Bazar günü günü, 18 oktyabr 2026
     

Türk Dövlətləri siyasi təhlükəsizlik müzakirələrinə başlayır… Gündəmdə Zəngəzur da var...

Image


Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə XII sammiti ümumən türk dünyasının qarşısında yeni mərhələ açır. Tədbirdə əsas diqqət regional təhlükəsizlik məsələləri və Orta Dəhlizin inkişafı üçün konkret investisiya alətlərinin hazırlanması üzərində fokuslanıb. Sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır.

Qazaxıstanlı politoloq Talqat Kaliyev bildirir ki, TDT ölkələri liderlərinin gündəliyinin əsas məsələsi qlobal və regional təhlükəsizliklə bağlı olması təsadüfi deyil: “Münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə çağırışlar edilməsi, tərəflər hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə təlimlərə, yeni sazişlərə diqqət yetirmələri də müasir çağırışlardan irəli gəlir”. Politoloqun sözlərinə görə, sammitdə Zəngəzur dəhlizinin təhlükəsizliyi və alternativ marşrutların inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. O bildirib ki, sammitin ikinci əsas mövzusu Orta Dəhlizə investisiya qoyuluşunun konkret mexanizmlərinin müəyyən edilməsi ilə bağlıdır: “Orta Dəhlizin əhəmiyyəti son illər ərzində dəfələrlə müzakirə edilib. İndi isə söhbət maliyyələşdirmə mənbələri və texnologiyalardan gedir”. Burada onu da qeyd edək ki, XXI əsrdə beynəlxalq münasibətlər sistemində inteqrasiya və regional əməkdaşlıq tendensiyaları ön plana çıxıb. Bu baxımdan Türk Dövlətləri Təşkilatı qısa zamanda həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə mühüm nüfuz mərkəzinə çevrilib. Təşkilat türk dünyasının birliyini və qarşılıqlı inkişafını təmin edən əsas platforma kimi çıxış edir. Müasir dövrdə TDT-nin inkişaf istiqamətləri onun yalnız tarixi və mədəni köklərlə deyil, həm də geosiyasi və iqtisadi reallıqlarla möhkəmləndiyini göstərir. Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə fəaliyyətə başlayıb. O zaman təşkilatın əsas məqsədi türk dilli ölkələr arasında əməkdaşlığı gücləndirmək, iqtisadi və humanitar əlaqələri inkişaf etdirmək idi. Lakin zaman keçdikcə TDT təkcə mədəni platforma deyil, strateji xarakterli regional qurum səviyyəsinə yüksəlib. Bu gün təşkilatın üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan – geniş enerji resurslarına, mühüm nəqliyyat yollarına və artan iqtisadi potensiala malik ölkələrdir. Türkmənistan və Macarıstanın müşahidəçi statusla iştirakı isə TDT-nin beynəlxalq nüfuz dairəsini daha da genişləndirib. Müasir mərhələdə TDT-nin inkişaf tendensiyalarının əsas istiqamətlərindən biri iqtisadi inteqrasiyanın dərinləşməsidir. Üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, vahid nəqliyyat şəbəkəsinin formalaşdırılması təşkilatın prioritet hədəflərindəndir. Xüsusilə Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu baxımdan strateji əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Qazaxıstanın təşəbbüsü ilə bu marşrut Şərqlə Qərb arasında etibarlı, qısa və təhlükəsiz nəqliyyat xəttinə çevrilməkdədir. Bu dəhliz TDT-nin iqtisadi qüdrətini artırmaqla yanaşı, onun Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edi rki, prosesdə Azərbaycanın rolu böyükdür: “2009-cu il Naxçıvan Sazişinin imzalandığı məkan kimi Azərbaycan həmişə türk dövlətləri ailəsinin mərkəzində dayanıb. Onun suverenliyinin və ərazi bütövlüyünün bərpası region üçün yeni dövr açıb, sülhü möhkəmləndirib və daha geniş əməkdaşlıq imkanları yaradıb.

Azərbaycanın böyük nəqliyyat və enerji layihələrində - Cənub Qaz Dəhlizindən tutmuş Bakı-Tiflis-Qars dəmir yolu və Orta Dəhlizədək rolu hamıya məlumdur. Bu təşəbbüslər ticarət yollarını qısaldır, qitələri birləşdirir və qlobal əlaqəyə töhfə verir. Enerji sahəsində əməkdaşlıq başqa bir təməl daşıdır: Azərbaycanın iddialı dəniz külək layihələri və Yaşıl Dəhliz tərəfdaşlığı ölkələrimizin davamlı inkişaf səylərini nümayiş etdirir”. O vurğulayıb ki, iqtisadi baxımdan rəqəmlər də öz sözünü deyir. Ümumi ÜDM-i 2,1 trilyon dollardan çox olan türk dövlətləri qlobal iqtisadi gücdür. Bir vaxtlar TDT-də təvazökar 3 faizlik ticarət həcmi artıq 7 faizə yüksəlib və böyüməkdə davam edir. İlk dəfə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş Türk Ticarət və Sənaye Palataları İttifaqı və Türk İnvestisiya Fondu kimi mexanizmlər milyonlarla sahibkarı bir araya gətirir və rifahın regionumuzda kiçik və orta sahibkarlığa çatmasını təmin edir. O qeyd edir ki, Azərbaycanın strateji mövqeyi, siyasi çəkisi və iqtisadi potensialı onu TDT-ni yeni inkişaf mərhələsinə və beynəlxalq arenada daha böyük nüfuz qazanmağa istiqamətləndirir: “Cənubi Qafqazda sülhü təşviq edən son Vaşinqton sənədləri ilə bu sammitin mövzusu bütün regionumuz üçün dərin rezonans doğurur. Prezident Əliyev dediyi kimi: “Türk Dövlətləri Təşkilatı bizim fundamental beynəlxalq təşkilatımızdır. O, bizim ailəmizdir. Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”. Bişkekdən Qəbələyə və ondan çox-çox uzaqlara səyahətimizi müəyyən edən də məhz bu ailə ruhu və taleyimizdir. TDT bundan sonra da birliyi möhkəmləndirəcək, əməkdaşlığı dərinləşdirəcək, regionumuzda və dünyada sülh və tərəqqi üçün güc kimi xidmət edəcəkdir”. TDT arasında digər mühüm istiqamət enerji əməkdaşlığıdır. Türk dövlətləri zəngin enerji resurslarına – neft, qaz və bərpa olunan enerji mənbələrinə malikdir. Azərbaycan və Qazaxıstanın enerji ixracı, Türkiyənin enerji tranzit mərkəzi kimi rolu, Türkmənistanın təbii qaz potensialı, Özbəkistanın sənaye imkanları TDT daxilində qarşılıqlı asılılığı və tamamlayıcılığı artırır. Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan kimi layihələr türk dövlətlərinin birgə enerji strategiyasının əsasını təşkil edir. Bu əməkdaşlıq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də töhfə verir. Müasir mərhələdə TDT-nin inkişafını müəyyən edən əsas amillərdən biri də siyasi və təhlükəsizlik əməkdaşlığıdır. Qlobal miqyasda geosiyasi qarşıdurmaların, enerji böhranlarının və regional münaqişələrin artması türk dövlətlərinin qarşılıqlı həmrəyliyini daha da zəruri edib. Bu gün təşkilat üzv ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır, beynəlxalq arenada bir-birini dəstəkləyir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı qələbədən sonra TDT-nin ölkəmizə verdiyi siyasi dəstək türk həmrəyliyinin real təzahürü oldu. Eyni zamanda, TDT-nin beynəlxalq əməkdaşlıq dairəsi də genişlənməkdədir. Macarıstanın, Şimali Kipr Türk Respublikasının, Türkmənistanın iştirakı təşkilatın coğrafi və siyasi təsir imkanlarını artırır. Bir çox beynəlxalq təşkilatlar – BMT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri TDT ilə əməkdaşlıqda maraqlıdır. Bu, türk birliyinin qlobal səviyyədə nüfuzunun artdığını göstərir. Türk Dövlətləri Təşkilatı bu gün regional əməkdaşlıqdan qlobal təsir gücünə malik siyasi və iqtisadi ittifaqa doğru inkişaf edir. Ortaq tarix, mədəniyyət və iqtisadi maraqlar əsasında formalaşan bu birlik XXI əsrin çoxqütblü dünyasında sabitliyin, inteqrasiyanın və qarşılıqlı rifahın əsas dayaqlarından birinə çevrilir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ