Bazar günü günü, 18 oktyabr 2026
     

Avropadan kəskin seçki tənqidi - Tiflis sürətlə Kremlə sığına bilər...

Image


Abutalıb Səmədov: “Gürcüstan açıq şəkildə Qərbdən uzaqlaşıb Rusiyaya yaxınlaşmaqdadır”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə Gürcüstanda oktyabrın 4-də yerli seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub. “Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanatlarında Gürcüstandakı seçkini vurdular ki, rəqabət olmayıb, müxalifət təqib olunub və sair.

Bu seçkidən sonra Gürcüstan-Rusiya münasibətlərində aşkar yaxınlaşma başlayacaqmı?

“Qərbin acizliyi, hətta bəzən müəyyən mənada satqınlığı...”

Sözügedən bəyanatla bağlı “Bakı-Xəbər”ə şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov bildirdi ki, Gürcüstanda keçirilən son bələdiyyə seçkilərində əsas müxalifət qüvvələri iştirak etmədi və ilk növbədə Saakaşvilinin rəhbərlik etdiyi partiyanın seçkiləri boykot etməsi bələdiyyə seçkilərinin taleyini həll etdi: “Çünki seçkiyə qatılan müxalifət sayılan partiyaların elə ciddi elektoratı yox idi. Əvvəlcədən məlum idi ki, onlar seçkiləri uda bilməzlər. Bu şəraitdə müxalifət seçkilər günü kütləvi aksiya keçirib hakimiyyəti götürməyə cəhd göstərdi. Həmin gün təqribən 40 min insan toplaşdı və Gürcüstanın paytxtında etiraz tədbirləri keçirdilər, prezidentin iqamətgahına hücum olundu. Polislər və nümayişçilər arasında yaralananlar oldu, müəyyən obyektlər dağıdıldı. Onların içində həm dövlət obyektləri, həm də özəl mülkiyyət var. Hökumətin əlinə bəhanə keçdi ki, etirazçılara qarşı güc tətbiq etsin. Son illərin təcrübəsindən, təbiidir ki, Gürcüstan hakimiyyəti çox şeylər öyrənib. Bu cür hadisələr zamanı necə davranmaq lazım olduğunu da Gürcüstanda olan hakim qüvvə yaxşı bilir. Dərhal nümayişçilərə, etiraz edən insanlara qarşı bibər qazından istifadə olunub, onları su ilə vurublar...

Elan olundu ki, “Gürcü arzusu” partiyası çox böyük üstünlüklə bələdiyyə seçkilərini udub. Təbiidir ki, seçkiləri müxalifət boykot edirsə, orda normal rəqabətin olmasından danışmaq mümkün deyil. Çox güman ki, bu boykot qərarı yanlış qərar idi. Seçkilərə getmək və seçkiləri udmağa cəhd göstərmək lazım idi. Ancaq açıq demək lazımdır ki, Gürcüstan əhalisi Qərbə yaxınlaşmaq, Avropaya daha sıx inteqrasiya olunmaq xəttini o qədər də dəstəkləmir. Hakimiyyətdə olan partiya Rusiya qorxusunu bir az da şişirdərək əhalinin çəkinməsinə nail olub. Ukrayna misal gətirilir, bu ölkənin başına gələnlər bir az da şişirilərək əhaliyə təbliğ olunub və “Rusiya Gürcüstana qarşı eyni addımları atsa bizi kim müdafiə edəcək” sualı verilir. Həqiqətən də Ukraynada baş verənlər dinc əhalini, bəzi keçmiş ittifaq respublikaların əhalisini şəkildə ciddi qorxuya salıb. Qərbin acizliyi, hətta bəzən müəyyən mənada Qərbin satqınlığı, verdiyi sözlərin üstündə durmaması çox ciddi məyusluq yaradıb. Ukrayna böyük ərazi itirib, şəhərlər, yaşayış məntəqləri dağıdılıb. Bu proses davam edir. Onun əsas müttəfiqi olan ABŞ prosesdən çəkildiyini elan edir, “biz yalnız silah satırıq, silahı da NATO alıb Ukraynaya versin” deyir. ABŞ NATO deyilmi? ABŞ NATO-nun əsas vuran qolu deyilmi? Necə bu cür bəyanat vermək olar ki, NATO ABŞ-dan pul qarşılığında silah alıb Ukraynaya versin? Əgər ABŞ özünü NATO saymırsa bu cür NATO kimə lazımdır və nəyə görə NATO-ya girmək xatirinə Ukrayna öz başına bu qədər bəlalar gətirdi?”

A.Səmədovun sözlərinə görə, NATO-nun ən cəlbedici şərti 5-ci maddədir. Onun bildirdiyinə görə, indiyə qədər hamı elə düşünürdü ki, 5-ci maddə o deməkdir ki, bir NATO üzvünə hücum olarsa digər üzvlər də onunla birlikdə vuruşacaqlar. “Ancaq Tramp məsləhət gördü ki, 5-ci maddəni diqqətlə oxusunlar, burda vuruşmaq yeganə alternativ deyil. Orda yazılıb ki, birgə vuruşmaq da daxil olmaqla yardım göstərəcəklər. Bu tamam başqa bir şeydir. Hətta 5-ci maddənin bu cür şərh olunması o deməkdir ki, NATO üzvlərindən birinə hücum olarsa digər üzvlər siyasi bəyanat verə, siyasi dəstək göstərə, yaxud müəyyən qədər hərbi yardım göndərə bilərlər. Belə NATO-nun üzvlüyünə can atmağa və xalqını müharibə vəziyyətinə salmağa nə ehtiyac vardı ki, bunu Ukrayna hakimiyyəti etdi? Yəni bundan Gürcüstan əhalisi qorxuya düşüb və onlarda ciddi Rusiya qorxusu var. Digər tərəfdən, hakimiyyət xalqı inandırmağa çalışır ki, əgər biz Rusiyaya yaxınlaşsaq Abxaziyanı və Cənubi Osetiyanı geri qaytara bilərik. Azərbaycan nümunəsi tez-tez göstərilir. Azərbaycanın qələbəni təkcə silahlı yolla, hərbi yolla, ordunun gücü ilə qazanmadığı, eyni zamanda çox böyük diplomatik ustalıq hesabına işğal altında olan rayonları azad etdiyi əhaliyə izah olunur. Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi nümunə kimi göstərilir və ən ağıllı yolun bu olduğu deyilir. Ancaq o da göz qabağındadır ki, Rusiya hələlik Cənubi Osetiyanı və Abxaziyanı qaytarmaq fikrində deyil. Bir şey aydındır, Gürcüstanda Qərb yönümlü müxalifət arzulanan dəstəyə malik deyil. Hakimiyyətin kifayət qədər gücü və maliyyə imkanları var. Bu imkanlardan maksimum istifadə olunur. Digər tərəfdən, bütün vasitələrlə müxalifətin xaricdən maliyyə almaq yolları məhdudlaşdırılıb, daha əvvəlki səviyyədə azadlıq yoxdur. Bütün bunlar, təbiidir ki, seçkilərə ciddi şəkildə təsir göstərir. Yeri gəlmişkən, Avropa müşahidəçiləri seçkilərin demokratik olduğunu deyiblər. Sonradan məlum olub ki, bü müşahidəçilər Macarıstandan gəlmiş müşahidəçilərdir. Avropa Birliyi içərisində də kifayət qədər parçalanma göz qabağındadır. Çexiyadakı seçkilərdən sonra bu vəziyyətin bir daha ağırlaşacağı gözlənilir. Gürcüstan açıq şəkildə Qərbdən uzaqlaşıb Rusiyaya yaxınılaşmaqdadır. Nə qədər yaxınlaşacaq, nə zaman artıq anlayacaq ki, bu da yanlışdır, Rusiya onun istədiklərini vermək fikrində deyil, ümid edək ki, bu tezliklə baş verəcək. Əks halda Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması çox çətin olacaq. Gürcüstanın tutduğu xarici siyasət xətti Azərbaycana və Ermənistana da mənfi təsir göstərəcək. Çünki üç Cənubi Qafqaz respublikasının birlikdə Rusiyadan uzaqlaşmaq xətti tutması regionun bütövlükdə bu təsirdən çıxmasına və Rusiyanın imkanlarının minimuma enməsinə gətirib çıxarda bilərdi. Bir zamanlar Qərbə yaxınlaşmaq istiqamətində hamıdan çox cəhdlər göstərən, Avropa Birliyi üzvlüyünə namizəd olan Gürcüstan bu xətdən imtina etdi. Bu, bütövlükdə bölgənin vəziyyətinə çox ciddi təsir göstərdi. Təəssüf ki, bu proseslərin davam edəcəyi, Gürcüstanın bu seçkilərdən sonra Rusiyaya bir az da yaxınlaşmaq ehtimalı güclüdür”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ