şənbə günü, 17 oktyabr 2026
     

Sabiq prezident İlham Əliyevin 2014-cü ildəki məktubuna susdu...

Image


Akif Nağı: “Sarkisyana susmaq sərf edirdi, çalışırdı ki, bu məsələ çox hay-küyə səbəb olmasın, diqqəti cəlb etməsin...”

29 may 2014-cü ildə Avrasiya İqtisadi Birliyinin (AİB) təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub və məktub oxunarkən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan başını aşağı salaraq dinləyib.

O vaxt Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycan liderinin məktubuna heç bir cavab verməməsinin səbəbləri barədə onun keçmiş mətbuat katibi Samvel Farmanyan erməni mətbuatına açıqlama verib.

“Serj Sarkisyanın 10 illik prezidentliyinin ən çox müzakirə olunan və tənqid edilən epizodlarından biri, şübhəsiz ki, 2014-cü ilin mayında Astanada baş vermiş hadisədir.

Xatırlatmaq istəyirəm: Avrasiya İqtisadi İttifaqının (AİB) dövlət başçılarının görüşündə Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidentinin məktubunu oxudu və onun Ermənistanın Dağlıq Qarabağın da daxil olduğu sərhədləri daxilində AİB-yə daxil olması ilə bağlı narahatlığını çatdırdı.

Xalqımızın və dövlətimizin başına gələn fəlakətlərdən sonra çox şey əvvəlki mənasını itirdiyindən, baş verənlərin əsl səbəblərini 11 ildən sonra da işıqlandıra biləcək və Sarkisyanın susqunluğunu izah edə biləcək şeylərin üzə çıxarılmasını - ən azı tarix naminə - zəruri hesab edirəm.

Əminəm ki, siyasi həyatımızda baş verən uğursuzluqlar və fəlakətlər böyük siyasətin ən mühüm nüanslarının ictimaiyyətin diqqətindən kənarda qalması, hər cür mif və spekulyasiyalara təkan verməsi ilə izah olunur”.

Farmanyan bildirib ki, Nazarbayev Əliyevin adından Ermənistanın AİB-yə üzvlüyü ilə bağlı danışıb və mahiyyətcə Dağlıq Qarabağın Ermənistanla yanaşı AİB-nin iqtisadi məkanına daxil olmayacağını müəyyən etmək istəyib. Framanyan bildirib: “O vaxt Ermənistan hakimiyyəti əvvəlcədən bilirdi ki, Əliyev Nazarbayev və Lukaşenkoya yaxınlaşıb və Nazarbayev məsələni Astana sammitində qaldırmaq niyyətindədir. Üstəlik, Serj Sarkisyan bundan xəbərdar idi, lakin yenə də cavab verməmək qərarına gəldi və bunun səbəbi budur:

1. Ermənistanın AİB-yə daxil olması artıq əsas oyunçu - Rusiya prezidenti ilə razılaşdırılıb. Öz xalqının gözündə “maço” görünmək üçün Nazarbayev və ya Lukaşenko ilə nə üçün şifahi söz savaşına çıxmaq lazımdır ki, bu onların məqsədlərinə çatmayacaq və əksinə, əslində zərərli ola bilərdi? EAEU-da qərarlar konsensusla qəbul edilir. Nazarbayev və Lukaşenko Əliyevin narahatlığını açıq şəkildə ifadə edə bilsələr də, Putinlə artıq razılaşdırılmış qərarı əngəlləmək üçün gücləri yox idi.

2. Əliyevin məktubuna əlavə olaraq Nazarbayevin əlində daha bir sənəd - Ermənistan adından ÜTT-yə 2002 və ya 2003-cü ildə göndərilmiş rəsmi məktubun surəti var idi. Bu məktubda - Azərbaycanın xahişi ilə - Ermənistan rəsmi şəkildə əmin etdi ki, BMT-yə daxil olarkən olduğu kimi, ÜTT-yə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşulur. Yəni Alma-Atı bəyannaməsinin məntiqinə uyğun olaraq.

Prezident Sarkisyan belə bir məktubun həqiqətən mövcud olduğunu və Nazarbayevin əlində olduğunu yaxşı bildiyindən, hətta öz reputasiyası bahasına olsa belə, susmağa üstünlük verdi. Çünki o, Nazarbayevə cavab versəydi, bəlkə də məktubu hazırlayıb mətbuatda dərc edə bilərdi. Bu, təkcə Ermənistanın ozamankı mövqeyinə deyil, həm də əvvəlki hakimiyyətin, xüsusilə Robert Köçəryanın reputasiyasına ciddi zərbə vurmuş olardı. Reallıq bu idi”.

Sarkisyan 2014-cü ildə Əliyevin məktubuna niyə susdu?

“...Öz məkrli niyyətlərini sakit şəkildə həyata keçirmək istəyirdi”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidenti həmişə bu məsələnin dinc yolla, qarşılıqlı anlaşma şəratində həll olunmasını istəyib. “Ermənistan isə müxtəlif yollarla, müxtəlif vasitələrlə öz aləmində “üstün vəziyyətindən” Azərbaycana qarşı istifadə etmək və yaxud beynəlxalq və regional birlikləri fakt qarşısında qoymaq niyyətində olub. Açıqlamadan da göründüyü kimi, hətta Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzv olarkən də Sarkisyan buna cəhd edib və orda müəyyən söhbətlər olub. Azərbaycan Prezidenti həmin dövrdə onların o təşəbbüslərinin qarşısını diplomatik yolla alıb və Ermənistan həmin təşkilata BMT tərəfindən tanınan sərhədləri ilə daxil olmalı olub. Bu, Ermənistan diplomatiyasının cəhdi idi ki, heç kəsin diqqətini cəlb etmədən “Dağlıq Qarabağı” Ermənistanla birgə hansısa beynəlxalq proseslərin iştirakçısına, subyektinə çevirsin. Bu erməni siyasətidir. Onlar bu məqsədə çatmaq istəyirdilər, amma Azərbaycan diplomatiyası buna imkan vermirdi. Onlar Avrasiya İqtisadi Birliyinə üzv olarkən də həmin üsuldan istifadə etmək istəyirdilər. Azərbaycan dövləti də qabaqlayıcı diplomatik addımlar atdı. Bu addımın mahiyyəti ondan ibarətdir ki, Nazarbayev də, Likaşenko da o dövrdə o təşkilatlarda söz sahibi idi. Azərbaycan Prezidenti öz borcunu yerinə yetirdi ki, mən sizə xəbərdarlıq edirəm, əgər Ermənistan hansısa məkrli niyyətlərlə Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyirsə, bu, Azərbaycan tərəfindən mənfi qarşılanacaq və Azərbaycan o məsələ ilə bağlı addımlarını ata bilər. Bununla bağlı Nazarbayevin də mövqeyi yüksək dəyərləndirilməlidir ki, Azərbaycan tərəfinin müraciətinə diqqətlə yanaşıb, onu həm ictimailəşdirib, həm də çox böyük ehtimal ki, Putinlə söhbətində də bu məsələni gündəmə gətirib. Avrasiya İqtisadi İttifaqı ideyasının özü Nazarbayevə məxsusdu. Ən azından bu, Putinlə razılaşdırılmışdı, müəlliflik hüququ Nazarbayevdə idi. İkisinin təklifi idi, amma daha çox Nazarbayevin təklifi idi. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin onu da vurğuladı ki, Avrasiya İqtisadi İttifaqının yaradılmasına təşəbbüs Nazarbayev tərəfindən irəli sürülüb. Azərbaycan Prezidenti bilirdi ki, kimə müraciət etmək lazımdır”.

A.Nağı qeyd etdi ki, Sarksiyanın Əliyevin məktubuna cavab verməməsi müxtəlif cür izah oluna bilər, başlıca səbəblərdən biri isə daxili və xarici amillərlə bağlıdır.

“Sarkisyan niyə susurdu? İlk növbədə Sarkisyan bu məsələni gündəmə gətirmək istəmirdi, çünki öz məkrli niyyətlərini sakit şəkildə həyata keçirmək istəyirdi. Sarkisyan faktiki olaraq “Dağlıq Qarabağ”ın həmin qurumda təmsilçiliyini nəzərdə tuturdu. Putinə arxalanırdı ki, o bu vəziyətdə ona dəstək verəcək. “Dağlıq Qarabağ” Ermənistanın işğalı altında idi, oranın iqtisadi proseslərində də iştirak edirdi, büdcələri də, maliyyə axını da Ermənistandan gəlirdi. Faktiki olaraq Qarabağı özlərinin iqtisadi zonası, ərazisi kimi istifadə edirdilər. O vəziyyətdə Sarkisyana susmaq sərf edirdi, çalışırdı ki, bu məsələ çox hay-küyə səbəb olmasın, diqqəti cəlb etməsin. Susmasının məqsədi o idi ki, həm MDB çərçivəsində bu məsələ müzakirəyə çıxmasın, əlavə suallara cavab verməli olmasın, həm də daxildə hay-küy yaratmasın. Yaxud, əgər Azərbaycan Prezidentinin məktubuna cavab versəydi, bu, MDB içərisində Ermənistana qarşı rəy yarada, onun ilhaq cəhdi kimi görsənə bilərdi. Eyni zamanda Ermənistanın daxilində də suallar yarada bilərdi ki, Sarkisyan Əliyevə cavab verdisə, demək “Dağlıq Qarabağ” yoxdu, biz o təşkilata Qarabağsız qoşuluruq. Hamı bilirdi ki, orda gedən proseslər Ermənistanla bağlı idi. Hesab edirəm, bu, Putinlə Sarkisyan arasında bir razılaşma idi ki, sakit şəkildə o proseslər aparılsın. Yavaş-yavaş həm MDB-yə, həm də dünyaya Qarabağın Ermənistanla bir yerdə olduğunu nümayiş etdirsinlər, dünyanı fakt qarşısında qoysunlar. Ona görə də Sarkisyan MDB çərçivəsində narazılığın olmaması, yenidən məsələnin müzakirəyə çıxmaması, həm də daxildə müəyyən müzakirələrin olmaması üçün susdu”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ