çərşənbə günü, 11 noyabr 2026
     

AŞPA Gürcüstanı möhkəm “vurdu” - İkinci İraklinin heykəli qoyulur...

Image


Məhərrəm Zülfüqarlı: “Ayrı-ayrı gürcü rəhbərlərin Rusiyaya meyli ola bilər, amma...”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib.

İclasda iştirak edən 77 nümayəndədən 68-i sənədin lehinə, 7-si əleyhinə səs verib, 2-si isə bitərəf qalıb.

Qətnamə layihəsinin mətnində deyilir ki, assambleya Gürcüstan hakimiyyətinin ölkədəki demokratik böhranla bağlı beynəlxalq ictimaiyyət tərəfindən paylaşılan narahatlıqlarına və tövsiyələrinə sistemli şəkildə məhəl qoymamasından dərin təəssüf hissi keçirir.

AŞPA-nın bu sərt qətnaməsi Gürcüstanın Rusiyaya doğru dönüşünü sürətləndirə bilərmi?

Yeri gəlmişkən, bu günlərdə məlumat yayıldı ki, Gürcüstanda çar İkinci İraklinin heykəlini qoyurlar. Rəsmi də izah veriblər ki, bu, çar İkinci İraklinin olduqca praqmatik siyasətçi olmağı ilə bağlıdır. Amma müxalifət deyir ki, bu, Gürcüstan hakimiyyətinin Rusiyaya doğru bir jestidir. Çünki İkinci İraklinin dövründə, XIX əsrin əvvəllərində Gürcüstan Rusiyaya birləşdirilib.

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Gürcüstan məsələsi uzun müddətdir Qərblə Rusiya arasında çəkişmə meydanına çevrilib. “Gürcüstandakı proseslər, belə demək mümkünsə, spiralvari gedir. Yəni Saakaşvilinin dövründə Qərbə inteqrasiya gücləndi, Avropa Birliyi ilə müəyyən sazişlər imzalandı və Avropaya doğru sürətlə inkişaf başladı, vizasız rejim və sair yaradıldı. Lakin sonra İvanişvilinin meydana çıxması, Rusiya tərəfindən ortaya atılması əks qüvvələrin, ruspərəstlərin yenidən revanş götürməsinə gətirib çıxardı. Bundan sonra Avropa Birliyi indiki hakimiyyəti tənqid etməyə başladı. Mənə belə gəlir ki, Moldovadakı hadisələr artıq Qərbin Gürcüstana tərəf meyllənməsinə, Gürcüstana görə bu cür qətnamənin qəbul olunmasına səbəb oldu. Moldovada bir daha demoktarik qüvvələrin qələbə çalması, Rusiyapərəst qüvvələrin məğlubiyyəti deməyə əsas verir ki, Rusiya artıq keçmiş Sovet məkanında uduza-uduza gedir. Rusiya Ukrayna müharibəsində bir daha göstərir ki, o bu böhrandan salamat çıxa bilməyəcək. Yəni Rusiyanın özü parçalanmağa məhkumdur. Tarixən imperiyaların məruz qaldığı parçalanmalara, bölünmələrə baxsaq bunu deyə bilərik. Ona görə də indiki dövrdə Gürcüstan müxalifətinə bu cür dəstəyin verilməsi təbiidir. Biz də bunu alqışlayırıq. Çünki Rusiyanın caynağı Gürcüstandan və Ermənistandan daha çox çəkilərsə Azərbaycan da rahat nəfəs ala bilər və Cənubi Qafqazda Qafqaz Evinin formalaşması, vətəndaş sülhünün, millətlərarası münasibətlərin yüksək səviyyədə inkişafına nail olmaq mümkündür. Sadəcə, rus imperializmi əvvəlki dövrlərdə olduğu kimi bu gün də millətlərarası və dövlətlərarası münasibətləri qızışdırmaqla öz mövqeyini qorumaq istəyir”.

M.Zülfüqarlı hesab edir ki, Gürcüstan barədə AŞPA-nın çıxardığı qətnamə gələcəkdə müsbət irəliləyişlərə səbəb ola bilər, bu da region üçün faydalıdır.

İkinci İrakliyə abidə qoyulmasına gəlincə, M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycanın tarix kitablarında da adətən “1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşməsi ilə işğal başlayıb” yazılır. “Belə yazılırdı ki, guya bu könüllü olub. Burda da problemli məsələlər çoxdu. Deyəcəklərim Azərbaycan oxucuları üçün yenilik ola bilər. Gürcüstan Rusiyaya birləşəndən sonra orda Rusiya əleyhinə 20-dən artıq üsyan olub. Bu onu göstərir ki, gürcü xalqı Rusiyaya birləşməyin tərəfdarı olmayıb. Bu tarixi saxtakarlığı da aradan qaldırmalıyıq. O vaxt ayrı-ayrı gürcü rəhbərlərin Rusiyaya meyli ola bilər, amma xalqın marağını əks etdirmirdi.

Ona görə də İkinci İraklinin heykəlinin qoyulması Gürcüstan-Rusiya münasibətlərinin elə də inkişafına səbəb ola bilməz. Gələcəkdə gürcü və rus xalqlarının münasibətlərinin normallaşmasını hamı arzulayır. Bunu gürcü xalqı da, rus xalqı da, Azərbaycan xalqı da istəyir. Amma sadəcə olaraq Putin rejiminin yeritdiyi imperialist siyasətdən söhbət gedir ki, ona son qoymaq lazımdır. Bundan da digər xalqlar kimi ən çox əziyyət rus xalqının özüdür. Rus xalqı bu antihumanist rejimdən qurtararsa digər xalqlar da münasibətlərin normallaşmasına nail ola bilər.

Biz inanırıq ki, yaxın gələcəkdə bu proseslər gedəcək və bu cür qətnamələrin də həmin proseslərin baş verməsində mühüm rolu ola bilər”-deyə M.Zülfüqarlı qeyd etdi.

Xaqani Cəfərli: “Gürcüstanın torpaqları işğal altında olduğu bir vaxtda Rusiyaya dönüş edə bilməz”

Politoloq Xaqani Cəfərli isə baki-xeber.com-a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə Gürcüstana son xəbərdarlıq kimi qəbul edilir: “Bundan sonra Gürcüstanın qarşısında iki yol var. Birincisi, Qətnamənin tələblərinə cavab verən addımlar atmaq, digəri isə Avroatlantik strukturlara münasibəti gərginləşdirməkdir. İkinci yol Gürcüstan üçün çox ciddi problemlər vəd edir. Ancaq istənilən halda, Gürcüstanın Rusiyaya dönüşü mümkün deyil. Heç bir hakimiyyət Gürcüstanın torpaqları işğal altında olduğu bir vaxtda Rusiyaya dönüş edə bilməz. Bu, demək olar ki, mümkün deyil. Gürcüstanın indiki hakimiyyəti Rusiyadan daha çox Çinə yaxın hesab olunur. Ancaq Çin də Qərblə qarşıdurmada olan Gürcüstanın tələbatlarını qarşılamaq iqtidarında deyil. Gürcüstanın və bütövlükdə postsovet məkanının taleyini Rusiya-Ukrayna müharibəinin nəticələri həll edəcək”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ