Cümə axşamı günü, 22 oktyabr 2026
     

Konstitusiya dəyişikliyi ərəfəsində Paşinyan-kilsə qarşıdurması dərinləşir...

Image


Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib. Rusiya lideri həmkarına cansağlığı, xoşbəxtlik və hökumət fəaliyyətində uğurlar arzulayıb, həmçinin Avrasiya məkanında sabitlik, təhlükəsizlik və firavanlıq naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. Lakin hələlik Paşinyan daha çox qitənin problemləri ilə deyil, erməni kilsəsinin taleyi ilə maraqlanır.

Ermənistan hökumətinin başçısı yubiley ərəfəsində Erməni Apostol Kilsəsini tabeliyində olan kilsələrə qeyri-adekvat münasibətinə görə tənqid etmək qərarına gəlib: “Kilsələrdə bütün lazımsız şeylər saxlanılır: əlavə mərmər plitələr, sement kisələri, köhnə paslanmış armatur parçaları. İnsan niyə kilsəyə gedir? Mənən paklanmaq üçün içəri girir. Birdən içəri girirsən və bir yerdə zibil səpələnmiş olduğunu, haradasa birinin paltarını, ayaqqabılarını qoyduğunu görürsən”. Paşinyan eyni zamanda, keşişləri yalançılıqda ittiham etdi, bildirdi ki, onlar ateist olduqları halda müqəddəslikdən danışırlar. Paşinyan kilsələrin “tüstü bacası”na çevrildiyini bəyan edərək, keşişləri dini ibadət yerlərini murdarlamaqda suçlayıb. Baş nazirin erməni din xadimlərini əyyaşlıqda, ruhani ədəb-ərkanlarını tapdalamaqda günahlandırması qarşı tərəfi daha da hiddətləndirib. Paşinyanla yanaşı, onun həyat yoldaşı Anna Akopyan da erməni apostol kilsəsinin nümayəndələrini sərt və təhqiramiz şəkildə tənqid edib. Paşinyan özü isə daha sonra sosial media hesabında bu mövzuda bir neçə post paylaşıb. Baş nazir onlardan birindən ruhaniləri “onu rahat buraxmağa” çağırıb, digərində Ermənistanda neçə yepiskopun subaylıq andına sadiq qaldığını soruşub. Ermənistanın baş naziri ilə ruhanilər arasında münasibətlər son illərdə, xüsusən də erməni apostol kilsəsinin rəhbər orqanı - Eçmiədzinin 2020-ci ildə onun istefasını tələb etməsindən sonra pisləşib. Kilsə, həmçinin Qarabağla bağlı siyasətinə görə onu dəfələrlə tənqid edib. Ermənistanın hökumət başçısı ötən il Eçmiədzinin vergiyə cəlb edilməsinin zəruriliyini bəyan edib və kilsəni “təsir agenti” adlandırıb. İndi durum daha da kəskinləşir. Eçmiədzin kanserinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan bildirib ki, Paşinyan təhsilin azlığını, eləcə də daxili ictimaiyyətlə düzgün ünsiyyət böhranını və məsələləri dərindən dərk edə bilmdiyini nümayiş etdirir. Eyni zamanda, Xaçatryan xatırladıb ki, 2019-cu ildən bəri Erməni Apostol Kilsəsi dəfələrlə respublikanın hakimiyyət orqanlarından dini abidələrin qorunmasına köməklik göstərməyi xahiş edib, lakin hələ də cavab verilməyib. Paşinyanın reaksiyası özünü çox gözlətməyib. O, sosial şəbəkədə keşişə nalayiq söyüşlər söyüb. Bundan əlavə, o, bir daha bir məsələni gündəmə gətirib: “Subaylıq andını pozan keşişlə nə etmək lazımdır? İndi etik cəhətdən daha dürüst olan nədir: könüllü istefa vermək, yoxsa ruhi iztirablara yol vermək - araşdırma olacaqmı, həqiqət üzə çıxacaqmı?”. Bütün bunlar o qədər gözlənilməz və vulqar olub ki, bir çoxları əvvəlcə baş nazirin sosial hesabının hakerlər tərəfindən sındırıldığını güman ediblər. Bununla belə, Paşinyanı həyat yoldaşı Anna Akopyan onu dəstəkləyib və bu da baş nazirin belə addım atmadağına dair şübhələri aradan qaldırıb.

Anna Akopyanın məsələyə müdaxiləsi durumu daha da şiddətləndirib: “Keşişlər şkaf sözündən qorxdular. Yaxşı, təbii ki, belə də olmalıdır. Axı şkaflar qara xalatlı fanatiklərin həyatının qaranlıq küncləridir. Məhz şkaflarda mömin insanların qəzəbinə belə layiq olmayan azğınlıqlar baş verir. Bununla çoxdan barışmış mömin xalq ölkənin əsas fanatiklərini, azğınlarını çiyinlərində daşıyır. İsveçrədə nə işiniz var? Kimi sağ-salamat doğma beşiyinə göndərirsən? Kimi dərhal əsirlikdən azad edirsən? Mənəviyyatın nə olduğunu bilirsinizmi? Budur sizə bir xəbər! Ölkənin əsas mənəvi mafiyası şkaflar haqqında söhbətin açılmasından açıq şəkildə qəzəblənir. Əks halda, seçilmiş dövlət başçısına niyə hücum edərdilər?”. Rusiya-Ermənistan Universitetinin eksperti Anton Evstratov bildirib ki, Paşinyanın kilsəyə təzyiqi həm də onun 2018-ci ilin “məxməri inqilab”ından sonra mövqeyini qoruyub saxlayan kilsənin sıradan çıxarılması istəyi ilə bağlıdır: “Hökumətlə kilsə arasındakı qarşıdurmanın açıq şəkildə iyrənc təzahürləri təsdüfi deyil. Katolikos Qaregin inqilabdan sonra özünü hakimiyyətdən müstəqil aparan sonuncu nümayəndədir. Eyni zamanda, kilsə müxalifət üçün rejimə müqavimət simvollarından biridir”. Ermənistan parlamentində hakim fraksiyanın katibi Artur Ovannisyan bəyan edib ki, əxlaqsız və murdar həyat tərzi sürən, bunu isə ruhanilərin libası ilə ört-basdır edən bütün keşişlərin maskaları cırılacaq. Deputat Ermənistan Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinin din xadimlərinə qarşı təhqiramiz ritorikasını dəstəkləyib. Ruhanilər barədə bu cür məlumatların hakimiyyətin əlində haradan olduğu ilə bağlı sualı cavablandıran Ovannisyan bildirib ki, maskaların cırılacağı vaxt çatanda həmin məlumatlar ictimaiyyətə açıqlanacaq. Paşinyan isə bəyan edib ki, bütün ermənilərin katolikosunun seçilməsində dövlət həlledici səsə malik olmalıdır. Onun fikrincə, dövlət bu prosesdə əsas rol oynamalıdır və namizədlərdən etik normalara uyğunluq yoxlamasından keçmələri tələb olunur. Amma işin digər tərəfi də ondan ibarətdir ki, Ermənistan konstitusiyası bu müdaxiləyə imkan vermir. Konstitusiyada qeyd olunub ki, dini qurumlar dövlətdən ayrıdırlar və buna görə də onlar təqribən liderin seçilməsi prosedurunu özləri müəyyən edən ayrıca təşkilatlar kimi QHT qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirlər. Katolikos öz prosedur qaydalarına malik olan Milli Kilsə Assambleyası tərəfindən seçilir. Ona görə də dövlət heç bir tədbir görə bilməz, o cümlədən yoxlamalar apara bilməz. Ona görə də ehtimal etmək olar ki, konstitusiya dəyişikliklərində Paşinyan bu məsələnin də həllinə çalışacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ