Cümə axşamı günü, 01 oktyabr 2026
     

Avropa Birliyindən Azərbaycanda innovativ inkişafa mühüm dəstək...

Image


Azərbaycan bu gün dünyada ən sürətli templərlə inkişaf edən dövlətlər sırasında yer almaqdadır. Hazırda Azərbaycan qarısında duran əsas məsələlərdən biri sosial-iqtisadi inkişafın innovativ vasitələrlə sürətləndirilməsidir. Bu da təsadüfi deyil.

Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun artımının 75-90 faizi, MDB ölkələrində isə 10 faizi innovasiya sektoru hesabına təmin olunur. Mövcud qiymətləndirmələrə əsasən, MDB ölkələri innovasiya sahəsindəki gerilik nəticəsində ildə orta hesabla yüz milyardlarla dollar vəsait itirir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun artımı müşahidə olunur. Lakin iqtisadiyyatın keyfiyyət artımının da təmini üçün innovasiya amili ön plana çıxır. Buna görə də ölkə qarşısında yalnız xammal sahələrinin və onlarda alınan məhsulun ixracı hesabına deyil, həm də elmtutumlu amillərin hesabına iqtisadi artımın keyfiyyətini yüksəltmək, innovasiya tipli iqtisadiyyatı formalaşdırmaq məsələsi durur. Bu istiqamətdə indi Azərbaycan xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Onlardan biri də Avropa Birliyidir. Sözügedən qurum Azərbaycanla innovasiya sahəsində əməkdaşlığa indi xüsusi diqqət yetirir.

Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramı işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün prioritetlərini dərc etməsi fonunda bu hal özünü qabarıq büruzə verir. "Bərpa, davamlılıq və islahat" başlığı ilə dərc olunmuş sənədin Azərbaycana aid hissəsində beş istiqamət əks olunub.

İşçi sənəddə iqtisadi diversifikasiyanın Azərbaycan üçün əhəmiyyətinə diqqət çəkilir. Sənəddə əksini tapmış istiqamətlərin bu ümumi məqsədə töhfə verəcəyi qeyd edilir. Bu istiqamətlərə xırda və orta biznesə birbaşa dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir. Sənəddə daha sonra Azərbaycanın Avropa Birliyinin (AB) strateji enerji partnyoru olmasına, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə və gələcəkdə genişləndirilməsi ehtimalına diqqət çəkilir. Bu dəhliz tullantısız yanacaq növü olan təbii qaz ötürücüsü olduğu üçün həm də yaşıl iqtisadiyyat konsepsiyası baxımından ciddi əhəmiyyət kəsb edir. Onun Avropa və qonşu regionların digər ölkələrinin tədricən karbonsuzlaşdırılmasında rol oynayacağı gözlənilir. Sənəddə deyilir: "Şərtlər imkan verən kimi Avropa Birliyi Cənubi Qafqazda müharibəsonrası bərpa və münaqişənin transformasiyasını dəstəkləməyə hazırdır. Bura minalardan təmizləmə, münaqişənin təsirinə məruz qalmış bölgələrin sosial-iqtisadi inkişafı, tarixi abidələrin qorunub saxlanması, bağlantı, sülhyaratma və barışıq işi də daxildir".

Yaşıl Bakı limanına dəstək sənəddə göstərilən birinci istiqamətdir. Qeyd edilir ki, Ələtdəki yeni Bakı limanı qərb (Türkiyə və AB), cənub (İran və Hindistan) və şimalı (Rusiya və Şimali Avropa) birləşdirən nəqliyyat qovşağı, Xəzər dənizinin ən iri və ən məşğul limanıdır. Eyni zamanda, regionun ilk rəsmi ekoloji limanı olan Bakı limanı AB tərəfindən dəstəklənir. Qeyd edilir ki, bu istiqamət çərçivəsində limanın yaşıllaşdırılması və dayanıqlı qovşağa çevrilməsi işinə dəstək veriləcək. Bu təşəbbüs üçün ayrılan sərmayənin həcmi 10 milyon avro təşkil edəcək. Vəsait qrant, kredit, qarantiyalar və bunların qarışığı şəklində ayrılacaq. Göstərilən ikinci istiqamət rəqəmsal nəqliyyat dəhlizinə dəstəyi nəzərdə tutur. Sənəddə deyilir ki, Azərbaycan istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizinə böyük sərmayə qoyub. Bura Bakı-Tiflis-Qars dəmir yolu və yeni liman da daxildir. Bu təşəbbüs çərçivəsində Azərbaycandakı nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırlmasına, o cümlədən peyk naviqasiya xidmətləri, yükdaşıma xərclərinin azaldılmasına yardım ediləcək. Bu istiqamət üçün ayrılan büdcə də 10 milyon avro təşkil edir.

Üçüncü istiqamət "Dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyata dəstək – 20 min kiçik və orta həcmli şirkətə birbaşa dəstək" adlanır. Sənədin bu hissəsində kiçik və orta biznesin yenilənə bilən enerji növləri, qeyri-neft sektoru, yaşıl rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya və məhsuldarlığın artırılması, dayanıqlı iş yerlərinin yaradılması işində əsas rol oynaya biləcəyinə diqqət çəkilir. Kiçik və ortahəcmli şirkətlərin maliyyə vəsaitinə çıxışının təmin edilməsi, sahibkarlığın inkişafına dəstək, startaplara dəstək, biznes məsləhəti bu istiqamətin əsas komponentləridir. Bu təşəbbüs üçün 50 milyon avro vəsait ayrılıb. "Kənd ərazilərinin innovativ inkişafı" adlanan dördüncü istiqamətsə kənd təsərrüfatının inkişafı üçün maliyyə sahəsində əməliyyatları nəzərdə tutur. Bu təşəbbüsün əsas məqsədi kiçik və ortahəcmli fermaların, habelə qida biznesi ilə məşğul olan sahibkarların kreditlərə çıxışını təmin etməkdir. Qida təhlükəsizliyi standartları, dayanıqlı suvarma praktikaları, kənd ərazilərində dayanıqlı turizm və yaşıl inkişafı nəzərdə tutan sərmayələr bu təşəbbüsün əsas prioritetləri olacaq. Bu təşəbbüs kənd təsərrüfatında balanslı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, rəqabətliliyin gücləndirilməsi, aqro-qida sektorunun dayanıqlığına investisiya qoyulmasını nəzərdə tutur. Bu istiqamət üzrə də investisiyaların həcmi 50 milyon avrodur.

Sonuncu, beşinci istiqamət "Daha ağıllı və yaşıl şəhərlər" adlanır. Sənəddə deyilir ki, AB və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir. Bu təşəbbüs ölkənin daha az inkişaf etmiş bölgələrinə fokuslanacaq. Qeyd edilir ki, "yaşıl şəhər" konsepsiyasının ən inkişaf etdiyi yer Gəncədir. Bu şəhərdə pilot layihə bərk tullantılar, şəhər işıqlandırılması, dayanıqlı ictimai nəqliyyat infrastrukturu (elektrikli tramvaylar) kimi sahələrə fokuslanacaq. Bu pilot layihəsindən sonra daha beş smart və yaşıl şəhər layihəsi üzərində işləmək nəzərdə tutulub. Sənəddə deyilir ki, növbəti şəhər Mingəçevir ola bilər. Bu istiqamət üçün ümumilikdə 20 milyon avro ayrılıb. Bütün bunlar Azərbaycanda innovativ inkişaf prosesinin daha böyük sürətlə həyata keçirilməsində mühüm rol oynayacaq.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ