Bazar günü günü, 18 oktyabr 2026
     

SOCAR dünyada Aşqabadın ən güclü "lobbiçisinə" çevrilir - Türkmənistan mühasirəyə alınır...

Image


Amerikanın türkmən qazının İran vasitəsilə İraqa nəqlinə veto qoyması Aşqabadla Bağdad arasında razılaşmanı pozub. İraq ikinci dərəcəli sanksiyalar qorxusundan 9 milyard kubmetr qaz idxalını ləğv etmək məcburiyyətində qalıb. Vaşinqton sanksiyalar altında olan İranın bundan faydalanmasının qarşısını almağa çalışır.

Bu arada, ABŞ-ın “Taliban”a qarşı sanksiyaları TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsinin də həyata keçirilməsi perspektivlərinə təsir göstərir. Ekspertlərin fikrincə, ABŞ-ın bu addımlarına səbəb Türkmənistanı Transxəzər marşrutundan istifadə etməyə məcbur etməkdir.

Xatırladaq ki, hələ cari ilin iyulun əvvəlində İraq Energetika Nazirliyinin sözçüsü Əhməd Musa türkmən qazının idxalı üçün sənədlərin hazır olduğunu açıqlayıb. Qeyd edib ki, inzibati, texniki və logistik prosedurlar tamamlanıb. Bu qaz İran idxalının azalmasını kompensasiya etmək və gücü 2000 MVt-dan çox olan elektrik stansiyalarının işini dəstəkləmək üçün nəzərdə tutulmuşdu. Fiziki cəhətdən tədarüklər svop sazişinə əsasən həyata keçirilməli idi: Türkmənistan qazı İrana axacaq, İran da öz növbəsində mövcud boru kəmərləri vasitəsilə İraqa ekvivalent həcmdə qaz verəcək. Bu, xüsusilə siyasi və texniki amillərlə əlaqədar olaraq, İranın Bağdada qaz tədarükünün kəskin azaldılması - gündə 45 milyon kubmetrdən 20 milyon kubmetrə qədər azalması fonunda olduqca aktual əhəmiyyət kəsb edirdi. Yeni saziş İraqın enerji kəsirini bağlamağa kömək etməli idi. İraqın Elektrik Nazirliyi kredit xətti açmaq və Türkmənistana vəsait köçürmək üçün İraq Ticarət Bankı vasitəsilə bank prosedurlarının tamamlanmasını gözləyirdi. Bununla belə, “Reuters”in məlumatına görə, Vaşinqton xəbərdarlıq edib ki, bu sxemə davam etmək İraq banklarına və maliyyə qurumlarına qarşı sanksiyalara səbəb ola bilər. ABŞ Maliyyə Nazirliyi vəziyyətlə bağlı şərh verməyib. İxracını şaxələndirməyə və Çindən asılılığını azaltmağa çalışan Türkmənistan üçün bu uğursuzluq onun perspektivli strategiyalarından birini - mübadilə əsaslı tədarükləri pozur. Uzun müddətdir diqqət mərkəzində olan TAPI qaz kəməri də problemlərlə üzləşib. Rus politoloq Derya Karayevin bildirdiyinə görə, Türkmənistan hakimiyyəti hələ 1990-cı illərin əvvəllərində böyük Qərb şirkətləri ilə əməkdaşlıqdan imtina edib, çünki onlar sadəcə investor kimi çıxış etmirdilər, Türkmənistanın daxili və xarici siyasətinə təsir göstərə bilərdilər. Nəticədə Türkmənistan hakimiyyəti TAPI Boru Kəmərini (90%-i dövlətə məxsus Türkmənqaz konserninə məxsusdur) təsis etdi. O, müstəqil şəkildə maliyyə axtarmağa başladı və öz vəsaitlərindən istifadə edərək, "Arkadağın Parlaq Yolu" adlandırılan TAPI boru kəmərinin birinci mərhələsinin tikintisinə başladı. 153 kilometrlik bu hissə türkmən qazını Əfqanıstanın eyniadlı əyalətinin paytaxtı Herata gətirmək üçün nəzərdə tutulmuşdu. Lakin tikinti nə qədər uzandısa, ABŞ-ın Əfqanıstanın yeni hakimiyyət orqanlarına tətbiq etdiyi sanksiyalarla bağlı problem və çətinliklər bir o qədər çoxaldı. 2023-cü ildə Aşqabad TAPI qaz kəmərinin tikintisinə icazə vermək üçün ABŞ-dan “Taliban” hökumətinə qarşı sanksiyaları yumşaltmağı xahiş edib. Hətta Türkmənistanın ümummilli lideri Qurbanqulu Berdiməhəmmədov 2025-ci ilin martında qeyd edib ki, layihənin həyata keçirilməsi çoxsaylı hüquqi, kommersiya və maliyyə məsələlərinin həlli ilə bağlıdır: “TAPI qaz kəməri layihəsi çərçivəsində neft-qaz sektorunda işlər beynəlxalq təcrübədə müəyyən edilmiş norma və standartlara uyğun aparılmalıdır". Hazırda tamamlanan “Arxadağın işıqlı yolu” marşrutunun uzunluğu məlum deyil.

Derya Karayev məsələ ilə bağlı qeyd edir: “İnvestisiyaların cəlb edilməsi, ilk növbədə TAPI-nin tikintisi üçün Türkmənistan hakimiyyəti 23-24 aprel 2025-ci il tarixlərində Kuala-Lumpurda Türkmənistan iqtisadiyyatına Xarici İnvestisiyaların Cəlb edilməsi üzrə Beynəlxalq Forum keçirdi. "Lakin bir gün əvvəl, aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsindəki Pahalqam şəhəri yaxınlığında, demək olar ki, təklif olunan TAPI marşrutu yolunda terror aktı baş verdi. O, tez bir zamanda TAPI qazının hipotetik alıcıları olan Hindistan və Pakistan arasında genişmiqyaslı hərbi toqquşmaya çevrildi. Bəzi müşahidəçilər birbaşa hücumu həvəslə TAPI-nin tikintisinə və gələcəyinə təxribat aktı kimi göstərdilər”. Ekspert hesab edir ki, İranın qaz nəqli infrastrukturundan istifadə etmək və ya digər ölkələrlə ticarət etmək planları Aşqabad üçün cəlbedici olsa da ABŞ buan imkan vermir: “İlin əvvəlində İran Türkmənistan yataqlarından Qərbə tranzit dəhlizinin yaradılması üçün öz vəsaiti hesabına, o cümlədən Türkmənistanda infrastruktur tikintisinə başlamaq niyyətində olduğunu bəyan edib. Bu layihənin statusu da hazırda məlum deyil və o, ABŞ-ın İrana qarşı eyni sanksiyaları ilə üzləşib. Amma bu qaydanın istisnaları var. Məsələn, ABŞ-ın Türkmənistandakı səfiri Metyu Klimov 2024-cü ildə bəyan etmişdi ki, türkmən qazının İran vasitəsilə Azərbaycana mübadilə satışı ABŞ-ın sanksiyalarına məruz qalmayacaq. Bu dövri alışlar Azərbaycan tərəfindən TANAP-TAP boru kəməri ilə Avropaya qaz tədarükü üzrə öhdəliklərini yerinə yetirmək məqsədilə Azərbaycan Milli Neft Şirkəti (SOCAR) ilə Türkmənqaz arasında 2021-ci ildə imzalanmış və ildə 1,5-2 milyard kubmetr həcmində müqavilə əsasında həyata keçirilib. Eyni zamanda, ABŞ səfiri Türkmənistan qazını Avropaya nəql edə biləcək Transxəzər boru kəmərinin tikintisinə dəstəyini ifadə edib. Aydın təəssürat yaranır ki, türkmən qazı müxtəlif intriqalar və manipulyasiyalarla yeganə “əsl və düzgün” marşruta – Xəzər dənizi vasitəsilə Avropaya doğru sövq edilir. Təbii ki, layihənin əsas operatoru ilə bağlı sual yaranır və bu rol üçün artıq pərdəarxası mübarizə gedir””.

Politoloq qeyd edib ki, Azərbaycan artıq ADNOC-un (Əbu-Dabi Milli Neft Şirkəti, BƏƏ) beynəlxalq investisiya qolu olan XRG ilə Cənub Qaz Dəhlizinə investisiyalarla bağlı memorandum imzalayıb. Sənədin təfərrüatları verilmir, lakin ADNOC və XRG 2025-ci ilin aprelində Türkmənistan hökuməti ilə Malayziyanın “Petronas” şirkəti ilə birgə neft yatağının gələcək işlənməsi ilə bağlı böyük saziş imzalayıb. Bununla belə, layihə ilə maraqlanan yeganə regional oyunçu onlar deyil. Ekspertin sözlərinə görə, mühüm aspekt həll olunmamış qalır: Aİ-yə qaz tədarükü üçün uzunmüddətli müqavilələr. Bununla belə, SOCAR prezidenti Rövşən Nəcəf bu məsələdə kifayət qədər konkret danışıb: “Biz heç bir Avropa və ya Aİ maliyyəsi cəlb etmədən Avropaya qaz tədarükünü təxminən 60% artırmışıq. Lakin bu tədarüklərin sabitliyini təmin etmək və onların həcmini artırmaq üçün qaz kəmərini genişləndirməliyik. Bunun üçün isə avropalı alıcıların uzunmüddətli müqavilə zəmanətləri, eləcə də onların Aİ-dəki maliyyə qurumlarının dəstəyi lazımdır”. Derya Karayev xatırladır ki, indi vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanla Türkmənistan arasında münasibətlərin kəskin istiləşməsi səbəbindən SOCAR Türkmənistanın maraqlarının lobbiçisi kimi faktiki olaraq fəaliyyət göstərir: “Təbii ki, şirkət Türkmənistan qazının Avropaya təklif olunan tranzitində əsas oyunçu kimi öz maraqlarını da unutmur”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ