şənbə günü, 17 oktyabr 2026
     

Köçəryan Naxçıvana gedən dəmiryolunu satıb - detallar ABŞ-la müzakirə olunur...

Image


Ermənistanda Zəngəzur dəhlzinin icrası hansı mərhələdədir və yaxın gələcəkdə hər hansı xəbər gözlənilirmi? Finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu xüsusda bir daha vurğulayıb ki, 42 kilometrlik yol ilə bağlı texniki həllər hələ də Amerika tərəfi ilə aydınlaşdırılmalıdır.

Onun sözlərinə görə, İrəvan və Vaşinqton avqustun 8- dən bu istiqamətdə işləyir: “Və bu, bizim sözün əsl mənasında gündəlik işimizdir. Yekun, hərtərəfli anlaşma əldə etdikdən sonra biz də həmin şərtləri açıqlayacağıq. Orada tikinti və sonrakı əməliyyatlara görə məsuliyyəti öz üzərinə götürəcək erməni-amerikan birgə şirkəti olacaq və nəhayət, hələ də dəqiqləşdirilməli olan bütün detallar dəqiqləşdiriləcək və ictimaiyyətə açıqlanacaq”.

ABŞ, Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamənin imzalanmasından iki aydan çox vaxt keçsə də, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi ilə bağlı bir çox suallar açıq qalır. Bu fonda Mirzoyan Amerika tərəfi ilə müzakirələrin konkret hansı məsələlərdən getdiyini açıqlamayıb, lakin o, vurğulayıb ki, hələlik yalnız Vaşinqton bəyannaməsində yazılanlar razılaşdırılıb: “Biz və ABŞ hələ ki, qalanları üzərində birgə işləyəcəyik, bunu dəqiqləşdirəcəyik, bütün tərəflərlə razılaşacağıq. Azərbaycan və Ermənistan ABŞ ilə birgə TRIPP layihəsi üzərində işləyir. Həmçinin Ermənistan və ABŞ TRIPP-in reallaşması istiqamətində birgə işlər həyata keçirir. Dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsi TRIPP adlandırılacaq və onun aydın adı və prinsipləri var. Bu prinsiplərə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin həmin infrastruktur üzərində hüquqları və əlbəttə, qarşılıqlı əməkdaşlıq daxildir. Son tam konsepsiyanı razılaşdırdıqdan sonra ictimaiyyətə açıqlayacağıq. Detallar hələ Ermənistan və ABŞ arasında razılaşdırılmalıdır”. Mirzoyan bildirib ki, Şarm əl-Şeyxdə azərbaycanlı həmkarı ilə münasibətlərin tənzimlənməsi üçün bütün variantları, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə etmək imkanı olub. Bu arada onu da qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı hazırda ortada iki əsas sənəd mövcuddur. Birinci sənəd 2020-ci il 10 noyabrda Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış bəyannamədir. Həmin sənədin 9-cu bəndinə əsasən, Ermənistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətləri açılmalıdır və Zəngəzur dəhlizinə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) həvalə olunmalıdır. İkinci sənəd isə 2025- ci il avqustun 8-də ABŞ-da imzalanmış razılaşmadır. Bu sənədə əsasən, Ermənistan Zəngəzur dəhlizinin Amerikanın nəzarətinə verilməsi ilə bağlı ortaq razılığa gəlib. Hazırda iginci sənəd üzərində fəal iş getsə də, Rusiya yanaşmasından əl çəkməyib. Ekspertlərə görə, Zəngəzur dəhlizinə kim nəzarət edəcəksə, o tərəf dünya iqtisadi sisteminə təsir göstərmək gücünə malik olacaq. Bu səbəbdən də Zəngəzur dəhlizi beynəlxalq kommunikasiya xətlərinin mühüm körpüsü sayılır və Orta Dəhlizin bir qolu kimi strateji xarakter daşıyır.

Bu arada Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan sökdürüb. Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı korrupsiya ittihamına toxunan siyasətçi qeyd edib: “Mehri dəmir yolunun relslərini söküb qəpik-quruşa satan Nikol Paşinyan idi? Haradadır o korrupsiya? Amma necə olur ki, Köçəryan prezident olarkən onun oğlu iri sahibkar, avtomobil və telefon idxalçısı ola bildi?”. Arman Yeqoyan Köçəryanı “Rusiyanın qubernatoru” adlandırıb. Hakim partiyanın üzvü müxalifət nümayəndələrinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmalarına da diqqət çəkib: “Bəziləri avqustun 7-də “Vaşinqtonda heç bir sənəd imzalanmayacaq” deyirdilər, bəs, nə oldu? Bunu unudublarmı? Deyirdilər ki, qapalı sərhədlərlə Ermənistan inkişaf edə bilər. İnkişaf etdimi? Səhv etdilər, nəticə çıxarmadılar, indi yenə insanları eyni yola çəkmək istəyirlər. Deyirlər, niyə bu məhsul Ermənistanda bahadır, Gürcüstanda ucuz? Çünki logistika xərcləri qiymətə daxil olur. Yol barədə danışarkən, “maneəsiz” sözündən qıcıqlanırlar. Bundan qıcıqlanan həmin Köçəryandır ki, prezident olarkən Mehrini Qarabağla dəyişdirməyi təklif etmişdi”. Ermənistan müxalifəti isə hesab edir ki, Bakı tələb etdiyi dəhlizi alıb. O da qeyd edilir ki, Bakı paraflanmış sülh müqaviləsini imzalamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilkin şərtində israr etməkdə davam edir. Ermənistan Ədliyyə Nazirliyi hazırda yeni konstitusiya layihəsinin hazırlanması ilə məşğuldur. O, növbəti parlament seçkilərindən sonra referenduma çıxarılacaq. Baş nazir və komandası israrla hazırkı konstitusiyanın legitimlik problemlərinin olduğunu və yenisinin qəbul edilməsinin zəruriliyini əsaslandırır. Bakının sülh müqaviləsini imzalaması üçün daha bir ilkin şərt artıq yerinə yetirilib, otuz ilə yaxındır Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun buraxılması olub. Ermənistan Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen İrəvan və Bakının bu qərarını alqışlayıb: “Bəli, Minsk strukturları dekabrın 1-dən gec olmayaraq bağlanacaq”. Minsk qrupu ləğv edildikdən sonra Qarabağda yaşamış erməni sakinlərinin qaytarılması məsələləri necə həll olunacaq? ATƏT rəsmisi bu sualı cavabsız qoyub, əvəzində regionda bərqərar olan sülhü dəstəklədiklərini, əməkdaşlığın iqtisadi gündəmdə olacağını vurğulayıb. Bu, bir daha sözügedən məsələnin artıq dünya gündəmindən çıxdığını göstərir. Elə Ararat Mirzoyanın da sözlərinə əsasən, hökumətin bu məsələ ilə bağlı siyasəti ondan ibarətdir ki, Qarabağdan gələn ermənilər Ermənistanda öz həyatlarını davam etdirməlidirlər.

Samirə SƏFIROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ