Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Bu dəfə koronavirusun yeni ştammı dünyanı cənginə alır...

Image


Koronavirusla bağlı son günlərdə əsas narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri virusun yeni ştammı və onun sürətlə yayılmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasında da qeyd olunur ki, koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir. Britaniya ştammı artıq 88 ölkədə aşkarlanıb. Eyni zamanda, Cənubi Afrika ştammı 46 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində Braziliya-Yaponiya ştammının aşkarlandığını açıqlayıb.

Artıq bəzi ölkələr bu durumda yenidən sərt karantin və digər formada qabaqlayıcı tədbirlər görür. Məsələn, Almaniya kansleri Angela Merkel ölkəsində koronavirusun artıq üçüncü dalğasının başladığını və onunla mübarizənin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Almaniya hökuməti virusun mutasiyaya uğraması barədə ilkin hesabatları əldə edib. Kanslerin dediyinə əsasən, hökumətdə anlayırlar ki, ştammların sayı daha da artır və bu çox sürətlə baş verir. Merkel bildirib ki, ötən il noyabrın 2-də tətbiq edilmiş karantin müddətinin bu il marıtn 7-dək uzadılması qərara alınıb. Tətbiq olunan qaydalarla Almaniyada restoranlar, barlar, kinoteatrlar, əyləncə müəssisələri, fitnes-klublar bağlanıb. Mağazaların işinə məhdudiyyətlər tətbiq edilib. İctimai yerlərdə 10 nəfərdən artıq vətəndaşın toplaşması yasaqdır. Maraqlıdır ki, Almaniyada qocalar evinin sakinləri koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da, virusun “Britaniya ştammı”na yoluxublar. Həkimlər bildirir ki, koronavirusa yoluxub sağalan 20 və daha aşağı yaş qruplarında olanlar, COVID-19-a qarşı immuniteti yarananlar da yeni ştamma yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatının təmsilçisi Tarik Jasareviç isə digər ölkələrin də ehtiyatlı olmasının vacibliyini bildirib: “Dünyanın müxtəlif yerlərində virusun yeni variantlarının müəyyən edildiyini görürük. Onların bəzisi daha sürətlə yoluxur. Ona görə bu, narahatlığa səbəb olan təmayüldür”. O, virusun müəyyən vaxt ərzində dəyişməsi və özünü şəraitə uyğunlaşdırmasının normal hal olduğunu qeyd edib: “COVID-19-un aramızda qalmasına nə qədər çox imkan versək, o, bir o qədər də mutasiyaya uğrayacaq. Məlum olduğu kimi, bir neçə mutasiya faktı qeydə alınıb. Həmin prosesləri mütəmadi olaraq izləyirik. Bu işə baxan alimlərdən ibarət xüsusi qrupumuz var. Son dövrlərdə müxtəlif ölkələrdə koronavirusun dəyişmiş variantları ortaya çıxıb. Onların yoluxuculuğu daha yüksəkdir. Ona görə virusun həmin xüsusiyyətini də izləməliyik. İndiyə qədər hazırlanan vaksinlərin nə dərəcədə təsirli olduğunu bilməliyik. Bizə məlum olan informasiyaya əsasən, mutant viruslar daha çox yoluxucu olsa da, onların ölümə səbəbolma ehtimalı daha azdır. Koronavirusun orijinal variantlarına qarşı təsirli mübarizə tədbirləri mutant növlərə qarşı da effektlidir. Ona görə də bir tərəfdən vaksin ehtiyatlarını artırarkən digər yandan mübarizə tədbirlərini davam etdirməliyik. İndiyədək hər kəsə, xüsusilə risq qrupuna daxil olan səhiyyə işçilərinə, yaşlılara vaksin vurulmasını tövsiyə etmişik. İnfeksiyadan yaranan immunitetin nə qədər davam etdiyini bilmirik. Ona görə COVID-19-a yoluxub sağalanların da peyvənd olunması məsləhət görülür. Çünki koronavirusa yoluxanlarda orqanizm virusa qarşı anticisim formalaşdırır. Lakin onların təkrar yoluxmaya kimi nə qədər davamlı olduğu məlum deyil”.

Qeyd edək ki, 75 faiz daha çox yoluxuculuq qabiliyyəti ilə seçilən “Britaniya ştammı” artıq dünyanın bir sıra ölkələrində də sürətlə yayılır. Ümumiyyətlə, Britaniya mutagen forması əvvəlki koronavirusdan daha yoluxucudur, yaşı 20-dən aşağı olanlarda daha ağır gedişli pnevmaniyalara səbəb ola bilir və yaşı 45-dən 70-dək olanlarda daha ağır gedişli olur. Aparılan vaksinasiya prosesinin yeni mutagen ştammlardan qoruyacağı hələ də sual altındadır. Lakin buna baxmayaraq, ekspertlərin fikrincə, vaksinasiya prosesi kütləvi şəkildə davam etdirilməlidir, çünki pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır.

Təkcə koronavirusun “Britaniya ştammı”na deyil, bütün viruslara qarşı əsas mübarizə metodu maska taxma, məsafə saxlamaq, dezinfeksiyaedici vasitələrdən istifadə etməkdir. Ekspertlər qeyd edir ki, koronavirusun mutasiya növlərindən asılı olmayaraq, hər kəs daha diqqətli olmalıdır. Çünki gələn mutagen forma daha aqressivdir, daha sürətli yoluxur və xəstəliyi daha ağır gedişlə müşahidə olunur. Ona görə maskanın taxılması, kütləvi toplaşmama və digər məsələlərə yenə də ciddi əhəmiyyət vermək lazımdır və qətiyyən arxayınlaşmaq olmaz. Virusun “Britaniya ştammı” ölkəmizdə hələ qeydə alınmasa da, əvvəlki kimi ayıq-sayıq davranmaq, infeksiyaya qarşı mübarizə tədbirlərini zəiflətməmək tələb olunur. Hələlik isə infeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir. Vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. O da vurğulanır ki, immunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ