Bazar ertəsi günü, 09 noyabr 2026
     

Deputat təhsil sistemində “şübhəli qrant məsələsinə” eyham vurdu - "bu sahələrdə də prinsipiallıq lazımdır"...

Image


“...Təhsildə prinsipial məsələlərlə bağlı heç bir güzəşt olmamalıdır. Amma hesab edirəm, bu fikir özünü bütün istiqamətlərdə açıq-aydın göstərməlidir. Yalnız müəllimlərlə bağlı sertifikasiyada, onların işdən azad olunmalarında yox, direktor təyinatında, nazirlikdə işə qəbulda, nazirliyin verdiyi qrantlarda, regional təhsil idarələrinə təyin olunmalarda və digər məsələlərdə də özünü açıq şəkildə göstərməlidir.

Nazirin fikrinin bu qədər müzakirə olunmasının səbəblərindən biri güzəştlərin bir istiqamətdə olub, digər istiqamətlərdə olmaması ilə bağlıdır. Reallığa gəldikdə, sual versəniz ki, təhsildə güzəşt var, ya yox? Düşünürəm ki, bununla bağlı çox maraqlı və müxtəlif cavablar alacağıq. İstərdim ki, bu məsələ tam reallıqda öz əksini tapsın, bütün istiqamətlərdə özünü aydın göstərsin. Yalnız o zaman Emin Əmrullayevin fikri özünü daha doğrultmuş olacaq, bu kimi suallara, müzakirələrə də ehtiyac qalmayacaq. Məsələlərin hər birinə çox diqqətlə, həssaslıqla yanaşmalıyıq. Biz də istəyirik ki, təhsilimizdə heç bir prinsipial məsələdə güzəşt olmasın. Amma bu, yalnız sözdə deyil, reallıqda da olmalıdır”. Bunu  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov elm və təhsil naziri Emin Əmirullayevin “Təhsildə güzəşt etmək vətənə xəyanət etmək kimi bir şeydir” fikrini şərh edərkən bildirib.

 Deputat Ceyhun Məmmədovun göstərdiyi təhsil məsələlərində  prinsipiallıq varmı? Niyə qrant, direktorlar və kadr təyinatları sahəsinə eyham vurulur?

  • “Azərbaycan təhsilində çoxlu problemlər mövcuddur, güzəştlər də var, bunu nazir özü hamıdan yaxşı bilir”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təhsil sahəsində ciddi nöqsanlar var və kadr təyinatına da adiddir. O, həmçinin dedi ki, elm, təhsil sahəsində qrantların verilməsi məsələsində müəyyən şəffaf olmayan məsələlərin olduğu haqda söyləntilər mövcuddur. “Elm və təhsil nazirinin işlətdiyi “Təhsildə güzəşt vətənə xəyanət deməkdir” ifadəsi Emin Əmirullayevə aid deyil. Bunu məşhur alman professorlarından birinin fikridir. Bu,  Cumhuriyyət dövründə oxumaq üçün xaricə göndərilən 100 nəfərə deyilən sözdür. Yəni azərbaycanlı tələbələr Almaniyada oxuyarkən alman tələbələrdən öyrənirdilər, alman tələbələrinin bilik səviyyəsi onlardan üstün olsa da, amma azərbaycanlı gənclərə professor yüksək bal verirdi, alman tələbələrə isə aşağı bal. Bunun səbəbini soruşduqda, professor demişdi ki, siz başqa ölkədən gəlmisiniz, ora qayıdacaqsınız, sizə ən yüksək bal yaza bilərəm, amma bu tələbələr mənim ölkəmin gənclərdir, onlara güzəşt olmaz, mən öz xalqıma xəyanət edə bilmərəm. Bizim hörmətli nazirimiz də yəqin Cumhuriyyət dövrünə aid materiallardan bunları oxuyur, xoş gəlmək üçün brifinqdə bu sözləri deyir. Mənə elə gəlir ki, bu çox uyğunsuz bir fikirdir. Çünki Azərbaycan təhsilində çoxlu problemlər mövcuddur, güzəştlər də var, bunu nazir özü hamıdan yaxşı bilir. Bu söz sabah onun özünə də çevirilə bilər. Çünki güzəştləri nazir özü yaxşı bilir. Güzəştlər nədir? Bilirsiz ki, orta məktəblərin yuxarı siniflərində təhsil aşağı səviyyədədir, şagirdlərin çoxu repititor yanına getdiyinə görə davamiyyət bərbad vəziyyətdədir. Orta məktəblərdə artıq saatlar yazılır, dövlətin pulu mənimsənilir, bu neqativ prosesdə müəllimlər də, direktorlar da iştirak edir və nazirlik də buna göz yumur. Təhsildə olan bu bəlaya göz yummağın özü birbaşa vətənə xəyanətdir. Bundan başqa kadr təyinatı məsələsində də ciddi nöqsanlar və uğursuzluqlar var, təyinatlar bəzən özünü doğrultmur. Təhsilin ən böyük bəlalarından biri müəllimlərin sertifikasiyasıdır ki, müəllimlərdən imtahan götürürlər və sair. Hesab edirəm ki, bu qanunsuz haldır. Yəni dövlətin bir strukturunun verdiyi diploma dövlətin digər strukturu tanımır. Bir adam hansısa bir universiteti bitirirsə xarici bir müəssisəyə işə gedirsə, bəli, xarici şirkət onu yoxlaya bilər, amma Azərbaycan dövlətinin bir strukturunun, bir təhsil müəssisəsinin verdiyi diploma aidiyyatı nazirlik tanımır və sertifikasiya keçirir. Bunun da səbəbini belə izah etmək olar ki, əvvəlki dövrdə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi ortaya atılmışdı, bu müəllimləri çox sevindirirdi, indi dövlət qulluqçusu statusu verə bilmədiklərinə görə sertifikasiya imtahanı keçirirməklə müəllimlərin etirazının qarşısını almağa çalışırlar…

Bir fikir də əlavə etmək istəyirəm, vətənə xəyanət  Vətən tarixini (tarix dərsinin saatını) 120 saatdan 60 saata endirməkdir. Bununla bağlı dəfələrlə müraciət etsəm də heç bir tədbir görülmədi. 44 günlük müharibədə qazandığımız möhtəşəm zəfərdən sonra tarix dərsinin saatı artırılmalı idi” - deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqralı sual edir ki, müəllim sertifikasidan keçirsə, direktor da imtahanla işə götürülürsə, onda bəs nə üçün nazirliyin vəzifəli şəxsləri işə imtahanla götürülmür. Nazirliyin şöbələrində təhsildən anlayışı olmayan, amma alimlərə belə “ağıl öyrətmək” istəyənlərin az olmadığını deyən M.Zülfüqarlı hesab edir ki, nazirin özündən tutmuş bütün əməkdaşlar dövlət qulluğu imtahanından kieçməlidir, o imtahandan keçməyənlər yüksək vəzifəyə təyin olunmamalıdır. “Hörmətli nazirimizə məsləhətimiz budur ki, beynəlxalq təcrübədə deyilən xoş sözləri deməkdənsə, probelmlərin həlli ilə məşğul olsun. Əgər probelmlərin həlli ilə məşğul ola bilmirsə, o sözləri dmeəkdən çəkinsin. Orta təshillə məşğul olanlar problemi daha qabarıq görürlər. Ona görə də, fikrimcə, nazirlik mövcud problemlərin həllində prinsipiallıq göstərməlidir. Probelmin həlli isə güclü islahatlardan, təhsilin səviyyəsini yüksəltməldən gedir” - deyə qeyd edən professor Zülfüqarlı əlavə etdi ki, millət vəkilinin fikirləri tamamilə əsaslıdır.

M.Zülfüqarlının sözlərinə görə, C.Məmmədov elm və təhsil adamlarının hər gün müşahidə etdiyi problemləri dilə gətirib. “Bu gün təəssüf ki, biz təhsil sahəsində ciddi prinsipiallıq görə bilmirik. Edilən güzəştlər də, göstərilən davranışlar da göz qabağındadır. Kadr təyinatının vəziyyəti də ürəkaçan deyil, bunun üçün  nazirliyin kadrlarına baxmaq kifayət edər. Deputat qrant məsələsinə də toxunub. Bilirsiz ki, qrantların verilməsi ilə bağlı da qeyri-şəffaflığın mövcuid olduğu, burada da rüşvətin rol oynadığı, tanış-bilişin irəli çəkildiyi deyilir. Elə bir layihəyə qrant ayrılır  onun heç bir əhəmiyyəti yoxdur, qrant pulları da israf edilir. Əgər təhsil sahəsində prinsipiallıq, güzəştsizlik məsələsi gözlənilsəydi nə kadr təyinatında, nə qrantların verilməsi sahəsində ciddi problem olardı, məktəblərə peşəkar təhsil idarəçiləri direktor təyin edilərdilər.  Bu sahədə öz köklü həllini gözləyən problemlər çoxdur” - deyə professor Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ