lif et­mə­dən, bir si­qa­ret çı­xa­rıb da­ma­ğı­na qoy­du. Rə­him hi­mə bənd imiş ki­mi tez kib­ri­ti çı­xa­rıb yan­dır­dı, əli­ni rə­i­sin si­qa­re­ti­nə tə­rəf uzat­dı. Elə bu vaxt rə­i­sin dik aya­ğa qalxma­sı ilə qış­qır­ma­ğı bir ol­du:

- A ki­şi, sən ney­nə­din?!

Rə­is yan­mış bı­ğı­nı sı­ğal­la­yıb qə­zəb­lə Rə­hi­mə bax­dı. Rə­him də çaş­dı­ğın­dan ya­nan kib­rit çö­pü­nü zi­bil qa­bı­na at­maq əvə­zi­nə qu­tu­su­na qoy­du. O də­qi­qə əlin­də­ki kib­rit qu­tu­su alov­lan­dı. Kib­rit də yan­dı, əli də. Elə hə­min an Rə­hi­min ya­dı­na düş­dü ki, in­di­yə­dək si­qa­ret­lə­ri­ni yan­dır­dı­ğı rə­is­lə­rin axı, bı­ğı yox idi.

Elə o vaxtdan onun adı "Kib­rit Rə­him" qa­lıb...

 

Söz ver­miş­di...

Bö­yük ida­rə­lə­rin bi­rin­də bo­yu ha­mı­dan ba­la­ca, qu­laq­la­rı ye­kə - be­lə­lə­ri­nə "pa­laz­qu­laq" da de­yir­lər - arıq, sıs­qa bir oğ­lan var­dı, adı Ba­la­qə­deş idi. Ba­la­qə­deş ida­rə­də hə­rə­ni bir hey­va­na ox­şa­dır­dı. Bir gün şö­bə mü­di­ri Əli­yu­sif ca­ma­a­tın için­də Ba­la­qə­deş­dən so­ruş­du:

- Ba­la­qə­deş, mə­ni han­sı hey­va­na ox­şa­dır­san?

Ba­la­qə­deş ca­vab ver­di:

- Sən­dən qor­xu­ram, üz vur­ma, de­yə bil­mə­rəm.

- Qorxma, de.

Ba­la­qə­deş:

- Yox, de­yə bil­mə­rəm.

- Əşi, de.

- On­da qoy uza­ğa çə­ki­lim, əsə­bi­lə­şib qu­la­ğı­mın di­bi­nə bir qa­paz­dan-zad­dan iliş­di­rər­sən.

- Ba­la­qə­deş, de­dim ki, qorxma, sə­nə heç nə et­mə­rəm.

- Mən in­di sə­nin han­sı hey­va­na ox­şa­dı­ğı­nı de­yə­cə­yəm. Sa­bah şən­bə, o bi­ri gün ba­zar­dır. Bir də iki gün­dən son­ra iş­də gö­rü­şə­cə­yik. Yə­qin o vax­ta qə­dər ya­dın­dan çı­xar.

- Ba­la­qə­deş, qorxma, de.

- Sən bi­lir­sən han­sı hey­va­na ox­şa­yır­san? Uzun­qu­la­ğın ba­la­sı­na!

Əli­yu­si­fin ba­şı­na cin vur­du. Gö­rün, Ba­la­qə­deş bu boy­da ada­mı  nə­yə ox­şa­dır! Ba­la­qə­de­şin ar­xa­sın­ca qaç­dı, am­ma çat­ma­dı.

Ba­la­qə­de­şin iş­çi­lə­rin hə­rə­si­ni bir hey­va­na ox­şat­ma­sı xə­bə­ri bir gün ida­rə mü­di­ri­nə də çat­dı. İc­las­la­rın bi­rin­də mü­dir Ba­la­qə­deş­dən so­ruş­du:

- Eşit­mi­şəm hə­rə­ni bir hey­va­na ox­şa­dır­san? De gö­rüm, özün nə­yə ox­şa­yır­san?

Ba­la­qə­deş iri­şə-iri­şə dil­lən­di:

- Hör­mət­li mü­dir, mən ba­la­ca sirk it­lə­ri var ha, on­la­ra ox­şa­yı­ram.

Ha­mı gül­dü. Mü­dir so­ruş­du:

- Elə isə de gö­rüm, mən nə­yə ox­şa­yı­ram?

- Qor­xu­ram iş­dən qo­va­sı­nız, hör­mət­li mü­dir!

- Qorxma, qov­ma­ram.

- Qor­xu­ram, axı!

- De­dim ki, qorxma.

- De­yə­rəm ha, hör­mət­li mü­dir!

- De­dim ki, de.

- Hör­mət­li mü­dir, siz tül­kü­yə ox­şa­yır­sı­nız!

İc­las­da­kı­la­rın ha­mı­sı­nı gül­mək tut­du. Mü­dir Ba­la­qə­de­şi ic­las­dan qov­du, am­ma iş­dən qov­ma­dı. Söz ver­miş­di axı...

 

Öl­sən yax­şı­dır...

Bir ta­nı­şım kü­çə­də mə­nə rast gəl­di. Rən­gi-ru­fu ağar­mış­dı. Elə bil, Al­lah elə­mə­sin, ölüm aya­ğın­day­dı. So­ruş­dum "nə olub?" De­di, uzun söh­bət­dir, gəl çə­ki­lək bir kə­na­ra, ha­mı­sı­nı da­nı­şım sə­nə.

Bir kə­na­ra çə­ki­lən­dən son­ra ta­nı­şım baş­la­dı ki, bəs, ge­cə yu­xu gö­rüb. De­dim, no­ol­sun? Ha­mı yu­xu gö­rür də. Ta­nı­şım ərz elə­di ki, bu yu­xu o yu­xu­dan de­yil. Yu­xu­da gör­düm ki, öl­mü­şəm. Mə­ni atıb­lar cə­hən­nə­mə! Cə­hən­nəm, nə cə­hən­nəm! Hər tə­rəf od tu­tub ya­nır. Əv­vəl­cə mə­nə de­di­lər ki, gə­rək Qıl kör­pü­dən ke­çə­sən. Bir də bax­dım ki, tük­dən na­zik uzun bir kör­pü­dür, al­tın­dan vul­kan püs­kü­rür, ət­ra­fa od­lu pal­çıq axır. Kör­pü­nün də hər ba­şın­da yed­di­baş­lı əj­da­ha da­ya­nıb ağ­zın­dan od püs­kü­rür. İn­di gəl, keç bu kör­pü­dən, gö­rüm ne­cə ke­çir­sən. İs­tə­dim si­vi­şib ara­dan çı­xım, əl­lə­rin­də top­puz tut­muş in­kir-min­kir­lər­dən bi­ri boy­nu­mun ar­dın­dan ya­pı­şıb dil­lən­di:

- Bu­ra­dan heç ye­rə qa­ça bil­məz­sən!

- Mə­nim təq­si­rim nə­dir, axı!

- Gu­ya bil­mir­sən o dün­ya­da nə hoq­qa­lar­dan çıx­mı­san?

Ye­nə özü­mü qoy­dum bil­mə­məz­li­yə. Gör­düm mi­zan-tə­rə­zi gə­tir­di­lər, sor­ğu-su­al baş­lan­dı:

- De gö­rüm, ay­rı-ay­rı və­zi­fə­lər­də iş­lə­yən­də xal­qı ni­yə in­cit­mi­sən?

İs­tə­dim de­yəm "in­cit­mə­mi­şəm", qorxdum mis­mar ki­mi çı­xın­tı­la­rı olan top­pu­zu vu­ra­lar ba­şı­ma. Məc­bur olub ca­vab ver­dim: "Qə­lət elə­mi­şəm, p... ye­mi­şəm!"

İn­kir-min­kir­lər­dən lap bəd­hey­bə­ti de­di ki, "sən çox p...lar ye­mi­sən! İn­di ca­vab ver!" Hə­min o bəd­hey­bət in­kir-min­kir so­ruş­du ki, ni­yə o dün­ya­da sat­qın­lıq­la, on­dan-bu­na, bun­dan-ona de­mək­lə məş­ğul ol­mu­san? Ye­nə de­dim, "qə­lət elə­mi­şəm, bir də elə­mə­rəm". İn­kir-min­kir  dil­lən­di: "On­suz da da­ha qə­lət elə­yə bil­mə­yə­cək­sən, çün­ki o dün­ya­ya bir də qa­yıt­ma­ya­caq­san!"

Son­ra mən­dən so­ruş­du­lar: "Yal­taq­lıq elə­mə­sən ölər­din?" De­dim, "hə, ölər­dim. Yal­taq­lıq elə­mə­səm və­zi­fə­də qa­la bil­məz­dim, pul-pa­ra qa­za­na bil­məz­dim və sa­ir və ila­xır". Elə bu­nu de­miş­dim ki, in­kir-min­kir mə­ni söy­dü: "İn­di öl, kö­pə­yoğ­lu!".

Xü­la­sə, bu dün­ya­da nə al­çaq­lıq­lar elə­mi­şəm, ha­mı­sı­nı üzü­mə de­di­lər. Axır­da qor­xa-qor­xa dil­lən­dim:

- Əşi, on­suz da öl­mü­şəm də, öl­müş adam­dan nə is­tə­yir­si­niz? Ye­kə bir in­kir-min­ki­rin sə­si gəl­di:

- Sən elə o dün­ya­da ölü idin, a bəd­bəxt!

Yax­şı­dır, yu­xu­dan tez ayıl­dım. Yox­sa ürə­yim partla­yıb ölə­cək­dim...

Da­ha dö­zə bil­mə­dim, cin vur­du tə­pə­mə, de­dim:

- Sə­nin ki­mi adam­lar elə öl­sə­lər yax­şı­dır!

Xey­rəd­din QO­CA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ