Cümə günü, 16 oktyabr 2026
     

Qarabağda Ermənistanın iqtisadi cinayət ortaqları olmuş xarici şirkətlər - uzun siyahı...

Image


Xəyal Bəşirov: “Beynəlxalq arbitraj məhkəmələrində məsələ qaldıra bilərik ki…”

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə iclasında əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan olunub. Qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı - əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin ərazidə yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə edilib.

Burada bir məsələ var ki, bu sərvətlər istismar edilərək xarici firmalara, şirkətlərə satılıb. Həmin bu şirkətlərin tam siyahısını necə əldə etmək və müvafiq addımlar atmaq olar?

“Məhkəmənin yekun qərarından sonra o şirkətlərin adları da açıqlanacaq, onların bizə vurduğu böyük zərərin həcmi də məlum olacaq”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, bu bizim üçün ən aktual məsələlərdən biridir. X.Bəşirov qeyd etdi ki, ərazilərimizdə Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi davam edir. “Onlar təkcə Azərbaycan xalqına qarşı soyqırımlar, dövləti cinayətlər törətməklə kifayətlənməyiblər, Azərbaycan ərazilərində genişmiqyaslı iqtisadi cinayətlər həyata keçiriblər, Azərbaycan dövlətinə və xalqına məxsus olan təbii sərvətləri qanunsuz istismar ediblər. Eyni zamanda da bu qanunsuz istismar prosesində beynəlxalq şirkətlərin də iştirakını təmin ediblər. Azərbaycan dövlətinin icazəsi olmadan, işğal prosesinə görə dövlətimizin o ərazilərə nəzarətinin məhdud olmasından istifadə edən şəxslər bu qanunsuz əməllərini 30 ilə yaxın bir müddət ərzində davam etdiriblər. Yadınızadırsa, Almaniyanın “CRONIMET Mining AG” şirkəti vardı və o, Qarabağ ərazisində ermənilərin bu əməllərinə şərik idi. Azərbaycan Prezidenti də çıxışlarında bu məsəyə toxunmuşdu. Həmin o şirkət və digərləri Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində mövcud olan cinayətkarların törətdikləri qanunsuz əməllərdə iştirak ediblər. Bu da, düşünürəm ki, ayrıca bir mövzudur. Bu qanunuz istismar cinayətləri nəticəsində Azərbaycan dövlətinə, onun maraqlarına, iqtisadiyyatına, təbii sərvətlərinə, təbiətinə kifayət qədər ciddi ziyan vurulub. Bunlar məhkəmənin araşdırması, məhkəmə istintaqı zamanı ifadələrlə, yaxud digər sübutlarla təsdiqini tapmaqdadır. Düzdür, hələ ki, məhkəmə hökm verməyib və hökm qüvvəyə minməyibsə biz hüquqi baxımdan kiminsə cinayətdə təqsirli bilinməsi ilə bağlı fakir səsləndirə bilmərik. Amma bir vətəndaş olaraq deyə bilərik ki, o şəxslər Azərbaycana qarşı müxtəlif ağır cinayətlər törədiblər, o cümlədən də təbii sərvətlərimizi qanunsuz yollarla istismar etməklə bizə iqtisadi cəhətdən böyük ziyan vurublar”.

X.Bəşirov vurğuladı ki, Vətən müharibəsindən sonra, 2022-ci ildə hətta bizim ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı davam edirdi və Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloqlarımız və vətəndaşlarımız bu məsələ ilə bağlı etirazlarını bildirirdilər. O qeyd etdi ki, orda 2022-ci ilin 12 dekabrından başlayaraq 2023-cü ilin aprel ayının 23-nə qədər bu etiraz prosesi davam etdi və Azərbaycanın qələbəsi ilə nəticələndi. X.Bəşirov dedi ki, bundan sonra Laçın yolu üzərində Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi istifadəyə verildi.

“Bizim əlimizdə kifayət qədər sübutlar var ki, Azərbaycana qarşı ağır cinayətlər törədilib, bizim təbii resurslarımız mənimsənilib. Hazırda bu məsələ ilə bağlı məhkəmədə araşdırma aparılır və ərazilərimizdə qanunsuz istismarla məşğul olan xarici şirkətlərin adlarının ictimaiyyətə açıqlanması indiki mərhələdə bir qədər uyğun deyil. Məhkəmənin yekun qərarından sonra o şirkətlərin adları da açıqlanacaq, onların bizə vurduğu böyük zərərin həcmi də məlum olacaq.

İlk növbədə Azərbaycan dövlətinə, Azərbaycan xalqına məxsus olan təbii sərvətlərin qanunsuz istismar prosesində iştirak edən xarici şirkətlərin iştirakı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmənin hökmü təsdiqini tapmalıdır ki, biz “bu şirkətlər həmin cinayətlərdə iştirak ediblər” deyək. Ona görə deyirəm ki, hələ ki, onların adları açıq şəkildə bəyan olunmur. O şirkətlərin adları məhkəmə tərəfindən açıqlanandan sonra Azərbaycan dövləti onların bu cinayət əməlləri ilə bağlı məsələni beynəlxalq aləmdə də yaya bilər ki, bu da həmin şirkətlərin nüfuzuna kifayət qədər ciddi xələl gətirər. Çünki şirkətləri ən çox maraqlandıran onların beynəlxalq imicidir, onlara etibarın, etimadın göstərilməsidir ki, onlarla əməkdaşlıq edilsin. Qarabağ və ətraf ərazilər 30 ilə yaxın işğal altında olub. O ərazilərə sərmayə yatırılıbsa belə, o sərmayələr qanunsuz qoyulub. Çünki ora Azərbaycan ərazisidir və proses də işğala görə Azərbaycanın nəzarətindən kənarda baş verib. Bu fakt özü həmin şirkətlərin beynəlxalq nüfuzuna ziddi zərbə vuracaq. Eyni zamanda Azərbaycana vurulan ziyanda o şirkətlərin iştirakına görə dövlətimiz sənədlərə əsasən beynəlxalq arbitraj məhkəmələrində onlara qarşı iş qaldıra bilər. Şirkətlərlə bağlı məsələlərə arbitraj məhkəmələrində baxılır. Dövlət olaraq məhkəmənin hökmünə istinad edərək, bizə vurulan iqtisadi zərərə görə beynəlxalq arbitraj məhkəmələrində məsələ qaldıra bilərik ki, bunu təkcə biz demirik, həmin o xarici şirkətlərlə əlbir işləyənlər də deyir. Biz bu yolla o xarici şirkətlərin vurduğu zərərin ödənilməsi məsələsinə nail ola bilərik”-deyə X.Bəşirov qeyd etdi.

Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar edən xarici şirkətlərin bir hissəsinin adları mətbuatda öz əksini tapıb. Yəni onların bir çoxunun adı ictimaiyyətə məlumdur.

İşğal dövründə Azərbaycanın "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin bir qisminin adları iki il öncə açıqlanıb.

Siyahıda Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess" şirkətlərinin adları yer alıb. Təbii ki, bu tam siyahı sayılmır və məhkəmənin qərarından sonra, yəqin, o şirkətlərin hamısının adları rəsmən bəyan ediləcək və onlara qarşı beynəlxalq hüquq müstəvisində tədbirlər görülməsinə nail olunacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ