Cümə günü, 16 oktyabr 2026
     

Kuperin İlham Əliyevlə görüşü Türkiyə barədə bir ehtimalı gücləndirir...

Image


Məlum olduğu kimi, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Kuperin Bakıya səfəri Azərbaycanın Qəzzada stabilləşdirici qüvvədə yer alacağı xəbərləri fonunda gerçəkləşib.

“Politico” qəzeti ötən həftənin ortalarında Azərbaycanın İndoneziya və Pakistanla birgə Qəzzadakı stabilləşdirici qüvvəyə əsas iddiaçı olduğunu yazıb. Lakin qəzetin yazdığını nə Azərbaycan rəsmiləri, nə də ABŞ rəsmiləri indiyə qədər şərh ediblər. Kuperin Azərbaycana səfəri fonunda bənzər iddia ilə “Guardian” qəzeti də çıxış edib. Qəzet stabilləşdirici qüvvəyə BMT vasitəsilə xüsusi səlahiyyətlərin veriləcəyini, ona Misirin rəhbərlik edəcəyini yazıb. Üstəlik, bu qüvvədə Türkiyə, İndoneziya və Azərbaycanın təmsil olunacağı bildirilib. Bakıdan bu iddiaya da reaksiya gəlməyib. Cəmi üç ay əvvəl vəzifəyə təyin olunmuş Kuperin səfəri barədə ABŞ tərəfi bir şey paylaşmayıb. Azərbaycan prezidentinin saytı və Müdafiə Nazirliyinin yaydığı bəyanatda isə Qəzza məsələsinin tərəflər arasında müzakirəsinə dair məlumat yer almayıb. Azərbaycan Müdafiə Nazirliyi tərəflərin hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə etdiklərini deməklə kifayətlənib. Trampın Qəzza ilə bağlı planına əsasən, stabilləşdirici qüvvə ABŞ ordusunun iştirakı olmadan bölgəyə yerləşdiriləcək, onlar Fələstin polisinə təlim keçib onu dəstəkləyəcəklər. Bununla belə, qəzetə danışan adının çəkilməsini istəməyən ABŞ rəsmisi demişdi ki, Azərbaycanın CENTCOM-un məsuliyyət zonasında olmaması vəziyyəti çətinləşdirir. CENTCOM-un məsuliyyət zonası Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiyanı əhatə edir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi isə ABŞ-nin Avropa Komandalığının məsuliyyət zonasıdır. Bakı CENTCOM-un məsuliyyət zonasında olmasa da, onun bu qurumla işləmək təcrübəsi olub. Belə ki, həm Əfqanıstan müharibəsi, həm də 2003-2011-ci illəri əhatə edən İraq müharibəsi CENTCOM-un məsuliyyət zonasında olub. Azərbaycan hər iki ölkədə özünün sülhməramlıları ilə təmsil olunub. Onu da xatırladaq ki, Azərbaycan oktyabrın 13-də Misirdə ABŞ-nin rəhbərliyi ilə keçirilən Qəzza sammitində iştirak edib. Qəzza sammitində iştirak fonunda isə Bakı bölgənin yenidən bərpası işlərində yer almağa hazır olduğunu bildirib. Bununla yanaşı, Azərbaycan İsraillə Fələstin arasında konfliktin “ikidövlətli həll” planını dəstəklədiyini bildirir. Müsəlmanların dominantlıq təşkil etdiyi ölkə olmasına baxmayaraq, rəsmi Bakının İsraillə yaxşı münasibətləri mövcuddur. Bununla bərabər Azərbaycan Fələstinin müstəqilliyini tanıyan ölkələrdən biridir.

Hazırda məlum olan odur ki, Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması planlaşdırılır və bu qüvvələrə Misirin rəhbərlik edəcəyi gözlənilir. Məlumata görə, Avropa və ABŞ-ın dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnaməsi hazırlanır. Qətnamə koalisiya qüvvələrinə Qəzza sektorunda təhlükəsizliyə nəzarət səlahiyyətləri verilməsini nəzərdə tutur. Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan NATO-nun sülhməramlı proqramında iştirak edir və bu proqram üzrə Azərbaycan bir neçə ölkədə son zamanlarda Əfqanıstanda sülhməramlı missiyasını Türkiyə hərbi hissəsinin tərkibində çox uğurla aparıb: “Qəzzada Azərbaycan sülhməramlılarının fəaliyyətinə gəldikdə, ola bilsin ki, Azərbaycana da bununla bağlı müraciət olar. Azərbaycan dövləti bu müraciətə yaranmış vəziyyətə görə də götürülmüş öhdəliklərə görə müəyyən bir qərar verəcək. Əgər müraciət olarsa və Azərbaycan dövləti orada iştirak etməklə bağlı qərar verərsə, ola bilsin ki, Azərbaycan hərbçiləri orada iştirak edər”. Ekspertin fikrincə, Azərbaycan sülhməramlı missiyaya böyük önəm verir: “Azərbaycanın tərkibində sülhməramlı qüvvələrə aid ayrıca heyət var. Bu heyət mütəmadi olaraq NATO nümayəndələri tərəfindən müəyyən bir şəkildə onların öz vəzifələrinin xüsusiyyətlərini nəzərə alaraq, yerinə yetirilməsi bağlı təlimlər keçirilir. Sülhməramlı heyət təlimlərdə iştirak edir, həm də müəyyən şəkildə yoxlamalardan keçirlər. Ona görə də Azərbaycanın sülhməramlı qüvvələrinin hərbiçiləri hər zaman istənilən vəzifəni yerinə yetirməyə hazırdır. Əgər burada Azərbaycanın adı çəkilirsə, bunun üçün müəyyən əsaslar və niyyət var. Azərbaycan sülhməramlılarının fəaliyyətinə gəldikdə, bu, bizim dövlətin sülhə verdiyi elə önəmdir. Azərbaycan torpaqları işğal altında olan bir dövlət olub və Vətən müharibəsində tarixi ədaləti öz gücü ilə bərpa edib. 4 qətnaməni öz gücü ilə yerinə yetirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edən bir ölkədir”. Azərbaycanın Yaxın Şərqdə son illərdə apardığı siyasət də sülhməramlı prosesdə Bakının rolunu gücləndirən əsas faktorlardandır. Azərbaycanın həm İsraillə dost münasibətlərə, həm də Fələstinlə diplomatik əlaqələrə malik olması da bu məsələdə önəmli məqamdır. Bu fonda türkiyə faktoruna da xüsusi diqqət olunur. Türkiyə faktiki olaraq Qəzza razılaşmasının tərəflərindən biridir. Misirdə əldə olunan razılaşmaya imza atan ölkələrdən biri də Türkiyədir. Ankara istəyir ki, türk ordusu da Qəzzada iştirak etsin. Bu, İsrail tərəfindən qəbul olunmaya bilər. Ona görə də, Türkiyə məhz Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirakını dəstəkləyəcək. Görünən odur ki, prosesdə ABŞ da maraqlıdır. Hər halda, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin ölkəmizə səfəri də bu barədə çox söz deyir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ