Cümə axşamı günü, 22 oktyabr 2026
     

Ermənistandan Rusiyaya zərbə - Zəngəzurda nəzarət Fransaya verilir...

Image


Ermənistanın Sünik (Zəngəzur) rayonunun Gorus şəhərində Fransanın fəxri konsulunun ofisinin açılış mərasimi olub. Açılışda Fransanın Ermənistandakı səfiri Olivye Dekotini, Gorus şəhərinin meri Aruş Aruşanyan, Sünik qubernatoru Robert Qukasyan və Fransanın fəxri konsulu Karmen Apunts iştirak ediblər.

Burada həmçinin Ermənistan-Fransa Mərkəzləşdirilməmiş Əməkdaşlıq üzrə 5-ci Konfransı da keçirilib. Tədbirdə iştirak edən xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, yaxın gələcəkdə Fransa şirkətlərinin Sünikdə mühüm infrastruktur layihəsinin həyata keçirilməsinə cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu konfransın Gorusda təşkil edilməsi Ermənistan üçün strateji əhəmiyyət daşıyan regionların, o cümlədən Sünik vilayətinin inkişafını və dayanıqlılığını artırmaq məqsədini nəzərə alaraq gözlənilən idi: “Gorusda Fransanın fəxri konsulunun ofisinin açılışı aydın siyasi iradəni göstərir”. O əlavə edib ki, Ermənistan və Fransa arasında münasibətlər son dərəcə yüksək səviyyədədir və regional çağırışların öhdəsindən gəlməkdə İrəvana kömək etmək məqsədi daşıyır.

Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək: “Sünik regional əməkdaşlığın strateji qalasına çevrilə bilər, burada infrastruktur, nəqliyyat və enerji sektorlarında birgə layihələr təkcə Ermənistanın deyil, bütün regionun, eləcə də daha geniş regionun maraqlarına xidmət edəcək. Bizim məqsədimiz sülh və təhlükəsiz regiondur, burada münaqişələr əvəzinə əməkdaşlıq hökm sürür, sərhədlər - qapılar və təhdidlər əvəzinə biz qarşılıqlı hörmət əsasında münasibətləri necə inkişaf etdirmək barədə düşünürük”. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib: "Gorus Ermənistanın geosiyasətinin mərkəzində yerləşən və ilk nöqtə kimi Qarabağdan GƏLƏN əhalini qəbul edən şəhərdir. Bu, regionda sülhü bərqərar edən şəhərdir”. Fransa səfiri GorusDA belə bir konfransın keçirilməsinin vacibliyini vurğulayaraq, şəhərin həmişə yol ayrıcında olduğunu və fəaliyyətinin sülhün bərqərar olmasına yönəldiyini qeyd edib. Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin keçdiyi ərazini Fransanın nəzarətinə verir. Bu, ilk növbədə Rusiyaya zərbədir. Çünki bu nəzarət 2020-ci il 10 noyabr bəyanatəna əsasən, ruslara verilməli idi. Amma Ermənistan fərqli mövqe sərgiləyir.

Xatırladaq ki, Rusiya xeyli müddərdir Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını istəyir. Amma İrəvan hələ də bunu ləngidir. “Vestnik Kavkaza” bu fonda uyazır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana son səfərindən sonra bəyan edib ki, Moskva Ermənistanda ikinci baş konsulluq açmaq niyyətindədir. Hələ 2023-cü ilin payızında nümayəndəliyin açılması haqqında danışılırdı, lakin konsulluq hələ açılmayıb. Qafan Ermənistanın cənubunda, Zəngəzur rayonunun inzibati mərkəzidir, əhalisi 50 min nəfərdən çox olmayan kiçik bir şəhərdir. Zəngəzur silsiləsinin cənub-şərq yamaclarında, Voxçi çayı vadisində, Azərbaycanla sərhəddə yerləşən Ermənistan vilayətidir. Şəhər heç vaxt elm şəhəri və ya sənaye nəhəngi olmayıb və onun ən böyük müəssisəsi uzun müddət mis-molibden zavodu olaraq qalıb. Şəhərdə rus dilində danışanlar da çox azdır. Rusiyalı diplomatlar bu barədə təxminən iki il əvvəl danışıblar və qeyd ediblər ki, konsulluq təkcə Ermənistanda Rusiya vətəndaşlarının maraqlarına xidmət etməklə məşğul deyil. 2022-ci ilin oktyabrında İran Qafanda baş konsulluq açıb. 2023-cü ilin yayında Fransa orada nümayəndəlik açmaq niyyətində olduğunu bildirib. Ardınca da Rusiya. Yəqin ki, Zəngəzur rayonuna maraq onun strateji yerləşməsi ilə bağlıdır: Qafan Ermənistanın cənubundakı ən böyük şəhərdir, Ermənistanın şimalına və İrana gedən yeganə avtomobil yolu oradan keçir. Rusiya Qafana Ermənistandakı mövcudluğunu genişləndirmək üçün fürsət kimi baxır, lakin nümayəndəliyin açılması prosesinin uzanması onu deməyə əsas verir ki, İrəvan iki ilə yaxındır ki, qəsdən bu məsələnin həllindən yayınır. Regionda kommunikasiyaların açılması vasitəsi hesab edilən Zəngəzur rayonu ərazisindən keçən nəqliyyat dəhlizi layihəsi həyata keçirilsə, o, Cənubi Qafqazda gəlirli nəqliyyat arteriyasına çevrilə bilər. Hazırda potensial tranzit şəraiti, yolun kimin çəkəcəyi barədə heç nə məlum deyil. Sadəcə, ermənilər tərəfindən tikilməyəcəyi bəllidir. Ermənistanın resurs bazası ona dəmir yolları çəkməyə imkan vermir və relslərin əvvəllər Ermənistan SSR ərazisindən keçən hissəsi çoxdan sökülüb. Yeni yol sıfırdan tikilməli olacaq və bir vaxtlar podratçı qismində Rusiyanın dövlət korporasiyası “Rusiya Dəmir Yolları”nın adı çəkilirdi, çünki Ermənistanın bütün dəmir yolları “Rusiya Dəmir Yolları” tərəfindən yaradılmış “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiya idarəçiliyindədir. Belə olan halda Zəngəzur tez bir zamanda rusiyalı mütəxəssislərlə dolacaqdı. Onda Qafandakı baş konsulluq özünü doğruldacaq. Rusiya hərbçiləri Ermənistan ərazisində ikinci hərbi bazanın yaradılmasının məqsədəuyğunluğu barədə fikirlərini bildirib. NATO Zəngəzura diqqət yetirir, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə orada monitorinq qrupları yerləşdirmək istəyir. Maraqlıdır ki, Rusiyanın yeganə baş konsulluğu da İrəvanda deyil, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrü şəhərində yerləşir”. İndi Rusiya konsulluq məsələsini sadə diplomatik struktur olaraq deyil, bölgədəki geniş geosiyasi maraqlar kontekstində dəyərləndirir. Amma Ermənistan onun plamlarına maneə yaradır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ