Cümə günü, 19 iyun 2026
     

Bir­gə­ya­şa­yış mə­də­niy­yə­ti və azər­bay­can­çı­lıq...

Image


Azər­bay­can tor­pa­ğı ta­ri­xən sülh və əmi­na­man­lı­ğın bər­qə­rar ol­du­ğu di­yar ki­mi ta­nı­nıb. Azər­bay­can xal­qı öz to­le­rantlı­ğı ilə se­çi­lir. Baş­qa xalqla­rın mə­də­niy­yə­ti­nə, di­ni əqi­də­si­nə hör­mət­lə ya­na­şıl­dı­ğın­dan, bu­ra za­man­la müx­tə­lif öl­kə­lər­dən in­san­lar kö­çüb gə­lib. Uzun əsrlər­dir öl­kə­miz­də bü­tün xalqlar ra­hat­lıq, hü­zur için­də ya­şa­yır.

Fi­lo­lo­gi­ya üz­rə elmlər dok­to­ru, pro­fes­sor Gül­şən Əli­ye­va-Kən­gər­li özü­nün "Mul­ti­kul­tu­ra­lizm və ta­le­bir­gə­lik mə­də­niy­yə­ti" ya­zı­sın­da ol­duq­ca ma­raq­lı fi­kir­lər sər­gi­lə­yir. Xa­nım pro­fes­so­run vur­ğu­la­dı­ğı­na gö­rə, mul­ti­kul­tu­ra­lizm bə­şə­riy­yə­tə tə­bi­ə­tən xas olan bir fi­kir, dü­şün­cə for­ma­sı­dır. O ya­zır ki, mis­tik əqi­də­yə gö­rə, bü­tün in­san­la­rı bir olan Al­lah ya­ra­dıb, ha­mı­mız Adəm ata­dan və Həv­va ana­dan tö­rən­mi­şik: "İn­san­la­rın din­lə­rə, irqlə­rə, mil­lət­lə­rə ay­rıl­ma­sı son­ra­kı döv­rün məh­su­lu­dur. Ağ və qa­ra­də­ri­li, göy­göz və qa­ra­göz ol­ma­sı tə­bi­ə­tin işi­dir. Mü­tə­fək­kir­lər­dən bi­ri­nin be­lə ma­raq­lı və zid­diy­yət­li fik­ri var: "Biz in­san­la­rı bir-bi­rin­dən ayı­ran adam­la­rı mü­qəd­dəs­ləş­di­rib adı­na pey­ğəm­bər de­mi­şik". Dün­ya­nın dörd sə­ma ki­ta­bın­dan so­nun­cu­su - ən ka­mi­li olan Qu­ran­da bü­tün əv­vəl­ki din­lə­rə və pey­ğəm­bər­lə­rə də­rin eh­ti­ram ifa­də olu­nur. Elə­cə də Ya­xın Şərq, türk və Azər­bay­can mü­tə­fək­kir­lə­ri­nin bə­dii və fəl­sə­fi əsər­lə­rin­də Həz­rə­ti Mu­sa­nı, Həz­rə­ti İsa­nın şə­rə­fi­nə ən ali fi­kir­lər söy­lə­nir. Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi­nin ide­ya-fəl­sə­fi qay­naq­la­rın­dan bi­ri də Qu­ran­dır. Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi öz mən­şə­yi­ni dün­ya­nın ən qə­dim dü­şün­cə abi­də­si olan türk mi­fin­dən və azər­bay­can­lı pey­ğəm­bər Zər­düş­tün "Aves­ta" abi­də­sin­dən alır. Dün­ya əha­li­si­nin təx­mi­nən ya­rı­sı­nı təş­kil edən türklər ta­ri­xə on yed­di im­pe­ri­ya bəxş et­miş­lər. Tür­kün tan­rı­sı is­lam­dan əv­vəl ya­ran­mış­dı və tək Al­la­hın ob­ra­zı idi. Türk tə­fək­kü­rü­nün gü­cü tə­bi­ə­tə bağ­lı­lı­ğın­da idi. Çün­ki Al­la­hın ən bö­yük əsə­ri, onun qüd­rə­ti­nin ifa­də­si olan tə­bi­ət azad­lı­ğın, il­kin de­mok­ra­tiz­min yu­va­sı idi. Tür­kün bö­yük­lü­yü­nü gös­tə­rən əla­mət­lər­dən bi­ri də öz cə­miy­yə­tin­də baş­qa mil­lət­lə­rə asu­də ya­şa­maq üçün ra­hat yer ver­mə­si idi. Türklər in­sa­nı han­sı­sa mil­lə­tin, han­sı­sa di­nin, ir­qin nü­ma­yən­də­si ki­mi yox, tə­bi­ə­tin bə­ra­bər­hü­quq­lu üz­vü ki­mi qə­bul edir­di­lər. Bu bü­tün türk fü­tu­hat­la­rı­na xas do­ğal bir xü­su­siy­yət idi. Baş­qa mil­lət­lər dün­ya­da heç bir xal­qın içə­ri­sin­də türklə­rin içə­ri­sin­də ol­du­ğu qə­dər ra­hat və təh­lü­kə­siz ya­şa­ma­yıb. Bu gün də ta­rix­də türk əs­ri olan XXI yü­zil­lik­də də be­lə­dir. Türk azad­lıq­se­vər­li­yi türk əx­la­qı­nın və türk de­mok­ra­tiz­mi­nin ənə­nə­sin­dən və tə­bi­ə­tin­dən gə­lir. Türklə­rin ta­ri­xi təc­rü­bə­si Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi­nin ta­ri­xi kon­teksti ki­mi hər­tə­rəf­li öy­rə­nil­mə­li­dir".

G.Kən­gər­li­nin qeyd et­di­yi­nə gö­rə, bü­tün dün­ya­nı sar­mış qlo­bal­laş­ma pro­se­si­nə Azər­bay­can So­vet im­pe­ri­ya­sı­nın to­ta­li­tar ide­o­lo­ji baş­lan­ğı­cın­dan xi­las ol­muş ye­ni-müs­tə­qil döv­lət ki­mi da­xil ol­du. Onun yaz­dı­ğı­na gö­rə, qı­sa ta­ri­xi müd­dət ər­zin­də vü­sət­li iq­ti­sa­di-si­ya­si in­ki­şaf ke­çi­rən öl­kə­miz həm tə­bii sər­vət­lə­rin­dən, həm də ye­ni tex­no­lo­gi­ya­lar­dan sə­mə­rə­li is­ti­fa­də edə­rək, dün­ya­da baş ve­rən qlo­bal pro­ses­lər­də önəm­li yer tut­ma­ğa na­il ol­du. Təd­qi­qat­çı­nın bil­dir­di­yi­nə gö­rə, mil­li sər­vət­lə­rin və mə­nə­vi də­yər­lə­rin in­san ami­li ilə ta­ri­xi müs­tə­vi­də əla­qə­lən­di­ril­mə­si və­tən­daş cə­miy­yə­ti­nin həm də dün­ya si­vi­li­za­si­ya­la­rı ilə tə­mas­lar qur­ma­sı­na tə­mi­nat ya­rat­dı: "Mo­no­te­ist əqi­də, ai­lə də­yər­lə­ri, di­gər si­vi­li­za­si­ya da­şı­yı­cı­la­rı­na mü­na­si­bət­də to­le­rantlıq və bir­gə ya­şa­ma vər­diş­lə­ri bi­zim hə­yat prin­sip­lə­ri­mi­zin əsa­sın­da da­ya­nır.

Qeyd olu­nan mə­nə­vi də­yər­lə­rin han­sı rol oy­na­dı­ğı­na ay­dın­lıq gə­tir­mək üçün əv­vəl­cə di­ni inan­cın cə­miy­yə­ti­miz­də ye­ri­nə nə­zər sal­maq is­tər­dik. Ha­zır­da Azər­bay­can və ümu­mi­lik­də türk si­vi­li­za­si­ya­sı əsa­sən is­lam mə­də­niy­yə­ti­nin əha­tə da­i­rə­sin­də­dir. İs­lam bir fəl­sə­fə, din, hə­yat tər­zi ola­raq tür­kün ru­hu­na ya­xın­dır və onun­la ək­sər hal­lar­da har­mo­ni­ya təş­kil edir. Bu­nun­la be­lə, di­ni dün­ya­gö­rü­şü­müz­də mo­no­te­izm yal­nız is­lam­la əla­qə­dar de­yil. Yə­ni türk si­vi­li­za­si­ya təm­sil­çi­lə­ri üçün xa­rak­te­rik olan tə­kal­lah­lı­lıq is­lam­dan əv­vəl də möv­cud ol­muş­dur.

Türk xalqla­rı­nın inancla­rın­da hər za­man Tan­rı əsas yer tut­muş­dur. Ta­ri­xin müx­tə­lif dövrlə­rin­də ay­rı-ay­rı türk xalqla­rı is­lam, xris­ti­an­lıq, iu­da­izm, bud­dizm, tenqri­çi­lik, atəş­pə­rəstlik, şa­ma­nizm ki­mi din və inanc sis­tem­lə­ri­nə ta­pın­mış­lar. La­kin xü­su­si vur­ğu­lan­ma­lı­dır ki, qə­dim dövrlər­dən bə­ri türk xalqla­rı tə­kal­lah­lı eti­qa­da üs­tün­lük ver­miş­lər. Za­man-za­man kə­nar mü­da­xi­lə­lər he­sa­bı­na türklə­rin di­ni inan­cın­da fərqli tə­sir­lər ol­sa da, mo­no­te­ist di­ni inanc bi­zim cə­miy­yə­ti­miz üçün da­im xa­rak­te­rik ol­muş­dur. Be­lə­lik­lə, Azər­bay­can­da di­ni müx­tə­lif­lik və dö­züm­lü­lük ta­ri­xi ənə­nə­lə­rə əsas­la­nır. Si­vi­li­za­si­ya müs­tə­vi­sin­də bi­zim cə­miy­yə­ti­miz üçün əsas sə­ciy­yə­vi cə­hət­lər­dən bi­ri də müx­tə­lif az­lıq­la­ra dö­züm­lü ya­naş­ma­dır. Azər­bay­can üçün mil­li-et­nik as­si­mil­ya­si­ya et­mək heç za­man xa­rak­te­rik ol­ma­mış­dır.

Şüb­hə­siz ki, Azər­bay­can nü­mu­nə­sin­də türk mə­nə­viy­ya­tı­nın, qo­ru­yu­cu türk əx­la­qı­nın ən yax­şı sər­gi­lən­di­yi qay­naq klas­sik və mü­a­sir ədə­biy­ya­tı­mız­dır. Azər­bay­can türk mən­şə­yi­nin, əx­laq və dü­şün­cə­si­nin, et­nik mə­də­niy­yə­ti­nin en­sik­lo­pe­di­ya­sı olan "Ki­ta­bi-Də­də Qor­qud"dan üzü bə­ri 1300 il­dir mul­ti­kul­tu­ral də­yər­lər oğuz et­no­kul­tu­ra­sı­nın üz­vi tər­kib his­sə­si ki­mi bə­dii-fəl­sə­fi ək­si­ni tap­maq­da­dır. Epo­sun ma­raq­lı boy­la­rın­dan bi­ri olan "Qan­lı qo­ca oğ­lu Qan­tu­ra­lı" bo­yun­da Qan­tu­ra­lı "ka­fir" qı­zı - Trab­zon ha­ki­mi­nin qı­zı Sa­rı don­lu Sel­can xa­tu­nu se­vir və onun yo­lun­da çox cə­fa­lar çə­kir. "Bay­bu­ra­nın oğ­lu Bam­sı Bey­rək" bo­yun­da əsir düş­müş Bey­rə­yi mərd və cə­sa­rət­li xris­ti­an qı­zı (öz ata­sı­nın əley­hi­nə ge­də­rək) xi­las edir. Bey­rək onu "ha­lal­lıq­la ala­ca­ğı­na" and içir. La­kin an­dı­na sa­diq qal­mır. Das­ta­nın "İç Oğuz­la, Dış Oğuz asi olub Bey­rə­yi öl­dür­dü­yü boy"un­da an­dı­na xi­laf çıx­dı­ğı­na, oğu­zun sö­zü­nü hör­mət­dən sal­dı­ğı­na gö­rə Bey­rək ölüm­lə cə­za­lan­dı­rı­lır. Epos­da xris­ti­an qız­la­rı ba­ca­rıq­lı, sə­da­qət­li, mərd və cə­sa­rət­li təs­vir və təq­dim olu­nur. On­lar türklə­ri saf­lı­ğı­na və qəh­rə­man­lı­ğı­na gö­rə se­vir­lər. "Ki­ta­bi-Də­də Qor­qud" gös­tə­rir ki, türklər ta qə­dim­dən mul­ti­kul­tu­ral dü­şün­cə­yə ma­lik idi. Baş­qa xalqla­ra, din­lə­rə, tə­ri­qət­lə­rə dö­züm­lü­lük türk-Azər­bay­can mə­nə­viy­ya­tı­nın ən gö­zəl və ən qiy­mət­li cə­hə­ti idi. Türklər hət­ta fəth et­di­yi öl­kə­lər­də də baş­qa din­dən olan əha­li­ni in­cit­mə­miş­lər. Məh­sə­ti Gən­cə­vi "Nə ta­mam ka­fi­rik, nə tam mü­səl­man" de­yə əs­lin­də di­nə lo­yal mü­na­si­bət bəs­lə­yir. Şər­qin bö­yük fi­lo­sof şa­i­ri Ə.Xa­qa­ni­nin ana­sı mü­səl­man­lı­ğı qə­bul et­miş xris­ti­an (nes­to­ri­an) idi, da­mar­la­rın­da xris­ti­an qa­nı axır­dı. Elə­cə də Azər­bay­can Sə­fə­vi­lər döv­lə­ti­nin ba­ni­si Xə­ta­i­nin nə­nə­si, Ağ­qo­yun­lu hökmda­rı Uzun Hə­sə­nin ar­va­dı Aləm­şah bə­yim - Dəs­pi­nə xa­tun Trab­zon ha­ki­mi IV İo­ha­nın xris­ti­an qı­zı idi. Bi­zim klas­sik­lə­ri in­sa­nın di­ni və ir­qi xü­su­siy­yət­lə­ri na­ra­hat et­mir­di, on­lar ka­mil in­sa­nı təs­vir və tə­rən­nüm edir­di­lər. Aka­de­mik Ka­mal Ab­dul­la doğ­ru ya­zır ki, "Po­e­zi­ya­mız­da müx­tə­lif din­lə­rin mü­qəd­dəs­lə­ri­nə - İb­ra­hi­mə, Mu­sa­ya, Sü­ley­ma­na, İsa Mə­si­hə, Mər­yə­mə də­rin hör­mət­lə mü­ra­ci­ət edil­mə­si, on­la­rın hə­yat və əməl­lə­ri ilə bağ­lı Şərq po­e­ti­ka­sı­nın se­hir­li və fü­sun­kar çağ­la­rın­da uy­ğun təş­beh və bən­zət­mə­lər­lə ya­zıl­ma­sı, is­tər mü­qa­yi­sə­li, is­tər­sə də mü­qa­yi­sə­siz bə­dii fi­qur­lar ya­ra­dıl­ma­sı ar­tıq öz­lü­yün­də mul­ti­kul­tu­ral və to­le­rant əh­va­lın ba­riz nü­mu­nə­si ki­mi diq­qə­ti cəlb edir".

Bi­lik­də Xı­zır odur, pak nitqdə Mu­sa, Xə­lil tək ya­ra­dar, ruh ve­rər ne­cə İsa, ya­xud Ə.Xa­qa­ni baş­qa bir şe­i­rin­də ya­zıb:

Xaç­pə­rəst, ağ­bə­niz ya­rın eş­qi­lə,

Da­nış­dım Ab­xaz­da gür­cü­cən be­lə.

Şərqdə in­ti­bah ədə­biy­ya­tı­nın da­hi­si Şeyx Ni­za­mi ka­mil in­sa­nı təs­vir edər­kən onu hər cür din­dən, tə­ri­qət­dən, irqdən üs­tün tu­tur­du, on­da in­sa­na məx­sus ən ali fi­zi­ki və mə­nə­vi key­fiy­yət­lə­rə, Al­la­ha əma­nət olan ru­hun qüd­rə­ti­nə önəm ve­rir­di. Ni­za­mi­nin "Yed­di gö­zəl" və "İs­gən­dər­na­mə" əsər­lə­ri­ni mü­əy­yən mə­na­da Azər­bay­can ədə­biy­ya­tın­da ilk mü­kəm­məl po­e­tik mul­ti­kul­tu­ra­lizm nü­mu­nə­si he­sab et­mək olar. Ni­za­mi­nin ka­mil in­san kon­sep­si­ya­sı bə­şə­ri xa­rak­ter da­şı­yır­dı. Bu kon­sep­si­ya­nın əsa­sın­da be­lə bir ümum­bə­şə­ri qa­yə da­ya­nır:

Hər yo­xu­şun eni­şi, hər tə­pə­nin dü­zü var.

Bir gü­nəş­dən dün­ya­da ha­mı­ya işıq ça­tar".

Təd­qi­qat­çı ya­zır ki, Ni­za­mi id­ra­kın­dan işıq alan bu qa­yə ədə­biy­ya­tı­mız­da 800 il da­vam et­di. O ya­zır ki, XX əsr

Azər­bay­can ro­man­tiz­mi­nin gör­kəm­li nü­ma­yən­də­si onu be­lə po­e­tik­ləş­di­rir:

Hə­pi­miz bir gü­nə­şin zər­rə­si­yiz,

Hə­pi­miz bir yu­va pər­vər­də­si­yiz.

Alim vur­ğu­la­yır ki, dün­ya­nın pey­ğəm­bər­lə­ri Ni­za­mi üçün ka­mil in­san ide­a­lı idi. Da­hi şa­ir on­la­rı in­san­la­ra nü­mu­nə gös­tə­rir­di:

Bu dün­ya­nın nəb­zi­ni kim tu­tar­sa İsa ki­mi,

İn­sa­fı, mür­və­ti­lə olar dün­ya ha­ki­mi.

Və ya­xud:

Ruh­la­ra dərs öy­rət sən İsa ki­mi,

Eşqdən şam yan­dır o Mu­sa ki­mi.

"Şeyx Ni­za­mi yed­di öl­kə­nin gö­zəl­lik sim­vo­lu olan gö­zəl­lə­ri bir gün­bə­zin al­tı­na top­la­yıb, on­la­rı Bəh­ram şa­ha müd­rik na­ğıl­lar söy­lə­dir. Bəh­ra­mın 7 gö­zə­li hər bi­ri bir ib­rət nü­mu­nə­si olan he­ka­yə­lə­ri ilə şa­hı ka­mil in­san sə­viy­yə­si­nə qal­dı­rır. Bu­nun­la da şa­ir de­mək is­tə­yir ki, bu dün­ya hik­mə­ti bir xal­qın, bir qöv­mün yox, bü­tün xalqla­rın id­ra­kın­dan ya­ra­nır. Ona gö­rə də yer üzü­nün bö­yük fa­te­hi İs­gən­də­ri ya­ra­dı­cı­lı­ğı­nın ye­ku­nu olan əsə­ri üçün qəh­rə­man se­çir ki, in­sa­nı nəfs, dün­ya ma­lın­dan ta­ma­mən azad et­sin, ka­mil­lik üçün zə­ka­nın, el­min, mə­ri­fə­tin həl­le­di­ci ol­du­ğu­nu gös­tər­sin. Tə­sa­dü­fi de­yil ki, Şər­qi fəth və dərk et­dik­dən son­ra və­tə­ni­nə qa­yı­dan fa­teh:

"Əmr et­di ve­ril­sin be­lə bir fər­man,

Alim­dir gö­züm­də ən uca in­san.

Elmlə, bi­lik­lə! Baş­qa cür heç kəs,

Heç kə­sə üs­tün­lük ey­lə­yə bil­məz.

Rüt­bə­lər için­də se­çi­lir bi­ri

Ha­mı­dan uca­dır ali­min ye­ri".

Türk-mü­səl­man mü­tə­fək­kir­lə­ri­nə, o cüm­lə­dən Şeyx Ni­za­mi­yə, Nə­si­mi­yə, Fü­zu­li­yə - bü­tün or­ta əsr su­fi­lə­ri­nə gö­rə elm ən mul­ti­kul­tu­ral bir xə­zi­nə­dir, el­min mil­liy­yə­ti, di­ni ol­ma­dı­ğı ki­mi, və­tə­ni də yox­dur. İn­sa­nın mis­tik mə­həb­bət yo­lu ilə Al­la­ha qo­vuş­ma­sı haq­qın­da fəl­sə­fi tə­lim olan su­fiz­mə gö­rə, bu yol­da di­ni, ir­qi ay­rı­seç­ki­lik heç bir əhə­miy­yət kəsb et­mir­di. İn­san­la Al­lah ara­sın­da an­caq ila­hi eşq var idi. Baş­qa heç nə, nə mil­li fərq, nə din, nə də pey­ğəm­bər­lər. Hə­lə Şeyx Ni­za­mi de­yir­di:

Ha­mı­sı bir idi: həm qa­ra, həm ağ,

De­di: "Hökm elə­sin mə­həb­bət an­caq".

Ya­xud:

İd­ra­kı din­lə­sək söy­lər­di o da

Hər şey eşq üs­tün­də du­rur dün­ya­da.

Şeyx Mah­mud Şə­büs­tə­ri­nin, Qa­zi Bür­ha­nəd­di­nin, bö­yük hü­ru­fi şa­ir-fi­lo­sof İma­dəd­din Nə­si­mi­nin, da­hi Möv­la­nə Mə­həm­məd Fü­zu­li­nin ya­ra­dı­cı­lı­ğın­da bü­tün din­lə­rə, bə­ni in­sa­na, Al­la­hın ya­rat­dıq­la­rı­na eh­ti­ram, on­la­rın gö­zəl­lik­lə­ri­ni, on­la­ra bu gö­zəl­li­yi bəxş edən ila­hi eş­qi tə­rən­nüm əsas yer tu­tur: Qorxdu­lar həqq de­mə­yə, dön­dü­lər in­san de­di­lər - Sə­ni bu hüs­nü-cə­mal ilə, bu lütf ilə gö­rüb, bu, hü­ru­fi şa­ir Nə­si­mi­nin po­e­tik bə­ya­na­tı­dır. Ədə­biy­yat ta­ri­xi­miz­də bö­yük iz qoy­muş bə­dii-fəl­sə­fi cə­rə­yan olan hü­ru­fizm təm­sil­çi­lə­ri, xü­su­sən Nə­si­mi üçün mü­səl­man, xris­ti­an, yə­hu­di və s. an­la­yış­lar önəm­li de­yil­di. Şeyx Ni­za­mi­dən gə­lən ənə­nə­yə uy­ğun ka­mil in­san və ca­hil in­san tə­səv­vü­rü var idi. Ümu­miy­yət­lə, ka­mil in­san "Həqqdən qop­muş nur par­ça­sı", həq­qin özü "Ənəl­həq" idi.

Mil­li Azər­bay­can döv­lə­ti - Sə­fə­vi im­pe­ri­ya­sı­nın ba­ni­si, şah və şa­ir Xə­tai Əgər Töv­rat, əgər İn­ci­li Zə­bur Bə­hök­mi-Ən­bi­ya Für­qan de­yil­mi? - de­yə bir beytdə üç mü­qəd­dəs ki­ta­bın adı­nı eh­ti­ram­la çə­kir" - de­yə qeyd edən alim bil­di­rir ki, or­ta çağ­lar dün­ya və Azər­bay­can ədə­biy­ya­tı­nın klas­si­ki, bö­yük su­fi şa­ir Mə­həm­məd Fü­zu­li mə­həb­bə­ti ən bö­yük din, eş­qi in­sa­nın ma­hiy­yə­ti­ni bil­di­rən ila­hi cöv­hər, hüs­nü Al­la­hı əks et­di­rən löv­hə-ay­na he­sab edir­di. İn­san onun üçün və bi­dət et­di­yi tə­lim üçün bu əla­mət­lər­lə qiy­mət­li idi. Onun yaz­dı­ğı­na gö­rə, o, məc­nu­nun uşaq­lı­ğı­nın - Xur­şid ki­mi kə­ma­lə qa­bil, İsa ki­mi ti­fil­lik­də ka­mil - de­yə təq­dim edir.

"Fü­zu­li de­yir: "Müs­lim odur ki, əh­li-aləm ilə sidq ola qöv­li, xeyr ola əmə­li". Be­lə fi­kir­lər şa­i­rin ya­ra­dı­cı­lı­ğı­na mü­qəd­dəs Qu­ran­dan gə­lir­di. Bu­ra­da da mü­səl­man­la­ra baş­qa din­lər­dən olan xalqla­ra hör­mət­lə ya­naş­maq, on­lar­la ün­siy­yət töv­si­yə olu­nur.

Bəx­şi-Xu­da, rəş­ki-Mə­si­ha­dır eşq,

Ma­ye­yi-mö­cü­ze­yi-Mu­sa­dır eşq.

Bu beytdə eşq mü­qəd­dəs­lə­rin - Al­la­hın və onun pey­ğəm­bər­lə­ri İsa və Mu­sa­nın mü­səl­man, xris­ti­an və mu­sə­vi­li­yin­dən ası­lı ol­ma­ya­raq, in­sa­na bəxş et­di­yi mö­cü­zə ad­lan­dı­rı­lır.

XVII əs­rin bö­yük Azər­bay­can şa­i­ri, məş­hur "Bər­qa və Gül­şa" po­e­ma­sı­nın mü­əl­li­fi hə­kim Rük­nəd­din "Mə­si­hi" tə­xəl­lü­sü­nü xəs­tə­lə­ri sa­ğal­dan İsa Mə­si­hin şə­rə­fi­nə gö­tür­müş­dü. Bu, öz­lü­yün­də mul­ti­kul­tu­ral-bə­şə­ri dü­şün­cə­nin sim­vo­lu sa­yı­la bi­lər. O, "Bər­qa və Gül­şa" po­e­ma­sın­da Həz­rə­ti İsa­nı be­lə di­lə gə­ti­rir:

İsa­yi-Mə­si­hə çün zə­ma­nə

Yar ol­ma­dı çıx­dı asi­ma­nə.

XIX əs­rin əv­vəl­lə­rin­də bəd­nam "Türkmən­çay" iş­ğal ak­tı nə­ti­cə­sin­də Azər­bay­can İran və Ru­si­ya ara­sın­da bö­lün­dük­dən son­ra Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm meyllə­ri güc­lə­nir, həm iş­ğal­çı qon­şu­lar­la, həm də Qaf­qaz xal­qa­la­rı ilə mü­na­si­bət­lər for­ma­la­şır, Azər­bay­can bə­dii-ic­ti­mai dü­şün­cə­si Av­ro­pa uk­lo­nu­na da­xil olur. A.Ba­kı­xa­no­vun, İ. Qut­qa­şın­lı­nın, M.Ş.Va­ze­hin, Q.B.Za­ki­rin, M.F.Axun­do­vun, S.Ə.Şir­va­ni­nin ya­ra­dı­cı­lı­ğın­da müx­tə­lif xalqla­rın nü­ma­yən­də­lə­ri­nin ob­raz­la­rı yer alır. M.F.Axun­do­vun "Puş­ki­nin ölü­mü­nə Şərq po­e­ma­sı" mul­ti­kul­tu­ra­liz­min par­laq nü­mu­nə­si­dir. Döv­rün əsas ədə­bi-fəl­sə­fi hə­rə­ka­tı - ma­a­rif­çi­li­yə uy­ğun ola­raq po­e­zi­ya­da bey­nəl­mi­ləl­çi­lik, baş­qa dil­lə­rə aşi­na­lıq tə­rən­nüm olu­nur­du. Mul­ti­kul­tu­ra­lizm Azər­bay­can xal­qı­nın ümum­türk və ümum­dün­ya kon­tekstin­də ta­ri­xi ya­şam tər­zi­dir. O bi­zim dün­ya ilə mü­na­si­bət­lə­ri­mi­zi eh­ti­va edir" - de­yə alim qeyd edir.

Bu gün Azər­bay­can bir­gə­ya­şa­yış mə­də­niy­yə­ti­nin da­şı­yı­cı­sı, ya­şa­dı­cı­sı­dır.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ