Bazar ertəsi günü, 17 avqust 2026
     

İranın daha ağır günləri başladı - ABŞ və İsrail təzyiqi az idi, sanksiyalar da gəldi...

Image


Tehran hakimiyyəti 2006-2015-ci illərdəki ağır beynəlxalq təcrid dövrünə geri qayıdır

Nəhayət, İran hakimiyyətinin qorxulu yuxusu gerçəkləşdi: sentyabrın 26-da BMT Təhlükəsizlik Şurası İrana qarşı “snapback” və ya tətik mexanizminin işə salınmasına, yəni 2015-ci il nüvə razılaşması ilə icrası dayandırılmış beynəlxalq sanksiyaların bərpasına yaşıl işıq yandırdı.

Həmin gün Rusiya və Çinin bu mexanizmin işə düşməsinin 6 aylığa təxirə salınmasına dair təqdim etdiyi qətnamə layihəsi 4 lehinə, 9 əleyhinə və 2 bitərəf səs alaraq qəbul olunmadı və İranı xilas etmək üçün son cəhd uğursuzluğa düçar oldu.

İndi, Donald Trampın İrana qarşı maksimal təzyiq siyasəti fonunda BMT sanksiyalarının bərpa edilməsi ilə sözün həqiqi mənasında İranın qara günlərinin başladığını söyləyə bilərik. Bunun belə olduğuna əmin olmaq üçün bərpa olunan sanksiyaların siyahısına və əhatə dairəsinə nəzər salmaq kifayətdir.

Bundan sonra İranın vəziyyəti necə olacaq?

Baki-xeber.com nəşrinə görə, İran üçün BMT Təhlükəsizlik Şurasında “snapback” mexanizminin işə düşməsi, yəni 2015-ci ildəki nüvə razılaşması (JCPOA) ilə dondurulmuş sanksiyaların yenidən bərpası çox ciddi nəticələr doğuracaq. Bu, sadəcə ABŞ-ın birtərəfli “maksimum təzyiq” siyasətindən fərqli olaraq, beynəlxalq hüquqi müstəvidə qəbul edilmiş sanksiyaların geri qayıtması deməkdir.

Bu addımla İranın neft və qaz ixracına yenidən qlobal məhdudiyyətlər qoyulacaq. Ən böyük valyuta mənbəyi olan neft satışları kəskin azalacaq. Bu, İran büdcəsinə ağır zərbədir.

Bank və maliyyə sektoruna ciddi zərbə dəyəcək. İran bankları SWIFT-dən təcrid oluna bilər. Xarici ticarət əməliyyatlarının aparılması çətinləşəcək.

Xarici şirkətlər sanksiya risqi səbəbindən İrandan çəkiləcək. Bu, texnologiya, aviasiya, avtomobil və neft-qaz sektorlarını çökdürə bilər.

İqtisadi tənəzzül sosial narazılığı gücləndirə bilər. Hakimiyyətin legitimliyi sual altına düşər, etiraz aksiyaları arta bilər.

İran daha çox Rusiya və Çin kimi ölkələrə yaxınlaşmağa məcbur olacaq, amma onların belə açıq dəstək verə bilməməsi Tehranın təcridini dərinləşdirəcək.

İran Yaxın Şərqdə təsirini qorumaq üçün daha aqressiv siyasət yürüdə bilər. Məsələn, İraq, Suriya, Livan və Yəməndə proksi qüvvələrə dəstəyi daha da gücləndirəcək.

İran sanksiyaların yaratdığı təzyiqə cavab olaraq nüvə proqramını daha da irəli aparmaq istəyəcək. Bu, regionda (xüsusən İsrail, Səudiyyə Ərəbistanı ilə) hərbi gərginliyi artıra bilər.

ABŞ-İran qarşıdurmasının yenidən "isti faza"ya keçmək risqini yüksəldəcək.

Avropa İttifaqı və onun bəzi ölkələri (xüsusilə Fransa, Almaniya) İranla dialoqu qorumağa çalışa bilər, amma BMT sanksiyalarından kənarda hərəkət etmək çətin olacaq.

Bununla İranın diplomatik manevr imkanları daralır. İndi əsas çıxış yolu ya məhdud güzəştlər edərək yeni bir saziş masasına oturmaq, ya da daha sərt mövqeyə qapanmaq olacaq.

Yəni İranın vəziyyəti ağırlaşacaq, çünki ABŞ-ın birtərəfli sanksiyaları ilə müqayisədə, BMT-nin “snapback” mexanizmi bütün ölkələr üçün hüquqi öhdəlik yaradır. Tehran qarşıda daha sərt iqtisadi daralmla, sosial gərginlik və geosiyasi təcridlə üz-üzə qalacaq.

BMT Təhlükəsizlik Şurasının “snapback” mexanizmi ilə İrana qarşı bərpa olunan sanksiyaların əsas istiqamətlərini dəqiq siyahı şəklində nəzərdən keçirək.

İranın uranı zənginləşdirmə və ağır su reaktoru texnologiyalarına çıxışı qadağan olunur. Nüvə sahəsi ilə bağlı avadanlıq, material və texnologiya ixracı və idxalı qadağan edilir. İranın ballistik raket proqramı ilə əlaqədar bütün fəaliyyətlərə sanksiya tətbiq olunur. Silah embarqosu bərpa edilir – İran heç bir ölkədən konvensional (ənəvi və kiçik, kütləvi qırğın gücünə malik olmayan) silah idxal və ya ixrac edə bilməz (bu maddə Rusiyaya dron ixracını da qadağan edir).

İranın neft, qaz və neft-kimya məhsulları ixracına beynəlxalq məhdudiyyətlər qoyulur.

Xarici şirkətlərin İran enerji layihələrində iştirakı qadağan edilir. İranın enerji sahəsinə investisiya və texnologiya transferi tam dayandırılır.

İran banklarının SWIFT beynəlxalq ödəniş sisteminə çıxışı qapadılır. Xarici bankların İranla əlaqələri kəsilir, İran Mərkəzi Bankının aktivləri dondurulur. Dollar və avro əməliyyatları İrana tamamilə qadağan olunur.

İranın beynəlxalq kredit və maliyyə qurumlarına çıxışı məhdudlaşdırılır.

İranın aviakompaniyaları və gəmiləri beynəlxalq məhdudiyyətlərlə üzləşəcək (uçuş və liman qadağaları). Aviasiya və gəmiqayırma sənayesi üçün texnologiya və hissələrin satışı qadağan edilir.

İranla əlaqəli şəxslərə və təşkilatlara səyahət qadağaları və aktivlərin dondurulması tətbiq olunur. BMT üzvü bütün ölkələr bu sanksiyaları icra etmək hüquqi öhdəliyinə malikdir. Yəni ABŞ-ın birtərəfli sanksiyalarından fərqli olaraq, bu, qlobal miqyasda məcburidir.

Sanksiyalar qida, dərman və tibbi avadanlıq kimi humanitar malları əhatə etmir. Lakin maliyyə kanallarının qapalı olması səbəbindən, hətta humanitar ticarət də faktiki olaraq çox çətinləşəcək.

Nəticədə, bu mexanizmin işə düşməsilə İran 2006–2015-ci illərdəki ağır beynəlxalq təcrid dövrünə geri qayıdır. Əsas fərq odur ki, indi iqtisadi və sosial vəziyyət daha zəifdir, əhali daha gərgin, Qərbin təzyiqi isə daha sərtdir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ