Bazar ertəsi günü, 17 avqust 2026
     

“Ramiz Mehdiyev əfsanəsi” - genişmiqyaslı əməlləri təklikdə necə törədib?...

Image


24 il Azərbaycanda Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ölkə gündəmində geniş rezonans doğuran hadisələrdən biridir. Oktyabrın 14-də Səbail rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçilib.

Vəkil Pərviz Məmmədovun sözlərinə görə, R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələriylə ittiham verilib.

Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdir. On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmədir. Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma zamanı üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Lakin Azərbaycan qanunlarına görə, yaşı 65-dən yuxarı olan kişilər və qadınlar, həmçinin cinayət törədərkən yetkinlik yaşına çatmayanlara ömürlük həbs cəzası verilmir. 87 yaşlı R.Mehdiyev haqqında cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) İstintaq Baş İdarəsində aparılır. Bir daha qeyd edək ki, R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib. Ardından 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. 1993-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olmuş R.Mehdiyev 2021-ci ildən sonra həmin partiyanın Veteranlar Şurasının üzvüdür. Ramiz Mehdiyev “Şərəf”, “İstiqlal”, Heydər Əliyev ordenləri ilə təltif edilib.

Mediada vaxtaşırı yayılan məlumata görə, Ramiz Mehdiyev Rusiya kəşfiyyat dairələrinin və Moskva ideoloji mərkəzlərinin Azərbaycandakı ən etibarlı dayaq nöqtəsi olub. Burada həmin şəxsin bioqrafiyasına nəzər salmaq da maraqlı mənzərə üzə çıxarır. Ramiz Mehdiyev 1938-ci ilin aprelində Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. Fəlsəfə elmləri doktoru, akademikdir. Həqiqi dövlət müşaviridir. Tərcümeyi-halındakı çoxsaylı titullar içərisində, Azərbaycanda Kommunist partiyası mərkəzi komitəsinin katibi vəzifəsi də var. 1994-1995-ci ildə Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri idi. Ramiz Mehdiyev həm də Təhlükəsizlik Şurasının katibi kimi vəzifəni tutub. Daha sonra 2019-cu ilin iyununda həmin vəzifəyə Ramil Usubov təyin edildi. Bu təyinatdan az sonra Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gələrkən Şura sədrilə yox, Ramiz Mehdiyevlə görüşmüşdü. O zaman bu diqqət çəkmiş, Ramiz Mehdiyevin Moskvaya bağlılığı və Kremlin ona dəstəyi haqda iddialar yenidən gündəmə gəlmişdi. Bəzi ekspertlərsə, hətta onu “Moskvanın Azərbaycandakı gözü və qulağı” adlandırırdılar. Siyasi karyerası boyunca Mehdiyev dəfələrlə Rusiyaya səfərlər edib, bunu akademik araşdırmalar və konfranslarda iştirakla əsaslandırıb. Fəqət müstəqil analitiklərin məlumatına görə, onun səfərləri tez-tez Rusiya siyasi dairələrinin nümayəndələri ilə qeyri-rəsmi görüşlərlə üst-üstə düşmüşdü.Yenə iddaialara əsasən, o, 1995–2019-cu illər ərzində Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə Rusiyanın təsirini legitim siyasi qərarların, kadr təyinatlarının və informasiya axınının içərisinə yerləşdirib. O, müxtəlif çevrələrdə “köhnə, kobud qaydalarla mübarizə aparan, islahat əleyhdarı” kimi tanınıb. Hətta zaman-zaman yerli mətbuat beynəlxalq qurumların Ramiz Mehdiyevi “islahat əleyhdarı kimi” vəzifədən uzaqlaşdırmaq tələbini gündəmə gətirdiyini də yazırdı. 2004-cü ildə Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının fəxri üzvü seçilib. Bu hadisə, xüsusilə Azərbaycanla Rusiya arasında Qarabağ münaqişəsinə görə münasibətlərin sərinləşdiyi bir dövrdə baş verdiyi üçün ölkə ictimaiyyətində suallar doğurmuşdu. Rəmiz Mehdiyev tez-tez Azərbaycanın xarici siyasətində "çoxvektorluluq" siyasətini dəstəklədiyini bildirirdi. Bu yanaşma əksər hallarda Rusiyaya yaxınlaşmaq cəhdi kimi qiymətləndirilirdi. O, Azərbaycanın Qərblə yaxınlaşmasını tənqid edir və Moskva ilə strateji tərəfdaşlıq ideyasını fəal şəkildə irəli sürürdü. Yenə iddialara əsasən, bu şəxsin Rusiya maraqlarına xidmət fonunda əsas missiyalarından biri Azərbaycanın təbii müttəfiqi olan Türkiyənin önünü kəsmək, iki ölkənin qardaşlıq münasibətlərini baltalamaq olub. Təsadüfi deyil ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə bir dəfə də olsun Türkiyəyə səfər etməyib. Deyilənlərə əsasən, bu, birbaşa Kremlin tapşırığı idi və Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaq məqsədi daşıyırdı. Məhz Ramiz Mehdiyev və şəbəkəsi vəzifədən getdikdən sonra Azərbaycan-Türkiyə münasibətləri öz axarına düşdü, ölkəmizdə Rusiyanın təsiri azaldı. Buna qədər isə ekspert çevrələri uzun illər Mehdiyevi Rusiyanın Bakıda qurduğu “beşinci kolon”un rəhbəri kimi qiymətləndiriblər.

Bu şəxs uzun müddət “boz kardinal” ləqəbi ilə tanınıb. Həmin ləqəb adətən formal vəzifə daşıyıb, üzdə fəal olmayan, amma arxada ciddi güc sahiblərinə verilir. Fransada XIII Lüdovikin zamanında ölkəni faktiki olaraq “qırmızı kardinal” adlandırılan Rişelyö idarə edirdi, onun arxasında isə heç bir vəzifəsi olmayan boz geyimli – “boz kardinal” Jozef ata dayanırdı. Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri də olub. Hərçənd adının korrupsiya və ya rüşvət qalmaqallarında hallandığı az olmayıb. Məsələn, bir neçə il öncə ləğv olunmuş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yaydığı videomateriallarda Ramiz Mehdiyevin adı da çəkilməkdə idi. Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) apardığı araşdırmalara əsasən, 2016-cı ildə Ramiz Mehdiyevin ailə üzvlərinin adına Kipr və Britaniya Virgin adaları kimi müxtəlif yurisdiksiyalarda ofşor hesablar açılmışdı. ICIJ-in məlumatına görə, bu hesablar Rusiya şirkətləri ilə əlaqəli aktivlərin idarə olunması üçün istifadə edilmişdi. Rusiya kadastr sistemindən alınan məlumatlar göstərir ki, Mehdiyevin qohumlarının adına Moskva ətrafında iki elit villa qeydiyyata alınıb. Bu villalardan biri Rusiyanın yüksək səviyyəli məmur və oliqarxlarının məskunlaşdığı məşhur Barvixa qəsəbəsində yerləşir. Əmlakın dəyəri 10 milyon dolları keçir. 2018-ci ildə yayımlanan diplomatik hesabatlara əsasən, Rəmiz Mehdiyev Rusiyanın Bakıdakı səfirliyinin nümayəndələri ilə fəal şəkildə əlaqə saxlayırdı. Hesabatlardan birində qeyd olunurdu ki, Mehdiyev Rusiya rəsmiləri ilə bir neçə dəfə qeyri-rəsmi şəraitdə görüşlər keçirmişdi. Mediada belə məqama da diqqət çəkilir ki, Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində qələbəsi birbaşa olaraq 2019-cu ildən başlanan daxili təmizləmə ilə əlaqələndirilə bilər. Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı şəxslərin hakimiyyət strukturlarından uzaqlaşdırılması sayəsində Azərbaycan azad hərəkət edərək, ərazi bütövlüyünü bərpa edib. O da maraqlı nüansdır ki, Ramiz Mehdiyevin istintaqa cəlb olunması Rusiya–Azərbaycan münasibətlərində yeni normallaşma dövrünə təsadüf edir. Burada xatırladaq ki, cari ildə Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi olan “Rus Evi”nin fəaliyyəti dayandırılıb. Bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması da məlumdur. Əvvəla qeyd edək ki, “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub. İddialara görə, şəbəkəyə məhz Ramiz Mehdiyev rəhbərlik edib. Bu şəxsin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar olub. Amma bunlar yavaş-yavaş ifşa olunurlar. Hər halda Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsi də çox söz deyir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ