Məşhur türkiyəli müğənni Ajda Pekkan qarşıdan gələn Qurban bayramında səhnəyə çıxmaq üçün Azərbaycandan təklif alıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan 100 min avroluq (1 milyon 46 min lirə) səhnə təklifi alan superstar bu təklifi rədd edib. Müğənni Bodrumdan başqa yerdə səhnəyə çıxmaq istəmədiyini bildirib.
Xatırladaq ki, Türkiyə estradasının ulduzu 2018-ci ildə Heydər Əliyev Sarayında konsert verib.