Bazar günü günü, 18 oktyabr 2026
     

ABŞ-da “iqlim dəyişməsi, yaşıl enerji” ifadələri qadağan olundu...

Image


Abutalıb Səmədov: “Əsas məsələ ondan ibarətdir ki, ABŞ dünyada...”

ABŞ Energetika Nazirliyi "yaşıl enerji", "iqlim dəyişikliyi" və "dekarbonizasiya" kimi ifadələri istifadəsi tövsiyə olunmayan terminlər siyahısına daxil edib.

Maraqlıdır, əgər ABŞ kimi bir dövlət “yaşıl enerji”, “iqlim dəyişikliyi” kimi məsələlərdən, alternativ enerjidən imtina edirsə bunun axırı necə olacaq? Donald Tramp BMT-nin 80-ci sessiyasında çıxışında da bəyan etdi ki, “iqlim dəyişikliyi” “afyoradı”, fırıldaqdı. O, hətta avropalıları da ittiham etdi ki, buna milyardlarla pul qoyurlar, amma mənasızdı.

“Bu səbəbdən “yaşıl enerjiyə” qarşı çıxış edir”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, beynəlxalq iqlim siyasəti öz başlanğıcını 1992-ci il Rio-de-Janeyroda keçirilən konfransdan götürüb. O konfransda nümayəndələr Çərçivə Konvensiyası, eyni zamanda qazların atmosferə buraxılmasının müəyyən qədər azaldılması istiqamətində təkliflər qəbul etdilər. “Burda əsasən bir neçə dövlətin üzərinə öhdəliklər qoyuldu ki, onlar atmosferə daha az qaz buraxmalıdırlar. Konvensiya 1994-cü ildə qüvvəyə mindi. Sonra 1997-ci ildə Kioto protokolu oldu, onun da müddəti bitəndən sonra 2009-cu ildə Kopanhagendə yeni sənəd qəbulu istiqamətində danışıqlar başlandı və 2015-ci ildə COP-21-in keçirildiyi Parisdə elə Paris razılaşması adlanan sənəd qəbul olundu. Burda artıq bir neçə dövlətin yox, bütün dövlətlərin atmosferə qaz buraxılmasını azaltmaq öhdəliyi müəyyənləşdi. Birinci iqlim konfransı-COP-1 1995-ci ildə Berlində, hələlik sonuncu konfrans isə (COP-29) 2024-cü ildə Bakıda keçirildi. Bakıda keçirilən konfrans zamanı çox mühüm qərarlar qəbul olundu. Əgər əvvəllər iqlim dəyişikliyindən ziyan çəkən dövlətlərə ildə 100 milyard dollar həcmində yardım göstərmək nəzərdə tutulurdusa, Azərbaycanın səyi nəticəsində bu rəqəm 300 milyarda çatdırıldı. Çox gərgin müzakirələrdən sonra Azərbaycan bu təklifin qəbul olunmasına nail oldu. Ancaq ABŞ, xüsusilə Respublikaçıların hakimiyyəti dövründə bu məsələyə soyuq, hətta deyərdim ki, kəskin narazı münasibət göstədi. Trampın birinci prezidentliyi dövründə ABŞ Paris razılaşmasından çıxdı. Sonradan Bayden hakimiyyəti dövründə yenidən razılaşmaya qayıdılsa da, Trampın seçilməsindən sonra 2025-ci yanvar ayının 20-də ABŞ Paris razılaşmasından çıxdığını bəyan etdi. Bu barədə BMT Baş Məclisinin 80-ci sessiyasında prezident Tramp açıq şəkildə fikirlər səsləndirdi ki, mən Paris razılaşmasından çıxdım, çünki onun şərtləri ABŞ-ın deyil, Rusiya Federasiyasının və Çin Xalq Respublikasının maraqlarına xidmət edir. Trampın fikrincə, bu razılaşmanın şərtlərinə görə, ABŞ daha çox pul ödəməlidir. Hətta prezident Tramp BMT-nin sessiyasında 1 trilyon dollar kimi bir rəqəm səsləndirdi. Dedi ki, digərləri pul ödəmirdilər, Çin 2030-cu ilə qədər pul ödəməməli idi, Rusiya da elə bir ciddi vəsait ödəmirdi. Çox təəssüf ki, əsas donorlardan olan ABŞ bu razılaşmadan çıxdı və yaxın 3 ildən bir az artıq müddətdə bu davam edəcək. Ondan sonra Respublikaçılar seçkini udsalar, əlavə yenə də 4 il ABŞ iqlim dəyişiklikləri üzrə Paris razılaşmasında olmayacaq, onun şərtlərini icra etməyəcək. Ən əsası, iqlim dəyişikliklərindən əziyyət çəkən dövlətlərə yardım olunmasında ABŞ iştirak etməyəcək. Bu da o deməkdir ki, Azərbaycanın çox böyük çətinliklə 300 milyard dollara çatdıra bildiyi yardım paketi, çox təəssüf, tamamilə icra olunmayacaq, iqlim dəyişmələrindən əziyyət çəkən dövlətlər o dəymiş ziyanın ödənilməsinə nail olmayacaqlar. Nədən ABŞ bu razılaşmanı saxta bir razılama hesab edir? Əsas məsələ ondan ibarətdir ki, ABŞ dünyada ən çox neft və qaz çıxardan ölkələr sırasındadır və öndə gedir. Trampın dövründə xüsusilə neft istehsalını artırmaq əsas hədəf kimi götürülüb”.

A.Səmədovun sözlərinə görə, ABŞ Rusiyanın bazarlarını bu yolla ələ keçirmək istəyir və Rusiyadan neft alan ölkələri də daim sanksiyalar tətbiq etməklə hədələyir. A.Səmədovun bildirdiyinə görə, Rusiyadan neft alan ölkələr içərisində birinci yerdə Çin, ikinci yerdə Hindistan, sonra isə Türkiyə gəlir. Çinin və Hindistanın Rusiya neftindən imtina etmək ehtimalı çox aşağıdır, hətta yox dərəcəsindədir, ancaq Türkiyə, ola bilsin, belə bir addım atsın. A.Səmədov bildirdi ki, ancaq Türkiyənin Rusiyadan aldığı neftin həcmi də o qədər yüksək deyil, təqribən sutkada 300 min barelə qədər neft alır, bu da elə bir ciddi rəqəm sayıla bilməz. “Eyni zamanda digər faydalı qazıntıların çıxarılmasında və ondan istifadə olunmasında da ABŞ maraqlıdır. Çünki şirkətlər və son nəticədə dövlət bundan gəlir götürür. Çox təəssüf ki, istiləşmə digər ABŞ prezidentlərini narahat etsə də, prezident Trampı nəinki narahat etmir, hətta əksinə, o, istiləşməyə, iqlim dəyişikliyinə qarşı çıxış edən, bunun qarşısını almaq üçün tədbir görmək istəyən dövlətlərə qarşı əks mövqe tutur və “yaşıl enerjiyə” nifrətlə yanaşır, bunun real olmadığını, maya dəyərinin həddindən artıq yüksək olduğunu, burda dövlətlərin ciddi zərərə uğradığını iddia edir. Ancaq təbiidir ki, əsas məqsəd ilk növbədə neft və qaz istehsalı və satışında məhdudiyyətlərin qoyulmasına imkan verməmək və iqlim dəyişikliklərinə məruz qalan ölkələrə yardım göstərməmək istəyidir. ABŞ bir çox məsələlərdə əsas donordur. O cümlədən iqlim dəyişiklikləri ilə bağlı yardım fondunun əsas donorlarından biri ABŞ idi. Artıq Paris razılaşmasını tərk etdiyinə görə həmin fonda heç bir vəsait ödənilməyəcək. Burda söhbət 1 triliondan gedir. Yəqin ki, məbləğ o qədər böyük deyil. Ancaq ən çox ABŞ-ın müxtəlif fondlara vəsait ödədiyi heç kimə sirr deyil. Çünki dünyanın iqtisadi cəhətdən ən böyük dövlətidir və Tramp Amerikanı bu yükdən xilas etmək istəyir. Prezident Trampın əsas məqsədi bir tərəfdən, neft və qaz istehsalını artırmaq və digər faydalı qazıntılarından istifadəni daha yüksək səviyyəyə qaldırmaq, onların çıxarılması və satışı, onlardan istehsal prosesində istifadə olunması, digər tərəfdən, ayrı-ayrı fondlara, ilk növbədə iqlim dəyişikliklərindən ziyan çəkən dövlətlər üçün yaradılmış fonda vəsait ödəməməkdir. Bu səbəbdən “yaşıl enerjiyə” qarşı çıxış edir, Paris razılaşmasını dələduzluq, saxtakarlıq adlandırır”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ