şənbə günü, 15 avqust 2026
     

"Bu gün iş­si­zəm və yaş­lı ana­mın tə­qa­ü­dü ilə ya­şa­ma­ğa məc­bu­ram"

Image


Ay­gün Bün­yad­za­də: "Azər­bay­can uşaq ədə­biy­ya­tı bu gün də re­a­ni­ma­si­ya­da­dır de­səm, ya­nıl­ma­ram"

 

Azər­bay­can uşaq ya­zı­çı­sı, Dün­ya Gənc Türk Ya­zar­lar Bir­li­yi­nin Uşaq ədə­biy­ya­tı böl­mə­si­nin rəh­bə­ri Ay­gün Bün­yad­za­də ədə­bi fə­a­liy­yə­ti­nə 2000-ci il­də baş­la­yıb. Na­ğıl­lar, na­ğıl-pyes ve na­ğıl-po­vestlər ya­zır, dün­ya xalqla­rı­nın na­ğıl və əf­sa­nə­lə­ri­ni rus və al­man dil­lə­rin­də tər­cü­mə edib mün­tə­zəm ola­raq döv­rü mət­bu­at­da, xü­su­si­lə uşaq mət­bu­a­tın­da çı­xış edir. A.Bün­yad­za­də uşaq ədə­biy­ya­tı sa­hə­sin­də­ki xid­mət­lə­ri­nə gö­rə bir sı­ra mü­ka­fat­la­ra la­yiq gö­rü­lüb. Bir müd­dət əv­vəl isə o, bey­nəl­xalq mü­ka­fat alıb.

- Ay­gün xa­nım, xoş gör­dük. Uşaq­la­rın dos­tu­nu - Si­zi Azər­bay­can uşaq ədə­biy­ya­tı­na gə­tir­di­yi­niz uğur­la­ra gö­rə təb­rik edi­rik. Bil­di­yi­miz ki­mi, 2010-cu il­də, "uşaq­lar qar­şı­sın­da xid­mət­lə­ri­ni­zə gö­rə" Pol­şa Res­pub­li­ka­sı­nın və BMT-nin bey­nəl­xalq "Tə­bəs­süm Or­de­ni"nə la­yiq gö­rü­lüb­sü­nüz və "Tə­bəs­süm Or­de­ni Ka­va­le­ri (cən­ga­və­ri)" fəx­ri adı­nı qa­zan­mı­sı­nız. Bu Siz­də han­sı hisslər ya­rat­dı?

- Bu ba­rə­də əmr 2010-cu il­də im­za­lan­sa da, təq­di­mat 12 mart 2015-ci il­də, Pol­şa­da, Var­şa­va ya­xın­lı­ğın­da­kı Mıs­lit­sa şə­hə­rin­də ol­du. Si­zə bir sirr açım, hə­lə uşaq vax­tım­dan, oxu­du­ğum ki­tab­lar­dan, bax­dı­ğım filmlər­dən cən­ga­vər ol­ma­ğı ar­zu­la­yır­dım və ar­zu­ma çat­dım - bey­nəl­xalq "Tə­bəs­süm Or­de­ni" cən­ga­və­ri ol­dum. An­caq mə­nim si­la­hım qı­lınc de­yil, əlim­də­ki qə­lə­mim­dir və onun va­si­tə­si­lə ba­la­ca dostla­rı­mın çöh­rə­si­nə an­caq və an­caq tə­bəs­süm bəxş et­mə­yə da­vam edə­cə­yəm.

- Bil­di­yim qə­dər, Siz­dən əv­vəl Döv­lət Kuk­la Te­at­rı­nın aktyo­ru mər­hum Ələk­bər Hü­sey­nov da bu mü­ka­fa­ta la­yiq gö­rü­lüb...

- 2006-cı il­də baş re­dak­to­ru ol­du­ğum "Cırtdan" uşaq jur­na­lı­nın ba­la­ca oxu­cu­la­rı ilə bir­gə Ələk­bər əmi­nin bu or­de­nə na­mi­zəd­li­yi­ni irə­li sür­dük. Bir müd­dət son­ra Pol­şa­dan şad xə­bər gəl­di. Tə­əs­süf ki, təq­di­mat­dan cə­mi 5 ay son­ra isə Ələk­bər əmi dün­ya­sı­nı də­yiş­di...

- Çağ­daş uşaq ədə­biy­ya­tın­dan, bu sa­hə­də zəh­mət çə­kən in­san­lar­dan söh­bət dü­şən­də ya­da da­ha çox Se­vinc Nu­ru­qı­zı və Ay­gün Bün­yad­za­də dü­şür. Bu gün A.Bün­yad­za­də­ni dün­ya­ya uşaq ədə­biy­ya­tı axa­rı­na çı­xı­şı olan uşaq ya­zı­çı­sı he­sab et­mək olar­mı?

- Tə­va­zö­kar­lıq­dan uzaq da ol­sa, de­mək olar. Ba­xın, bu mü­ka­fa­ta kim­lər la­yiq gö­rü­lüb - uşaq ədə­biy­ya­tı­nın dün­ya­ca məş­hur si­ma­la­rı - Tu­ve Yansson, Astrid Lindqren, Co­an Ro­u­linq, Ser­gey Mi­xal­kov, Aq­ni­ya Bar­to. Mən - azər­bay­can­lı uşaq ya­zı­çı­sı A.Bün­yad­za­də də bu gün dün­ya uşaq ədə­biy­ya­tı­nın bu nə­hənglə­ri ilə ey­ni si­ya­hı­da­yam.

- Bi­li­rik ki, Azər­bay­can uşaq ədə­biy­ya­tı xey­li müd­dət sı­xın­tı­da qal­ma­ğa məc­bur ol­du. De­mək olar ki, o il­lər­də oxu­cu ilə ge­niş əla­qə möv­cud de­yil­di. An­caq de­yə­sən ha­zır­da və­ziy­yət də­yi­şib. Yox­sa, ye­nə prob­lem­lər qa­lıb?

- Azər­bay­can uşaq ədə­biy­ya­tı bu gün də re­a­ni­ma­si­ya­da­dır de­səm, ya­nıl­ma­ram. Bu gün uşaq ədə­biy­ya­tı­na gənclər gəl­mir­sə, yaz­maq is­tə­mir­sə, acı da ol­sa, eti­raf et­mə­li­yik ki, və­ziy­yət ki­fa­yət qə­dər cid­di­dir və il­lər keç­sə də, hər şey bir az da pi­sə doğ­ru ge­dib.

- 2001-ci il­də YU­Nİ­SEF, Res­pub­li­ka Uşaq Təş­ki­la­tı və Mi­na­lar Əley­hi­nə Mil­li Agentlik tə­rə­fin­dən mü­əl­li­fi ol­du­ğu­nuz "Mi­na təh­lü­kə­si" na­ğıl-pye­si­nin prem­ye­ra­sı ke­çi­ril­di. Bil­di­yim qə­dər, pyes 17 sər­həd­ya­nı ra­yon­da uğur­lu nü­ma­yiş et­di­ril­di. Bu ba­rə­də da­nış­ma­ğı­nız ye­ri­nə dü­şər­di.

- Ya­ra­dı­cı­lı­ğa ye­ni baş­la­dı­ğım il­lər idi. 2001-ci il­də Res­pub­li­ka Uşaq Təş­ki­la­tın­dan tək­lif al­dım - mi­na­lar əley­hi­nə uşaq­lar üçün pyes ya­zım. Məq­səd sər­həd­ya­nı ra­yon­lar­da ya­şa­yan uşaq­la­ra ta­ma­şa va­si­tə­si­lə mi­na­lar ba­rə­də mə­lu­mat ver­mək, on­la­rı göz­lə­yən təh­lü­kə­lər­dən xə­bər­dar et­mək idi. Bu­nun üçün ANA­MA-da mə­nə mi­na­lar, on­la­rın qu­ru­lu­şu və iş­lə­mə me­xa­niz­mi ilə bağ­lı la­zım ol­du­ğu qə­dər mə­lu­mat ver­di­lər. Tə­səv­vür edin ki, heç de­mə, qə­ləm­şə­kil­li, kə­pə­nək­şə­kil­li və s. cəl­be­di­ci mi­na­lar var­mış, bun­dan xə­bə­ri ol­ma­yan uşaq­lar on­la­rı əl­lə­ri­nə gö­tü­rər-gö­tür­məz, partla­yır, fa­ci­ə­lə­rə yol açır­mış. YU­Nİ­SEF dəs­tək ol­du və nə­ti­cə­də gö­zəl bir pyes ya­ran­dı və Res­pub­li­ka Uşaq Təş­ki­la­tı­nın xət­ti ilə sər­həd­ya­nı ra­yon­lar­da nü­ma­yiş olun­du.

- İn­di­yə qə­dər bir sı­ra yer­li qu­rum­la­rın nü­fuz­lu mü­ka­fat­la­rı­na la­yiq gö­rül­mü­sü­nüz. Tə­bii, bun­lar ha­mı­sı uşaq ədə­biy­ya­tı­na xid­mət­lə­ri­niz mü­qa­bi­lin­də ve­ri­lib. Bun­lar ara­sın­da Si­zin üçün da­ha əziz ola­nı han­sı­dır?

- Mə­nim üçün ən əziz ola­nı bu ilin mart ayın­da mə­nə təq­dim edi­lən, "uşaq­lar qar­şı­sın­da xid­mət­lər üçün" Pol­şa­nın və BMT-nin bey­nəl­xalq "Tə­bəs­süm Or­de­ni"dir.

- Bir müd­dət əv­vəl bey­nəl­xalq "Tə­bəs­süm Or­de­ni"ni al­maq üçün Pol­şa­ya get­miş­di­niz. Pol­şa­da bi­zim uşaq ədə­biy­ya­tı ba­rə­də tə­səv­vür­lər ne­cə­dir?

- Be­lə hiss et­dim ki, bu ba­rə­də, de­mək olar ki, tə­səv­vür­lə­ri be­lə yox­dur. De­yə­sən ilk gör­dük­lə­ri azər­bay­can­lı uşaq ya­zı­çı­sı mən idim. Am­ma elə gö­zəl mü­na­si­bət gör­düm ki, ora­da. Mıs­lit­sa şə­hə­ri 7 say­lı mək­təb­də­ki möh­tə­şəm təq­di­mat təd­bi­rin­dən son­ra mə­ni əha­tə­yə alıb im­za is­tə­yən mək­təb­li­lə­ri kaş ki, gö­rəy­di­niz! Özü­mü bir ne­çə də­qi­qə şou-biz­nes ul­du­zu ki­mi hiss et­dim. İm­za ver­di­yim hər bir uşaq, üs­tə­lik, mə­nim­lə fo­to çək­dir­mə­yə də can atır­dı. Mək­tə­bin di­rek­to­ru şəx­sən mən­dən ki­ta­bı­mı is­tə­di. İn­gi­lis­cə dərc olun­muş ki­ta­bı­mın 3 nüs­xə­si­ni im­zam­la ona təq­dim edən­də elə xoş­bəxt idi ki! Mən də xoş­bəxt idim. Çün­ki bu mək­təb­də­ki­lə­rin Azər­bay­can uşaq ədə­biy­ya­tı ilə ilk ta­nış­lı­ğı mə­nim ki­ta­bım­la baş­la­ya­caq­dı. Da­ha son­ra Av­ro­pa uşaq hü­quq­la­rı üz­rə baş om­budsman Ma­rek Mi­xa­lak Azər­bay­ca­nın Pol­şa­da­kı sə­fi­ri Hə­sən Hə­sə­no­va tək­lif et­di ki, on­la­rın iki­si­nin bir­gə qüv­və­si ilə mə­nim Pol­şa­da, pol­yak di­lin­də ki­ta­bım dərc olun­sun və hər iki tə­rəf bu­nun­la ra­zı­laş­dı. Bu tək­li­fin re­al­la­şa­ca­ğı gü­nü səbrsiz­lik­lə göz­lə­yi­rəm.

- Si­zə qə­dər "Tə­bəs­süm Or­de­ni"nə Bill Klin­ton, Mar­qa­ret Tet­çer, XIV Da­lay La­ma, II Pa­pa İo­hann Pa­vel, Te­re­za ana, İs­veç kra­li­ça­sı xa­nım Sil­vi­ya, Sti­ven Spil­berq, Nel­son Man­de­la, Vya­çes­lav Kot­yo­noç­kin, Ser­gey Ob­raztsov, Pe­ter Us­ti­nov, Astrid Lindqren, Aq­ni­ya Bar­to, Tu­ve Yansson, Co­an Ro­u­linq, Ser­gey Mi­xal­kov, Ələk­bər Hü­sey­nov ki­mi ün­lü­lər la­yiq gö­rü­lüb. Ne­cə bi­lir­si­niz, so­na­dək tə­bəs­süm nü­ma­yiş et­dir­mək müm­kün­dür­mü? Yox­sa "Tə­bəs­süm Or­de­ni"nin baş­qa mə­na­sı var?

- De­mə­li, mü­ka­fa­tın təq­di­ma­tın­da əsas mə­qam­lar­dan bi­ri də odur ki, uşaq­lar təx­mi­nən 10-15 ədəd li­mo­nun su­yu­nu əlim­də­ki qə­də­hə sıx­ma­lı, or­de­nə təq­dim olu­nan şəxs isə o su­yu iç­dik­dən son­ra da üzün­də tə­bəs­sü­mü sax­la­ma­lı­dır. Bu isə o an­la­ma gə­lir ki, "hə­ya­tın ən çə­tin an­la­rın­da be­lə, əsl "Tə­bəs­süm Or­de­ni" cən­ga­və­ri ki­mi, üzüm­dən tə­bəs­sü­mü əs­kik et­mə­yə­cək və son nə­fə­si­mə qə­dər, nə olur-ol­sun, heç bir çə­tin­li­yə bax­ma­ya­raq, öz işim­lə uşaq­la­rın çöh­rə­si­nə tə­bəs­süm bəxş et­mə­yə da­vam edə­cə­yəm". Bu işin öh­də­sin­dən la­yi­qin­cə gəl­dim və əsl "Tə­bəs­süm Or­de­ni" cən­ga­və­ri ol­du­ğu­mu bir da­ha sü­but et­dim.

Ümu­miy­yət­lə, zən­nim­cə, ta­le­yin oyun­la­rı­na bax­ma­yarq, so­na­dək tə­bəs­süm nü­ma­yiş et­dir­mək güc­lü in­san­la­ra xas olan xü­su­siy­yət­dir. Ne­cə de­yər­lər, "son gü­lən qa­lib­dir".

- Ay­gün xa­nım, Si­zin nü­fuz­lu bey­nəl­xalq mü­ka­fa­ta la­yiq gö­rül­mə­yi­niz Azər­bay­can­da ne­cə qar­şı­lan­dı?

- Mən de­yər­dim ki, çox sa­kit. Bir ne­çə saytda ver­di­yim mü­sa­hi­bə­lər­dən sa­va­yı, san­ki, be­lə bir ha­di­sə baş ver­mə­miş­di. Nə te­le­ka­nal­lar, nə ra­dio - kim­sə ma­raq­lan­ma­dı ki, dün­ya miq­ya­sın­da ta­nın­mış döv­lət rəh­bər­lə­ri­nin, si­ya­sət­çi­lə­rin, din xa­dim­lə­ri və sə­nət adam­la­rı­nın, o cüm­lə­dən, dün­ya uşaq ədə­biy­ya­tı ko­ri­fey­lə­ri­nin qa­zan­dı­ğı bir mü­ka­fa­tı Azər­bay­ca­na gə­tir­mi­şəm. Bir fak­tı nə­zə­ri­ni­zə çat­dı­rım ki, uşaq­lar­la iş­lə­mə­yə çox bö­yük hə­və­sim və iş təc­rü­bəm ol­du­ğu hal­da (bir ne­çə il "Cırtdan" uşaq jur­na­lı­nın baş re­dak­to­ru ol­mu­şam), bu gün iş­si­zəm və ai­lə ola­raq, yaş­lı ana­mın tə­qa­ü­dü ilə ya­şa­ma­ğa məc­bu­ram.

- Bu gün uşaq ədə­biy­ya­tı­nın təb­li­ği üçün müx­tə­lif va­si­tə­lər-  in­ter­net re­sursla­rı, şə­bə­kə­lər möv­cud­dur. Siz də da­xil ol­maq­la, uşaq ya­zı­çı­la­rı bu va­si­tə­lər­dən is­ti­fa­də edə bi­lir­mi?

- Mü­a­sir dövr in­ter­net döv­rü­dür və öz adım­dan de­yə bi­lə­rəm ki, in­ter­net mə­nim sağ əlim­dir. Bir də gö­rür­sən ki­tab dü­ka­nın­da, uşaq ədə­biy­ya­tı­na aid han­sı­sa bir ki­tab o qə­dər xo­şu­ma gə­lir ki! Am­ma qiy­mə­ti ba­ha­dır və bu­na mad­di im­ka­nım yox­dur. On­da nə edi­rəm - ki­ta­bın üz qa­bı­ğı­nın şək­li­ni çə­ki­rəm. Da­ha son­ra isə in­ter­net­də onu ax­ta­rıb ta­pır və uzaq­ba­şı, prin­ter­dən çı­xa­rıb ra­hat oxu­yu­ram. Bu, mad­di tə­rəf. Di­gər tə­rəf­dən isə, za­man-za­man, in­ter­net­də ax­ta­rış ve­rib döv­rü­mü­zün dün­ya miq­ya­sın­da se­çi­lən uşaq ədə­biy­ya­tı ya­zar­la­rı, on­la­rın əsər­lə­ri və s. ma­raq­lı mə­lu­mat­la­rı ta­pıb oxu­yur, təh­lil edir, özüm üçün nə­ti­cə­lər çı­xa­rı­ram.

- Son il­lər te­atrlar pyes­lə­ri­ni­zə mü­ra­ci­ət edir­mi?

- 2007-ci il­də A.Şa­iq adı­na Döv­lət Kuk­la Te­at­rın­da "Kral" ad­lı ta­ma­şam səh­nə­yə qo­yu­lub. Onu da qeyd edim ki, bir ne­çə ay əv­vəl Mil­li Elmlər Aka­de­mi­ya­sı­nın Ədə­biy­yat İnsti­tu­tu tə­rə­fin­dən uşaq ədə­biy­ya­tı­na həsr olun­muş təd­bir ke­çi­ril­di və ora­da mə­lum ol­du ki, Azər­bay­can müs­tə­qil­lik qa­zan­dı­ğı dövrdən bu gü­nə­cən cə­mi 2 (!) ya­zar uşaq­lar üçün pyes­lər ya­zır ki, bu 2 ya­za­rın bi­ri mə­nəm. Doğ­ru­su, özü­mə sürpriz ol­du bu xə­bər. Bun­dan sa­va­yı, bu il Azər­bay­can Təh­sil Na­zir­li­yi tə­rə­fin­dən ke­çi­ri­lən ümum­res­pub­li­ka mü­sa­bi­qə­sin­də "uşaq pyes­lə­ri üz­rə" də 2-ci ye­ri tut­dum.

- Siz­cə bu gün Azər­bay­can uşaq ədə­biy­ya­tı qar­şı­sın­da han­sı mə­sə­lə­lər du­rur? Mə­lum­dur ki, döv­rün tə­ləb­lə­ri fərqli­dir...

- Dövr də­yiş­sə də, uşaq ədə­biy­ya­tı­nın qar­şı­sın­da­kı və­zi­fə­lər, mən­cə, də­yiş­mir. Çün­ki elm, tex­ni­ka nə qə­dər in­ki­şaf et­sə də, uşaq elə uşaq­dır və uşaq ədə­biy­ya­tı­nın əsas və­zi­fə­lə­rin­dən, nü­mu­nə ola­raq, bü­tün dövrlər­də ol­du­ğu ki­mi, ba­la­ca oxu­cu­la­rı gə­lə­cə­yə, öz qüv­və­lə­ri­nə inan­dır­maq, on­lar­da xe­yir­xah­lıq hisslə­ri­nin aşı­lan­ma­sı və s. gös­tə­rə bi­lə­rəm.

- Ki­tab­la­rı­nı­zı çap edə bi­lir­si­niz­mi?

- Ədə­bi fə­a­liy­yə­tə baş­la­dı­ğım gün­dən özü­mə söz ver­dim ki, heç vaxt öz pu­lum­la ki­tab dərc et­mə­yə­cə­yəm. Mə­nim işim yaz­maq­dır, ki­ta­bı­mın dər­ci ilə bu işə ca­vab­deh şəxslər məş­ğul ol­ma­lı­dır. Elə ona gö­rə də cə­mi 1 ki­ta­bım işıq üzü gö­rüb, o da 2009-cu il­də - "Üç na­ğıl" ("Təh­sil" nəş­riy­ya­tın­da). Bu ki­tab rus və in­gi­lis dil­lə­ri­nə də tər­cü­mə olu­nub. Am­ma, bi­lir­si­niz, bə­zən kim­sə mən­dən ki­tab­la­rı­mı is­tə­yən­də elə xə­ca­lət çə­ki­rəm ki... Nə qə­dər olub ki, mək­təb­lə­rə gö­rü­şə get­mək­dən im­ti­na et­mi­şəm - məhz uşaq­la­ra ver­mə­yə ki­ta­bım ol­ma­dı­ğı üçün! Hal­bu­ki, on­lar­la ki­tab üçün is­tər mü­əl­lif ya­zı­la­rım, is­tər dün­ya xalqla­rı­nın na­ğıl və əf­sa­nə­lə­rin­dən elə gö­zəl və ma­raq­lı tər­cü­mə­lə­rim var ki!

Dü­şü­nü­rəm, axı mə­nim "or­den kol­le­qa­la­rım" olan xa­ri­ci ya­zı­çı­la­rın - A.Lindqren, T.Yansson, C.Ro­u­linq, S.Mi­xal­kov, A.Bar­to, R.Pyat­kovska­ya və di­gər­lə­ri­nin hər bi­ri­nin yüz­lər­lə ki­ta­bı var! Hə­lə ki, yüz­lər­lə de­mi­rəm, am­ma, ən azın­dan, on­lar­la ki­ta­bım ol­ma­ğı­nı haqq et­mi­şəm axı!

- Döv­lə­tin uşaq ədə­biy­ya­tı ilə bağ­lı hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lər haq­qın­da fik­ri­ni­zi bil­mək ma­raq­lı olar­dı...

- Bu ba­rə­də tə­səv­vü­rüm yox­dur, çün­ki, hə­lə ki, elə bir la­yi­hə ba­rə­də heç nə eşit­mə­mi­şəm. Bir­cə onu de­yə bi­lə­rəm ki, ke­çən il Təh­sil Na­zir­li­yi tə­rə­fin­dən uşaq ədə­biy­ya­tı üz­rə mü­sa­bi­qə ke­çi­ril­di. O mü­sa­bi­qə­də "uşaq pyes­lə­ri" üz­rə 2-ci ye­ri qa­zan­dım. Zəng edib bu ba­rə­də mə­nə mə­lu­mat ver­di­lər və sa­də­cə, şəx­si he­sa­bı­mı­za mü­əy­yən məb­ləğ kö­çür­dü­lər - nə təq­di­mat mə­ra­si­mi ol­du, nə də, heç ol­ma­sa, bir dip­lom və ya sə­nəd ver­mə­di­lər ki, bu ye­rin sa­hi­bi ol­duq. Qal­dıq mat-mə­ət­təl. O boy­da cid­di mü­sa­bi­qə­nin nə­ti­cə­si­nə be­lə so­yuq mü­na­si­bət, uşaq ədə­biy­ya­tı nü­ma­yən­də­lə­ri­nə bu mü­na­si­bə­ti heç cür ba­şa düş­mə­dik.

- Uşaq­lar­la tez-tez gö­rü­şüb da­nış­maq im­ka­nı­nız olur­mu? Mək­təb­lə­rə, bağ­ça­la­ra, ki­tab­xa­na­la­ra də­vət alır­sı­nız­mı?

- Bə­li, də­vət­lər alı­ram. Uşaq­lar­la gö­rü­şə get­di­yim son yer "SOS uşaq kən­di" idi. Ora­da­kı uşaq­la­rın ana haq­qın­da ifa et­di­yi mah­nı­lar hə­lə də qu­la­ğım­da­dır. O mah­nı­la­rı din­lə­yər­kən, bir fi­kir keç­di bey­nim­dən: kaş ki, sehrli qüv­vəm olay­dı, o za­man elə edər­dim ki, dün­ya­da heç bir uşaq ata-ana­sın­dan ay­rı qal­maz­dı.

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ