Bazar ertəsi günü, 17 avqust 2026
     

Ermənistan sazişin vaxtını azı 10 ay uzatmağa çalışır...

Image


Elşən Manafov: “Mirzoyanla Paşinyanın Azərbaycanla sülh sazişinin şərtləri ətrafında açıqlamalarında ciddi fərqlər yoxdur”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almaniya telekanalına müsahibəsində bildirib ki, İrəvan Azərbaycanın sülh sənədinin imzalanması üçün konstitusiya ilə bağlı şərtini qəbil etmir:

“Ona görə ki, Ermənistan konstitusiyasında heç bir dövlətə ərazi iddiası yoxdur. Onlar (Azərbaycan tərəfi) hesab edirlər ki, konstitusiyamızda problem var. Bu, onların fikridir. Konstitusiyaya dəyişiklik etməyimizi istəyirlər. Bu şərti qəbul etmirik. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı heç nə yoxdur. Azərbaycan tərəfinin dediyi problem, sadəcə, mövcud deyil. Lakin bizim konstitusiyaya dəyişiklik etmək və ya yeni konstitusiya qəbul etmək kimi gündəliyimiz var. Biz 2018-ci ildən Ermənistanın Konstitusiyasına dəyişiklik və ya yenisinin qəbul edilməsindən danışırıq. Komissiya artıq işini başa çatdırır və çox güman ki, 2026-cı il parlament seçkilərindən sonra bu məsələ ilə bağlı referendum keçirəcəyik”.

Sülh sazişinin imzalanmasının parlament seçkilərindən sonraya saxlanılması Ermənistanda müəyyən dairələrin sazişin imzalanma prosesini pozmaq cəhdi kimi qəbul oluna bilərmi? Doğurdanmı Ermənistan hakimiyyəti bu imzalanmanı parlament seçkilərindən sonraya saxlamaqla onun pozulmasını, təxirə salınmasını nəzərdə tutmur? Yaxud da ola bilərmi ki, məqsəd prosesi uzatmaqla sülh sazişini imzalamağın qarşısını almaqdan ibarətdir? Çünki əgər Konstitusiyanı dəyişmirlərsə, bunu seçkilərdən sonra dəyişəcəklərsə, Azərbaycan da bunu şərt kimi qoyubsa, məntiqi olaraq, ən yaxşı halda saziş seçkidən sonra imzalana bilər. Bu, məqsədli bir işdirmi, onlar doğrudanmı sülh imzalamaq istəyirlər? Yoxsa bununla sülh prosesini pozmaq istəyirlər?

“Bu açıqlamalar seçkilər ərəfəsində daxili auditoriyaya yönləndirilib və siyasi dividendlərin qazanılmasına hesablanıb”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Hazırda bəzi dairələr Ermənistanın siyasi rəhbərliyində Azərbaycanla perspektiv münasibətlərə fərqli yanaşmaların olduğunu bildirir. Bunu hakimiyyətdaxili böhran və ya bölgə ətrafında geosiyasi durumun tədricən dəyişilməsi amilləri ilə bağlamağa çalışırlar. Hərçənd, bu fikirlər gerçək həqiqətləri ehtiva etmir və sadəcə olaraq Ermənistanda məlum dairələrin konyunktur maraqlarına nəzərən qabardılan illüziyalardan başqa bir şey deyil. Ermənistanın baş naziri və xarici işlər nazirinin Azərbaycanla sülh sazişinin şərtləri ətrafında açıqlamalarında ciddi fərqlər yoxdur. Almaniyanın məlum telekanalına verdiyi müsahibədə xarici işlər naziri Mirzoyanın Azərbaycanın Konstitusiya dəyişiklikləri ilə bağlı şərtlərini qəbul etməmələri ilə bağlı açıqlaması bizim mətbuatda geniş rezonans doğursa da, etiraf etmək lazımdır ki, baş nazir Paşinyan bu ilin 16 mayında Tiranada azərbaycanlı jurnalistin eyni məzmunlu sualına cavab verərkən "Ermənistan konstitusiyasında hər hansı bir dövlətə münasibətdə ərazi iddiaları yoxdur və bununla bağlı rəsmi Bakının iddiaları əsassızdır" deyə fikir bildirib. Bu mənada xarici işlər naziri də baş nazirin bu məsələ ilə bağlı cızdığı dairədən kənara çıxmır və "Azərbaycanın tələbi ilə konstitusiya dəyişikliklərinə getmək fikrimiz yoxdur" deməklə məsələyə münasibət sərgiləmiş olur. Hərçənd, Ermənistanın əsas qanununda zamanla siyasi və iqtisadi məzmunlu hüquqi islahatların keçirilməsinin zəruriliyini rəsmi İrəvan etiraf edir. Ermənistan hakimiyyəti bəyan edir ki, sülh sazişinin perspektivi ilə bağlı məsələlərə rəsmi Bakının ehtiyatla yanaşması üçün heç bir ciddi əsas yoxdur. Ermənistanın qoşulduğu beynəlxalq müqavilələr ölkənin əsas qanununun müəyyən etdiyi kimi yerli qanunvericiliklə müqayisədə yüksək statusa malikdir. Azərbaycanla imzalanmış sülh müqaviləsi beynəlxalq qanunvericiliyə aid olduğundan, parlament tərəfindən paraflandıqdan sonra daha üstün məqamda olacaq və Ermənistanın Konstitysiya Məhkəməsi də öz şərhi və qərarı ilə bir daha bunu təsdiq edəcək. Erməni tərəfinin hüquqi kontekstdə bu məsələlərə münasibətdə açıqlamalarında müəyyən həqiqətlər olsa da, sülh sazişinin referenduma qədər imzalanması ilə bağlı çağırışlarında hakimiyyətin konyunktur baxışları olmamış deyil. Əvvəla, bu açıqlamalar heç şübhəsiz ki, seçkilər ərəfəsində daxili auditoriyaya yönləndirilib və siyasi dividendlərin qazanılmasına hesablanıb. Məlumdur ki, erməni Apostol kilsəsi ilə işbirliyində olan müxalifətin millətçi kəsimi Paşinyan hakimiyyətini Azərbaycanla danışıqlarda "təslimçi mövqe" sərgiləməkdə ittiham edir. Bu isə kilsə və müxalifətə etimadı ilə seçilən seçicilərin etiraz elektoratının seçkilərlə bağlı mövqeyinə kifayət qədər ciddi təsir göstərə bilər. Hətta Paşinyan seçicilərinin cəbhəsində səslərin parçalanmasına səbəb ola bilər. Digər tərəfdən, sülh müqaviləsinin referenduma qədər imzalanmasına nail olmaqla Paşinyan parlament seçkilərinə ölkənin 1-ci dərəcəli təhlükəsizlik problemini həll etmiş siyasətçi kimi qatılacaq ki, bu da onu seçkilərin favoritinə çevirmiş olacaq. Nəhayət, Vaşinqton razılaşmalarından və sülh müqaviləsinin mətninin bir daha dəyişdirilməyəcəyi ilə bağlı təminatlardan sonra Ermənistan hakimiyyətində Qərbdən onun təhlükəsizliyinə zəmanətlərin verilməsi ilə bağlı fikirlər formalaşa bilər. Hakimiyyətin son vaxtlar verdiyi açıqlamalarda bu özünü qabarıq şəkildə büruzə verməyə başlayıb. Bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh bizlərlə müqayisədə daha çox erməni tərəfinə lazımdır. Biz dövlətçiliyimiz üçün ən başlıca problemi həll edə bilib, torpaqlarımızı işğal altından qurtarıb, dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilmişik. Sülh sazişi ətrafında Ermənistan hakimiyyəti və müxalifətinin konyunktura oyunları isə onların daxili işidir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ