şənbə günü, 17 oktyabr 2026
     

Əfqanıstanla Pakistanın qarşıdurmasını qızışdıran ölkə var…

Image


Əfqanıstan və Pakistan arasında son dörd ilin ən böyük toqquşması uzun müddətdir davam edən münaqişənin növbəti təhlükəli eskalasiyası oldu. Proses Azərbaycanda da diqqətlə izlənilir. Xüsusən də o kontekstdə ki, Pakistan ölkəmizin strateji tərəfdaşıdır.

İndilikdə müşahidə edilən odur ki, qarşılıqlı ittihamlar, hava reydləri, sərhəd zastavalarına hücumlar iki ölkə arasında gərginliyin pik həddə çatdığını göstərir. ABŞ prezidenti Donald Tramp artıq iki tərəf arasında sülhə vasitəçilik edəcəyinə söz verib. Xatırladaq ki, oktyabrın 11-dən 12-nə keçən gecə 2600 kilometrdən çox Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlər getdi. Hadisələr sürətlə inkişaf etdi: Əfqan Taliban qüvvələri bir neçə bölgədə, o cümlədən Hayber Paxtunxva və Bəlucistanda Pakistan sərhəd postlarına hücum edib. Taliban sözçüsü “əməliyyatın” uğurlu olduğunu deyib. Pakistan ordusu Talibanın Pakistan üzərinə təhriksiz hücum etdiyini, İslamabadın özünü müdafiə etməkdən ötrü hücumun qarşısını aldığını bildirib. İddiaya görə, Pakistanın rəqibi Hindistan toqquşmalarda Talibana dəstək verib. Bu fonda Pakistan ordusu ağır artilleriya, tanklar, pilotsuz təyyarələr və döyüş təyyarələrindən istifadə edərək cavab zərbələri endirib. Pakistan mediasının məlumatına görə, Əfqanıstanın onlarla sərhəd məntəqəsi və qərargahı müvəqqəti olaraq ələ keçirilib. Hər iki tərəf müxtəlif itki rəqəmlərini təqdim edib: Taliban 58 pakistanlı əsgərin öldürüldüyünü bildirdi, Pakistan isə yalnız 23 əsgərinin öldüyünü rəsmən etiraf etdi və 200-ə yaxın yaraqlını məhv etdiyini bəyan etdi. Əfqanıstana hücuma təkan verən Pakistanın oktyabrın 9-da Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri olub. Həmin gün axşam saatlarında Kabildə partlayışlar olub, ertəsi gün isə Kabillə yanaşı Paktika əyalətində də hava zərbələri endirilib. Taliban dərhal Pakistanı günahlandıraraq, hadisəni suverenliklərinin pozulması adlandırıb.İslamabad rəsmi olaraq məsuliyyəti öz üzərinə götürməsə də, ölkənin təhlükəsizlik güclərindəki mənbələr Kabildəki zərbənin hədəfinin Pakistanda qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” və ya “Pakistan Talibanı” qrupunun lideri olduğunu bildirib. İslamabadda bu təşkilat “Fitnə əl-Xəvaric” kimi tanınır. Beləliklə, Taliban hücumu həmin partlayışlara cavab olaraq təqdim edilib. 2025-ci ilin oktyabrında gərginlik Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqinin Hindistana tarixi səfəri zamanı baş verib. Səfər zamanı tərəflər Kabildə Hindistan səfirliyinin açılması və əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. İslamabad Kabillə əsas geosiyasi rəqibi olan Yeni Dehlinin yaxınlaşmasına birbaşa təhlükə kimi baxır və Hindistanla şərq sərhədində yüksək döyüş hazırlığını elan edib. Istisan deyil ki, Əfqanıstanı Pakistana qarşı elə Hindistan qızışdırır. Iki ölkə arasında 2600 km-dən çox uzanan Durand xətti 1893-cü ildə Britaniya tərəfindən Hindistanla Əfqanıstanı ayıran xətt kimi yaradılıb. 1947-ci ildə Britaniya Hindistanının bölünməsindən sonra ərazi Pakistana verildi, lakin Əfqanıstan onu rəsmi sərhəd kimi tanımaqdan imtina etdi. Bu faktiki olaraq işarələnməmiş sərhəd dünyanın ən təhlükəli ərazilərindən biri olaraq qalır.

İslamabad davamlı olaraq Əfqanıstan Talibanının “Təhrik-e-Taliban Pakistan”ı dəstəklədiyini vurğulayır. 2021-ci ildə Taliban Kabildə hakimiyyətə qayıtdıqdan sonra Pakistanda “Təhrik-e-Taliban Pakistan” hücumlarının sayı xeyli artıb. Lakin Kabil bu hərəkatın üzvlərinə sığınacaq verməklə bağlı ittihamları rədd edir. Üstəlik, Taliban qruplaşmadan İslamabada təzyiq vasitəsi kimi istifadə edir. “Təhrik-e-Taliban Pakistan” Pakistan hökumətini devirmək istəyən bir sıra fərqli fraksiyalardan ibarət radikal qrupdur. Hazırda iki ölkə arasında münasibətlərdə böhranın əsas səbəbi budur. Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən bəri Pakistan onları təhlükəsiz sığınacaq verməkdə və oradan Pakistan ərazisinə hücumlar planlaşdıran və həyata keçirən “Təhrik-e-Taliban Pakistan” yaraqlılarına dəstək verməkdə ittiham edir. Tarixən İslamabad Əfqanıstan Talibanını dəstəkləyib, lakin “Təhrik-e-Taliban Pakistan”ın Pakistan torpaqlarına hücumlarının sayının artması ilə Talibanla münasibətləri pisləşib. Son aktiv döyüşlər isə uzun sürməyib. Oktyabrın 12-də Taliban hərbi əməliyyatlarının başa çatdığını elan edib. Sürətli atəşkəs hər iki tərəfi təmkinli olmağa çağıran Qətər, Səudiyyə Ərəbistanı və İran da daxil olmaqla regional güclərin fəal diplomatik müdaxiləsinin nəticəsidir. Bununla belə, münaqişənin həlli çətin görünür. Nə qədər ki, Əfqanıstanda Taliban “Təhrik-e-Taliban Pakistan”ı cilovlamaqdan imtina edir və Pakistan Əfqanıstan torpaqlarına zərbələri yeganə təsirli cavab kimi görür, qarşıdurma davam edəcək. Eyni zamanda, Kabil və İslamabad arasında genişmiqyaslı müharibə ehtimalı çox azdır, çünki Əfqanıstan nüvə silahına malik Pakistanla açıq qarşıdurmada maraqlı deyil və Pakistanın əsas diqqəti və qüvvələri şərq sərhədində və Hindistanda cəmləşdiyi üçün İslamabad uzunmüddətli hərbi əməliyyatlara qoşulmaq istəmir. Bununla yanaşı, regionun geosiyasi əhəmiyyəti və burada maraqları olan böyük dövlətlərin mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirir. Pakistan-Əfqanıstan münasibətlərində baş verən hərbi toqquşmalar təkcə ikitərəfli böhran deyil, həm də Cənubi və Mərkəzi Asiyanın ümumi təhlükəsizlik sisteminə təsir edə biləcək amil kimi qiymətləndirilir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ