Bazar günü günü, 18 oktyabr 2026
     

Xəzərdə 4 tərəfli hərbi təlim qərarı - Orta Dəhlizə təhlükə ola bilər...(?)

Image


Sankt-Peterburqda keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü çərçivəsində İran, Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizində hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənəddə sahilyanı ölkələr arasında dənizdə əməkdaşlığın gücləndirilməsi, eləcə də Xəzər dənizində təhlükəsizliyin təmin olunması üzrə öhdəliklər öz əksini tapıb. Sazişin əsas müddəalarından biri regiondankənar dövlətlərin Xəzərin daxili işlərinə müdaxiləsinin qarşısının alınması ilə bağlı ortaq razılaşmadır.

İRNA agentliyinin məlumatına görə, tərəflər vurğulayıblar ki, Xəzər dənizi yalnız beş sahilyanı dövlətə məxsusdur və bu dənizlə bağlı istənilən qərar yalnız həmin ölkələrin iştirakı ilə qəbul edilə bilər.

Bu razılaşma Orta Dəhliz layihəsinin Transxəzər seqmentinə müəyyən dərəcədə maneə yarada bilər. Çünki Orta Dəhlizin tam fəaliyyətə başlaması Xəzəryanı beş dövlətdən ikisinin - Rusiya və İranın maraqlarına uyğun deyil. Bunun səbəbi ondan ibarətdir ki, Orta Dəhlizə alternativ kimi təqdim olunan şimal dəhlizi Rusiyadan, cənub dəhlizi isə İrandan keçir.

Baki-xeber.com nəşrinə görə, Sankt-Peterburq görüşündə İran və Rusiyanın təhlükəsizlik pərdəsi altında geosiyasi maraqlarının yatması heç kimə sirr deyil.

Oktyabrın əvvəlində Sankt-Peterburqda keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü regionun gələcək balansına təsir göstərə biləcək hadisə kimi qiymətləndirilir. Görüş zamanı İran, Rusiya, Qazaxıstan və Azərbaycan arasında “Xəzər dənizində hərtərəfli strateji əməkdaşlıq haqqında saziş” imzalanıb.

Sənəddə sahilyanı ölkələrin dənizdə qarşılıqlı təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən regiondankənar dövlətlərin Xəzər işlərinə müdaxiləsinin qarşısının alınması barədə razılıqlar öz əksini tapıb.

İRNA-nın xəbərinə görə, tərəflər bir daha bəyan ediblər ki, Xəzər yalnız beş sahilyanı dövlətə məxsusdur və bu dənizlə bağlı istənilən qərar yalnız həmin ölkələrin iştirakı ilə qəbul edilə bilər.

Bu yanaşma 2018-ci ildə imzalanmış Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın davamı sayılsa da, yeni sənədin mahiyyəti fərqlidir. Burada artıq iqtisadi deyil, hərbi-strateji elementlər ön plana çıxarılıb. Yəni Rusiya və İran iddia edir ki, Xəzərdə təhlükəsizlik iqtisadi dividendlərdən daha aktualdır. Amma bu beş Xəzəryanı dövlətdən heç biri Xəzərdə təhlükə yaratmasa, bu regionda hansı təhlükəsizliyin aktuallığından söhbət gedə bilər?

Əsas məsələ Xəzər regionunda baş verən geoiqtisadi priseslərin Rusiya və İranın maraqlarına uyğun gəlməməsidir. Bu məsələdə iki dövlət (İran və Rusiya) həmrəydir, üçüncü dövlət (Qazaxıstan) isə hələ də Moskvanın ciddi təsiri altındadır.

Orta Dəhliz Avrasiyanın yeni ticarət arteriyasıdır

Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (BTIM) – Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropanı Asiyaya birləşdirən ən qısa quru marşrutdur. 2022-ci ildən sonra, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu dəhliz Avropa və Çin arasında Rusiyadan yan keçən əsas logistika xətti rolunu qazanıb. Hazırda illik 3,5-4 milyon ton yük bu istiqamətdən daşınır, lakin potensial həcmin 30 milyon tona çatacağı gözlənilir.

Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, Orta Dəhlizin inkişafı Rusiya və İranın maraqları ilə ziddiyyət təşkil edir.

Rusiya və İran - tranzit rəqabətinin iki qütbü

Rusiya üçün əsas prioritet Şimal Dəhlizidir. Yəni Moskva Çin yüklərinin Rusiya ərazisindən keçərək Avropaya daşınmasını arzulayır. Lakin Qərb sanksiyaları bu marşrutu faktiki iflic vəziyyətinə salıb. Moskva üçün Orta Dəhlizin güclənməsi həm iqtisadi itki, həm də siyasi risq deməkdir. Çünki bu halda Cənubi Qafqaz - Türkiyə xətti yeni tranzit mərkəzə çevrilir.

İran isə Cənub və Şimal–Cənub Nəqliyyat Dəhlizləri üzərindən təsirini artırmağa çalışır. Lakin Orta Dəhlizin Transxəzər hissəsi yükləri İran limanlarından deyil, Azərbaycan və Gürcüstan üzərindən daşıyır. Bu da Tehranın tranzit gəlirlərinə və strateji roluna mənfi təsir göstərir.

Siyasi analitiklər hesab edirlər ki, Moskva və Tehran üçün “Xəzər yalnız beş ölkəyə məxsusdur” prinsipi geosiyasi təzyiq aləti rolunu oynaya bilər. Bu prinsipdən istifadə etməklə onlar Xəzərdə Qərb və Türkiyə şirkətlərinin logistik fəaliyyətlərini məhdudlaşdırmaq üçün “təhlükəsizlik” bəhanəsini gündəmə gətirə bilərlər. Bu saziş hərbi təyinatlı sənəd olsa da, onun iqtisadi nəticələri kənarda qala bilməz. Xəzərdə təhlükəsizlik pərdəsi altında formalaşan razılaşmalar əslində tranzit marşrutları üzərində nəzarəti saxlamaq məqsədi daşıyır.

Təsir mexanizmləri - birbaşa deyil, dolayı maneələr

Yeni saziş Orta Dəhlizə hüquqi baxımdan birbaşa qadağa gətirmir. Lakin onun dolayı təsir mexanizmləri aydın görünür. Məsələn, Rusiya və İran Xəzərdə bərə daşımalarına əlavə koordinasiya tələbləri qoya bilər.

Digər tərəfdən, dənizdə “təhlükəsizlik zonaları” müəyyən edilərək bəzi marşrutlar məhdudlaşdırıla bilər.

Bununla yanaşı, regiondankənar tərəfdaşlara məhdudiyyətlərin tətbiq edilməsi Türkiyə, Çin və Aİ şirkətlərinin liman və bərə infrastrukturuna investisiyalar qoymalarını çətinləşdirə bilər.

Hərbi əməkdaşlıq adı altında kommersiya gəmilərindən marşrut və texniki məlumatların ötürülməsi tələb oluna bilər.

Beləliklə, saziş Transxəzər xəttini bloklamasa da, təchizat zəncirində yeni bürokratik və siyasi risqlər yarada bilər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri: iqtisadi rasionalizm xətti

Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün Orta Dəhliz sadəcə tranzit marşrutu deyil, həm də iqtisadi dayanıqlılıq alətidir.

Azərbaycan artıq bu dəhlizin əsas logistik qovşağına çevrilib. Ələt Beynəlxalq Dəniz Limanı, BTQ dəmir yolu və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması Bakının regional nəqliyyat mərkəzi statusunu möhkəmləndirir.

Qazaxıstan üçün Orta Dəhliz Çin və Avropa bazarlarına çıxışın əsas marşrutudur. Türkmənistan isə son illərdə Kurık və Türkmənbaşı limanlarını genişləndirərək bu dəhlizə daha sıx inteqrasiya olmağa çalışır.

Xəzərin hüquqi statusu Transxəzər bərə daşımalarına tam imkan verir. Əgər Rusiya və İran bu prosesi ləngitmək istəsə, bu, daha çox siyasi jest olar, lakin bunun real hüquqi qüvvəsi mövcud deyil.

Xəzər Konvensiyasının hüdudları hüquqi müstəvidə

2018-ci ildə qəbul edilən Xəzərin Hüquqi Statusu haqqında Konvensiya Xəzəri “xüsusi hüquqi statusa malik daxili su hövzəsi” kimi tanıyır. Bu sənədin əsas prinsiplərindən biri mülki gəmiçiliyin və ticarətin azadlığıdır. Qadağalar yalnız Xəzərin hərbiləşdirilməsi ilə bağlıdır.

Beləliklə, Transxəzər marşrutu hüquqi baxımdan legitimdir və bu fəaliyyətin məhdudlaşdırılması Konvensiyanın müddəalarına zidd olardı.

Sankt-Peterburq sazişi əslində Rusiya və İranın Orta Dəhlizin qarşısında geosiyasi sipər qurmaq cəhdidir. Onlar bu sənədi normativ arqument kimi istifadə edərək Xəzərdə Qərb və Türkiyənin iştirakını məhdudlaşdırmağa çalışa bilərlər. Lakin bu strategiyanın real nəticələri məhduddur. Azərbaycan, Qazaxıstan və Türkmənistanın iqtisadi maraqları, Aİ və Çinin bu marşruta dəstəyi, eləcə də Xəzər Konvensiyasının hüquqi təminatları Orta Dəhlizi dayanıqlı edir.

Nəticə etibarilə, yeni saziş Orta Dəhlizə maneə deyil, geosiyasi təzyiq aləti kimi dəyərləndirilə bilər. Yaxın illərdə Xəzər dənizi “təhlükəsizliklə iqtisadiyyat arasında” balans uğrunda mübarizə meydanına çevriləcək.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ