şənbə günü, 17 oktyabr 2026
     

Erməni politoloq İlham Əliyevin təşəkkürünü tam yanlış yozdu...

Image


Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması Ermənistanda getdikcə daha böyük narahatlqı predmetinə çevrilir. Burada hesab edilir ki, proses Azərbaycanın Cənubi Qafqazda mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Məsələ ilə bağlı erməni politoloq Akop Badalayan bildirir: “Rusiya-Azərbaycan münasibətləri “mülayim” və “soyuq” dövrlərin bir-birini tez-tez əvəz etdiyi mürəkkəb bir sistemdir. Düşənbə görüşünə gəlincə, son bir ildə, xüsusən də təyyarə qəzasından sonra ilk dəfə keçirilən görüş müəyyən razılaşmaların nəticəsi idi. Danışıqların əvvəlinin demək olar ki, tamamilə təyyarə qəzası mövzusuna həsr olunması xarakterikdir. Burada Putinin dedikləri də diqqət çəkirdi. Rusiya liderinə faciənin yeni təfərrüatı barədə görüşdən bir-iki gün əvvəl məlumat verilib. Bu açıqlama suallar doğurur, çünki fəlakət ötən ilin dekabrında baş verib və o zaman Putin-Əliyev arasında telefon danışığı baş tutub. Ona görə də söhbət köhnə hadisələrdən yox, bəzi yeni təfərrüatdan gedir.

Azərbaycan prezidentinin verdiyi təfərrüatlı məlumata görə Putinə təşəkkür etməsi isə Rusiyanın mühüm, yeni bir informasiya təqdim etdiyini deməyə əsas verir. Məhz bu dəyişiklik iki lider arasındakı atmosferə təsir edə bilər...Ehtimal etmək olarmı ki, söhbət təkcə texniki detallardan deyil, həm də daha dərin geosiyasi aspektlərdən gedir?”. Rusiyadan olan politoloq Vitali Arkov qeyd edir ki, əslində erməni tərəfinin narahatlığına əsas yoxdur: “Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyur. Düşənbə görüşü iki ölkə münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu. İki ölkə arasında yaranmış gərginlik müvəqqəti idi və artıq arxada qalıb. Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı Rusiyanın və Azərbaycanın dövlət başçıları bunu açıq şəkildə nümayiş etdirdilər. Tərəflər qeyd etdilər ki, 2025-ci ilin ilkin nəticələrinə əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 16 faiz artacaq”. Politoloqun sözlərinə görə, yaranmış fikir ayrılıqları müəyyən müddət davam etsə də, müəyyən məqsədli qüvvələr istəklərinə nail ola bilməyiblər: “Bu qüvvələr münasibətlərdəki müvəqqəti çatları dərinləşdirərək uçuruma çevirmək niyyətində idilər. Lakin Rusiyanın və Azərbaycanın liderlərinin müdrikliyi bu məkrli planların həyata keçməsinə imkan vermədi. İlkin mərhələdə qarşılıqlı iradlar və emosional reaksiyalar müəyyən gərginlik yaratsa da, sonrakı dövrdə hər iki tərəf münasibətlərin normallaşdırılması üçün siyasi iradə nümayiş etdirdi. Bu proses asan olmadı, çünki tərəflərdən heç biri öz prinsipial mövqeyində güzəştə getmiş kimi görünmək istəmirdi. Lakin Düşənbədə keçirilən danışıqların nəticələri göstərdi ki, Rusiya və Azərbaycan bir-birini dinləyə və anlaya bildilər, bir sıra həssas məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu”. Xatırladaq ki, Ermənistan uzun illər Rusiyanın strateji tərəfdaşı hesab olunurdu. Lakin son hadisələr — xüsusilə 2020 və 2023-cü illərdəki hərbi və siyasi dəyişikliklər Moskva ilə İrəvan arasında gərginliyi artırdı. Rusiya ilə münasibətlərin soyuması fonunda Azərbaycanla Moskva arasında dialoqun artması Ermənistanın regiondakı mövqeyini zəiflədir. Bu, onu Qərbə yönəlməyə məcbur edir, lakin Qərb də bu dəyişikliyi ehtiyatla qarşılayır. Rusiya-Azərbaycan münasibətlərinin sabitləşməsi Moskvanın İrəvana hərbi dəstəyini məhdudlaşdırır, çünki Rusiya artıq Cənubi Qafqazda balanslı siyasət aparmağa üstünlük verir. Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi Ermənistanı regiondakı strateji layihələrdən kənarda qoyur. Şimal–Cənub və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutları region dövlətləri üçün yeni imkanlar açır. Bu layihələr həm enerji, həm ticarət, həm də logistika baxımından gələcək illərin əsas gəlir mənbələrinə çevrilə bilər. Lakin Ermənistan bu layihələrin heç birində iştirak etmir. Bu isə onun iqtisadi təcridini dərinləşdirir və regional proseslərdə söz sahibi olmaq imkanını azaldır. Əvəzində Azərbaycan bu dəhlizlərin mərkəzində dayanaraq həm iqtisadi, həm də diplomatik cəhətdən mövqelərini möhkəmləndirir.

Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafı Ermənistanın daxili siyasətinə də təsirsiz ötüşmür. Cəmiyyətdə iki əsas düşərgə formalaşıb: biri Qərbə inteqrasiyanı, digəri isə Rusiyaya bağlı qalmağı müdafiə edir. Bu parçalanma Ermənistanın siyasi sistemində gərginlik yaradır və onun xarici siyasət kursunda qeyri-müəyyənliklər doğurur. Hakimiyyət Qərbə yaxınlaşmaqla regionda yeni müttəfiqlər qazanmağa çalışsa da, reallıqda nə Avropa, nə də ABŞ Ermənistan üçün təhlükəsizlik təminatçısı ola bilmir. Beləliklə, İrəvan öz diplomatik seçimlərinin məhdudluğu ilə üzləşib. Azərbaycan bu fonda həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu möhkəmləndirərək real güc mərkəzinə çevrilir. Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq Bakı üçün əlavə diplomatik üstünlüklər yaradır. Bunu hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da xüsusi vurğulayır. O, ilk növbədə diqqəti ona yönəldir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında qurulub. Onun sözlərinə görə, iki ölkə liderlərinin verdiyi siyasi mesajlardan çıxış etmək vacibdir: “Putin və Əliyevin göndərdiyi mesajlar iki dövlətin başçılarının Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı üçün tamhüquqlu formata gəlmək istədiklərini açıq şəkildə göstərir”. Ekspert qeyd edib ki, görüşün özü MDB sammiti çərçivəsində baş tutub və bu format prinsipial əhəmiyyət daşıyır: “Bu, çox vacibdir, çünki biz hamımız postsovet məkanında manipulyasiyanı və xarici aktorların təsir imkanlarını aradan qaldırmaqda maraqlıyıq. Təəssüflər olsun ki, MDB ölkələri arasında təfriqə yaratmaq istəyənlər çoxdur, lakin məhz liderlərin kollektiv iradəsi müsbət trendləri müəyyən etməyə qadirdir”. Korotçenko əmin olduğunu bildirib ki, sammitdə və ikitərəfli görüş zamanı səslənən siqnallar dinləniləcək və Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin bütün spektrinin inkişafı üçün yeni əlverişli ab-hava yaranacaq: “Qarşılıqlı əlaqənin dəyərini mükəmməl başa düşürük və iki lider arasındakı görüşdən sonra bizə az sevinc və daha çox kədər gətirən səhifələri çevirməyi düşünə bilsək, irəliyə doğru hərəkət üçün üfüq aydın görünür”. Ekspertin sözlərinə görə, bu gün ikitərəfli gündəlikdə iqtisadiyyat əsas rol oynayır: “Biz dayanıqlı inkişafda, irəliləyişdə, iqtisadi əlaqələrin gücləndirilməsində, regional əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıyıq. Qloballaşmanın çökdüyü bir şəraitdə ikitərəfli iqtisadi əlaqələrin, eləcə də MDB kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla və üçüncü ölkələrin kənar təzyiqləri olmadan inkişaf etməsi çox vacibdir”. O xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr fəal inkişaf edir: “Rusiya baş nazirinin müavini Aleksey Overçuk azərbaycanlı həmkarları ilə fəal işləyir. Prezidentlər Putin və Əliyev arasında keçirilən görüş və danışıqların yekunlarına əsasən, iqtisadi-ticari əməkdaşlığı daha da genişləndirmək, qarşılıqlı əmtəə dövriyyəsinin həcmini artırmaq, yeni maraqlı layihələri davam etdirmək üçün gözəl imkanlarımız var”. İ.Korotçenko müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirib: “Ötən dövrdə Rusiya Azərbaycana beş milyard dollardan çox dəyəri olan silah tədarük edib. Rusiya Bakıda keçirilən və regionda ən böyük sərgiyə çevrilmiş ADEX beynəlxalq silah sərgisinin fəal iştirakçısıdır və bu tədbirə həmişə qatılıb”. Hərbi analitikin fikrincə, mühüm hərbi texnikanın istehsalını əhəmiyyətli dərəcədə artıran Rusiyanın müdafiə sənayesi həm daxili, həm də ixrac sifarişlərini yerinə yetirmək iqtidarındadır: “Bakının marağı nəzərə alınmaqla, perspektivli layihələr, o cümlədən Rusiyanın müasir Su-35 qırıcılarının Azərbaycan Hərbi Hava Qüvvələrinə mümkün tədarükü danışıqlar masasında qalır. Bu, yüksəksəviyyəli təhlükəsizliyi təmin etməyə imkan verən əla çoxməqsədli təyyarədir”. O, həmçinin ehtimal edib ki, gələcəkdə əməkdaşlığın digər sahələri, o cümlədən artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan Rusiya hərbi texnikasının modernləşdirilməsi və yeni silahların tədarükü də müzakirə oluna bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ