Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda aliment institutunun praktik və hüquqi inkişafı - hansı problemlər qalıb...

Image


Uzun illər bizim cəmiyyətdə  problemli alimentlər mövzusu aktual olub. Valideynlər boşandıqdan sonra ataların xeyli bir hissəsi aliment ödəməkdən yayınıb, səbəb kimi də, işsiz olduğunu, gəlir yerinin olmadığını göstərib. Aidiyyatı qurumlarda, Ombudsman aparatında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Milli Məclisdə, QHT-lərin təşkil etdikləri tədbirlərdə çox müzakirə olunub, yerli məhkəmələrdə iş açılıb. Bir sözlə, bu məsələ uzun illər mübahisə predmeti olub. Bu problem tam həll olunmadığından yenə də öz aktuallığını qoruyur.

Son illər Azərbaycanda aliment praktikasının, institutun inkişafı necə gedir? Hansı qanunvericilik aktları var? Praktikada hansı problemlər meydana çıxır, necə tənzimlənir, dövlətin bu işə müdaxiləsi hansı formadadır, dövlətin müdaxiləsindən sonra vəziyyətdə nə kimi dəyişikliklər baş verib?

Məlumatlara görə, son dövrlər hüquq sahəsində aparılan islahatlar, aidiyyatı qanunvericiliklərin, o cümlədən də Azərbaycan Respublikasının Ailə Məcələsinin təkminləşdirilməsu nəticəsində Azərbaycanda aliment sahəsindəki problemlər tədricən aradan qaldırılmaqdadır.

  • Ailə Məcəlləsi ilə aliment məsələsi necə tənzimlənir?

Ailə Məcəlləsinin beşinci bölümü bütövlükdə alimet məsələsinə həsr olunub. Burada  ailə üzvlərinin aliment öhdəlikləri, valideynlərin və uşaqların aliment öhdəlikləri, ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri, ailənin başqa üzvlərinin aliment öhdəlikləri, alimentin ödənilməsi barədə saziş, alimentin ödənilməsi və tutulması qaydası bir meçə maddə ilə təsbit olunub. Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ aliment adlanır. Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda isə, bu məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

  • Azərbaycanda alimentin miqdarı nə qədərdir?

Yanvarın 1-dən Azərbaycanda alimentin minimum miqdarı 193 manatdan 220 manata qaldırılıb. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edillib. (2023-cü ildə aliment məbləğinin minimum miqdarı)

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Yəni bu ildən alimentin minimum miqdarı 220 manat təşkil edir.

Qeyd edək ki, ötən il bu mövzuda mətbuata müsahibəsində ombudsman Səbinə Əliyeva “...Ailə mübahisələrində tərəflərin qarşılaşdıqları və həll edilməli olan əsas məsələlərdən biri də aliment ödənişləri ilə bağlıdır. Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə neqativ münasibəti, şəxsi prinsipləri səbəbindən ödənişlərin aparılmasından yayınır. Təəssüf doğuran hallardan biri də aliment ödənişlərindən imtinaya məcbur etmək məqsədilə borclu tərəfindən ünsiyyət hüququndan və digər vasitələrdən sui-istifadə edilməsidir. Bu isə borclunun bir valideyn kimi üzərinə düşən vəzifələri dərk etməməsindən xəbər verir. Digər tərəfdən, aliment ödənişləri ilə əlaqədar çətinliklər zəruri icra tədbirlərinin həyata keçirilməməsi və ya vaxtında həyata keçirilməməsi ilə də bağlı olur. Ümumiyyətlə, alimentlə əlaqədar müvəkkilə ünvanlanan bütün şikayətlər üzrə araşdırmalar aparılmaqla, məhkəmə qərarlarının icrası istiqamətində zəruri tədbirlər görülür” - deyə qeyd edirdi.

Onu da vurğulayaq ki, bu gün ölkəmizdə Mediasiya haqqında qanun da ailə məsələlərinə yer verilib. Bu qanunda da ailə məsələləri, mediasiyanın hansı halda ailə problemlərinə müdaxilə etmək imkanları göstərilib. Bir çox mütəxəssislərə görə, mediasiya ailə mübahisələrinin qeyri-rəsmi prosedurlarla həlli və uşaq hüquqlarının müdafiəsi üçün əlverişli imkanlar açıb.

Sosioloq-jurnalist Lalə Mehralı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu problemin həlli heç də qanunda əks olunduğu kimi asan deyil. Ekspertə görə, qanunvericilikdə bu məsələlər çox ətraflı şəkildə ifadə olunsa da, çox zaman praktikada elə də asan şəkildə tətbiq oluna bilmir. “Zənnimcə, praktikada vəziyyət daha qəlizdir. Çünki ailələr boşananda aliment silah kimi istifadə edilir. Ata keçmiş arvadına qarşı qəzəblidirsə bunu aliment ödəmə şərtlərində də büruzə verir. Ya ödəmir, ya gec ödəyir, ya da başqa bir maneə yaradır. Qanun bir şey deyir, praktikada başqa şey yaşanır. Məsələ icra məmurunun insafına qalır.

Proses belədir ki, nikah qüvvədən düşdükdən sonra uşaq kimin himayəsində qalırsa qarşı tərəf aliment ödəyir. Bizim hakimlər adətən uşaqları ananın himayəsinə verir, ata aliment ödəməli olur. Bu o demək deyil ki ana evdə oturmalı, alimentə güvənməli, bütün təminatını aliment hesabına həyata keçirməldir. Uşaqlar südəmər deyilsə, bağça və məktəbyaşlıdırsa ana da işləməli, uşaqların təminatına dəstək göstərməlidir. Təəssüf ki boşanmış tərəflər adətən bu məsələni problem edirlər. Ata keçmiş arvadına maddi təminatçı olmaq istəmir, uşaqlara ödədiyi alimentin hamısının uşaqlara xərclənməsindən əmin olmaq istəyir. Bəzən də ananın lazımsız yerlərə pul xərcləməsini səbəb göstərərək uşaqlara aliment verməkdən imtina edir. Qarşı tərəf də şikayət etdikdə təkrar məhkəməlik olurlar, borcu ödəyə bilməyən atanı həbs edirlər. Dövlət bu kimi vəziyyətlərdə boşanmış qadının işlə təminatına, övladlarının bağça probleminin həllinə kömək göstərə bilər”.

L.Mehralı əlavə etdi ki, dövlət qanunvericilik bazasını yaradıb və problemli alimentlər məsələsi ilə icra məmurları məşğul olur. Problem ciddiləşərsə, onun məhkəmə predmetinə çevirildiyini deyən L.Mehralı hesab edir ki, iş məhkəməyə gedib çıxmamış icra məmurları onun aradan qaldırılmasına nail olmalıdır...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ